Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə34/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

                                                     
 
  
                                                                            
                                                    
133 
- Əgər, elə şeylərə əhəmiyyət versək, onda heç bir oğlan 
hər hansı bir qız ilə ünsiyyət qurmamalıdır.   
-  Amma  hər  şeyin  öz  həddi  var.  –  deyə  rəssam  qız 
oğlanın  dedikləri  ilə  razılaşmadı.  –  Sən  şəhərdə  də,  elə 
burada  da  olanda  məni  təqib  edirsən.  Bu  hərəkətlərə  görə 
mən xəcalət çəkirəm.  
-  Əmin-amanlıqla  bildirmək  istəyirəm  ki,  mənim  sənə 
yaxınlaşmaqda  pis  niyyətim  yoxdur.  Sən  hələ  məni  yaxşı 
tanımırsan. Mən bütün varlığımla sənin qulluğunda durmaq 
istəyirəm.  Mən  həqiqətən  də  sənə  pis  niyyətlə  yaxınlaşmı-
ram.  Sadəcə  olaraq,  hər  dəfə  mən  səninlə  üzləşib  ünsiyyət 
qurmaq istəyəndə, aramızda narazılıq baş verir.  
-  İncimə  məndən,  haçan  səninlə  üzləşirəmsə,  həmin  an 
mənim  halım  pisləşir.  Ona  görə  ki,  sən  gah  qrup  yol-
daşlarımın,  gah  iş  yoldaşlarımın  yanında  mənə  yaxınla-
şaraq, qabağımı kəsir, bərkdən danışır, son anda isə acılayıb 
uzaqlaşırsan.  
-  Sən  mənə  qulaq  asmaq  istəmədiyin  üçün  mən 
hiddətlənirəm.  Axı,  sən  mənim  nə  demək  istədiyimi  və 
məqsədimi öyrənmək istəmirsən. Mənim yaxşı təklifim var. 
- Yaxşı, sözünü de, ondan sonra məni rahat burax. 
-  Gülya  xanım,  sadəcə  olaraq,  mən  səndə  olan 
mədəniyyəti görüb, sənə yaxşı iş təklif etmək istəyirəm.   


                                                     
 
  
                                                                            
                                                    
134 
-  Maraqlıdır,  sən  mənə  hansı  iş  təklifi  edə  bilərsən?  – 
deyə qız baxışlarını gizlədərək istehza ilə dilləndi. - Bəlkə 
sən, hansısa böyük şirkətin prezidentisən? 
-  Açığını  desəm,  Bakının  mərkəzində  mən  böyük  bir 
restoran işlədirəm. – deyə nəzərlərini qızın gözəl çöhrəsin-
dən ayıra bilməyən Natiq, bir qədər tərəddüd edəndən sonra 
səmimiyyətlə  dilləndi.  –  Həmin  restoranın  müştəriləri  çox 
nüfuzlu  adamlardır  və  onlar  oraya  yeməkdən  çox,  mənəvi 
istirahət  etmək  üçün  gəlirlər.  İstərdim  ki,  sən  mübarək 
addımlarınla ora ayaq basasan. 
Bu sözlərdən sonra Natiq ona lovğa adam kimi göründü. 
İş ondadır ki, Gülnarə qarşısındakı oğlanın imkanlı ailədən 
olduğunu  bilirdi.  Qızda  olan  məlumata  görə  Natiq 
Rusiyadan  Azərbaycana  böyük  həcmdə  tikinti  materialları 
gətizdirərək,  onları  iri  tikinti  sektorlarında  realizə  edirdi. 
Məhz bu iş ilə əlaqədar o, mütəmadi olaraq Rusiyaya ezam 
olunurdu.  Rəssam  qız  dəqiq  bilirdi  ki,  yazılmamış 
qanunlara görə Natiq imkanlı ailədən olduğu üçün atası ona 
kasıb ailədən qız almayacaq. Elə ailələrdən olan valideynlər 
adəti üzrə öz imkanlarına uyğun olan qız alıb, qız verirlər. 
Bu  vaxta  qədər  isə  Natiq  neçə  dəfə  Gülnarə  ilə 
görüşübdürsə, həmişə də qızdan xoşu gəldiyini və ona olan 
münasibətinin ciddi olduğunu bəyan etmişdi. Bundan əlavə 
özündən  müştəbeh  halda  razı  olan  oğlan  bahalı  hədiyyələr 


                                                     
 
  
                                                                            
                                                    
135 
alması  ilə  şirnikləndirməyə  çalışmışdır  və  belə  bir 
söhbətlərdən  sonra  o,  Gülnarənin  nifrətini  qazanırdı.  Bir 
sözlə,  özünü  restoran  müdiri  kimi  qələmə  verən  Natiq  bu 
dəfə də lovğalığına görə qızın gözündən düşdü.  
-  Çox  gözəl  ki,  sənin  restoranın  var.  –  deyə  Gülnarə 
ciddi  halda  dilləndi.  -  Amma  bildirmək  istəyirəm  ki,  mən 
heç  vaxt  restoranlarda  olmuram.  Çünki  aldığım  məvacib 
buna imkan vermir.  
- Bilmək olar, işlədiyin yerdə nə qədər məvacib alırsan?  
- Buna heç bir ehtiyac yoxdur.  
-  Nə  deyirəm  ki,  harada  işləməyindən  asılı  olmayaraq, 
sənə  daha  yaxşı,  daha  səmərəli,  daha  yüksək  məvacibli,  iş 
təklif etmək niyyətindəyəm. 
Bu təklif o qədər də qızın ürəyindən olmasa da, o, başını 
qaldırıb  oğlana  tərəf  sualedici  nəzərlərini  yönəltdi.  Həm-
söhbəti  heç  bir  söz  işlətməsə  də,  lakin  onun  mimikasının 
tərpəndiyini görən Natiq həvəslə sözünə davam etdi. O: 
-  İstərdim  ki,  sən  mənim  restoranımda  administrator 
vəzifəsində işləyəsən. Həmin işin öhdəsindən gəlmək üçün 
mənə tərbiyəli, qabiliyyətli və bacarıqlı bir xanım lazımdır.  
-  Üzr  istəyirəm  səndən,  -  deyə  rəssam  qız  təəccüblə 
dilləndi.  -  məni  yaxından  tanımadan  haradan  bilirsən  ki, 
mən tərbiyəli, qabiliyyətli və bacarıqlı adamam? 


                                                     
 
  
                                                                            
                                                    
136 
- Mən xeyli müddətdir ki, sənin hərəkətlərini, davranışı-
nı izləyir və müəyyən mənada, sənin hansı xarakterə malik 
olduğuna bələdəm.  
-  Qəribə  olmasa  da,  verdiyin  təklifə  öz  etirazımı 
bildirdiyim üçün, səni məyus etməli olacağam.  
-  Mən  deyərdim  ki,  təəssüflər  olsun.  –  deyə  həmsöhbə-
tinin  belə  bir  cavab  verəcəyinə  hazır  olan  Natiq  məyus 
halda  dilləndi.  -  Bilmək  olar,  nəyə  görə  sən  belə  bir 
əlverişli təklifə öz etirazını bildirdin?  
-  Çünki  bu  təklif  qeyri-real  kimi  görünür.  –  deyə  qız 
qətiyyətlə  cavab  verdi.  –  Sən  yaxından  tanımadığın  bir 
adama  elə  bir  məsuliyyətli  işi  necə  tapşıra  bilərsən?  Sən 
kənardan mənim hərəkətlərimi izləsən də, heç vaxt mənim 
xarakterimə bələd ola bilmərsən. Deməli, mən heç bir vaxt 
verdiyin etimadı doğrulda bilmərəm.  
-  Əbəs  yerə  belə  fikirləşirsən,  mənim  təklifim  çox 
ciddidir.  Restoran  mənimdir  və  mən  kimi  hansı  vəzifəyə 
istəsəm,  ora  da  təyin  edirəm.  Seçimimdə  isə  mən  heç 
kiminlə  məsləhətləşmirəm.  Mənim üçün bir gün kifayətdir 
ki, adamın xasiyyətinə lazım olan qədər bələd olum.  
-  İncimə  məndən,  mənim  kimi  bir  adam  hər  şeydən 
ehtiyat edə-edə restoranda, kafedə işləyə bilməz. 
-  Sənə  dedim  axı,  ora  çox  elitnıy  restorandır,  müştərilə-
rim isə ölkəmizin çox nüfuzlu adamlarıdır. Hətta müğənni-


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə