Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə48/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

                                                     
 
  
                                                                            
                                                    
189 
-  Təxmini  bilmirsən,  sənə  yaxınlaşan  kim  idi?  –  deyə 
təəccüblənən insan cildinə girən Natiq həyəcanla soruşdu.  
-  Deyəsən,  bilirəm.  –  rəssam  qız  göz  yaşlarını  silərək 
müəmmalı tərzdə dilləndi. – daha doğrusu şübhələnirəm.  
Ondan sonra Gülnarə bildirdi ki, dəqiq olmasa da, həmin 
adam pələmədə onu müdafiə edən naməlum oğlan ola bilər. 
Məkrli  niyyətini  həyata  keçirən  Natiq  anladı  ki,  rəssam 
qızın yanında nüfuz qazanan Əliyusif, artıq onun gözündən 
düşdü və bu məqamda məhz hiyləgər oğlan müdafiəçi qis-
mində  çıxış  edərək,  müxbiri  sərt  şəkildə  cəzalandıracağını 
Gülnarə söz verdi.  
Gülnarə  müəyyən  mənada Natiqin xasiyyətinə  bələd idi 
və yaxşı bilirdi ki, ona üz versə, elə həmin andan etibarən 
sırtıq  oğlan  həyalı  qızdan  əl  çəkməyəcək.  Məhz  bu 
səbəbdən rəssam qız Natiqə bildirdi ki, bu məsələdə o, heç 
bir  adekvat  addımlar  atmasın.  Çünki  o,  bu  sirri  müvəqqəti 
olaraq, anasından gizlin saxlamaq istəyirdi. 
Hər şey emosional oğlanın planlaşdırdığı kimi getsə də, 
Əliyusifin buradan uzaq olması onun kefinə soğan doğradı. 
Nəyin  bahasına  olursa-olsun,  onu  təcili  olaraq  geri 
qaytarmaq lazım idi.  
Hər  şeyə  hazır  olan  və  ən  çətin  vəziyyətlərdən  çıxmağı 
bacaran Natiq Ürfandan istifadə etməyi qərara alır. O, yaxşı 
bilirdi  ki,  Ürfan  Əliyusiflə  dostluq  əlaqəsi  qurmuş  və  çox 


                                                     
 
  
                                                                            
                                                    
190 
güman  ki,  müxbirin  əlaqə  telefonu  onda  vardı.  Natiq 
müxbiri  istirahət  mərkəzinə  qaytarmaq  üçün  ona  izah  edir 
ki,  Əliyusif  iki-üç  saata  kompleksə  qayıtmasa,  onda 
zərərçəkmiş qız polisə müraciət etməli olacaq.  
Əliyusifin  telefonu  zəng  çalınanda  o,  eşidirəm  demək 
istədi ki, həmin an əks tərəfdən cavan oğlanın həyəcan dolu 
səsi eşidildi:  
-  Əli,  sən  haradasan?  İstirahət  mərkəzindən  çox  aralan-
mamısan ki? 
- Xeyr! – deyə müxbir tərəddüd etmədən cavab verdi və 
ara vermədən soruşdu: - Nəsə bir hadisə baş verib?  
- Əlbəttə! Tez ol, geri qayıt. Səninlə işim var.  
-  Axı,  nə  olubdur?  –  deyə  Əliyusif  həyəcanını  gizlədə 
bilmədi. 
-  Deyilənə  görə  sənin  tanıdığın  naməlum  qıza  təcavüz 
edilibdir.  
Bu xəbərdən Əliyusifin bədəni tir-tir əsdi və o, dostuna 
bildirdi ki, otuz-qırx dəqiqəyə çağrılan yerdə olacaq.  
Müxbir  təşviş  içərisində  kompleksə  qayıdıb,  elə 
körpünün  üstündə  dostu  ilə  rastlaşdı.  Narahat  olan  Ürfan 
dostuna  şəlaləyə  tərəf  getməyi  təklif  etdi.  Onlar  pələməni 
arxada  qoyandan  sonra  yolda  gedə-gedə  söhbət  etməyə 
başladılar.  Yolboyu  həyəcanını  gizlədə  bilməyən  Ürfan 
Əliyusifdən səhər tezdən harada olduğunu soruşdu. 


                                                     
 
  
                                                                            
                                                    
191 
-  Səhər  tezdən,  pələmədə  səninlə  birlikdə  olmuş,  ondan 
sonra öz yoluma davam etmişəm. 
- Əli, sən buranı tərk edən zaman bilirsən nə olubdur?  - 
deyə Ürfan hüznlə dilləndi. – Məndə olan məlumata əsasən 
meşədə həmin qızı zorlamaq istəyiblər.  
-  Çox  qəribədir,  -  deyə  Əliyusif  vəcdə  gəldi.  -  istirahət 
mərkəzi elə mühafizə olunur ki, burada hər hansı bir cina-
yəti  törətmək  qeyri-mümkündür.  Belə  bir  hadisə,  burada 
necə baş verə bilərdi?  
- Elə hamını da həmin sual düşündürür. Amma deyilənə 
görə  hadisə  kompleksin  ərazisindən  bir  qədər  kənarda 
meşənin ərazisində baş veribdir.   
- İş ondadır ki, mən meşədə olan zaman hansısa bir qızın 
qışqırığını  eşitdim.  Həmin  naməlum  qız  sanki  dara 
düşdüyündən yaxınlıqdakı adamları köməyə çağırırdı.   
-  Nə  qədər  qəribə  olsa  da,  həmin  qız  səndən  şübhələ-
nibdir. – deyə Ürfan həmsöhbətinə nəzər salmadan və eşit-
diyi  sözlərin  çiddiliyinə  əhəmiyyət  vermədən  narahatlıqla 
dilləndi.   
-  Bu  nə  deməkdir?  –  Əliyusif  şok  vəziyyətinə  düşərək 
yerindəcə donub qaldı. – O, nə cəfəngiyyat söyləyir? 
- Onda olan iradları mən də anlaya bilmirəm.  
Ürfan  həm  fikirli,  həm  də  narahat  idi.  O,  hərdənbir 
addımlarını  zəiflədib  dostunu  bura  çağırdığına  görə  özünü 


                                                     
 
  
                                                                            
                                                    
192 
qınamaq  istəyirdi,  lakin  son  məqamda  o,  özünü  ələ  alıb 
susmağa  üstünlük  verirdi.  Ürfan  müxbirin  xasiyyətinə 
müəyyən  qədər  bələd  olduğundan  o,  əmin  idi  ki,  həmin 
çirkin  işi  Əliyusif  etməyibdir.  O,  bir  qədər  gedib  təsəlli 
vermək üçün yenə də hüznlə dedi:  
- Əli, həmin qızı ilk dəfə burada görmüşəm və onu görən 
kimi xasiyyətinə görə mənim əsrarəngiz qıza böyük hörmə-
tim  yarandı.  Amma  onun  başına  gələn  müsibətdə  səni 
təqsirləndirmək,  düşünülməmiş  addım  sayılır.  Deyirəm, 
bəlkə  bu  məsələdə  kimsə  sənin  yerinə  onlarla  söhbət 
eləsin.  
-  Nəyə  görə?  –  deyə  müxbir  təəccübləndi  və  bir  qədər 
ara  verəndən  sonra  təmkinlə  sözünə  əlavə  etdi.  –  Sonra 
həmin  adamlar  elə  başa  düşərlər  ki,  mən  bu  məsələdə 
həqiqətən də təqsirkaram.  
Onlar kənd təsərrüfatında işlədilən əşyaların və alətlərin 
yanına çatanda Zemfira qarşılarına çıxdı və nifrətini gizlət-
mədən  müxbirlə  vacib  söhbət  olduğunu  bildirdi.  Hər 
şeydən narazı olan qadın ağ bricit şalvarda və elə o rəngdə 
də sinəsi açıq sıx köynəkdə idi. Müğənninin burada olması 
və  müxbirə  yaxınlaşması  təəccüb  doğurmaya  bilməzdi. 
Axı,  necə  olsa  da  o,  son  görüşdən  sonra  Əliyusifdən 
düşmən  kimi  ayrılmışdı.  İlk  növbədə  həyasız  müğənni 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə