Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə41/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

                                                     
 
  
                                                                            
                                                    
161 
bir  məqalə  yazmarsan.  Amma  mən  həmin  müxbiri  tapıb 
sərt  şəkildə  cəzalandıracağam.  Ondan  sonra  o,  biləcək  ki, 
başqasının şəxsi həyatına müdaxilə etmək nə deməkdir.  
- Mənə elə gəlir, müxbirlər həqiqət dolu fikirlərini qəzet 
səhifələrində dərc etdirsələr, onda onlar heç nədən qorxma-
malıdırlar.  Həm  də  əsl  istedadın  yaradıcılığı  haqqında  hər 
hansı  bir  məqalə  yazmaq,  hər  bir  jurnalist  üçün  şərəf 
gətirər.  
-  Əliyusif,  sən  Zemfiranı  tanıyandan  bəri  gərək  onun 
fəaliyyəti ilə maraqlanıb, səhnə yaradıcılığı ilə bağlı silsilə 
məqalələr  yazaydın.  –  deyə  Natiq  narazı  halda  dilləndi.  – 
Zemfira sənin istedadlı bir müxbir olduğundan xəbərdardır. 
Sən bir qonşu kimi onun təbliği ilə məşğul olmalıydın. 
- Bu işdə, ən çox, mən səni günahlandırıram. – gözlərini 
xumarcasına  açıb-bağlayan  müğənni,  Natiqə  ötəri  nəzər 
salaraq  küsgün  halda  dilləndi.  –  Sən  mənim  prodüsserim 
kimi  hələ  bir  neçə  ay  bundan  əvvəl  qonşum  ilə  əlaqə 
yaradıb, onunla işbirliyi yaratmalıydın.  
-  Bu  məsələdə  səhlənkar  olduğumu  boynuma  alıram.  – 
Natiq üzrxahlıqla dilləndi. 
Həddindən  artıq  əsəbi  olan  Natiqin  belə  bir  təmkinli 
danışması,  daim  ambisioz  görünən  Zemfiranın  mülayim 
münasibət  bəsləməsi  müxbirin  təəccübünə  səbəb  olmuşdu. 
Onlar  cilddən-cildə  girsələr  də,  Əliyusif  arif  insan  kimi 


                                                     
 
  
                                                                            
                                                    
162 
həmin  adamların  niyyətlərini  başa  düşmüşdü.  Onlar  düş-
dükləri  girdabdan  çıxmaq  üçün  müxbirə  yaltaqlanırdılar. 
Elə  bu  məqamda  Əliyusif  öz  dünyasına  qapanaraq,  daxi-
lində müəyyən şeyləri götür-qoy etməyə başladı: dünyanın 
işinə  bax  da,  dünənə  kimi  fors  ilə  yanımdan  ötüb  keçəndə 
heç  vaxt  salam  vermirdi.  İndi  isə  mənimlə  işbirliyi  yarat-
maq istəyir. O, mənim ağılsız olduğumu zənn edirsə, yanı-
lır.  Nankor  müğənni  elə  başa  düşür  ki,  məni  aldada  bilər. 
Nə  vaxtdan  yanındakı  oynaşı  onun  prodüsseri  olubdur? 
Əlbəttə  ki,  o,  bu  yalanla  Natiqlə  burada  əylənməsini  ört-
basdır etmək niyyətindədir və bununla da havadarına qarşı 
etdiyi xəyanəti pərdə arxasında saxlamaq istəyir. Bunu ört-
basdır etmək qeyri-mümkündür. Çünki gec və ya tez bütün 
sirrlərin  üstü  açılır  və  ədalət  zəfər  çalır.  Şübhəsiz  ki, 
Zemfira kimi naqis, pozğun, əxlaqsız qadınlar ifşa olunmalı 
və etdiyi əməllərə görə öz cəzasına çatmalıdır. Tarix boyu 
mən belə bir adamla işbirliyi yarada bilmərəm. 
Məhz  bütün  bu  götür-qoydan  sonra  o  qərara  gəldi  ki, 
mədəni surətdə onların təklifini rədd etsin.  
-  İnciməyin  məndən,  amma  sizə  bildirməliyəm  ki, 
mənim  yazılarım  tənqidlərdən  ibarətdir.  –  deyə  əvvəlki 
kimi  Zemfiraya  heç  bir  nəzər  salmayan  müxbir  aludəliklə 
dilləndi.  -  Şou  aləminə  daxil  olan  müğənnilərin  ərköyün 


                                                     
 
  
                                                                            
                                                    
163 
hərəkətləri,  səhnədə  baş  verən  neqativ  hallar,  naşı  ifalar 
mənim yazılarımın özəyini təşkil edir.  
-  Sən  bilirsən  ki,  artıq  Zemfira,  öz  sənəti  ilə  bir  çox 
fanatlar  qazanıbdır  və  nüfuzlu  şəxslərdən  bir  neçəsi  onun 
yaradıcılığını diqqət mərkəzində saxlayırlar. Onun barəsin-
də  məqalələr  yazsan,  bu  hər  ikimizin  ürəyindən  olar.  Bir 
sözlə,  Zemfiranın  yaradıcılığı  qəzet  səhifələrində  işıqlan-
dırılmalıdır. 
Bu təklif Əliyusif üçün gözlənilməz olduğundan o, çaş-
baş  qaldı.  Çünki  onu  yaxından  tanıyan  bir  çox  insanlar 
yaxşı  bilirlər  ki,  jurnalistika  ilə  məşğul  olan  Əliyusif  öz 
işində  prinsipial  bir  adam  sayılır  və  o,  sifariş  xarakterli 
yazıları  heç  vaxt  heç  kimdən  qəbul  etməz.  Tanışlıqla 
səhnəyə  gələn,  havadarlarının  sayəsində  mavi  ekranlarda 
görünən naşı müğənniləri top atəşinə tutan Əliyusif, birdən-
birə öz əqidəsinə, öz prinsipinə zidd çıxa bilməzdi. Həm də 
o,  müəyyən  mənada  Zemfiranı  bayağı  mahnıları  ifa 
etməkdə çətinlik çəkməyən, musiqi savadı, musiqi duyumu 
olmayan, səviyyəsiz, əxlaqsız, tərbiyəsiz, pozğun bir qadın 
kimi tanıyır.  
Əliyusif bir qədər  fikirə gedəndən sonra baxışlarını düz 
emosional  oğlanın  gözlərinin  içərisinə  yönəldərək,  ciddi 
halda dedi: 


                                                     
 
  
                                                                            
                                                    
164 
-  Məlumatınız  olsun  deməliyəm  ki,  mənim  çalışdığım 
məfkurə  ciddi  oxucular  üçün  nəzərdə  tutulubdur.  Paralel 
olaraq, mən öz yazılarımı “Kredo” qəzetində də dərc etdiri-
rəm. Qəzetin baş redaktoru Azərbacanda yazıçı, şair, alim, 
müəllim,  incəsənət  və  mədəniyyət  xadimləri  tərəfindən 
peşəkar qələm ustası kimi qəbul edilən, yazıçı, şair,  publi-
sist  Əlirza  bəy  Xələflidir.  O,  hər  bir  nömrəni  cidd-cəhdlə 
yoxladığından,  şit-şit  məqalələrin  qəzet  səhifələrində  yer 
tapmasına imkan vermir. 
-  Sən  elə  bil  harada  yaşadığından  bixəbərsən.  –  deyə 
söhbətə  müdaxilə  edən  Zemfira  damağına  siqaret  qoyaraq 
hüznlə dilləndi. – Bir çox müxbirlərin cüzi qonorar müqabi-
lində  hansı  sifarişlərin  yerinə  yetirildiyinin  şahidiyik. 
Redaktorların  və  müxbirlərin  hava  ilə  dolanmadıqlarından 
haliyəm.  Mən  hər  hansı  bir  müxbirlə  işbirliyi  yaratmaq 
iqtidarındayam, lakin sən nüfuzlu bir qəzetdə işlədiyindən, 
mən səninlə işbirliyi qurmaq istəyirəm.  
Bu sözlərdən sonra Əliyusifin dodaqlarında acı təbəssüm 
sezildi.  Müxbir  elə  bir  xarakterə  malik  idi  ki,  təbiətən  o, 
Zemfira kimi adamlardan uzaq düşməyə çalışır, belə adam-
larla  nəinki  işbirliyi  qurmaq,  heç  ünsiyyət  qurmaq  belə 
istəmirdi.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə