Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə54/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

                                                     
 
  
                                                                            
                                                    
213 
verdiyi  təklifi  qızına  deyəndə  o,  da  tərbiyə  görmüş  bir 
övlad kimi bildirir ki, hələlik ərə getmək  fikrində deyil və 
münasib  vaxt  yetişən  kimi  bu  haqda  anasını 
məlumatlandıracaq.  
İndiki vaxtda Natiq Gülnarə üçün başa düşən, özünü ağır 
aparan, ciddi davranışlı bir oğlan sayılırdı. Belə bir məqam-
da  o,  başqa  bir  oğlan  haqqında  azacıq  olsun  belə,  düşünə 
bilməzdi.  Bütün  bunlara  baxmayaraq  Qənirə  əmin  idi  ki, 
qızı onun sözündən çıxmayacaq və qısa müddət ərzində bu 
məsələ ilə bağlı özünün müsbət cavabını verəcək. Elə buna 
görə də o, rəfiqəsini xətircam etmək üçün bildirir ki, Gülna-
rə utandığından bu barədə qəti fikrini bildirmək iqtidarında 
deyil.  
Ümumiyyətlə,  tanımadığı  oğlanlarla  ünsiyyətdən  kənar 
duran  Gülnarə  istirahət  zamanı  başına  gələn  müsibətdən 
sonra  hər  bir  kəsdən  uzaq  olmağa  üstünlük  verirdi.  Qızın 
Natiq ilə (Natiq Əliyusifi cəzalandırandan sonra Gülnarə ilə 
onun  arasındakı  münasibət  xeyli  dərəcədə  yaxşılaşmış  və 
bununla  da  zavallı  qız  həmin  adamı  özündən  uzaqlaşdıra 
bilmirdi)  dostluq  əlaqəsi  yaranandan  sonra,  yenə  də  o, 
özünü ehtiyatlı aparmağa başladı.  
Günlər, həftələr, hətta aylar ötüb keçir, lakin Gülnarənin 
Əliyusifə  olan  kin-küdurəti,  nifrəti,  qəzəbi  hələ  də 
soyumamışdı. Qızın fikrinə görə onun ləyaqətini alçaldaraq 


                                                     
 
  
                                                                            
                                                    
214 
namusuna toxunmaq istəyən bir şəxs ömürlük zülmə düçar 
olmalıdır.  İndiki  məqamda  rəssam  qızın  bir  arzusu  vardı; 
şəhərin  gur  hissəsində  Əliyusiflə  üzləşib  və  camaat  qarşı-
sında onun üzünə tüpürsün. Beləliklə o, qəlbən küsdüyü bir 
insanı  camaat  arasında  biabır  edərək,  növbəti  dəfə  ondan 
qisas almaq istəyirdi. 
Hər  şey  Məkanənin  onunla  görüşüb  səmimi  söhbətdən 
sonra  dəyişdi.  Çünki  Məkanə  müxbirin  sözlərinə  istinadən 
cavan rəfiqəsinə izah edirdi ki, Əliyusifin bu cinayətdə heç 
bir  əlaqəsi  yoxdur.  Sadəcə  olaraq  onu  qızın  gözündən 
salmaq  üçün  belə  bir  böhtan  xarakterli  hərəkətə  əl  atıblar. 
Lakin  bütün  bu  təkidlərə  əhəmiyyət  verməyən  Gülnarə, 
rəfiqəsinə  bildirdi  ki,  əgər  xətrini  istəyirsə,  bir  daha  bu 
məsələ  onun  yanında  müzakirə  olunmasın.  O,  əmin  idi  ki, 
həmin  ərəfədə  başqa  oğlanlarla  yanaşı  Əliyusifin  də  ona 
gözü  düşmüş  və  bəlkə  də  hisslərini  ram  edə  bilməyindən, 
belə bir alçaq hərəkətə əl atmışdı.  
-  Sən  ömrünün  axırına  qədər  həmin  adamı  qınayacaq-
san? – deyə Məkanə təəccüblə dilləndi.  – Gülya, sən yaxşı 
bilirsən  ki,  təsdiq  olmayan  bir  şeyə  görə  onu  həddindən 
artıq, mən deyərdim ki, vəhşicəsinə döyərək, sənin gözün-
dən saldılar.  
- Mənə elə gəlir orada yanlışlıq olmayıbdır, - deyə başını 
aşağı  salan  rəssam  qız  həqarətlə  dilləndi.  –  ona  görə  ki, 


                                                     
 
  
                                                                            
                                                    
215 
həmin yaramazı günahlandırmaq üçün kifayət qədər dəlillər 
vardı.  Onlardan  biri  telefonda  səslənən  “Bakılı  qız” 
mahnısı.  
-  Gülya,  mən  səni  yaşıdlarına  nisbətən  həddindən  artıq 
ağıllı,  dərrakəli  bir  qız  kimi  tanıyır  və  bilirəm  ki,  hər  bir 
məsələdə  sən  müstəqil  fikirlər  yürüdürsən.  Amma  sən 
zəkana üstünlük verərək, bu məsələnin müsbət həllinə ayıq 
başla  nail  ola  bilərsən.  Əsl  günahkarın  üzə  çıxması  baş 
versə, onda sən də rahat nəfəs alarsan.  
-  Məkanə,  bilirsən  mən  nə  vaxt  rahat  nəfəs  alıram?  – 
deyə  bir  qədər  həyəcanlı  görünən  Gülnarə  qeyri-müəyyən 
tərzdə  dilləndi  və  kompüterini  işə  salıb,  orada  Əliyusifin 
Natiq tərəfindən qəddarcasına döyülməsini nümayiş etdirə-
rək, elə həmin tərzdə sözünə davam etdi. – Bax, mən indi, 
bu  kadrlara  baxa-baxa  ləzzət  alıram.  Ona  görə  ki,  həmin 
biqeyrət özünün alçaq hərəkətlərinə rəğmən belə bir şəkildə 
cəzalandırılır.  Halbuki  bu  zorakarılığa  görə  onu  cinayət 
məsuliyyəti gözləyirdi.  
-  Gülnarə,  sənin  daxilində  olan  nifrətin  ifrat  həddə 
çatmasına  inanmazdım.  Amma  sən  realist  fikirli  adam 
olduğun üçün, başa düşməlisən ki, Əliyusif xarakterdə olan 
oğlan  heç  vaxt  elə  alçaq  hərəkətə  əl  atmaz.  Atalar  yaxşı 
deyibdir, hirsli başda ağıl olmaz.  


                                                     
 
  
                                                                            
                                                    
216 
Ondan  sonra  Məkanə  hava  almaq  üçün  eyvana  çıxır. 
Rəssam qız isə artıq emosiyalara qapılmamaq üçün yavaş-
yavaş  özünü  ələ  almağa  başladı.  Lakin  bütün  bunlara 
baxmayaraq  o,  nəzərini  kompüterin  displeyindən  kənara 
çəkmirdi. Gülnarə displeyə baxa-baxa öz-özünə düşünməyə 
başladı.  Görəsən,  mən  həqiqətən  də  ağlımı  itirmişəm? 
Məkanə nəyə görə həmin yaramaz oğlanın tərəfini saxlayır? 
Axı,  onlar  elə  istirahət  mərkəzində  tanış  olublar.  Qısa 
müddət ərzində o, həmin oğlanın xasiyyətinə tam bələd ola 
bilməzdi. Lakin hər şey sübuta yetirilsə də, yenə də Məkanə 
onun  günahsız  olduğunu  iddia  edir.  Necə  olsa  da,  mən 
həmin  şərəfsizin  sinəsinə  çırmaq  atmaqla,  oradan  tük 
qopartmaqla ona xəsarət yetirə bilmişəm.  
Məhz  bu  məqamda  rəssam  qız  “ah”  çəkərək,  əlləri  ilə 
üzünü  tutub  yerindəcə  donub  qaldı.  “Aman  Allah,  ola 
bilməz!”  deyən  qızın  əl-qolu  qurudu.  Həmin  an  eyvanda 
olan Məkanə otağa girib qızdan nə baş verdiyini soruşdu.  
-  Məkanə,  ola  bilməz.  –  deyə  Gülnarə  əli  ilə  displeyi 
göstərib vəcdə gəldi. – Mən nələr görürəm? 
-  Nə  olub,  axı?  –  deyə  elementar  görüntülərdən  heç  bir 
şey anlamayan qadın təəccüblə soruşdu.  
- Yadına düşür, mən demişdim ki, təcavüzə məruz qalan 
vaxt,  mən  onun  sinəsinə  çırmaq  atmış  və  oradan  bir  topa 
tük qopartmışdım.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə