Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Qara saç rənglənib,
sarıya dönsə
Təəccüblənmə evin
işığı sönsə.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Mərhəmət göstər ki,
nur ol gözlərdə,
Xeyirxaha dönsün
adın sözlərdə.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Mənəm-mənəmliklə
keçməz tədbirin
Olarsan bərabər bir
gün bədbinin.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Əxlaqsız əxlaqa
söykənə bilməz,
Sıxar əməlləri,
ürəkdən gülməz
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Ehtiyac üzündən
dilənsə qadın,
Düşmənlər tələsik
ləkələr adın.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Buludlar örtsə də
günəş səthini
Şimşəkdən qorxaraq
bilər həddini
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Çayda axan suyu
saxlayan bənddir
Acı dilə dərman
bir parça qənddir.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Sayılmaz, bilinməz
ulduzun sayı,
Heç biri deyilki
günəşin tayı.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Qaranlıq zülmətdir,
zülmətdə həyat
Çətindir işıqlı
həyatdan qat-qat.
Dostları ilə paylaş: |