RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   19   20   21   22   23   24   25   26   27

milyard dollar olan silah və döyüş sursatı göndərmişdi 
(8
,  s.87).  Rusiyanın  Ermənistana  hərbi  sursat  verməsi 
Ermənistan-Azərbaycan  münaqişəsini  daha  da  gərgin-
ləşdirmişdi.  ABŞ  prezidenti  Bill  Klintonun  dəvəti  ilə 
ABŞ-a  rəsmi  səfər  edən  Ümummilli  Lider  H.Əliyev 
Nyu  Yorkda 1997-ci il iyulun 28-
də Nüvə silahı sınaq-
larının  tamamilə  qadağan  olunması  barədə  müqaviləni 
imzaladıqdan sonra BMT-nin iqamətgahında  Baş katib 
K.Annan ilə görüşdü. Görüş  zamanı Heydər Əliyev Baş 
katibə  Rusiyanın  Ermənistana qeyri-qanuni yolla külli 
miqdarda  silah  verdiyini  və  BMT-nin  bu  məsələ 
barəsində ciddi tədbir görməsinin vacibliyini bildirdi (1, 
s.42). 
 
      
          
 
(Heydər Əliyev və Kofi Annan. Nyu York, 1997). 
 
90 
 


H
eydər Əliyev Respublikamız adından Baş katib 
K.Annana  nəfis  Azərbaycan  xalçası  da  hədiyyə  etdi 
(32). 
Ümummilli Lider 
Heydər  Əliyev  1997-ci il 
dekabrın 11-də İranda olarkən Tehranda K.Annanla bir 
daha görüşdü. Bildiyimiz kimi, 1996-cı il yanvar ayında 
keçirilən ATƏT-in Lissabon zirvə toplantısında ATƏT-
in 54 üzvündən 53-ü Azərbaycanın ərazi bütövlüyünün 
tanınması,  Azərbaycan  Respublikasının  tərkibində 
Dağlıq  Qarabağa  yüksək  özünüidarə  statusu  verilməsi, 
Dağlıq  Qarabağın  bütün  əhalisinin  təhlükəsizliyinin 
təmin  edilməsi  prinsiplərini  müəyyənləşdirən  sənəd 
qəbul etmişdi(29, s.36).  
 
          
 
(Heydər Əliyev və Kofi Annan. Tehran, 1997). 
 
K.Annanla  görüş  zamanı  Heydər  Əliyev  ATƏT-
in  üzvü  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının
 
91 
 


Lissabonda  keçirilən  zirvə  görüşündə  Ermənistan-
Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırıl-
ması  üçün  əsas  prinsiplərin  qəbul  olunduğunu,  Minsk 
qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həllinə 
dair yeni təkliflər irəli sürdüklərini vurğuladı.  
K.Annan 
Azərbaycan  Respublikası  Prezidentinin 
fikri ilə razılaşdı və bildirdi ki, ATƏT-in Lissabon zirvə 
görüşündə  qəbul  edilmiş  prinsiplər  Ermənistan-Azər-
baycan  münaqişəsinin  aradan  qaldırılması  üçün  yaxşı 
əsas yaratmışdır və həmsədrlərin irəli sürdüyü təkliflərə 
də  BMT  tərəfdardır.  BMT  müstəqil  Azərbaycan Res-
pub
likasının  ərazi  bütövlüyünü  tanıyır  və  onun  haqq 
işini dəstəkləyir (33). 
Heydər  Əliyev  Dağlıq  Qarabağ  münaqişəsinin 
diplo
matik vasitələrlə, xüsusən də BMT-nin vasitəçiliyi 
ilə  həll  edilməsinə  üstünlük  verirdi  və  buna  görə  də 
regional  münaqişələrin  qəti  nizama  salınması  üçün 
BMT-
nin  fəaliyyət  mexanizmində  islahatlara  ehtiyac 
olduğunu dəfələrlə bildirmişdi. O, 2000-ci il sentyabrın 
7-
də  Minilliyin  Sammitində  çıxışında  ATƏT-in  Ermə-
nistan-
Azərbaycan  münaqişəsinin  aradan  qaldırılması 
məsələsi  ilə  bağlı  fəaliyyətinin  zəifliyini  qeyd  etmiş, 
BMT-
də  islahatlar  aparmaq  və  Təhlükəsizlik  Şurasının 
səmərəliliyinin  artırılması  yolu  ilə  bu  məsələnin  həll 
edilməsində  BMT-yə  ümid  edildiyini  bildirmişdi. 
H.Əliyev öz çıxışında Təhlükəsizlik Şurasının qətnamə-
ləri yerinə  yetirməkdə fəaliyyətinin gücləndirilməsinin, 
Şuranın  tərkibinin  genişləndirilməsinin,  Baş  Məclisin 
rolunun artırılmasının, Baş katibin öz səlahiyyətlərindən 
səmərəli  istifadə  etməsinin,  üzv  dövlətlər  arasında  sıx 
92 
 


qarşılıqlı fəaliyyətin olmasının zəruriliyini qeyd etmişdi 
(9, s.13-14). 
BMT-
nin  tribunası  Azərbaycan  üçün  haqqını 
müdafiə  etməkdə,  həqiqəti  dünyaya  çatdırmaqda  bir  
 
 
 
 
 
 
 
 
 
 
 
 
        
(Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev BMT Baş   
          
Məclisinbin 58-ci sessiyasında nitq edərkən. Nyu York, 2003). 
 
vasitədir  (16,  s.84).  Ümummilli  Lider  H.Əliyev  siya-
sətinin davamçısı olan Prezident İlham Əliyev də Azər-
baycanı BMT tribunasından layiqli təmsil edir. 
Hələ  Azərbaycan  Respublikasının  Baş  naziri 
vəzifəsində olarkən İlham Əliyev 2003-cü il sentyabrın 
24-
də  BMT-nin  Baş  Məclisinin  58-ci  sessiyasında 
çıxışında demişdi: “Ermənistanın ölkəmizə qarşı başla-
dığı təcavüzün, işğalın və terrorun qurbanına çevrilmiş 
Azərbaycan  artıq  illər  boyudur  ki,  terrora  qarşı 
təkbaşına  savaşır.  Terrorizmə  qarşı  mübarizə  səylərini 
gücləndirmək  barədə  beynəlxalq  icmaya  çağırışlarımız 
cavabsız  qaldı.  Yalnız  2001-ci  ilin  11  sentyabrından 
93 
 


sonra həyəcan təbili çalındı” (10, s.191). İlham Əliyev 
onu  da  əlavə  etmişdi  ki,  terrorizmi  törədən  səbəblər, 
eləcə  də  onun  yayılması  üçün  münbit  şərait  yaradan 
amillər kəsilməsə, terrorizmə qarşı mübarizədə uğur heç 
vaxt  mümkün  olmayacaqdır.  Digər  tərəfdən,  bütün 
dünyadakı,  eləcə  də  Cənubi  Qafqazdakı  münaqişələri 
daimi  terror  praktikası  və  onun  dövlət  səviyyəsində 
dəktəklənməsi  şəraitində  həll  etmək  mümkün deyildir. 
İ.Əliyev  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  er-
məni terrorçu qrupların fəaliyyət göstərdiyini də vurğu-
la
mışdı (10, s.191).  
Prez
ident İlham Əliyev 2004-cü ilin sentyabrında 
Baş Məclisin 59-cu sessiyasında çıxış edərək Ermənis-
tanın  “etnik  təmizləmə”  siyasətinin  nəticəsi  olaraq  1 
milyondan  çox  qaçqın  və  məcburi  köçkün  kütləsinin 
yaranması,  hazırda  isə  işğal  etdiyi  ərazilərə  erməni 
əhalinin  köçürülməsi  siyasətini  həyata  keçirərək, 
demoqrafik  dəyişikliklər  etməsi,  Azərbaycan  hökumə-
tinin  nəzarəti  altında  olmayan,  işğal  edilən  ərazilərdən 
qeyri-
qanuni  narkotik  malların  mübadiləsi,  silah  alveri 
məqsədilə  istifadə  edilməsi,  bu  ərazilərdə  terrorçuların 
gizlənməsi  barədə  məruzə  etdi  (57).  Ermənistanın 
cinayətlərinin  və  təcavüzkar  fəaliyyətinin  qarşısını  al-
ma
ğa  çağıran  İ.Əliyev  onu  da  əlavə  etdi    ki,  hazırda 
Təhlükəsizlik  Şurası  silahlı  münaqişələrin  qarşısını 
almağa qadir deyil və beynəlxalq sülh və təhlükəsizliyi 
müdafiə  məqsədilə  təsis  edilmiş  bu  orqanda  islahat 
aparmaq, iş metodlarının effektivliyini artırmaq lazımdır 
(57). 
İ.Əliyev  Təhlükəsizlik  Şurasının  Dağlıq  Qarabağ 
barədə qəbul etdiyi  qətnamələrin həyata keçirilmədiyini 
94 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə