Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə62/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

                                                     
 
  
                                                                            
                                                    
245 
şəhərlərdəki  kitabxanalara  daxil  olur  və  kitabsevər 
insanların qəlbini fəth edərək, hamının sevimlisinə çevrilir.  
-  Siz  istəsəniz,  -  deyə  daha  da  cuşa  gələn  müxbir 
hərarətlə  dilləndi.  -  gedib  Çingiz  Abdullayevin  qəbuluna 
düşərik  və  orada  şəxsən  öz  dəst-xəttilə  yazdığı  təfəkkür 
məhsullarını hədiyyə ala bilərik.  
Bu sözlərdən sonra riqqətə gələn qızın gözəl çöhrəsində 
şirin  təbəssüm  yarandı  və  o,  qamətini  şax  tutaraq, 
qarşısındakı  oğlana  mənalı  nəzər  saldı.  Sanki  oğlanın 
dediyi  sözlər  onun  ürəyindən  olmuşdu.  İndiki  məqamda 
Gülnarəni  qəribə  hisslər  bürüyürdü.  Əliyusifdən  nə  qədər 
xoşu  gəlirdisə,  bir  o  qədər  də  yadına  müxbirin  Natiq 
tərəfindən  qəddarcasına  döyülməsi  səhnəsi  düşürdü.  Axı, 
həmin  təhrikə  görə  məhz  qızın  özü  məsuliyyət  daşıyırdı. 
Həm  də  o,  elə  başa  düşürdü  ki,  müxbir  onun  yanında 
olmasına  və  üzünə  gülməsinə  baxmayaraq,  ürəyində  məhz 
onu  qınayır,  bəlkə  də  lənətləyir.  Rəssam  qız  elə  etmək 
istəyirdi ki, onun könlünü birdəfəlik alıb xəcalətdən çıxsın. 
Bunun üçün ən  yaxşı vasitə Əliyusif ilə bir kafedə əyləşib 
ürəkdolusu  söhbət  aparsın.  Çünki  Gülnarə  müxbirin 
mimikasından  və  hərəkətlərindən  hiss  edirdi  ki,  cavan 
oğlan  onunla  sakit  bir  məkanda  oturub  səmimi  söhbət 
etmək arzusundadır.  


                                                     
 
  
                                                                            
                                                    
246 
Əlbəttə  ki,  qız  belə  bir təklifi  verə  bilməzdi  və  belə  bir 
təklifin  eşidilməsi  üçün  də  tələsmirdi.  Oğlanların 
psixilogiyasına müəyyən qədər bələd olan rəssam qız əmin 
idi  ki,  o,  səmimiyyətini  bildirərək  xoş  məcrada  ünsiyyət 
quranda,  onda  həmin  adam  çalışacaq  ki,  qısa  bir  müddət 
ərzində  bir  daha  görüşüb  onunla  ürəkdolusu  söhbət  eləsin. 
Məhz  bu  səbəbdən  istədiyi  ədəbiyyatı  əldə  edən  Gülnar, 
vaxtın məhdud olduğunu nəzərə alıb, təcili evə gedəcəyini 
bildirdi. Belə bir qərardan məyus olan Əliyusif bir daha nə 
vaxt  görüşəcəyini  soruşdu.  Ləyaqətini  qorumağı  bacaran 
rəssam  qız  buna  heç  bir  ehtiyac  olmadığını  qeyd  edərək, 
müxbirdən  uzaqlaşmağa  çalışdı.  Lakin  müxbir  özündən 
asılı olmayaraq onun qarşısını kəsib üzrxahlıqla dedi: 
-  Hörmətli  xanım,  mən  bu  həyatdan  çoxlu  mənəvi 
zərbələr almış və hər dəfə bütün iradəmi toplayaraq, həmin 
psixoloji  baryeri  addımlamağa  çalışıram.  İş  ondadır  ki, 
müsbət  xarakterli  adamlarla  üzləşəndə  hiss  edirsən  ki, 
onlardan müsbət aura ixrac olunur, amma onlarla ünsiyyət 
quranda  isə,  həmin  əks  tərəfdən  ixrac  olunan  müsbət 
auranı, masbət enerjini idxal edirsən. 
-  Əliyusif,  məlumatın  olsun  ki,  mən  də  bu  həyatda  xoş 
günlər  keçirmirəm.  Əlbəttə  xoş  niyyətli  şəxslərlə  ünsiyyət 
quranda  insan  özünü  mənəvi  cəhətcə  rahat  hiss  edir. 
Təzadlarla  dolu  olan  cəmiyyətimizdə  cürbəcür  insanlar 


                                                     
 
  
                                                                            
                                                    
247 
yaşayır,  lakin  gözəl  xasiyyətli,  xoş  niyyətli  insanlar  çox 
azlıq  təşkil  edir.  Belə  bir  insanlara  hər  birimizin  ehtiyacı 
var.  Mən  deyərdim  ki,  sən  həmin  azlıqda  olan  insanlar 
cərgəsindəsən. Amma bu o demək deyil  ki, mən sənin hər 
bir xahişinə razılıq bildirməliyəm.  
-  Axı,  mən  sizinlə  görüşüb  sizin  haqqınızda  olan  bütün 
müsbət fikirləri söyləməliyəm. 
-  Yadda  saxla  ki,  Azərbaycan  o  qədər  də  böyük  ölkə 
deyil və paytaxtımız da Nyu-York, Tokio, Moskva, London 
kimi iri şəhər sayılmır. İstəsən, məni axtarıb taparsan. 
 
 
 
 
 
           XXII fəsil. Valideynlərin sözlərini yerə  
                              salan övladlar 
 
Gülnarənin  qərarını  başa  düşmək  çətin  deyildi.  O,  bir 
xanım  kimi  şərəf  və  ləyaqətini  ucuz  tutmamaq  üçün  hər 
verilən  təklifə  müsbət  fikir  bildirməməliydi,  xüsusən  də 
həmin  təklif  oğlanla  görüşdən  ibarət  idisə.  Həm  də  aydın 
idi  ki,  Əliyusifin  qıza  olan  meyli  ciddidirsə  o,  heç  bir 
çətinliyə əhəmiyyət vermədən nəyin bahasına olursa-olsun, 


                                                     
 
  
                                                                            
                                                    
248 
istədiyi  şəxsin  harada  olduğunu  müəyyənləşdirib  onunla 
görüşməlidir.  Bu  bir  növ  sınaq  sayılırdı  və  müxbir  həmin 
sınaqdan müvəffəqiyyətlə çıxmalı idi.  
Əliyusif evinə gələndə anasıgil axşam yeməyini yeyirdi-
lər. Həmişə fikirli və dəftər-kitab arxasında olan Mədinənin 
əhval-ruhiyyəsi  bu  dəfə  xeyli  yüksək  idi.  Elə  anası  ilə 
Elşənin də kefi pis deyildi, hətta müxbir içəri daxil  olanda 
onlar deyib-gülürdülər.  
-  Sizi  şən  və  mehriban  görmək,  məni  lap  sevindirdi.  – 
deyə Əliyusif anası ilə üzbəüz əyləşib hərarətlə dilləndi və 
həmin  an  qardaşına  ötəri  nəzər  salaraq  soruşdu.  –  Ana, 
olmaya Elşən özünə yaxşı iş tapıbdır?  
- Xeyr! – ana gülə-gülə cavab verdi.  
- Deyəsən, maaşını qaldırıblar?  
- Yenə də tapmadın.  
-  Hə,  Mədinəni  alman  şirkətlərinin  birinə  tərcüməçi 
götürüblər?  
-  Hələlik  bu  iş  alınmayıbdır.  -  deyə  bu  dəfə  Mədinə 
anasının  yerinə  cavab  verdi  və  əvvəlcədən  süzdüyü  çayı 
onun  qabağına  qoyub  sevinc  hissi  ilə  sözünə  əlavə  etdi.  – 
İnşallah iki gündən sonra sənin üçün “həriyə” gedirik. 
-  Hara  gedirsiniz?  –  deyə  Əliyusif  səksənmiş  halda 
dilləndi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə