Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə31/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

                                                     
 
  
                                                                            
                                                    
121 
- İnşallah, tezliklə, səni şad xəbərlə sevindirəcəm. – deyə 
Əliyusif  anasının  könlünü  almağa  çalışdı.  –  Ana,  səni 
intizarda  qoymaq  istəmirəm.  Demək  olar  ki,  mən  belə  bir 
qız tapmışam.  
-  Sən  özün,  mənim  şərtlərimi  bilirsən  də?  Nişan 
olmamışdan  əvvəl  mən,  həmin  qızla  tanış  olub  söhbət 
etməliyəm. 
- Buna əmin ola bilərsən. Sənin xeyir-duan olmasa, mən, 
özbaşına heç bir qızla ailə həyatı qurmaram. Sən həmin qızı 
görəndən  sonra  onda  deyəcəksən  ki,  Qənirə  xanımın  qızı 
xasiyyət etibarilə bir qədər qüsurludur.  
Bundan  sonra  Əliyusif  anasından  ayrılaraq,  istirahət 
etmək üçün meşəyə yollandı.  
Şam  yeməyinə  üç  saat  qalmış  Əliyusif  özündən  asılı 
olmayaraq,  Gülnarə  ilə  ünsiyyət  qurmaq  üçün  kompleksin 
ərazisini  dolanmağa  başladı.  Burada  o,  anasını  Qənirə  ilə, 
başqa bir yerdə Arifi Ofeliya ilə, bir qədər aralıda isə Natiqi 
dostları  ilə  bir  yerdə  istirahət  etdiklərini  gördü.  Havanın 
qaralmasına baxmayaraq, Ürfan  əlində video  kamera şəxsi 
arxivi  üçün  çəkilişlər  aparırdı.  Həmin  çəkilişlər  elə  həmin 
gün gətirdiyi noutbuka köçürülürdü. Maraqlısı isə o idi ki, 
Ürfan  Natiqgilin  yaxınlığında  hərlənərək,  oradakıları, 
xüsusən də Zemfiranı bir müğənni kimi lentə alırdı.  


                                                     
 
  
                                                                            
                                                    
122 
Elə  bu  vaxt  Gülnarə  kotteclərin  yerləşdiyi  yolun 
kənarında  göründü.  İşıq  dirəklərinin  köməyi  ilə  Əliyusif 
onun  surətini  aydınca  sezə  bildi.  Yol  ilə  gələn  qız 
küləfirənginin  qarşısında  olan,  çətirli,  yellənən  skamyada 
əyləşdi  və  oradan  ətrafdakı  panorama  diqqət  yetirməyə 
başladı.  Onun  poetik  baxışları,  ondan  xəbər  verirdi  ki,  qız 
burada,  hamı  kimi  adicə  istirahət  etmir.  O,  buradakı 
günlərini çox mənalı keçirmək fikirində idi.  
Skamyada  ondan  başqa  45-48  yaşlarında,  ortaboylu, 
dolu  bədənli,  göyçək  bənizli,  iri  gözlü,  qalın  dodaqlı  bir 
qadın da əyləşib, istirahət vaxtını səmərəli keçirirdi. Həmin 
çatma  qaşlı,  uzun  qara  saçlı,  gülərüz  qadın  qızın  anası  ilə 
rəfiqəlik edən Məkanə idi. Məkanənin əri Qarabağda gedən 
döyüşlərdə  şəhid  olduğundan  o,  tək  başına  üç  övladını 
böyütmüş  və  hal-hazırda  onlarla  birlikdə  buraya  istirahətə 
gəlmişdi.  Elə  onun  oğlu  Asəf  Ürfan  ilə  dost  olduğundan, 
onlar  vaxtlarının  əksər  hissəsini  bir  yerdə  keçirirdilər.  Bir 
neçə  dəqiqə  keçəndən  sonra  onlara  elə  Məkanə  ilə  eyni 
yaşda  olan  dolu  bədənli,  qarabuğdayı,  qırmızı  rəngə  çalan 
cod  saçlı  bir  qadın  yaxınlaşdı.  Əliyusif  kənardan  həmin 
qadını  diqqətlə  süzəndə  gördü  ki,  o,  Ürfanın  anası 
Sənubərdir.  Sənubər  söhbətcil  olduğundan  dərhal  qızla 
tanış olub, onunla söhbət etməyə başladı. 


                                                     
 
  
                                                                            
                                                    
123 
Bura dağların arasında  yerləşdiyindən, hal-hazırda sərin 
hava  müşahidə  olunurdu.  Qaranlığın  çökməsinə  baxmaya-
raq, ətrafdakı işıq fənərləri buranı kifayət qədər işıqlandırır-
dı. Məhz bunun sayəsində Əliyusif çətinlik çəkmədən qızın 
yaraşıqlı  bənizini  süzə  bilirdi.  Qızın  əynində  çəhrayı 
rəngində  idman  paltarı  vardı.  O,  havanın  sərin  keçməsini 
görüb, köynəyinin yaxalığını dik qaldırmışdı.  
Əliyusif  yaxınlaşmaq  üçün  bəhanə  axtarmasa  da,  o,  elə 
etmək istəyirdi ki, rəssam qız heç olmasa gözucu onu görə 
bilsin.  Müxbir  münasib  bir  rakurs  seçmək  istəyən  zaman 
onun qanı qaraldı. Çünki bir qədər aralıda Natiq yanındakı 
adamlarla  birlikdə  əyləncə  meydançasına  gəlib,  orada 
bilyard  oynamağa  başlamışdı.  Özlərini  sərbəst  və  ərköyün 
şəkildə  aparan  həmin  adamlar,  heç  kimə  əhəmiyyət  ver-
mədən ağızlarında siqaret bərkdən deyib-gülərək, ətrafdakı 
insanlarda  ikrah  hissi  oyadırdılar.  Elə  bu  vaxt  Gülnarəgil 
ayağa qalxıb, Əliyusifin qaldığı mehmanxana istiqamətində 
yola düzəldilər. Onları arxadan süzən müxbir özündən asılı 
olmadan, gedənlərin ardınca yollandı.  
Hava qaralsa da, kompleksin bütün ərazisi işıq fənərləri 
ilə  kifayət  qədər  işıqlandırılırdı.  Ona  görə  də  kim  hara 
gedirsə-getsin,  özünü  tam  şəkildə  sərbəst  hiss  edə  bilərdi. 
İşıqlandırma  sistemindən  əlavə,  meşəyə  gedən  cığırların 
hamısı  buranın  mühafizəçiləri  tərəfindən  elə  ciddi 


                                                     
 
  
                                                                            
                                                    
124 
qorunurdu  ki,  hər  bir  kəs  özünü  burada  təhlükə  və  qorxu 
bilmədən gəzişmək imkanına malik idi. Məhz buna görə də 
qaranlığın  çökməsinə  əhəmiyyət  verməyən  turistlər, 
kompleksin  ən  ucqar  yerlərində  gəzişərək,  istirahətlərini 
səmərəli şəkildə keçirirdilər.  
Sənubər  qaldığı  mehmanxananın  astanasında  onlardan 
ayrılıb, yuxarı qalxdı. Gülnarə ilə Məkanə mehmanxananın 
yanından ötüb, hovuza gedən yol ilə hərəkət etdilər. Lakin 
onlar  sola  dönmədən  düz  yol  ilə  VIP  restoranı  istiqamə-
tində yollarını davam etdirdilər. Görünür, buradakı tikililər 
xoşlarına  gəldiyindən,  onlar  həmin  hissəni  də  seyr  etməyi 
qərara almışdılar.  
Əliyusif  gələndən  buraları  az  gəzmiş,  amma  bilirdi  ki, 
buradakı bir çox kotteclər artıq fəaliyyət göstərir və əyləncə 
mərkəzləri  yenicə  istifadəyə  verilsə  də,  oralar  turistlər  ilə 
dolu idi. Bir qədər aralıda, yenicə istifadəyə verilmiş, eyni 
vaxtda  500  nəfərlik  tutumu  olan  möhtəşəm  “Aquapark”, 
200  nəfərlik  standart  otel  və  VIP  otaqlar  öz  əzəmətini 
nümayiş  etdirirdi.  Elə  onların  yaxınlığında  Boulinq  zal 
yerləşirdi.  
“Aquapark”la  “Qadın  vitamin  barı”nın  arasında  300 
nəfərlik  VIP  restoran,  ondan  kənarda  isə  Amfiteatr 
tikilmişdi. Bütün bu üçbucaq tikililərin ortasında əlvan işıq 
fənərləri  və  lazer  şüaları  ilə  təchiz  edilmiş  gözəl  fəvvarə 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə