RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

                  BUTROS BUTROS 
QALİ (Misir)                          
            BMT-
nın Baş katibi (1992- 1996-cı illər) 
 
Butros Butros Qali 1992-ci il 
yanvarın  1-dən 1996-cı  il  dekabrın 
31-d
ək BMT-nin Baş katibi olmuş-
dur. 
Milliy
ətcə  ərəb,  dini etiqa-
dına  görə  əksər misirli  müsəlman-
lardan f
ərqli olaraq,  xristian olan 
Butros Butros Qali 1922-ci il 
noyabrın  14-də  Qahirədə  anadan 
olmuşdur.  Monarxiya  illərində  bu 
familiya 
əsilzadə  soyadı  kimi  tanınmışdır.  Onun  babası 
Abeddin  Butros Qali XX 
əsrin əvvəllərində Misirin baş 
naziri  olmuşdu,  1910-cu ildə  ərəb millətçisi tərəfindən 
öldürülmüşdü.  Əmisi  Butros  Qali  Vazif 1919-cu ildə 
xarici işlər naziri vəzifəsinə təyin edilmişdi (47). B.Qali 
Makedoniyadan olan y
əhudi  qadınla  –  valideynləri 
antisemitizmd
ən xilas olmaq üçün  Rumıniyadan  Misirə 
köç
ən Liyya Mariya ilə ailə qurmuşdu.  
B.Qali 1946-
cı  ildə  Qahirə  Universitetində  təhsil 
alaraq hüquq ixtisası üzrə bakalavr dərəcəsi almışdı (38). 
G
ənclik illərini Fransada keçirən B.Qali Parisdə Sorbon 
Universitetinin politologiya, iqtisadiyyat, içtimai hüquq 
fakült
əsində təhsil almış və hər bir ixtisas üzrə diploma 
yiy
ələnmiş,  Sorbonda  fransız  dilini,  ingilis  dilini  çox 
mük
əmməl öyrənmiş, 1949-cu ildə Sorbon Universitetin-
d
ə  doktorluq  dissertasiyası  müdafiə  edərək beynəlxalq 
hüquq ixt
isası  üzrə  fəlsəfə  doktoru dərəcəsi  almışdı. 
50 
 


Dill
əri öyrənməsi,  doktorluq  dissertasiyasını  beynəlxalq 
t
əşkilatların  fəaliyyətinin təhlilinə  həsr etməsi  B.Qaliyə 
BMT-nin B
aş  katibi  vəzifəsi  uğrunda  mübarizədə 
üstünlük verdi. 1949-cu ild
ən 1977-ci ilə  qədər  Qahirə 
Universitetind
ə  beynəlxalq münasibətlər və  beynəlxalq 
hüquq  ixtisasları  üzrə  müəllim vəzifəsində  çalışan 
B.Qalini  itiağıllı,  son  dərəcə  acıdil  bir  insan  kimi 
tanıyırdılar. O, həmişə zərif, zövqoxşayan geyinərdi.  
1954-1955-ci ill
ərdə  Kolumbiya Universitetində 
elmi t
ədqiqat işləri ilə məşğul olan B.Qali 1963-1964-cü 
ill
ərdə  Haaqa Beynəlxalq Hüquq  Akademiyası  tədqiqat 
m
ərkəzinin  direktoru  olmuş,  1967-1968-ci illərdə  Paris 
Universitetinin hüquq fakült
əsində ştatdan kənar müəllim 
v
əzifəsində çalışmışdı.  
G
ələcək Baş  katib  Afrika,  Asiya,  Avropa, 
Amerika universitetl
ərində  beynəlxalq hüquq və 
beyn
əlxalq münasibətlərə  dair mühazirələr oxuyurdu. 
Özünün “Yerus
əlimə Misir yolu” adlı xatirəsində yazdığı 
kimi, 1971-
ci  il  oktyabrın  25-də  B.Qalinin taleyi 
tamamil
ə  dəyişdi. Hər şey qeyri-adi oldu. Səhər Qahirə 
Universitetinin iqtisadiyyat v
ə siyasi elmlər fakültəsində 
mühazir
ə oxudu, günorta «Əl-Əhrəm» qəzetində növbəti 
m
əqaləsi dərc edildi. Həmin gün prezident Ənvər Sadatın 
iqam
ətgahından B.Qaliyə zəng etdilər və bildirdilər ki, o, 
Misir  Ərəb  Respublikasının  xarici  siyasətinin rəhbəri 
t
əyin edilmişdir. Ə.Sadat ərəblərin İsrail ilə münaqişəsini 
nizama sala
cağı ümidilə B.Qalini bu vəzifəyə təyin etdi. 
S
əhərisi gün babası Abeddin Butros Qalinin köhnə kral 
saray
ında B.B.Qalinin andiçmə mərasimi oldu və tarixdə 
ilk d
əfə olaraq ərəblərin İsrail ilə danışıqları başladı (33).  
51 
 


 
Xarici  işlər  naziri  olması  barədə  prezidentin 
f
ərmanını  oxuyan  B.Qali  bir  qədər  ümidsizliyə  qapıldı. 
F
ərmanda  deyilirdi  ki,  o,  xarici  işlər naziri vəzifəsinin 
müv
əqqəti  icraçısıdır.  B.B.Qali  Ə.Sadatın  və  sonralar, 
uzun ill
ər prezident Hüsnü Mübarəkin hakimiyyəti 
ill
ərində  də  xarici  işlər nazirinin müvəqqəti  icraçısı 
olaraq qaldı. B.Qali xatirələrində bu barədə yazırdı: “İşdə 
bu deyilmirdi, m
ən  xarici  işlər naziriyəm, yoxsa onun 
müv
əqqəti icraçısı”.  
B.Qali 1965-
ci  ildən  Misir  beynəlxalq  hüquq 
cəmiyyətinin  prezidenti oldu.  O,  1974-cü  ildən  1977-ci 
ilə qədər Ərəb Sosialist İttifaqı Siyasi Bürosu və Mərkəzi 
Komitəsinin  üzvü,  1975-ci  ildən  “Əl-Əhrəm”  siyasi 
tədqiqat  mərkəzinin  rəhbəri,  1978-ci  ildən  Haaqa 
Beynəlxalq Hüquq Akademiyası kuratorlarının idarəçilik 
Şurasının üzvü, Menton Ümumdünya Sülh Akademiyası 
Elmi Komitəsinin üzvü, 1979-cu ildən Roma Beynəlxalq 
Münasibətlər  İnstitutunun müxbir üzvü, 1971-1979-cu 
illərdə  Beynəlxalq  Əmək  Təşkilatının  tövsiyə  və 
konvensiyalarının  qəbulu üzrə komitənin üzvü oldu.  
B.B.Qali 1977-
ci  ilin  oktyabrından  1991-ci  ilədək 
xarici işlər naziri olmuşdu. ”BMT və apparteid”, ”BMT 
və Kamboja” və s. kitabların müəllifi olan Butros Butros-
Qali bir çox illər ərzində diplomat, hüquqşünas, alim və 
çoxsaylı  məqalələrin  müəllifi  kimi  beynəlxalq  müna-
sibətlərlə məşğul olmuşdu. 

Əl-Əhrəm  əl iqtisadi”  jurnalının  yaradıcısı  olan 
B.Qali 1960-1975-ci ill
ərdə  onun redaktoru vəzifəsində 
çalışmış,  1991-ci  ilin  dekabrına  qədər isə  üç aydan bir 
buraxılan  “Əs-siyassa ad-Dauliya”  jurnalının  redaktoru 
52 
 


olmuşdur.  B.Qali  1979-cu ildən 1991-ci ilə  qədər 
Beyn
əlxalq  hüquq  komissiyasının, hüquq, beynəlxalq 
münasib
ətlər və politologiya sahəsində fəaliyyət göstərən 
bir çox ixtisas v
ə  elmi cəmiyyətlərin,  eyni zamanda, 
Beyn
əlxalq  Hüquq  İnstitutunun,  Beynəlxalq  İnsan 
Hüquqları  İnstitutunun,  Afrika  Siyasi  Tədqiqatlar 
C
əmiyyətinin,  Parisdə  olan  İçtimai-Siyasi Elmlər 
Akademiyasının  üzvü  oldu. 1980-cı  ildən Milli-
dem
okratik partiyanın katibliyində işləyən B.Qali 1987-
ci ild
ən  Misir parlamentinin üzvü, BMT-nin Baş  katibi 
v
əzifəsinə  gələnə  qədər isə  Sosialist  İnternasionalının 
s
ədr müavini, 1997-ci ildən Frankofon Dövlətlər 
Assosiasiyasının  baş  katibi  oldu.  Qırx  illik  fəaliyyəti 
ərzində  B.Qali  çoxsaylı  görüşlərdə  və  iclaslarda  iştirak 
etmiş,  onun  iştirakı  ilə  keçirilən  görüşlərdə  beynəlxalq 
hüquq,  insan  hüquqları,  sosial-iqtisadi  inkişaf, 
müst
əmləkəçiliyə  qarşı mübarizə, Yaxın  Şərq problemi
beyn
əlxalq hümanitar hüquq, etnik və  milli  azlıqların 
hüquqları, suverenlik, inkişaf və Afrika-ərəb əməkdaşlıq 
probleml
əri müzakirə edilmişdir.  
1978-
ci ilin sentyabrında Kemp-Devid görüşündə 
yüks
ək səviyyədə iştirak edərək Misir və İsrail arasında 
1979-cu ild
ə bağlanan Kemp-Devid sazişində mühüm rol 
oynayan 
B.Qali İsrailin xarici işlər naziri Moşe Doyan ilə 
görüşə  ciddi  hazırlaşmışdı.  B.Qali  Moşe  Doyan  ilə 
tanışlıqda, söhbət zamanı İsrailin xarici işlər nazirinin də 
onun kimi arxeologiya il
ə  maraqlandığını, evində  gözəl 
antikvar kolle
ksiya  topladığını  bildirdikdə,  İsrail  naziri 
gülüms
əyərək B.Qaliyə belə cavab verdi: “Cənab nazir, 
bizi sizinl
ə  daha  çox  yaxınlaşdıran  arxeologiyadan  çox, 
53 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə