223
dən asılı olmayaraq “korsan, görmürsən keçirəm?” – deyə-
rək qışqırdı. Belə bir ifadəni özü üçün təhqir hesab edən
sürücü cəld maşından düşüb, həmin adama bərk yumruq
vuraraq, yerə sərdi. Zərərçəkənin əlindəki qutu yerə düşən-
də içərisindəki uşaq oyuncaqlar asfalta səpələndi.
Natiqdən belə bir sərt hərəkəti gözləməyən Gülnarə
cəld maşından düşüb, “sən, nə edirsən?” – deyərək, yerə
sərilmiş kişiyə həm qalxmağa, həm də oyuncaqları qutuya
yığmağa kömək etdi. Oğlan yanındakı qızın humanist
hərəkətlərini görüb daha da hiddətləndi və o, qızın
qolundan tutub yuxarı qaldırdı.
- Sən, nə edirsən? O, yaramaz məni söyür, sən isə ona
kömək edirsən?
- Natiq, hər bir narazılığa görə adam qolunun gücündən
istifadə etməməlidir. – deyə oğlanın saymazyana münasibə-
tini görən qız vəcdə gəldi. - Görmürsən, onu necə vurdun?
- Sən, bu cındıra görə mənimlə höcətləşmək istəyirsən?
– deyə Natiq daha da əsəbləşdi.
- Natiq, danışığına fikir ver. Bir qədər özünü ələ alsan,
yaxşı olar.
- Gülya, səndən rica edirəm, keç maşına əyləş. - ətrafda
olan insanların burada toplaşmasından təngə gələn Natiq
ciddi halda dilləndi. – Onsuz da əsəblərim yerində deyil.
- Əsəblərin
tam soyumasa, mən maşına əyləşməyəcəm.