233
Paralel olaraq Gülnarə də ədalətin zəfər çalması üçün
Əliyusif ilə görüş təşkil etməyi planlaşdırırdı. İndi onun
əsas problemi bu məsələnin üstünün açılması deyildi. Əsas
problem onu oğluna almaq istəyən Xədicənin evlərinə
mütəmadi olaraq təşrif buyurması idi. Axı, axırıncı dəfə
Xədicə onlara gələndə, qız oğlanı görmək üçün öz razılığını
bildirmişdi.
XXI fəsil. Rəssam qız şərə saldığı oğlana
üzrxahlıq bildirir
Əliyusif dostunun xahişi ilə yenə də Şirvanşahlar sara-
yında ekskursovod funksiyasını yerinə yetirəcəkdi. Günor-
tadan sonra Türkiyədən gələn qonaqları tarixi abidənin
kompleksi ilə tanış edən müxbir onları gəldikləri yol ilə də
geri yola saldı. İş vaxtının başa çatmasına az qalmış
Əliyusif hərəmxananın hovuzuna yaxın bir yerdə kölgəlik
tapdı. Muzeyin rəhbərliyi onun iş üslubunu görüb, ehtiyat
ekskursovodun xidmətindən razı qaldığını bildirmişdilər.
234
Yüksək əhval-ruhiyyə ilə kompleksdən çıxmağa hazırla-
şan Əliyusif, hovuzun yanında onu kiminsə, kənardan
durub süzdüyünü hiss etdi. O, dönüb həmin istiqamətə
nəzər salanda yerindəcə donub qaldı. Onu süzən gözəlliyə
bənizi ilə nur saçan Gülnarə idi. Rəssam qız Sənubərlə
durub məzlum şəkildə müxbirə baxırdı. Əliyusif qızın
üzündəki mimikadan hiss etdi ki, o, nəsə demək istəyir.
Evlərinə getməyə hazırlaşan personalın ərazidə var-gəl
etməsi, arada çaşqınlıq yaradırdı.
Gülnarə əlindəki fotoaparat ilə ətrafdakı tarixi abidələrin
şəkilini çəkə-çəkə qeyri-ixtiyari halda “münəccim” gümbə-
zinə girdi. Çıxılmaz vəziyyətdə qalan müxbir bilmədi nə
etsin. Əliyusifin fikirincə, rəssam qız hələ də onu özünə
qarşı təcavüz etməkdə ittiham edə bilərdi. Lakin indiki
məqamda həmin məzlum qızın qarşısında bəraət qazanmaq
üçün əlverişli şans yaranırdı.
Nə edəcəyini bilməyən müxbir sıxıla-sıxıla buradan
uzaqlaşaraq qapıya tərəf getməyə başladı. Əliyusifin əlində
günahsız olduğu barəsində dəlillər olsa da o, hələ də zənn
edirdi ki, Gülnarə olmazın ittihamlarla onun ünvanına
təhqiramiz sözlər
söyləyib, onu burada biabır edəcək.
Narahatlığını gizlətməyən müxbir fikirli halda çıxacaqda
yerləşən darvazaya yaxınlaşdı. Sarayın qarşısında insanlar
çox olmasa da, Əliyusif pillənkanlardan aralanan kimi