RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

X.P.
Kuelyarın  Baş  katib  təyin  edilməsi  üçün  16  tur 
səsvermə keçirildi (46) 
 
Perunun  SSRİ-dəki  səfiri  olmuş  X.P.Kuelyar 
Moskvanı,  onun  teatrlarını,  mədəni  həyatını  çox  xoş 
xatırlyırdı. 
X.P.Kuelyarın BMT ilə əlaqələri 1946-cı ildə Baş 
Məclisə  Peru  nümayəndəliyi  heyətinin  gəlməsi  ilə 
başladı.  O,  Baş  Məclisin  birinci  sessiyasında  Peru 
nümayəndəliyinin üzvü idi. Kuelyar 1970-ci illərdə Peru 
nümayəndəliyinin başçısı olanda, Kiprdə və Əfqanıstan-
da  BMT-nin B
aş  katibinin  xüsusi  nümayəndəsi  kimi 
BMT-
nin  fəaliyyətinə  fəal  qoşuldu.  X.P.Kuelyar 
kompromisə  gəlməyi  bacarırdi. Heç bir fraksiyaya 
qoşulmurdu. O, yeganə namizəd idi ki, SSRİ tərəfindən 
də,  ABŞ  tərəfindən  də,  Təhlükəsizlik  Şurasının  digər 
üzvləri tərəfindən də eyni qarşılanırdı. Onun Baş katib 
olduğu ilk iki il ərzində BMT-nin ABŞ tərəfindən siyasi 
və  iqtisadi  dəstəyi,  həmçinin  ABŞ-ın  BMT-də  olan 
səfiri  vasitəsilə  Reyqan  idarəsinin  BMT-yə  hücumları 
azalmışdı  (66).  Bu  dövrdə  Qoşulmama  Hərəkatı 
dövlətləri,  həmçinin  üçüncü  dünya  dövlətləri  BMT-yə, 
xüsusən  Baş  Məclisə  təzyiqlər  göstərirdilər.  Baş  katib 
bütün  fraksiyaları  barışdırmağa  cəhd  etdi  və  iri 
münaqişələrdən qaçdı. 1980-ci illərdə onun ikinci dəfə 
BMT-nin B
aş  katibi  olduğu  dövrdə  ABŞ  və  SSRİ 
arasında münasibətlər yaxşılaşmağa başladı. 
1990-
cı  ildə  Fars  körfəzində  böhran  zamanı 
Kuelyar İraqın öz hərbi hissələrini Kuveytdən çıxarması 
barədə  danışıqlar  aparsa  da,  nəticə  vermədi.  O,  İraq 
prezidenti  
S.Hüseynlə görüşünün stenoqramasının dərc 
46 
 


edilməsinə  etiraz  etdi.  Sonralar  qeyri-rəsmi  mənbələr-
dən  məlum  oldu  ki, Baş katib  Təhlükəsizlik  Şurasında 
ABŞ-ın  mövqeyindən  narahat  olmuşdur.  İraqa  qarşı 
sanksiyalar  qoyulması  barədə  məsələlərə  toxunaraq 
S.Hüseyn  bildirdi  ki,  “Bu,  Amerikanın  qətnaməsidir. 
Bu, Amerika əsridir. Amerikalılar Təhlükəsizlik Şurası 
ilə  hesablaşmayaraq,  nə  istəyirlərsə,  onu  da  edirlər”. 
Cavabında Baş katib demişdir:”Mən sizinlə razıyam. Bu 
məsələyə  mənim  öz  münasibətim  var”  (66).  Xavyer 
Peres de Kuelyar 
Yaxın Şərq barədə  Madriddə keçirilən 
danışıqlara  dəvət  edilməmişdi  və  Baş  katib  ABŞ-ın 
Bağdadı  bomblaması  barədə  məlumatlandırılmamışdı. 
Yanvarın  16-da  müharibə  başladı.  Beləliklə,  80-ci 
illərdə  də  NATO-nun  regionlarda,  xüsusən  də  Yaxın 
Şərqdə  əməliyyatlar  keçirməsi  BMT-də  böhrana  səbəb 
olmuşdu.  
Baş  katib  olduğu  birinci  müddətdə  X.P.Kuelyar 
öz  fəaliyyətindən  narazı  olduğunu,  BMT  ətrafında 
xoşagəlməz hallar olduğunu bildirirdi. Amma o, 1986-cı 
il oktyabrın 10-da ikinci dəfə Baş katib seçildi. 
X.
P.Kuelyarın BMT-nin Baş katibi olduğu dövrdə 
Salvadorda  olan  vətəndaş  müharibəsi  müvəffəqiyyətlə 
b
aşa çatdı. Bu zaman vəzifədən getməyə hazırlaşan Baş 
katib, hətta öz səlahiyyətlərinin müddətini bir neçə saat 
uzadaraq  dan
ışıqları  qurtardı.  1992-ci  il  yanvarın  1-də 
səhər tezdən Salvador hökuməti və qiyamçılar arasında 
razılıq əldə edildi, yanvarın 16-da atəşkəs barədə saziş 
imzalandı və ölkədə vətəndaş müharibəsi qurtardı (66).  
X.
P.Kueiyar  tədrisi  çox  sevirdi. O, Peru  Diplo-
matiya  Akademiyasında  «Beynəlxalq  hüquq»,  Peru 
47 
 


