RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

                        Kurt Valdhaym (Avstriya) 
               BMT-nin B
aş katibi(1972-1981-ci illər) 
 
 
Kurt Valdhaym 1972-ci il 
yanvarın  1-dən1981-ci il dekabrın 
11-
dək BMT-nin Baş katibi olmuş-
dur. 
 
Kurt Valdhaym 1918-ci il 
dekabrın  21-də  Avstriyada,  Vyana 
yaxınlığında 
Sankt-Andre-
Vyordern
də anadan olmuşdur.  
K.Valdhaym nasist ordusun-
da zabit kimi fəaliyyət göstərmişdir, 
1941-
ci ildə şərq cəbhəsində yaralandıqdan sonra hərbi 
xidmətdən  azad  edilmişdi.  Bundan sonra o, Vyana 
Universitetində  təhsilini  davam  etdirmiş,  1944-cü  ildə 
Vyana  Universitetini  bitirərək  hüquq  elmləri  doktoru 
dərəcəsi almışdı. Həmin il ailə qurmuşdu.  
Kurt Valdhaym  həmçinin Vyana Konsul Akade-
miyasını bitirmişdi. O,1945-ci ildə Avstriya Xarici İşlər 
Nazirliyində  diplomatik  xidmətə  başlamış,  1948-1951-
ci illərdə Parisdəki səfirlikdə birinci katib, 1951-1955-ci 
illərdə Vyana Xarici İşlər Nazirliyində kadrlar şöbəsinin 
rəisi  vəzifələrində  işləmişdi.  1955-ci  ildə  Avstriyanın 
BMT  yanında  daimi  müşahidəçisi  təyin  edilən  Kurt 
Valdhaym 
həmin ilin sonunda,  Avstriya BMT-yə daxil 
olarkən,  Avstriya  nümayəndəliyinə  rəhbərlik  etmişdi. 
O,  1956-1960-
cı  illərdə  Avstriyanın  Kanadada  səfiri, 
1960-1962-
ci  illərdə  Avstriya  Xarici  İşlər  Nazirliyində 
Qərb  sektorunun  rəisi,  sonra  isə  1964-cü ilin iyununa 
38 
 


qədər  siyasi  məsələlər  üzrə  baş  direktor,  1964-1968-ci 
illərdə Avstriyanın BMT yanındakı daimi nümayəndəsi 
və  bu  illərdə  Sülh  məqsədilə  kosmik  fəzadan  istifadə 
üzrə komitənin sədri vəzifələrində çalışmış, 1968-ci ildə 
Sülh məqsədilə kosmik fəzadan istifadə və onun tədqiqi 
barədə  BMT-nin birinci  konfransının  sədri  seçilmiş, 
1968-
ci  ilin  yanvarından  1970-ci  ilin  aprelinədək 
Avstriyanın  federal  xarici  işlər  naziri  olmuşdu. Kurt 
Valdhaym 
hökumətdən  gedəndən  sonra  Atom  enerjisi 
üzrə beynəlxalq agentlik komitəsinin sədri, 1970-ci ilin 
oktyabrında  yenidən  Avstriyanın  BMT  yanındakı 
nüm
ayəndəsi təyin edilmiş və BMT-nin Baş katibi olana 
qədər bu vəzifədə çalışmışdı. O, 1971-ci ilin aprelində 
Avstriyanın federal prezidenti vəzifəsinə irəli sürülən iki 
namizəddən biri olmuşdu.  
Baş katib olduğu  ilk  üç  ildə  K.Valdhaym BMT-
nin  maraqları  dairəsində  olan  yerlərdə  tez-tez oldu. 
K.Valdh
aymın BMT-nin Baş katibi seçilməsi Çin Xalq 
Respublikasının  nümayəndəsinin  BMT-yə  gəlməsi  ilə 
eyni vaxta düşdü. Təhlükəsizlik Şursının 5 daimi üzvü 
K.Valdh
aymın  namizədliyini  dəstəklədi. K.Valdhaym 
Vyetnamda müharib
ənin  qurtarması  üçün  çox  çalışdı, 
BMT-
nin  maliyyə  sistemini  qaydaya  salmaq  üçün 
yorulmadan  mübarizə  apardı  (66).  O,  1972-ci ilin 
martında  Namibiya  problemini  həll  etmək  üçün 
Təhlükəsizlik Şurasının mandatı ilə Cənubi Afrikaya və 
Namibiyaya getdi. 1972-ci i
ldə Münhendə Olimpiyada-
da 11 İsrail idmançısının Fələstin terrorçuları tərəfindən  
öldürülməsindən sonra K.Valdhaym terrorizmə beynəl-
xalq səviyyədə baxmaq üçün Baş Məclisə müraciət etdi. 
39 
 


1973-
cü  ildə  Yaxın  Şərqdə  müharibə  zamanı 
K.Valdh
aym  İsrail,  Misir  və  Suriya  hərbi  hissələrini 
tərxis  etmək  üçün regiona iki  yeni  missiya  göndərdi. 
K.Valdh
aym  iri  dövlətlərlə  münaqişəyə  girmədən  fəal 
işləyirdi.  
Baş katib üç dəfə - 1972-ci ilin iyununda, 1973-cü 
ilin avqustunda, 1974-
cü  ilin  avqustunda  hökumət 
rəhbərləri  ilə danışıqlar aparmaq və sülhü dəstəkləmək 
üzrə  BMT-nin  silahlı  qüvvələrinin  fəaliyyətini 
yoxlamaq  üçün    Kiprdə  oldu,  kiçik bir BMT sülh-
məramlı  qüvvəsini  ora  göndərdi.  O,  Kiprdə  hərbi 
fəaliyyətin  dayandırılmasından  dərhal  sonra,  1974-cü 
ilin avqustunda 
olan görüşü zamanı prezident vəzifəsini 
yerinə  yetirən  Qlafkos  Kliridis  və  Rauf  Denktaş 
arasında danışıqların başlanmasına nail oldu.  
1974-
cü  ildə  K.Valdhaym  dünya  ictimaiyyətinin 
diqqətini  yoxsulluqla  mübarizəyə  çəkmək  üçün 
Afrikanın aclıqdan əziyyət çəkən 14 ölkəsində oldu(66). 
    
Baş  katib  həmçinin  sülh  yaratmaq  məqsədilə 
Yaxın  Şərqdə  olmuşdu,  1973-cü ilin avqustunda 
Suriyay
a, Livana, İsrailə, Misirə və İordaniyaya getmiş, 
1974-
cü  ilin  iyununda  Livanın,  Suriyanın,  İsrailin, 
İordaniyanın  və  Misirin ölkə  başçıları  ilə  görüşmüşdü. 
1974-
cü  ilin  noyabrında  BMT  silahlı  qüvvələrinin 
mandatının  uzadılması  ilə  bağlı  Suriyada,  İsraildə  və 
Misirdə olarkən  K.Valdhaym  BMT-nin sülh şərtlərinin 
yerinə yetirilməsi üzrə müşahidəçi orqanının, BMT-nin 
fövqəladə  qüvvələrinin  və  silahlı  qüvvələrinin  işini  də 
təftiş etmişdi. 
40 
 


 Kurt Valdhaym 1973-
cü ilin fevralında Hindistan 
yarımadasına rəsmi səfəri zamanı Hindistan və Pakistan 
arasında  müharibəyə  gətirib  çıxaran  problemləri  həll 
etmək  üçün  Hindistan,  Pakistan  və  Banqladeş 

kumətləri  ilə  müzakirələr  keçirmiş,  Banqladeşə 
kömək  məqsədilə  BMT-nin  həyata  keçirdiyi  missiyanı 
təftiş etmiş, 1974-cü ilin fevral və mart aylarında BMT-
nin  kömək  etdiyi  quraqlıqdan  əziyyət  çəkən  Afrikanın 
bir sıra ölkələrində olmuşdu. 
Baş  katib  bir  sıra  beynəlxalq  konfransların 
açılışında  iştirak  etmiş  və  1972-ci  ilin  aprelində 
Santyaqoda  olan  ticarət  və  inkişaf  üzrə  BMT-nin 3-cü 
sessiyası,  1972-ci  ilin  iyununda  Stokholmda  olan  ətraf 
mühitin müdafiəsi problemi barədə BMT-nin konfransı, 
1974-cü ilin iyunun
da  Karakasda  olan  dəniz  hüququ 
barədə  BMT-nin 3-cü  konfransı,  1974-cü ilin 
avqustunda  Buxarestdə  olan  məskunlaşma  üzrə 
ümumdünya  konfransı  və  1974-cü  ilin  noyabrında 
Romada  olan  ümumdünya  ərzaq  konfransı  daxil 
olmaqla, 
bir çox beynəlxalq konfranslarda çıxış etmişdi. 
Baş katib 1972-ci ilin yanvar ayında Afrikada - Əddis-
Əbəbədə  və  1973-cü  ilin  mart  ayında  Latın  Amerika-
sında  -  Panamada  keçirilən  Təhlükəsizlik  Şurasının 
iclaslarında, 1972-ci ilin iyununda Rabatda, 1973-cü ilin 
mayında  Əddis-Əbəbədə  və  1974-cü  ilin iyununda 
Moqadişoda  keçirilən  Afrika  Birliyi  Təşkilatının 
sessiyasında,  1972-ci  ilin  martında  Vaşinqtonda 
Amerika  Dövlətləri  Təşkilatının  sessiyasında,  1973-cü 
ilin  fevralında  Vyetnam  barədə  Paris  beynəlxalq 
konfransında iştirak etmiş, həmin ilin dekabrında Yaxın 
41 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə