RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Şərq üzrə  Cenevrə  sülh konfransında sədr  funksiyasını 
yerinə  yetirmişdi.  Baş  katib  hökumətlərin  dəvəti  ilə 
Afrikanın,  Latın  Amerikasının,  Yaxın  Şərqin və  Avro-
pa
nın  bir  sıra  ölkələrində  rəsmi  görüşlər  keçirmişdi. 
Kurt Valdhaym  BMT-
nin Baş katibi kimi 1972-1977-ci 
illərdə SSRİ-yə rəsmi səfərlər etmişdi (2, s.394).  
K.Valdhaym 1976-
cı  ildə  ikinci  dəfə  Baş  katib 
seçildi. K. Valdh
aym  10  il  Baş  katib  oldu,  o,  üçüncü 
dəfə  də  seçilmək  istəyirdi.  1981-ci  ildə  K.Valdxaymın 
üçüncü dəfə seçilməsini ABŞ və SSRİ dəstəklədi. Veto 
hüquqlu Çin, üçüncü dünya ölkələri onun əleyhinə səs 
verdilər  (66).K.Valdhaymın  rəqibi  Tanzaniyanın  xarici 
işlər naziri, Qoşulmama hərəkatı və Afrika dövlətlərini 
BMT-
də təmsil edən gənc, fəal Səlim Əhməd Səlim idi. 
Birinci  səsvermədə  hər  iki  namizəd  zəruri  səsləri 
topladı, lakin daimi üzvlərdən birinin veto qoyması ilə 
namizədlər qəbul edilmədi. Səsvermə gizli keçirilsə də, 
tezliklə  məlum  oldu  ki,  ABŞ  nümayəndəsi  Səlim 
Əhməd  Səlimin,  Çin  nümayəndəsi  K.Valdhaymın 
əleyhinə səs vermişdi. Bir neçə belə səsvermə keçirildi, 
eyni nəticə əldə olundu. K. Valdhaym sovet nümayən-
dəsi ilə söhbətində bildirdi ki, Çin əvvəl-axır mövqeyini 
dəyişəcək  və  o,  Baş  katib  seçiləcək.  K.Valdhaym  bu 
məqsədlə  Çinə  səfər  etdiyini  və  çinlilər  tərəfindən  xoş 
qarşılandığını da bildirdi. K,Valdhaym yanılırdı, Çin 16 
dəfə  onun  əleyhinə  səs  vermişdi.  Eyni  zamanda,  ABŞ 
Səlim  Əhməd  Səlimin  əleyhinə  16  dəfə  səs  vermişdi. 
Belə  bir  halda  Təhlükəsizlik  Şurasının  sədrinin 
müraciəti ilə  onlar öz  namizədliklərini geri  götürdülər. 
1981-
ci ilin dekabrında K.Valdhaym sovet nümayəndəsi 
42 
 


ilə 
söhbətində  bildirdi  ki,  Qromıkoya  desin  ki,  “onlar 
mənsiz  heç  nə  edə  bilməyəcəklər.Təhlükəsizlik  Şurası 
özü 
əvvəl-axır  xahiş  edib  məni  vəzifəyə  qaytaracaq”, 
Lakin K.Valdhaym 
yanılırdı.  Həmin  il  dekabrın  11-də 
Təhlükəsizlik  Şurası  7  nəfərin  namizədliyinə  baxdı  və 
Perudan olan Xavyer 
Peres de Kuelyarı Baş katib seçdi 
(46). 
K.Valdhaym  1982-
i  ildə  Əfqanıstandan  xarici 
hərbi hissələrin çıxarılması üçün Baş Məclisin tövsiyəsi 
i
lə  xüsusi  səlahiyyətli  səfir  təyin  edildi.  Lakin  SSRİ 
müqavimət göstərdiyi üçün heç bir müvəffəqiyyət əldə 
edilmədi.  Sonralar  K.Valdhaym  Avstriyanın  prezidenti 
oldu.  Prezident olduqdan sonra da o, Nyu Yorkda 
qarşılaşdığı  uğursuzluğu  unuda  bilmirdi.  Həmin  vaxt 
sovet  nümayəndəsi  ilə  görüşündə  o,  bildirdi  ki,”Yaxın 
Şərq  məsələsində  sionistlər  onun  ədalətli  və  prinsipial 
mövqeyi ilə razılaşmırdılar” (46). 
K.Valdhaym  y
aradıcılıqla  da  məşğul  idi.  O, 
Avstriyanın xarici siyasətinə həsr edilmiş, alman, ingilis 
və  fransız  dillərində  nəşr  etdirilən  “Avstriyanın 
nümunəsi” adlı kitabın müəllifi idi. 
 
 Kurt Valdhaym 2007-
ci  il  14  iyun  tarixdə  88 
yaşında vəfat etdi.  
 
 
 
 
 
 
 
43 
 


                    Xavyer Peres de Kuelyar (Peru) 
             BMT-nin B
aş katibi (1982-1991-ci illər) 
 
Xavyer Peres de  Kuelyar 
1982 ci il 
yanvarın 1-dən 1991-ci il 
dekab
rın  31-dək  BMT-nin  Baş 
katibi olmuşdur. 
Xavyer  Peres de Kuelyar 
1920-
ci  il  yanvarın  19-da Limada 
(Peru)  anadan  olmuşdur.  O, 
Limada San A
qustin  kollecində, 
sonra  Peru  universitetin
də  təhsil 
almış, hüquqşünas, diplomat ixtisaslarına yiyələnmişdir. 
Marsela Temple adlı xanımla ailə qurmuşdur, iki övladı 
var. Birinci nigahından olan oğlu Fransisko Parisdə, qızı 
Aqeda Kristina Londonda yaşayır. 
 
Xavyer  Peres de Kuelyar 1940-
cı  ildən  Perunun 
xarici  işlər  nazirliyində  işləmiş,  1944-cü  ildən 
diplomatik  xidmətə  başlamış,  Perunun    Fransada,  
Böyük Britaniyada, Boliviyada və Braziliyada nünayən-
dəliklərində  katib,  bir  müddət  sonra  Braziliyada  
nümayəndəliyində  müşavir  vəzifələrində  çalışmışdı.  O, 
1961-
ci ildə Limaya qayıtmış, sonrakı il səfir olmuş və 
hüquq departamentinin direktoru, inzibati departamentin 
direktoru,  protokol  departamentinin  direktoru və  siyasi 
məsələlər  üzrə  departamentin  direktoru  vəzifələrini 
tutmuş, 1966-cı ildə xarici işlər nazirinin müavini təyin 
edil
miş,  1981-ci  ildə  Xarici  İşlər  Nazirliyinin  hüquq 
məsləhətçisi  olmuş,  Perunun  İsveçrədə,  SSRİ-də, 
Polşada  və  Venesuelada  səfiri  vəzifəsində
 
çalışmışdır 
44 
 


(80). Xavyer  Peres de Kuelyar 
Baş Məclisin 1-ci, 25-ci, 
26-
cı   sessiyalarında  Peru  nümayəndəliyinin  üzvü 
olmuş, 1971-ci ildə Perunun BMT yanındakı səfiri təyin 
olunmuş,  bu  vaxtdan  etibarən  1975-ci  ilə  qədər  Baş 
Məclisin  bütün  sessiyalarında  öz  ölkəsinin  nümayən-
dəliyinə  rəhbərlik  etmiş,  1973-1974-cü  illərdə  öz 
ölkəsini  Təhlükəsizlik  Şurasında  təmsil  etmiş,  1974-cü 
ilin iyulunda Kipr
də  olan  siyasi  proseslər  zamanı 
Təhlükəsizlik  Şurasının  sədri  olmuş,  1975-ci il 
sentyabrın 18-də Kiprdə BMT-nin Baş katibinin xüsusi 
nümayəndəsi  təyin  edilmiş  və  1977-ci  ilin  dekabrına 
qədər  bu  vəzifədə  qalmışdı.  X.P.Kuelyar  1979-cu il 
fevralın  27-də  BMT-nin  Baş  katibinin  xüsusi siyasi 
məsələlər  üzrə  müavini  təyin  edilmiş,  1981-ci ilin 
aprelindən  bu  vəzifəni  davam  etdirməklə  yanaşı, 
Əfqanıstanla  bağlı  vəziyyəti  nizama  salmaq  üzrə  Baş 
katibin  xüsusi  nümayəndəsi  vəzifəsini  yerinə  yetirmiş, 
1981-
ci  ilin  aprel  və  avqust  aylarında  Baş  katibin  bir 
neçə  ay  əvvəl  başladığı  danışıqları  davam  etdirmək 
məqsədilə Pakistanda və Əfqanıstanda olmuşdu (44).  
1980-
ci  illərin  axırlarında  Xavyer  Peres de 
Kuelyar  Namibiyanın  Cənubi  Afrika  Respublikasından 
ayrılaraq  müstəqil  olmasını  dəstəklədi,  1990-cı  ildə 
Namibiya BMT-
yə üzv qəbul edildi (66). 
1981-
ci  ilin  mayında  X.P.Kuelyar  yenidən  Peru 
Xarici  İşlər  Nazirliyinə  işə  qayıtdı, eyni zamanda, 
dekabra  qədər,  BMT-nin Baş  katibi  seçilənə  qədər, 
Əfqanıstanla  bağlı  vəziyyəti  nizama  salmaq  üçün  Baş 
katib vəzifəsini  təmsil etdi.  X.P.Kuelyar BMT-nin Baş 
katibi  vəzifəsinə  1982-ci il yanvarın  1-də  seçildi.  
45 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə