165
Pula görə namusunu satan, ləyaqəti barəsində azacıq
olsun belə, düşünməyən həmin pozğun qadın, hazırda
başqasının vicdanını pul ilə satın almağa çalışırdı.
- Burada, siz fikirləşdiyiniz kimi, hər şey satın alınmır. –
deyə Əliyusif bütün iradəsini toplayaraq, aludəliklə
dilləndi. – Mən çalışdığım redaksiyada eybəcərliklər tərif
olunmur, orada yalan çiçəklənmir. Əlirza bəy bütün sətirləri
saf-çürük edir, müəlliflərlə şəxsən görüşür, mənəviyyatın
təbliğ olunmasına xüsusi diqqət yetirir və ən nəhayət o,
əxlaq pozğuntularına qarşı səlib müharibəsi elan edibdir.
- Sənin maaşın nə qədərdir? – deyə müğənni maraqlandı.
- 250 manata yaxın.
Bu cavabdan sonra qəhqəhə ilə gülən Zemfira kresloya
yayxanaraq əli ilə Natiqin çiyninə vurdu. Sonra o, sinəsinin
üstündə bərq vuran kulonu dostuna göstərib istehza ilə
soruşdu:
- Natı, gördüyün bu brilliant kulonu satsam, neçə müxbir
işlədə bilərəm?
- Bir aya 250, bir ilə haradasa, 20 nəfər. – deyə
riyaziyyatdan yaxşı başı çıxan Natiq, bir neçə saniyə vaxt
itirərək, gülə-gülə dilləndi.
Eşidilən rəqəmdən vəcdə gələn müxbir öz təəccübünü
gizlədə bilmədi və maraqla soruşdu ki, həmin şüşə elə
qiymətlidir ki, onun dəyərində bu qədər adam işlətmək
166
olar? Həmin sualdan özünü saxlaya bilməyən Zemfira,
kresloya sərilib ayaqlarını yuxarı qaldıraraq əsdirə-əsdirə,
qəh-qəhə çəkib gülməyə başladı. Onun belə bir şıltaq
hərəkətini özü üçün təhqir hesab edən müxbir, ağzını açıb
söz demək istəyirdi ki, birdən müğənni ayaqlarını aşağı
salıb mat-məəttəl halda dedi:
- Sən necə müxbirsən ki, adi şüşəni brilliantdan ayıra
bilmirsən? Heç bilirsən, sinəmdəki kulonun qiyməti nə
qədərdir? 50 min manat! Hər müğənni belə bir qiymətli
qaşı sinəsində gəzdirməyi arzulayır.
- Zərgərlərin ad verdikləri brilliant, almaz, yaqut,
zümrüd, əqiq qaşlar mənim üçün Allahın yaratdığı adi şüşə
hesab olunur. – Əliyusif köksünü ötürərək, soyuqqanlı
tərzdə dilləndi. – Mənim fikrimcə, balaca bir şüşəyə 50 min
manat pul verən adam kamil şəxs ola bilməz. Ona görə ki,
həmin pulu şüşəyə verincə, kimsəsiz körpələr, uşaqlar,
qocalar evinə, internatlara köçürülsə, daha savab iş sayılar.
- İncimə məndən, amma sən geridə qalmış adamlar kimi
danışırsan. – Zemfira ağzını büzərək narazı halda dilləndi.
– Mən zəhmətim bahasına həmin brilliant kulonu əldə
etmişəm. O ki, qaldı kimsəsiz uşaqlar evinə və internatlara
kömək edən təşkilatlar var. Biz müğənnilərin ora yardım
etməyimizin heç bir mənası yoxdur.
167
- Kimsəsiz uşaqlara yardım etmək üçün, adamda gərək
geniş ürək olmalıdır. İtə, pişiyə, meymuna, mənasız şeylə-
rə, brend adı altında satılan bahalı pal-paltarlara, əşyalara
pul xərcləyincə, həmin pul kimsəsiz uşaqlara xərclənsə,
onda Allaha da xoş gedər. Bax, elə götürək, içdiyiniz bu
konyakı. Mən biləni bu konyakın qiyməti, haradasa, 200-
250 manat civarındadır. Artıq bu israfçılıqdır. Halbuki
həmin pula neçə uşaq sevindirmək olardı.
XV fəsil. Əqidəsinə görə verilən təklifdən
imtina edən müxbir
Müxbirin bu sözü bir qədər müğənnini qıcıqlandırdı və
o, konyak içə-içə həmin adamı qəribə baxışları ilə süzsü. O,
bir qədər ara verəndən sonra ciddi halda dedi:
- Elə hamı gözünü bizim pula dikibdir. Mən hər hansı bir
malı əldə etmək istəyirəmsə, onda həmin malın qiyməti
neçəyə olursa-olsun, mütləq onu əldə etməliyəm.
- Sizin pullara heç kimin gözü düşməyibdir. Sadəcə
olaraq, mən demək istəyirəm ki, əldə olunan pullar elə
168
xərclənməlidir ki, Allaha xoş olsun. Ən savab iş isə kasıb-
küsuba əl tutmaqdır.
- Bilmək istəyirsənsə, müğənnilərin əksəriyyəti müəyyən
bayramlarda uşaq evlərində, internatlarda tədbirlər keçirir-
lər. Allaha şükür ki, həmin xeyriyyə tədbirləri televiziya
ekranlarında nümayiş etdirilir.
- Televiziya ekranlarında açıq-aydın görmək olur ki,
həmin tədbirlər xeyriyyəçilikdən qat-qat uzaqdadır. Müğən-
nilər həmin tədbirləri yox, məhz özlərini reklam edirlər.
Onlar uşaqlara yardım aparmaq əvəzinə, fanoqramı işə
salaraq, orada boş-boşuna attanıb-düşürlər. Uşaqlar onsuz
da asudə vaxtlarında maqnitofon qoyub musiqi dinləyirlər.
- Sənin dediklərin absurddur. Mus-mus deyincə, birdəfə-
lik mustafa de də. Sözünün canını söylə.
- Dediyim odur ki, şəxsən mənim 50 min manatım olsa,
mən onu, hər hansısa bir ziynət əşyasının alınmasına
xərcləmərəm. Çünki həmin ziynət əşyası oğurlansa, elə bil
iki otaqlı mənzil oğurlanıbdır. Aldığım məvacibim 250
manatdır və inanmıram ki, belə bir gedişatla mənim
məvacibim iki və yaxud üç dəfə artsın.
Yenə də Zemfiranın dodaqlarında istehza təbəssümü
sezildi və o, növbəti siqareti yandıraraq Əliyusifə şübhəli
bir nəzər saldı. Özünü vulqarcasına aparan müğənni, siqaret
tüstüsünü həmsöhbətinin sifətinə üfürə-üfürə dedi:
Dostları ilə paylaş: |