Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə45/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

                                                     
 
  
                                                                            
                                                    
177 
oğlan da “şəxsən mən ona qan qusdurmasam, onda atamın 
oğlu  deyiləm”  deyərək,  müğənnini  sakitləşdirdi.  Zemfira 
oynaşının  xasiyyətinə  bələd  olduğundan  bir  qədər  rahat 
halda dedi:  
-  Amma  elə  etmək  lazımdır  ki,  o,  bizim  əlaqəmiz  barə-
sində Məzahirə heç bir xəbər çatdırmasın. Onu şərləyərək, 
asılı vəziyyətə salmalıyıq. 
-  Mən  bu  haqda  bir  şey  fikirləşərəm.  Onun  başına  elə 
oyun  açacağam  ki,  o,  bizim  burada  bir  yerdə  olmağımız 
barədə, heç vaxt dilinə söz gətirməyəcək. 
 
 
 
 
 
 
      XVI fəsil. Naqis insanların məkrli niyyətləri 
 
“Relax”da  keçirilən  hər  bir  gün  o  qədər  şən  və  mənalı 
keçirdi ki, havanın necə qaralması gözlənilməz baş verirdi. 
İş  ondadır  ki,  turistlərin  tam  əksəriyyəti  vaxlarını  bayırda 
keçirir  və  istirahət  kompleksinin  müəyyən  bir  ərazilərini 
dövrə  vurmaqdan  həzz  alırdılar.  İki  gün  ərzində  istirahət 
edənlərin  tam  əksəriyyəti  bir-biriləri  ilə  tanış  olmuş,  hətta 
həmin tanışlıq dostluğa da çevrilmişdir. Lakin elələri də var 


                                                     
 
  
                                                                            
                                                    
178 
idi  ki,  həmin  tanışlığı  çirkin  niyyətlərini  həyata  keçirmək 
üçün  qururdu.  Belələrindən  biri  Natiq  idi  ki,  o,  burada 
istirahət edən, füsunkar gözəlliyə malik olan rəssam qız ilə 
əlaqə qurmaq istəyirdi. Onun niyyəti qıza qarşı çirkin olsa 
da, Əliyusifin isə hissləri Gülnarəyə qarşı ülvi idi. Amma o, 
bilmirdi  ki,  həmin  qız  Natiqin  də  müşahidə  obyektinə 
düşübdür. Emosional oğlan ilk dəfə Gülnarəni universitetdə 
görəndə,  qızda  olan  gözəlliyə  heyran  qalmış  və  nəyin 
bahasına  olursa-olsun,  onunla  isti  münasibətlər  qurmaq 
niyyətində olmuşdu. 
Əliyusif  müxbir  kimi  istədiyi  hər  hansı  bir  məlumatı, 
qısa  müddət  ərzində  əldə  etməkdə  çətinlik  çəkməsə  də,  o, 
burada  Gülnarənin  hansı  kottecdə  dincəldiyini  müəyyən 
edə  bilmirdi.  O,  ağlına  belə  gətirə  bilməzdi  ki,  “Relax”
gələn gündən, ürəyinin yaralanmasının baiskarı olan həmin 
naməlum  qız  onun  anası  ilə  bir  kottecdə  məskunlaşıbdır. 
Maraqlı  cəhət  ondan  ibarət  idi  ki,  bir  çoxlarının  maraq 
obyektində olan Gülnarə Qənirənin ikinci övladı idi və onu 
ailə həyatı qurmaq üçün, məhz Əliyusifə təklif olunmuşdu. 
O, isə Gülnarəni bacısı Gülarə ilə səhv salmış və qəti olaraq 
həmin  izdivaca  razılıq  verməmişdi.  Əliyusif  hazırda 
özündən asılı olmayaraq, məhz ona təklif olunan qıza meyl 
göstərmiş  və  nəyin  bahasına  olursa-olsun  o,  Gülnarə  ilə 
birdəfəlik əlaqə yaratmaq arzusunda idi. 


                                                     
 
  
                                                                            
                                                    
179 
Bütün  bu  adamların  arasında  xasiyyət  etibarilə  ən 
murdarı  Akif  sayılırdı.  Eqoist,  xüdbin,  qaraqabaq  olan  bu 
ambisioz  adam  öz  naqis  planlarını  həyata  keçirmək  üçün 
əlverişli məqam gözləyirdi. Həmin məqam da artıq bu gün 
yetişmişdi.  
İş ondadır ki, “Relax”a gələn gündən o, müdirinin qaldı-
ğı kottecin hər iki yataq otağına gizlin müşahidə kameraları 
qoymuş  və  bununla  da  həm  Natiqin,  həm  də  Zemfiranın 
bütün  intim  əlaqələri  lentə  həkk  olunurdu.  Bütün  bu 
görüntülərin  içərisində  Akif  gözləmədiyi  fraqmentlər  ilə 
üzləşmişdi. Gözlənilməz hal o idi ki, Zemfira Natiqlə intim 
əlaqədə olmasına baxmayaraq, həmin əxlaqsız qadın oynaşı 
ilə birlikdə olan zaman Məzahirin ünvanına ən pis ifadələr, 
o  cümlədən,  söyüşlər  işlətmişdi.  Zemfiranın  əsl  iç  üzü 
açılırdı.  Əsas  fakt  o  ki,  qız  Natiqlə  intim  münasibət 
yaradaraq  Məzahiri  aldadırdı.  Həmin  kampromatlar,  şıltaq 
müğənnini şantaj etmək üçün ən yaxşı silah sayılırdı. 
Müşahidə  zamanı  Akif  elə  materiallar  əldə  etmişdi  ki, 
həmin materialların vasitəsilə o, Zemfiranı, nəinki havadarı 
və oynaşı ilə, hətta hüquq-mühafizə orqanları ilə də şantaj 
edə  bilərdi.  İş  ondadır  ki,  onların  istirahət  kompleksinə 
gəldiyi  günün  gecəsi,  Natiq  ilə  Zemfira  narkotik  maddələr 
çəkərək,  bihuş  hala  düşmüşdülər.  Hələ  bu  azmış  kimi 
alfons hərəkətli Natiq quşbeyin qadını aldadaraq, ona növ-


                                                     
 
  
                                                                            
                                                    
180 
bəti dəfə, Kolumbiyadan gətirilmiş kakoin təşkil edəcəyinə 
söz  vermişdi.  Belə  kampromatlardan  məharətlə  istifadə 
edən  hiyləgər  Akif,  həmin  görüntülər  zamanı  müəyyən 
etmişdi  ki,  Zemfira  narkotik  maddələri  Natiqi  tanıyandan 
bəri  qəbul  etməyə  başlamışdı.  Bir  sözlə,  ailə  tərbiyəsi 
görməyən  oğlan,  elə  özü  xarakterində  olan  qadını  yoldan 
çıxararaq, onu narkotik aludəçisi etmişdi.  
Düzdür,  Akif  əvvəldən  bilirdi  ki,  Natiq  vaxtaşırı 
narkotik  maddələrdən  istifadə  edir  və  həmin  maddələri 
almaq üçün o, ailəsində böyük problemlərlə üzləşirdi. Atası 
buna  görə  oğlunu  tənbeh  etmək  üçün,  müəyyən  bir  vaxt, 
onu  maliyyə  vəsaitindən  məhrum  etmişdi.  Hətta  bir  vaxt 
Natiq  narkotiklərdən  müəlicə  də  olunmuşdu.  İndi  o,  yenə 
də atasını aldadaraq, narkotiklərə qurşanmışdı.  
Gülnarə bura öz ailəsi ilə gəlsə də o, turizm kompleksini 
təklikdə  gəzməyi  xoşlayırdı.  Ümumiyyətlə,  göyçək  qız  bir 
rəssam kimi təbiətlə tək qalaraq, orada olan bütün gözəllik-
ləri beyninə həkk edirdi ki, sonradan həmin görüntüləri öz 
tablolarında  əks  etdirsin.  Lakin  həmin  asudəlik,  müəyyən 
mənada  onun  əlindən  alınmışdır.  Öz  gözəlliyinin  dustağı 
olan Gülnarə, burada hansı əraziyə qədəm qoyurdusa, orada 
da kobud adamlarla üzləşirdi. Lakin Natiqdən fərqli olaraq, 
Əliyusifin xoşməramlı, əxlaqlı və nəcib davranışlı hərəkəti, 
onu rəssam qızın gözündə alicənab bir adam etmişdi.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə