65
ceyran, cüyür və başqa heyvanlar saxlanılırdı ki, bura gələn
insanlar vəhşi təbiətin sakinləri sayılan bu heyvanları canlı
şəkildə seyr edə bilsinlər.
“Relax”ın yaradılması üçün ömrünün gözəl çağlarını
qurban verən buranın rəhbərinin əsas məqsədi ondan ibarət
idi ki, bu əraziyə qədəm qoyan insanlar, həm ana təbiətin
gözəlliyindən, həm də həmin təbiətin bilavasitə sakinləri
sayılan məzlum heyvanların qeyri-adi davranışından,
atmosferin səmada yaratdığı təzadlardan və insan əməyi ilə
əmələ gələn gözəl şəraitdən, mənəvi cəhətcə zövq ala
bilsinlər.
Tanrının yer kürəsinə bəxşiş etdiyi təbiət mənzərəsinin
bir çox incəliklərinə bələd olan Əliyusif istirahət komplek-
sinin bütün ərazisini qarış-qarış gəzəndən sonra belə bir
qənaətə gəlmişdi ki, buradakı şərait istirahət etmək üçün,
təsəvvür edildiyindən daha füsunkar və əzəmətli görünür.
Ən müasir təlim avadanlıqlarla təchiz olunmuş sağlamlıq
mərkəzinin, yüksək texnologiyalı gimnastik və aerobika
zalı, boulinq, spa mərkəzi, rus hamamı, sauna və xüsusi
istirahət otaqları qonaqların hər cür istəyini qarşılamaq
gücündədir. İstirahət mərkəzindəki rahat kottec tipli evlər,
2-3 otaqlı lüks aportamentlər (həyətyanı sahəli kottec: kabel
televiziyası, telefon, isti-soyuq su, yanğından müdafiə
avadanlığı), həmin şəraitli 2-4-6 nəfərlk nömrələr, Şərq və
66
Avropa üslublu Küləfirəngi Restoran – 350 nəfərlik (milli
və Avropa mətbəxi), pullu əyləncələr sayılan; çayda üzmək
üçün qayıq-katamaranlar, restoran-bar, diskoteka, uşaq
meydançası, bilyard, stol üstü tennis, futbol, mini qolf,
elektro xokkey və kvadrotsikidən hər bir turist istifadə edə
bilər. Uşaqların əyləncəsi üçün uşaq oyun meydançası
(pullu uşaq attraksionları – “vertolyot”, “Günəş” və “Gəmi”
yelləncəkləri) gəaliyyət göstərir. Həmçinin ərazidə naviqa-
siyanı daha maraqlı etmək üçün kvadrotsiklar da qonaqların
ixtiyarındadır. Mini heyvanxana, müəyyən əraziləri birləş-
dirən körpülər, dərə-təpələrdə qoyulan minüatür skamyalar
dağlar arasında təzadlar yaradaraq, turistlərin dincəlmək
təlabatını da ödəməklə yanaşı, onlarda mənəvi rahatlıq
yaradırdı. Açıq hovuz kənarında böyüklər və uşaqların
unudulmaz istirahəti üçün gözəl şərait təşkil olunubdur.
Burada hovuz kənarında günəşdə qaralmaq, balıq tutmaq,
ovçuluq, Jeep safari, atla gəzinti, dağa qalxmaq təklif olu-
nan əyləncəyə daxildir. Təbii mənzərə ilə insan əməyi
nəticəsində yaradılan möcüzənin vəhdəti ayrıca kalorit
təşkil etməklə, yaradıcı insanlar, xüsusən də rəssamlar üşün
açıq səma altında, işıqlı, gözəl panorama tərtib etmişdi.
Əliyusif Allahın yaratdığı bu cənnət məkanın gözəlliyinə
o dərəcədə məftun olmuşdu ki, o, yanında dayanan
“Leksus” markalı avtomobili və həmin atomobildən düşüb
67
ona yaxınlaşan ucaboy, uzunsifət kül rəngli, qalın saçlı,
yaşı 44-48 olan, ciddi baxışlı kişini hiss etmədi. Həmin kişi
bu məkana daxil olan qonağın diqqətini yayındırmaq
istəməsə də, lakin Əliyusifin qeyri-adi hərəkətlərini özünün
mənalı baxışları ilə süzməyə başladı. Qonaq isə əksinə,
seyrini davam etdirən zaman ona tərəf tuşlanan mənalı
baxışların seyrini hiss etdi və özündən asılı olmayaraq, cəld
həmin adama tərəf döndü.
- Salam müəllim, - deyə Əliyusif öz mədəniyyətini
nümayiş etdirərək, nəvazişlə dilləndi və ara vermədən
dərhal soruşdu. – Sizə nəsə lazımdır?
- Xeyr! - deyə həmin adam cavab verdi. – Sadəcə olaraq,
sizin mənalı baxışlarınız və dünəndən bəri buradakı
mənzərəni seyr etməyiniz, mənim diqqətimi, özünüzə cəlb
edibdir. Mənə elə gəlir, siz ya rəssamsınız, ya da ki, şair?
- Mən nə incəsənət, nə də ki, ədəbiyyat sahəsinin
nümayəndəsiyəm, amma bu sahələrə dərindən maraq
göstərirəm. – deyə müxbir üzrxahlıqla dilləndi və
qarşısındakı şəxsin bu cür diqqətli olmasına heyranlığını
gizlətməyərək, özünü təqdim etmək üçün əlini uzadıb dedi:
- Uzun müddət qəzetlərdə müxbir kimi fəaliyyət göstərən,
təbiətin vurğunu olan Əliyusif Cümşüdov.
Məmnunluğunu gizlətməyən həmin adam qonağın əlini
ehtirasla sıxaraq dedi:
68
- Qədəm qoyduğunuz, “Relax” istirahət kompleksinin
sahibi Hacı İqbal Məmmədov.
Bu təqdimatdan sonra Əliyusifin sifətindəki mimika
dəyişildi. Hacı İqbal Məmmədov həm Lerikdə, həm də
Azərbaycanın bir çox rayonlarında kifayət qədər tanınmış
bir iş adamı idi. Müxbir təbəssüm hissini gizlətmədən
pafosla dedi:
- Nəhayət ki, mən, dağlar qoynunda əsl möcüzə yaradan
qurucu şəxslə əyani surətdə tanış oldum. Sizin adınızı
eşitmişdim, amma özünüzü görməmişdim. Lerikin bu
hissəsində etdiyiniz qəhrəmanlıqlardan haliyəm.
- Bu işdə mənə yardımçı olanlar var. – deyə Haci İqbal
təvazökarlıqla dilləndi. – Yaxşı dəstək olmasa idi, bu qədər
işi həyata keçirmək mümkün deyildi.
- Gəlin etiraf edək ki, siz Azərbaycanın belə bir füsunkar
gözəlliyə malik olan bu ərazidə, belə bir məstedici istirahət
ocağı yaratmağa nail olmusunuzsa, bunu yalnız qəhrəman-
lıq adlandırmaq olar. Getdiyiniz müqəddəs torpaq, sizə
halal olsun!
- Çox tərifləməyin, - deyə “Relax”ın sahibi təvazö-
karlığından əl çəkmədi. – təriflənəsi işlər, hələ qabağdadır.
Çünki istirahət kompleksindəki işlər hələ də davam edir.
Layihə üzrə aparılan işlər, hələlik başa çatdırılmasa da,
əlavə olaraq yeni layihələr tərtib olunur. İstəyirəm ki, bu
Dostları ilə paylaş: |