205
Əliyusif Bakıya gələndə zədələrinin müalicəsi ilə məşğul
olaraq, başına gəldiyi müsibəti aydınlaşdırmağa çalışırdı.
Şübhə yox idi ki, bu Natiq tərəfindən ona qarşı qurulan
böhtan xarakterli kompaniyanın bir hissəsiydi. Müxbiri ən
çox sarsıdan nadanlıq idi. İş onda idi ki, Gülnarə həmin
şərdə yaxşı tanıdığı saf qəlbli Əliyusifdən çox, naqis
hərəkətləri ilə məşhur olan Natiqin iftiralarına uymuşdu.
Jurnalist mütləq bütün bu məsələni araşdırıb müqəssirləri
üzə çıxarmalı idi. Məsələnin mürəkkəbliyi müxbirə, bu işdə
hansı tərəfdən yanaşılmasını çətinləşdirirdi.
Boş oturmağı xoşlamayan Əliyusif zədələrini müalicə
edə-edə istirahət etdiyi məkanın möhtəşəmliyi barəsində
məqalə hazırlayırdı. Məqalə hazır olan zaman Xədicə də
istirahətdən qayıtmışdı. Təxminən elə o vaxt müxbirin
tanıdığı bütün dost-tanışlar şəhərə gəlmişdilər.
Xədicə evinə qayıdandan sonra oğlunu qanı qara vəziy-
yətdə görür. Daim dinib-danışan Əliyusif bu dəfə susmağa
üstünlük verirdi. Lakin müxbirin də istirahət kompleksində
göstərdiyi inadkarlığı kövrək qəlbli ananı hiddətləndirmiş-
di. Çünki ananın oğluna təklif etdiyi qız xasiyyətinə görə
bir çox müasir qızlardan fərqlənir və ondakı mədəniyyət,
ədəb-ərkan hər bir azırbaycanlı qız üçün örnək sayıla bilər.
Xədicənin fikri ilə Əliyusif Gülnarə ilə olan izdivaca razılıq
vermədiyi üçün onun arzusunu ürəyində qoymuşdu. O, elə
206
evinə qayıdan kimi oğlunun bikef olmasına əhəmiyyət ver-
mədən “sən Gülya kimi qızdan imtina etməklə öz xoşbəxt-
liyinin üstündən xətt çəkdin. Buna görə sən çox peşman
olacaqsan”, deyərək öz kabinetinə yollandı.
Müxbir hələ də ona atılan şərdən ayılmamışdı və ona
təsir edən o idi ki, həmin böhtana kamil səviyyəli bir xanım
inanmışdı. Həmin qızın yanında bəraət qazanmaq üçün
müxbirin heç bir şansı yox idi. O, daim özünə belə bir sual
verirdi: “Necə olur ki, mənəviyyatı saf olan, polad iradəli
bir qız heç bir şeyi araşdırmadan, məni günahkar kimi
qəbul etsin?” Məhz bu səbəbdən Əliyusif xüsusi maraq
göstərdiyi Gülnarədən yavaş-yavaş soyumağa başladı. Son
olaraq o, anlamağa çalışırdı ki, nəyə görə belə bir müsibət
onun başına gəldi?
Bu məqamda o, bir çox şeyləri daxilində saf-çürük
etmək üçün öz otağına çəkildi və bir neçə dəqiqə ərzində
ağır xəyallara daldı: mən nə qəbahət iş görmüşəm ki,
durduğum yerdə şərə düşürəm? Bəlkə, mən anamın sözünə
qulaq asmadığım üçün qəzəblərə düçar oluram? Hədislərdə
də göstərilir ki, valideynin sözündən çıxan övlad heç vaxt
xeyir tapmaz. Artıq bir neçə ildir ki, anam atamı itiribdir və
o, bütün həyatını mənimlə qardaşımın və bacımın böyüyüb
başa çatmasına, təlim-tərbiyəmizə həsr edibdir və çalışır ki,
bundan sonra da hər üçümüz xoşbəxt gələcəyə doğru
207
addımlayaq. Mən isə addımbaşı bizə böyüklük edən adamın
sözündən çıxıram. Anam mənə öz zövqünə uyğun olan bir
xanım almağa səy göstərir, mən isə qəti olaraq həmin
izdivaca etiraz bildirirəm.
Fikrimdə kamil düşüncəli bir qız tutmuşdum, o, isə
məkrli insanların fitvasına uyaraq, etmədiyim bir cinayəti
mənim boynuma qoydu. Əlbəttə ki, bu müsibət, anamın
sözünə qulaq asmadığım üçün mənim başıma gəldi. Mən,
öz inadkarlığım ilə günaha batmışam. Mütləq şəkildə öz
səhvimi düzəltməliyəm. Qoy anam məsləhət bildiyi qızın
qapısına elçi getsin. Necə olsa da o, mənə pis qız təklif
etməz. Başqa qızlara nisbətən, anam Qənirə xanımla olan
yaxın dostluğun sayəsində Gülyanın xasiyyətinə və xarak-
terinə müəyyən qədər bələddir.
Son məqamda Əliyusif elə başa düşdü ki, anasının
qəlbini sındırmaqla Allahın qəzəbinə düçar olmuşdu.
Kompromiss variant əldə etmək üçün o, bir daha anası ilə
səmimi söhbət aparmalıydı.
Əliyusifin bədəni ağrılar içərisində olsa da, o, bütün
ağrıları daxildə dəf edə-edə söhbət etmək üçün münasib bir
vaxtın yetişməsini gözlədi. Əsas istəyi o idi ki, müəyyən
müddət ərzində anasının hirsi soyusun və o, da rahat
şəkildə onu böyüdüb başa çatdırdığı bir adamla dialoq
apara bilsin.
208
Bir gün Xədicənin elmi məqaləsi Türkiyədə nəşr olunan
bir elmi jurnalda çıxır və bu münasibətlə bütün həmkarları
telefon vasitəsilə onu təbrik etməyə başlayırlar. Fürsətdən
istifadə edən oğul bu münasibətlə anasına yaxınlaşıb onunla
söhbət etmək qərarına gəlir. Müxbir anasının iş otağına
keçib, onun könlünü almaq üçün nəvazişlə dedi:
- Ana, elmi məqalənin çıxması münasibətilə səni təbrik
edirəm. Arzu edirəm ki, sənin böyük bir elmi əsərin xarici
ölkədə nəşr olunsun və orada yaşayan elm adamlarına
önəmli xidmət göstərsin.
- Çox sağ ol. – deyə Xədicə məmnuniyyətlə dilləndi və
oğluna çəpəki nəzər salaraq təşəxxüslə sözünə əlavə etdi. –
Əli, vacib nəsə sözün varsa, söylə, mənim işlərim çoxdur.
- Hər şeydən əvvəl məni sənin səhhətinin durumu
maraqlandırır, ondan sonra mən başqa mövzuda söhbət
apara bilərəm.
- Səhhətim lap əladır.
- Bəs, nəyə görə hər dəfə məni görəndə sənin qanın
qaralır? Ana, axı sənə nə olub?
- Bir daha səninlə istirahət mərkəzlərinə getməyəcəm. –
deyə Xədicə gözündəki optik eynəyi çıxarıb ciddi halda
dilləndi.
- Nəyə görə? – deyə Əliyusif təəccübləndi.
Dostları ilə paylaş: |