Hərbi  hava  qüvvələri  Akademiyasında  «Beynəlxalq 
münasibətlər tarixi» fənlərindən mühazirələr oxuyurdu. 
Xavyer 
Peres  de  Kuelyar  aşağıdakı  universitet-
lərin  fəxri  doktoru  adına  layiq  görülmüşdür :  Nitsa 
Universiteti, Krakovda Yaqellon Universiteti, Praqada 
Karlov Universiteti, Sofiya Universiteti, Limada San-
Markos  Universiteti,  Brüsseldə  Müstəqil  Universitet, 
Ottavada Karlton Universiteti, Sorbonda Paris 
Universiteti, 
Hindistanda  Vişva-Bxarati Universiteti, 
Miçiqan Universiteti, Almaniyada Osnabryuk Univer-
siteti, Portuqaliyada Koimbr Universiteti, Ulan-Batorda 
Monqol  Dövlət  Universiteti,  Berlində  Humboldt  adına 
Universitet, Moskva Dövlət Universiteti, Valettdə Malta 
Universiteti, Niderlandda Leyden Universiteti, 
Filadelfiyada  Lasallya  Universiteti,  Massaçusetsdə 
Taftsa  Universiteti,  Merilenddə  Cons  Hopkins  Univer-
siteti, Böyük Britaniyada Kembric Universiteti.  
X.
P.Kuelyar  yaradıcılığında  da  digər  baş  katib-
lərdən  geri  qalmamışdı.  O,1964-cü  ildə  « Diplomatik 
hüquq dərsliyi » kitabını yazmışdı. 
 
 
Öz fəaliyyəti dövründə beynəlxalq nizamasalma-
da  roluna  görə  Xavyer  Peres  de  Kuelyar  təxminən  25 
ölkə tərəfindən mükafata layiq görüldü. O, 1989-cu ilin 
yanvarında  beynəlxalq  qarşılıqlı  anlaşma  və  ümumi 
təhlükəsizlik  sahəsində  roluna  görə  Ulof  Palma  adına 
mükafata, 1989-
cu ilin fevralında beynəlxalq anlaşmada 
xidmətlərinə görə Cavahirlər Neru adına mükafata layiq 
görüldü (44). 
1983-
cü  ildə  Baş  katib  məruzəsində  göstərdi  ki, 
beynəlxalq  təhlükəsizlik  sisteminin  araşdırılması  və 
48 
 


buna  riayət  edilməsi  əsas  problem  olaraq  qalır  və 
Təhlükəsizlik  Şurasının  daimi  üzvlərinin  qətiyyətliliyi-
nin  zəifləməsi  BMT-nin  beynəlxalq  sülh  və  təhlükə-
sizliyi müdafiədə iflic olmasına səbəb olur (26, s.72).  
Xavyer  Peres de Kuelyar Yax
ın Şərqdə Fələstin, 
Livan 
problemlərinin, Afrikada Namibiya probleminin,  
İran  və  İraq  arasında  münaqişənin, Kamboca proble-
minin
, Əfqanıstan ilə bağlı vəziyyətin, Latın Amerikası 
probleminin   
nizama  salınmasında,  nüvə  silahlarının 
yayılmaması  barədə  məsələlərdə  siyasi  fəaliyyət 
göstərmişdir.  Kuelyar  Yaxın  Şərq  məsələsi  barədə 
dəfələrlə  Təhlükəsizlik  Şurasının  üzvləri  və  münaqişə 
tərəfləri  ilə  məsləhətləşmələr  keçirmiş  və  bu  barədə 
dövlətləri  beynəlxalq  konfrans  keçirməyə  çağırmışdı 
(30, s.89).  
Baş katibin fikrincə, Namibiya probleminin 
nizama salınması Afrikanın cənub hissəsində olan digər 
problemlərin nizama salınmasına kömək edə bilərdi (30, 
s.30-32). O, deyirdi ki, B
aş  katibin  səlahiyyətləri 
özündə  üç  elementi  birləşdirir:  hüquq,  məsuliyyətlilik, 
müstəqillik (30, s.65).  
Xavyer  Peres de Kuelyar 1995-
ci  ildə  Peruya 
prezident seçkilərində öz namizədliyini irəli sürsə də, 22 
faiz səs topladı və səsləri Alberto Fuximoriyə verdi. 
 2000-2001-
ci  illərdə  Xavyer  Peres de Kuelyar 
Peru  Nazirlər  Şurasının  sədri,  2002-2004-cü  illərdə 
Latın  İttifaqı  konqresinin  sədri  oldu.  O,  2009-cu il 13 
oktyabr  tarixdə  Rusiya  tərəfindən  rus  dili  və  rus 
mədəniyyətini  daha  çox  tanıtmasına  görə  A.S.Puşkin 
adına medala layiq görüldü. 
 
Xavyer Peres de Kuelyar hazırda təqaüddədir. 
49 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə