Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə57/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

                                                     
 
  
                                                                            
                                                    
225 
-  Əli,  mən  Qənirəyə  söz  vermişəm  ki,  ona  da  mürəbbə 
verəcəm. – Xədicə salafan bağlamada olan ərikləri vedrəyə 
boşalda-boşalda  nəvazişlə  dilləndi.  –  Özü  də  rəfiqəmə 
deyəcəm ki, ərikləri məhz sən yığmısan.  
-  Ana,  bu  ayıbdır  axı.  –  deyə  Əliyusif  utancaq  halda 
dilləndi  və  axırıncı  bağlamanı  götürüb  aşağı  endi.  –  Sən 
məni onların yanında utandırmaq istəyirsən? 
-  Burada  xəcalətli  iş  var?  Sadəcə  olaraq  Qənirə  sənin 
xətrini  çox  istədiyindən,  mən  onu  sevindirmək  üçün 
deməliyəm ki, bu əriki məhz sən yığmısan. 
-  Yaxşıdır  ki,  demədin  onun  qızına  xəbər  verəcəksən.  – 
deyə  Əliyusif  anasına  qəribə  nəzər  salaraq  atmaca  ilə 
dilləndi. – Ana, bilirəm sən nəyə işarə edirsən.  
- Oğlum, mən zarafat etmirəm. – deyə ziyalı qadın ciddi 
halda  dilləndi.  –  Qənirənin  qızı  çox  dərrakəli,  halal  və 
humanist  fikirli  bir  qızdır.  Mən  hər  dəfə  onlara  pay 
aparanda o, da tərəddüd etmədən evlərində olan sovqatdan 
pay qoyur ki, arada halallıq olsun. 
-  Deməli  o,  uzaqgörən  və  ənənələrimizə  sadiq  qalan  bir 
qızdır.  –  deyə  Əliyusif  başını  təqdiredici  tərzdə  yellədərək 
səmimiyyətlə dilləndi. 
-  O,  nəinki  uzaqgörən,  həm  də  geniş  dünyagörüşünə 
malik  olan,  kamil,  arif  və  adil  bir  qızdır.  Mən  Gülnarənin 
xasiyyətinə, qabiliyyətinə, mədəniyyətinə vurulmuşam. 


                                                     
 
  
                                                                            
                                                    
226 
- Allah elə bir dərrakəli qızı mərdiməzardan  qorusun və 
onu xoşbəxt eləsin!  
-  Sən  yaxşı  bilirsən  ki,  mən  sənə  Qənirənin  kiçik  qızını 
almaq  istəyirdim  və  bu  haqda  mən  rəfiqəmə  bir-iki  kəlmə 
də  söz  eşitdirmişəm.  Tam  cavab  almasam  da,  Qənirənin 
hərəkətlərindən  başa  düşdüm  ki,  o,  bu  izdivaca  razıdır.  – 
qayğıkeş  ana  oğlunun  söz  demək  istədiyini  görüb,  sağ 
əlinin  işarəsi  ilə  onu  susmağa  vadar  etdi  və  fikrini  sona 
çatdırmaq  üçün  hökmlə  sözünə  davam  etdi.  –  Bilirəm,  nə 
demək  istəyirsən,  amma  çalış  mənim  sözümü  axıra  qədər 
dinlə.  Gülya  çox  ağıllı,  kamallı,  tərbiyəli  və  qeyri-adi 
xasiyyətə malik olan bir qızdır. İndiki zamanda onun kimi 
başa  düşən,  böyüklərin  fikirinə  hörmətlə  yanaşan,  həyatda 
baş verən bir çox qlobal məsələlərdən aludə olan, haqsızlıq-
la razılaşmayan ədalətə üstünlük verən, bir sözlə arif, aqil, 
kamil və fazil bir qız tapmaq qeyri-mümkün bir işdir.  
- Ana, sən yaxşı bilirsən ki, insan xarakterində cəmləşən 
bütün  müsbət  keyfiyyətlərin  cəminə  fəzilət  deyilir.  Bu 
kriteriyanı  nəzərə  alıb  qətiyyətlə  deyə  bilərəm  ki,  həmin 
qızın xarakterində müəyyən qüsurlar olduğu üçün mən onu 
fazil  adlandırmazdım.  Mən  onunla  bir  neçə  dəqiqə  söhbət 
aparmış və onun nəyə qadir olduğunu görmüşəm.  
- Bilmirəm, sən hansı qüsurlardan danışırsan, lakin mən 
onunla  ünsiyyətdə  olduğum  zaman  heç  vaxt  ondan  artıq-


                                                     
 
  
                                                                            
                                                    
227 
əskik  hərəkət  görmədim,  əksinə  onun  ali  tərbiyəyə  malik 
olduğunun  şahidi  oldum.  Bir  sözlə,  sənə  demək  istəyirəm 
ki,  gündüzlər  əlində  çıraqla  gəzsən  belə,  heç  vaxt  Gülya 
kimi ədəb-ərkanlı qız tapa bilməzsən.  
-  Yaxşı,  sən  nə  məsləhət  görürsən,  mən  indi  nə 
etməliyəm?  
-  Məsləhətim  odur  ki,  Gülya  kimi  ağıllı  bir  qız  mənim 
evimin gəlini olsun. Sən onu alsan peşman olmayacaqsan.  
- Onda gərək, mən bir daha onunla şəhərdə, münasib bir 
yerdə  görüşüb  söhbət  etməliyəm.  Gülyanı  tanımaq  üçün 
mən əlverişli imkan tapmalıyam. 
-  Bunun  üçün  sən  onun  iş  yerinə  gedib  onun  qabağına 
çıxmalı  və  səmimi  söhbət  aparmalısan.  Onda  görərsən  ki, 
Gülya sənin arzuladığın bir xanımdır. Sən onunla ailə həya-
tı qursan, onda bil ki, mənim də arzumun biri çin olacaq.  
- Nə deyirəm ki, anamın sözü mənim üçün qanundur. 
Əliyusifin  belə  bir  cavabı  gözlənilməz  olduğundan, 
qağıkeş  ana  yerindəcə  donub  qaldı.  Necə  olsa  da  müxbir 
evlilik  məsələsində həmişə  müstəqil olmağa səy göstərmiş 
və anasının müdaxiləsi olmadan, öz zövqünə uyğun bir qız 
ilə  izdivac  quracağını  bildirmişdi.  Əliyusifin  müsbət  cava-
bından sonra Xədicənin rəngi-rufu açıldı, üzü güldü, gözləri 
işıqlandı. Ziyalı qadın qamətini şax tutub həvəslə dedi: 


                                                     
 
  
                                                                            
                                                    
228 
-  Oğlum,  yaxın  on  gün  ərzində  mən  Qənirəgilə  gedib, 
nişan  barəsində  söhbət  açacam.  Çalışıb,  payızın  əvvəlində 
nişan  gününü  təyin  edərəm.  Əli,  əvvəlcədən  sənə  deyirəm 
ki, Gülya ilə bir yerdə sən xoşbəxt olacaqsan.  
-  Təki  hər  şey  sənin  ürəyincə  olsun.  –  deyə  Əliyusif 
əlacsız  halda  dilləndi.  -  Şübhə  yoxdur  ki,  sən  mənim 
xoşbəxtliyimi istəyirsən. 
Geniş  dünyagörüşünə  malik  olan  müxbir  anasının 
könlünü  alandan  sonra  sevincək  halda  mətbəxə  gedib  çay 
hazırlamağa başladı. 
İzdivacın  alınmasına  ciddi  hazırlaşan  Xədicə  rəfiqəsinə 
zəng  edib,  onlara  qonaq  gedəcəyini  bildirdi.  Hər  iki  qadın 
həddindən  artıq  yaxın  rəfiqə  olduqları  üçün  onların  arala-
rında olan söhəbətlər həmişə xoş məcrada gedirdi. Məhz bu 
səbəbdən  Xədicənin  verdiyi  təklif  tərəddüd  edilmədən 
Qənirə tərəfindən qəbul edildi. Qalırdı bu haqda Gülnarəni 
məlumatlandırmaq.  Bunun  üçün  ana  qızına  xəbər  verməli, 
sonra  isə  bir-iki  həftə  ərzində  rəfiqəsini  xəbərdar  etməli 
idi.  
Lakin  hər  şey  onların  planlaşdırdığı  kimi  getməmişdi. 
Ona  görə  ki,  lap  əvvəlki  günlərdə  istirahət  kompleksindən 
qayıdan  Gülnarə  Natiqin  ona  göstərdiyi  qayğı  və  nəvaziş-
lərin  təsirinə  düşərək,  bir  neçə  dəfə  onunla  rastlaşmış  və 
cürbəcür  mövzularda  söhbət  etmişdi.  Qızın  arası  onunla 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə