173
müğənninin oynaşı yox, məhz prodüsseridir. Çünki bu
dialoq zamanı emosional oğlan prodüsser kimi çıxış edirdi.
- Əliyusif, belə bir güzəştlər nəinki müxbirlərə, hətta
cangüdənlərə də təklif olunmur. – Natiq badənin birini də
konyakla doldurub müxbirə uzatdı. – Sadəcə olaraq, səndən
Zemfiranın istedadından yazmaq tələb olunacaq.
- İçkiyə görə çox sağ ol. Pis təsir göstərdiyi üçün mən
səhər tezdən spirtli içki qəbul etmirəm. O ki qaldı yazı
məsələsinə, gör nə deyirəm, ədalət və həqiqət mənim üçün
hər şeydən önəmlidir, onlardan da ən önəmlisi xalqımın
adət-ənənəsi, mədəniyyəti və mənəviyyatıdır. Mən yalana
əl ataraq, uydurma və səviyyəsiz təriflər yaza bilmərəm.
Belə şeylər mənim xislətimə uyğun deyil.
- Nəyə görə? – deyə kefli müğənni maraqlandı.
- Ona görə ki, - deyə Əliyusif, özünü qabiliyyətli apar-
maq iqtidarında olmayan müğənniyə ikrah hissi ilə nəzər
sala-sala qətiyyətlə dilləndi. - sənətini izləyəcəyim müğənni
ən azı Azərin kimi geyinməli, Azərin kimi sadə olmalı,
Azərin kimi ismətini qorumağı bacaran, Azərin kimi vətən-
pərvər ruhda yaşamalı, Azərin kimi abırlı, həyalı, mədəni
və əxlaqlı olmalıdır.
- Məgər, Azərin müğənni etalonudur? Sən elə danışdın
ki, guya mən ismətimi, həyamı, abırımı itirmişəm. Mən
ondan da həyalı, abırlı və ismətliyəm. Sadəcə olaraq Azərin
174
keçmişdəki qadınlar kimi geyindiyindən, mənim kimi
müasir qadınlarda gülünc hissi doğurur. Təsəvvür edirsən,
o, qadın olsa belə, yaşlı qadınlar kimi heç bir makiyajdan
istifadə etmir.
Sən deyəsən, unutmusan ki, biz hər bir şeyin sürətlə
dəyişdiyi bir zamanda, XXI əsrdə yaşayırıq. Bütün köhnə
dəbdə olan paltarlar, paslanmış adətlər XX əsrin zibilliklə-
rində qalıb yox oldu. Biz iyirmi ilə yaxındır ki, ifrat islam-
dan ayrılaraq, Avropaya inteqeasiya edirik. Biz brend mar-
kalı geyimlərdən istifadə etməsək və Avropasayağı saç
düzümlərinə üstünlük verməsək, onda heç bir xarici qas-
trollarda iştirak edə bilmərik. Müasir fransız, italyan, alman
geyimləri hazırda dəbdə olan paltarlardır. Artıq Bakıda
yaşayan müasir gəncləri avropalılardan ayırmaq çox
çətindir.
- Azərin makiyajdan istifadə etməsə də, o, kilolarla sifə-
tinə kosmetika sürtərək, bənizini iyrənc hala salan bir çox
qadınlardan qat-qat gözəldir. Çünki Tanrı ona necə çöhrə
veribdirsə, o, həmin təbii çöhrədə qalmağı özünə borc bilir.
Birincisi, yadda saxla ki, bizim köhnə dəbdə saydığın
paltarlar, müəyyən mənada milli adətə uyğun abırlı geyim-
lər sayılıır. İkincisi, bizim adətlər heç vaxt paslanmayıbdır,
əksinə həmin adətlər ürəkləri vətən eşqi ilə döyünən, hər an
Azərbaycan uğrunda ölümə getməyə hazır olan, tariximiz
175
və mədəniyyətimiz ilə öyünən əsl azərbaycanlı ailələrdə
təbliğ olunaraq yaşadılır. Üçüncüsü, əhalimiz müsəlman ol-
sa da, bizim ölkə heç vaxt ifrat islamın ağuşunda olmayıb-
dır. O ki qaldı Avropaya inteqrasiya məsələsinə, biz tərəqqi
ilə yanaşı uçuruma da gedirik. Ən azı bu mənəviyyat
pozğuntuluğu ilə bağlıdır. Artıq bir çox ailələrdə uşaq vali-
deynin sözünə baxmır, qız atanın evdə olmasına əhəmiyyət
verməyərək, istədiyi oğlanla telefonda danışır, qızlar açıq-
saçıq geyinir, bədənlərinə döymə vurdurur, sir-sifətlərini,
bədənlərinin müəyyən hissələrini selikonla doldurur, bir
çox oğlanlar qaşlarını aldırır, qulaqlarına sırqa taxdırır,
dodaqlarını şişirdir, kişiyə yaraşmayan geyimlərə üstünlük
verir, bacı qardaşı, arvad ərini tutdurur, oğul ananı, atanı
öldürür, əhali banklardan aldığı kreditlərdən boğulur, ən
faciəsi isə odur ki, arada yaranan cüzi narazılıqlara görə
arvad ərindən, ər arvadından boşanır, ailələr dağılır.
Müxbirin təbliğatından təngə gələn müğənni üzünü
Natiqə tutaraq bezikmiş halda dedi:
- Bu ki, məsciddə əyləşən mollalar kimi danışır. Mən isə
elə bilirdim ki, o, peşəkar bir müxbirdir və hər an mənim
istedadımı öz qəzetində işıqlandıracaq. Mən inanmazdım
ki, o, bu dərəcə köhnə fikirli adamdır.
- Mən köhnə fikirli adam deyiləm, - Əliyusif həmsöh-
bətinin ifadəsindən hiddətlənərək, qəzəbli halda dilləndi. -
176
sadəcə olaraq, həqiqəti yazmaqla mən yolunu azmış bəzi
adamları düzgün yola çəkmək istəyirəm.
- Sən bu sözləri kimə atırsan? – Zemfira gözlərini
bərəldərək, bir qədər səsini qaldırdı.
- Tam əmin ola bilərsən, mənim sözlərim bir anda öz
ünvanına çatır.
- Sən deyəsən, ünvanı səhv salmısan. – deyə müğənni
həmsöhbətinin üstünə qışqırdı və dərhal ayağa qalxaraq,
əsəbi halda Natiqə müraciət etdi. – Başa düşmürəm, bu
“çuşka” haradan gəlibdir? Tez ol, onu buradan uzaqlaşdır,
yoxsa əlimdən bir xata çıxacaq.
Səviyyəsiz müğənnilərə baş qoşmaq istəməyən jurnalist,
özü ayağa qalxıb, qapıya tərəf yollandı. İçdiyi konyakdan
bir qədər keflənən Natiq əvvəlcə başa düşmədi hansı sözün
üstündə mübahisə yarandı. Əliyusifə nisbətən Zemfira bərk
coşduğundan o, elə anladı ki, məhz müxbir müğənnini
tənqid edərək, onu əsəbiləşdirmişdi. Məhz bu səbəbdən
Natiq Əliyusifə tərs nəzər salıb “rədd ol buradan” deyərək,
qışqırdı və dərhal Zemfiranı sakitləşdirməyə başladı.
Əliyusif qapıdan çıxan zaman həyasız müğənni “səni diz
çökdürməyə mənə borc olsun” ifadəsini söyləyərək, müxbi-
ri hədələdi.
Əsəbləri səngiməyən Zemfira Natiqə qətiyyətlə bildirdi
ki, müxbiri sərt şəkildə cəzalandırmaq lazımdır. Ambisioz
Dostları ilə paylaş: |