RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   10   ...   27

abidə  Dünya  Mədəniyyət  İrsi  siyahısına  daxil  edil-
mişdir. 
 
Nyu-Yorkda  Daq Hammar
şeld  adına    BMT-nin 
təqaüd  fondu  da  yaradılmışdır.    1982-ci  ildə  Daq 
Hammarşeld  adına təqaüdə  layiq  görülən  əməkdaşlarla 
görüşündə  Baş  katib  Xavyer  Peres  de  Kuelyar 
demişdir:”Şəxsən  mənim  üçün  Daq  Hammarşeld 
beynəlxalq  vahidliyin  müjdəçisi  və  müdafiəçisi kimi 
böyük  məna  kəsb  edən  şəxsdir.  Mən  inanıram  ki, bu 
məslək tez, yaxud gec qələbə çalacaq...” (30, s.224).  
 
 
 
 
                                     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26 
 


                             U Tan (Myanma) 
             BMT-nin B
aş katibi (1961-1971-ci illər) 
 
 1961-ci ilin sentyab
rında Daq 
Hamma
rşeldin  təyyarə  qəzasında 
həlak  olmasından  sonra,  U Tan 
1961-ci il 
noyabrın 3-dən 1971-ci il 
dekabrın  31-dək  BMT-nin Baş 
katibi vəzifəsini icra etdi. 
U Tan 1909-
cu il yanvarın 22-
də  Pantanoda (Birma)  anadan 
olmuşdur.  O  vaxt  Hindistanın  bir 
hissəsi olan Birma Böyük Britaniya-
nın  müstəmləkəsi  idi.  U  Tanın  valideynləri  ziyalı 
təbəqədən  idilər.  Atası  U  Bo  Xni  4  min  əhalisi  olan 
Pantanoda  yeganə  adam  idi  ki,  ingilis  dilini  bilirdi. 
Birmada ali məktəb olmadığı dövrdə U Bo Xni Kəlküttə 
kolleclərindən birini qurtarmışdı. Onun zəngin kitabxanası 
var  idi,  həmişə  dünyada  gedən  proseslərlə  maraqlanırdı, 
hər gün qəzet  oxuyurdu. U  Tanın kiçik qardaşı U Kxan 
xatırlayır  ki,  atası  son  dərəcə  sakit  təbiətli  adam  idi, 
xeyirxahlığı,  ədalətliliyi,  vicdanlılığı  ilə  fərqlənirdi.  U 
Tanın  anası  Do Nan Taun buddist idi  (40).  U  Tan  uşaq 
yaşlarından  Budda  təliminə  dərin  hörmətlə  bağlanmışdı, 
l
akin  heç  vaxt  dindar  olmamışdı.  Ancaq  o,  anasını 
incitməmək  üçün  bütün  dini  seremoniyalarda  və 
rituallarda iştirak edirdi. 
 
Birmalılarda  belə  bir  familiya yox idi. Bu  ad 
anadan olduğu gündən asılı olaraq, astroloqların məsləhəti 
ilə,  ona  verilmişdi.  U  Tan  cümə  günü  anadan  olmuşdu. 
27 
 


”Tan” sözünün mənası “təmiz”, “U” – “cənab” deməkdir 
(40). 
U Tan məktəbli olarkən Maun çağırılırdı. “Maun” – 
“kiçik qard
aş”  deməkdir.  Maun  Tan  varlı  ailədə  böyüsə 
də,  adi  kəndli  uşaqlarından  az  fərqlənirdi.  İravadi  çayı 
sahilində  yerləşən  Pantanoda  böyüyən  Maun  Tan 
uşaqlıqda vaxtının çoxunu sahildən çox, suda keçirirdi. 5 
yaşında olarkən o, çox əla üzürdü. O, bədənini bakteriya 
və günəş şüalarından qorumaq üçün tanakxa(yerli pudra) 
ilə  örtürdü.  Birmalılar  inanırdılar  ki,  onların  allahları 
tanakxa  ilə  bəzənən  insanları  sevirlər.  Birma  buddist 
cəmiyyətində uşaqlar erkən yaşlarından ənənəvi dəyərlərə, 
adətlərə  bağlanırdılar.  Pantanoda  16  monastır  var  idi. 
Anası balaca Maun Tanı monastırlarda keçirilən müxtəlif 
seremoniyalara  aparırdı.  Səhər  tezdən  Maun  Tan 
monastıra  sədəqə  üçün  gələnlərə  böyük  bal  qaşığı  ilə 
bişmiş düyü verirdi (40). 
Müstəmləkə  ölkəsi  şəraitində  U  Tanın  ənənəvi 
tərbiyəsindən avropa, ingilis təsiri yan keçə bilməzdi. O, 
iki  il  yarım  Birma  ibtidai  məktəbinə,  sonra  ingilis  dili 
öyrədilən  ingilis-birma  səkkiz  illik  məktəbinə  getdi. 
Düzdür,  orada  ingilis  dilini  ingilislər  yox,  birmalılar, 
yaxud  hindlilər  tədris  edirdilər.  U  Tan  çoxmilli  əhatədə 
böyümüşdü. İravadi çayının sahilində birmalılar ilə yanaşı 
Hindistandan  gələn  karenlər,  arakanslar, monlar 
yaşayırdılar. U Tanın ailəsi monların əslindən idi. Bu xalq 
üçün dəriləri qara, girdə sifət, girdə çənə xarakterik idi. U 
Tan da belə görünürdü. O, dəyirmi eynək taxırdı (40).  
Pantano milli orta məktəbində təhsil alan U Tan tez 
bir zamanda ən  yaxşı  şagird kimi tanındı. 12 yaşında o, 
28 
 


Şekspirin,  Konan-Doylun  əsərlərini  oxumağa  başladı, 
yaxşı şəkillər çəkirdi, top oyunlarını sevirdi. U Tan yalnız 
çox  oxumur,  həm  də  əsər  yazırdı.  O,  ilk  məqaləsini  15 
yaşında ingilis dilində yazdı. Həmin məqalə boyskautlar, 
yəni ümumdünya gənclər hərəkatında iştirak edənlər üçün 
buraxılan jurnalda dərc edildi. O vaxtdan U Tan jurnalist
ədəbiyyatşünas  olmağı  arzulayırdı.  ”Turiya” Birma 
qəzetində çalışan atası U Tanı təhsilli görmək istəyirdi və 
oğluna  kitablar,  xüsusən  də  amerika  müəllifləri 
A.Linkolnun,  C.Vaşinqtonun  əsərlərini  oxumağı  tövsiyə 
edirdi.   
U  Tanın  14  yaşı  olanda  atası  vəfat  etdi.  Ailənin 
maddi vəziyyəti çox pisləşdi. U Tanın üç kiçik qardaşı da 
var idi. Atasının ölümündən sonra o, ailənin böyüyü oldu, 
maddi  vəziyyətin  çətin  olması  üzündən  universitetdə 
yalnız  iki  il  oxuya  bildi,  anasına  və  qardaşlarına  kömək 
etmək üçün Pantanoya qayıtmalı oldu. U Tan Pantano orta 
məktəbinə  müəllim  təyin  olundu,  tarix,  ingilis  dili, 
riyaziyyat  fənlərini  tədris  etdi,  bir  qədər  sonra  məktəbin 
direktoru 
oldu. Direktor olduqdan sonra U Tan öz köhnə 
dostu U Nunu administrator vəzifəsinə dəvət etdi. U Tan 
do
stunun  ailə  qurmasına  vasitəçilik  etdi. Sonra özü  Do 
Teyn  Ti  ilə  ailə  qurdu.  Onun  xanımı  ənənəvi  tərbiyə 
almışdı,  ingilis  dilini  bilmirdi,  buddizm  təlimini 
öyrənməyə  maraq  göstərirdi.  Birmada  nigah  gününü 
astroloqlar müəyyənləşdirirlər. Astroloqlar Do Teyn Tinə 
bildirdilər ki, U Tan həyatda böyük müvəffəqiyyətlər əldə 
edəcək,  bütün  dünyada  tanınacaq.  Onların  ailə  həyatı 
yaxşı  oldu,  lakin  sonra  böyük  oğullarının  ölməsi  ailəyə 
güclü zərbə vurdu. 
29 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə