S. 1 Azərbaycan Prezidenti İlham Əliyevin və nato-nun baş katibi Anders Foq Rasmussenin birgə mətbuat konfransı



Yüklə 24,63 Kb.

tarix12.10.2018
ölçüsü24,63 Kb.


“Xalq qəzeti”. - 2012.- 8 sentyabr. - № 200. - S.1-2.

Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin 

birgə mətbuat konfransı

 

Bakı,  7  sentyabr  (AzərTAc).  Sentyabrın  7-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və



NATO-nun baş katibi Anders Foq Rasmussen birgə mətbuat konfransı keçirmişlər. 

Azərbaycan Prezidenti və NATO-nun baş katibi əvvəlcə bəyanatlarla çıxış etdilər.



Baş katib Anders Foq Rasmussenin

bəyanatı

-Cənab Prezident! 

Söylədiyiniz  xoş  sözlərə  və  səmimi  qəbula  görə  sizə  dərin  minnətdarlığımı  bildirirəm.  Bakıya  ilk

səfərimdən  olduqca  məmnunam.  Bu,  onu  göstərir  ki,  NATO  Cənubi  Qafqaz  regionuna  sadiqdir  və  belə  də

qalacaqdır. Azərbaycan NATO üçün mühüm tərəfdaşdır. Münasibətlərimiz sabit və müsbət olaraq inkişaf edir. Biz

sizin hərbçilərinizin Əfqanıstana verdiyi qəti dəstəyi yüksək dəyərləndiririk. Onlar nümunəvi xidmət göstərirlər. Siz

onlarla fəxr edə bilərsiniz. 

Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək

qiymətləndiririk.  Əfqanıstanın  təhlükəsizlik  qüvvələrinə  keçirilən  təlimlərə  verdiyiniz  mühüm  maliyyə  töhfəsinə

görə  minnətdarıq.  Biz  bir  yerdə  razılığa  gəldik  ki,  2014-cü  ildə  beynəlxalq  təhlükəsizliyə  yardım  qüvvələrinin

əməliyyatları başa  çatdıqdan sonra  da  əfqan  tərəfinə  dəstəyimizi  davam  etdirək.  Mən  böyük  məmnunluq  hissi  ilə

Prezident  Əliyevdən  eşitdim  ki,  Azərbaycan  həmin  prosesdə  iştirak  edəcəkdir.  Bu,  Əfqanıstanda  və  regiondakı

sabitlik üçün həyati əhəmiyyət daşıyır. 

NATO  Azərbaycana  müdafiə  və  təhlükəsizlik  islahatları  sahəsində  dəstək  göstərir.  Biz  istəyirik  ki,  siz

həmin  mühüm  sahələrdəki  dinamikanı qoruyub  saxlayasınız.  Biz,  həmçinin  çoxlu  sayda  partlamamış  mərmilərin

zərərsizləşdirilməsində  və  100  hektarlarla  torpağın  bundan  təmizlənməsində  yardım  edirik.  Bu,  dünyada  bu  cür

layihələrdən  ən  böyüyüdür  və  insanların  marağına  xidmət  edən  layihədir.  Beləliklə,  dialoqumuzun  və

əməkdaşlığımızın  güclü  çərçivəsi  vardır.  Biz  uğurlarımızı  davam  etdirməkdə,  illər  boyu  Əfqanıstanda  birgə

işləyərək hərbi qüvvələrimizin əldə etdiyi əməli təcrübənin artırılmasında, XXI əsrdə qloballaşan dünyada hamının

üzləşdiyi  təhlükəsizlik  çağırışlarını  birgə  işləyərək  aradan  qaldırmaqda  israrlıyıq.  Bir  sözlə,  Azərbaycan  NATO

üçün  və  NATO  isə  Azərbaycan  üçün  dəyərli  tərəfdaşlardır.  Biz  güclü,  uzunmüddətli  tərəfdaşlığı qurmaq  imkanın

malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq. Sağ olun. 

X X X

Sonra Azərbaycan dövlətinin başçısı və Alyansın baş katibi jurnalistlərin suallarına cavab verdilər. 



“Frans  Press”  agentliyi:  Cənab  Rasmussen,  Ramil  Səfərovun  əfv  olunmasından  sonra  Ermənistan

təhlükəsizlik  şurasının  iclasında  çıxış  edən  prezident  Serj  Sarkisyan  “Azərbaycan  özündən  küssün”

bəyanatını  vermişdir.  Bundan  sonra  erməni  terror  təşkilatı  “ASALA”  Azərbaycan  vətəndaş larını  ölümlə

hədələmişdir.  NATO-nun  baş  katibi  olaraq  Ermənistan  prezidentinin  terrora  siqnal  bəyanatlarına

münasibətiniz necədir?

NATO-nun  baş  katibi  Anders  Foq  RASMUSSEN:  Təbii  ki,  NATO-nun  müttəfiqləri  terrorçuluğu  bütün

formalarda  pisləyirlər.  Biz  bütün  məsuliyyətli  siyasi  liderlərə  müraciət  edirik  ki,  onlar  terrorçuluğun

həvəsləndirilməsindən  çəkinsinlər.  Yerli,  regional  vəziyyətə  gəldikdə,  gərginliyin  azaldılmasına,  əməkdaşlığın  və

barışığın  təşviq  edilməsinə  böyük  ehtiyac  vardır.  Mən  vəziyyətlə  bağlı  çox  narahatam.  Ümid  edirik  ki,  Dağlıq

Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həllini  görəcəyik.  NATO  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  mövqeyini

təşkilatın  Çikaqo  sammitində  bildirib.  NATO  bu  münaqişənin  həllinin  tapılmasında  birbaşa  iştirak  edən  təşkilat

deyildir  və  Minsk  prosesini  dəstəkləyir.  Buna  əsaslanaraq,  biz  münaqişənin  sülh  yolu  ilə  həllini  görməyə  ümid

edirik. 

Azərbaycan Prezidenti İlham ƏLİYEV: İcazə verin, mən də bir neçə söz əlavə edim. Mən Ramil Səfərovun

məsələsi  ilə  bağlı  danışmaq  istərdim.  Reaksiyalara  cavab  olaraq  qeyd  edirəm  ki,  Ramil  Səfərovla  bağlı  qərar

Avropa Konvensiyasına uyğun verilib və Prezidentin Sərəncamı ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına

uyğundur.  Buna  görə  ümumi  nöqteyi-nəzərdən  vəziyyət  tam  aydındır.  Azərbaycanı Konvensiyanın  pozulmasında

günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Onu da qeyd etmək istəyirəm

ki,  Ermənistan  bundan  Azərbaycanla  sülh  prosesinə  xələl  gətirmək  üçün  fürsət  kimi  istifadə  etməli  deyildir.

Azərbaycan  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq  hüquq  normaları  əsasında  sülh

yolu  ilə  həllinə  sadiqdir.  Minsk  qrupunun  həmsədr  ölkələrinin  prezidentlərinin  verdiyi  bəyanat  bizi  çox

həvəsləndirdi.  Bu  bəyanatda  deyilirdi  ki,  status-kvo  qəbuledilməzdir.  Bu  status-kvo  dəyişilməlidir.  Ermənistan

status-kvonu qoruyub saxlamağa çalışır. 



Ötən  ilin  iyul  ayında  Kazan  şəhərində  keçirilmiş  görüş  məsələnin  sülh  yolu  ilə  həllinin  tapılmasında  son

cəhd idi. Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə Minsk

qrupu Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları tamamilə dondursun. 

Ramil  Səfərovun  məsələsinə  gəldikdə,  bir  daha  bildirmək  istəyirəm  ki,  qərar  beynəlxalq  hüquq  norma  və

qaydalarına  uyğun  verilib.  Mən  sadəcə,  ermənilərə  xatırlatmaq  istəyirəm.  Fransanın  Orli  hava  limanında  2001-ci

ildə  Avropa  və  Amerika  vətəndaşlarının  qətli  ilə  nəticələnən  terror  aktını  törədən  şəxs  Fransadan  Ermənistana

ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi.

Mən  terrorçular  ilə  zabitimiz  arasında  paralellik  aparmaq  istəməzdim.  Lakin  zabitimiz  həbsdə  artıq  9  il  cəzasını

çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır.  Bu, Prezidentin qəbul

etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı. 

Azad  Azərbaycan  Televiziyası:  Cənab  baş  katib,  bildiyiniz  kimi,  Dağlıq  Qarabağ  da  daxil  olmaqla,

Azərbaycan  torpaqları  təxminən  20  ildir  Ermənistanın  işğalı  altındadır.  Bu  münaqişə  Azərbaycan

kəndlərinin və şəhərlərinin dağıdılması ilə  nəticələnib. Bir  milyondan  artıq vətəndaşımız hələ  də  qaçqın  və

məcburi köçkün kimi yaş ayır. Bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT

çərçivəsində  gedən  danışıqlar,  yəni,  sülh  yolu  ilə  həlli,  göründüyü  kimi,  hələlik  istənilən  nəticəni

verməmişdir. Münaqişənin ədalətli həllinə NATO hansı töhfəni verə bilər? 

Baş  katib  Anders  Foq  RASMUSSEN:  Əvvəlcə  verdiyim  cavabda  artıq  qeyd  etdiyim  kimi,  NATO  bir

təşkilat kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasında birbaşa iştirak etmir. Biz bu cür ağır münaqişəni

sülh  yolu  ilə  həll  etmək  məqsədini  qarşısında  qoyan  Minsk  qrupunun  apardığı prosesi  dəstəkləyirik.  Biz  Çikaqo

sammitinin  bəyannaməsində  mövqeyimizi  açıq  şəkildə  bildirmişik.  Biz  regionda  gərginliyin  azalmasına  və

əməkdaşlığın, barışığın təşviq edilməsinə çalışırıq. 

Prezident  İlham  ƏLİYEV:  Mən  də  bu  fürsətdən  istifadə  edib  NATO-nun  tutduğu mövqeyə  görə  təşəkkür

etmək istəyirəm. Bu, öncə qeyd etdiyim kimi, Çikaqo sammitində və əvvəlki sammitlərdə qəbul edilən sənədlərdə

əksini  tapıb.  Biz  bu  mövqeyi  yüksək  dəyərləndiririk.  Bir  daha  qeyd  etmək  istəyirəm  ki,  Ermənistan-Azərbaycan

münaqişəsinin  tezliklə  həlli  bütün  ölkələrin  marağına  xidmət  edən  məsələdir.  Bu,  Azərbaycanın  marağındadır.

Çünki  bu,  bizə  işğaldan  əziyyət  çəkən  insanların  öz  yurd-yuvalarına  qayıtmasına  imkan  yaradacaqdır.  Bu,

Ermənistanın  maraqlarına  uyğundur.  Çünki  gərginliyin  azaldılması  və  qonşular  arasında  münasibətlərin

normallaşması onların marağına  xidmət  edəcəkdir. Buna görə biz ümidvarıq ki, Ermənistanın mövqeyi  dəyişəcək,

onlar  münaqişənin  həllinin  tapılması məqsədilə  Azərbaycan  ilə  mümkün  qədər  tez  fəal  və  konstruktiv  danışıqlar



prosesini bərpa edəcəklər. 

: docs -> QAZET
QAZET -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
QAZET -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
QAZET -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
QAZET -> •œAzÉŽrbaycanâ•š
QAZET -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
QAZET -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
QAZET -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
QAZET -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
QAZET -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə