Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə46/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

                                                     
 
  
                                                                            
                                                    
181 
Bütün bu təqiblərə baxmayaraq rəssam qız hələ də özünə 
güvənərək, daha doğrusu öz xasiyyətinin əsiri olaraq, təbiət 
qoynunda tək olmağı xoşlayırdı. O, yaratdığı əsərin keyfiy-
yətli  olması  üçün  insanlardan  uzaq  olmağa  çalışırdı.  Elə 
indi də Gülnarə rəssamlıq ləvazimatlarını götürüb, həmişəki 
kimi nahar yeməyindən sonra meşənin canına düşdü. O, bu 
dəfə  də  seçdiyi  məkana  sadiq  qalıb,  ştativi  pələmədən 
təxminən  180  metr  sağ  tərəfədə  düz  çayın  sahilində  qura-
raq, şəkil çəkməyə başladı. Adəti üzrə qız 2 saat işləyəndən 
sonra  1  saatlıq  istirahət  edirdi.  Bunun  üçün  Gülnarə  bir 
örtük gətirib yerə sərirdi və onun üstündə uzanıb, bədəninin 
yorğunluğunu  çıxarırdı.  İstirahətindən  səmərəli  istifadə 
edən  rəssam  ətrafda  heç  kimin  olmadığına  əmin  olub, 
rahatca yerdə uzandı.  
Ev  yıxmaqda,  adam  şərləməkdə,  kimisə  başqasının 
gözündən  salmaqda  pərgar  olan  Akif  qızın  harada  müvəq-
qəti məskən saldığını izləyib, bu haqda Natiqə xəbər verdi. 
O,  da  öz  növbəsində  tərəddüd  etmədən  həmin  istiqamətə 
yollandı.  Balaca  şəlalə  istiqamətində  meşəyə  daxil  olan 
Natiq  istəmirdi  ki,  hər  hansısa  bir  adam  onunla  burada  və 
yaxud da çaya yaxın olan bir yerdə onunla üzləşsin. Lakin 
buna baxmayaraq pələmədən bir neçə metr aralıda üç nəfər 
turist onun qabağına çıxdı. Onlardan biri Ürfan idi. Ekzotik 
yerlərin vurğunu olan cavan oğlan əlindəki videokamera ilə 


                                                     
 
  
                                                                            
                                                    
182 
kanyon  üzərində  salınmış  talvardan  aşağıda  daşan  çayı 
lentə  alırdı.  Çəkiliş  zamanı  meşə  istiqamətində  tələsik 
hərəkət  edən  Natiq  təsadüf  nəticəsində  kadra  düşdü,  lakin 
o,  bu  çəkilişdən  xəbərsiz  oldu.  Ürfan  yaxşı  bilirdi  ki, 
hərəkətlərini nəzarət altında saxlaya bilməyən oğlan harada 
olursa-olsun,  Zemfira  da  onun  yanında  olurdu.  Məhz  bu 
səbəbdən  o,  yeni  kadrlar  əldə  etmək  üçün  müğənnini 
burada gözləməyə başladı.  
Talvar  arxada  qalan  kimi  ambisioz  oğlan,  nəzərdə 
tutduğu  planı  həyata  keçirmək  üçün  casuslar  kimi  hərəkət 
edirdi.  Ağacların  sıxlığı,  enliyarpaqlı  kolların  hündürlüyü, 
təpələrin  çoxluğu  burada  manevr  etmək  üçün  çox  əlverişli 
idi.  Natiq  yavaş-yavaş  hərəkət  edərək  gəlib,  Gülnarənin 
istirahət etdiyi yerə çıxdı. Təbiətin qoynunda özünü sərbəst 
hiss  edən  qız,  yerdə  uzanıb  mürgüləyirdi.  O,  bu  dəfə 
yuxuya getmişdi.  
Natiq ətrafına diqqətlə nəzər yetirib, cibindən qara torba 
çıxarır  və  səssiz  halda  arxadan  qıza  yaxınlaşır.  İnadkar 
oğlan  cəld  hərəkəti  ilə  qışqırığın  qarşısını  almaq  üçün 
əlindəki torbanı onun başına keçirdi. Lakin buna baxmaya-
raq  qız  yerdə  ola-ola  qışqırmağa  macal  tapır  və  kəskin 
şəkildə  Natiqə  müqavimət  göstərməyə  başlayır.  Bir  qədər 
aralıda hansısa bir oğlan “Ey kimsən? Haradasan?” qışqıra-
raq hay verir. Amma buna əhəmiyyət verməyən Natiq qızın 


                                                     
 
  
                                                                            
                                                    
183 
əynindəki köynəyi cırmağa cəhd göstərdi. Namusunu qoru-
mağa çalışan Gülnarə oğlanın sinəsinə cırmaq atlb, oradan 
bir  topa  tük  qopartdı.  Ağrıya  tab  gətirməyən  Natiq  qızın 
boğazından  tutaraq  onu  boğmağa  başladı.  Həqiqətdə  isə 
belə bir üsul ilə o, qıza hədə-qorxu gəlməyə çalışırdı. Qızın 
müqaviməti zəifləyən zaman oğlan cibindəki mobil telefo-
nu çıxarıb, orada olan zəngi səsləndirir. “Bakılı qız” mah-
nısı eşidilən kimi Natiq telefonu söndürmədən, dərhal bura-
dan uzaqlaşdı. O, elə sürətlə qaçdı ki, qız başından torbanı 
çıxaranda,  yalnız  uzaqda  əynində  göy  rəngində  idman 
paltarı olan bir oğlanın siluetini görməyə macal tapdı. Qızın 
əynindəki cırılmış köynəkdə qan ləkələri vardı. Bu, Natiqin 
cırmaq atılan bədənindən tökülmüş qan idi.  
Xədicə  yaxşı  bilirdi  ki,  Əliyusif  hər  nahardan  sonra 
meşəyə  gəzintiyə  çıxır.  Elə  buna  görə  də,  yola  çıxmamış-
dan  əvvəl,  ana  oğluna  onun  qaldığı  kottecə  getməyini 
məsləhət  bildi.  Xədicə  istəyirdi  ki,  Əliyusif  məhz  onun 
iştirakı  ilə  orada  Gülnarə  ilə  rastlaşıb,  səmimi  şəkildə 
söhbət  etsin.  Bəlkə  də  həmin  söhbətdən  sonra  onun  qıza 
müəyyən  bir  bağlılığı  yaranar.  Amma  buna  baxmayaraq 
müxbir inadkarlıq göstərir və onun hörmətsiz hərəkəti ana-
nın  narazılığına  səbəb  oldu.  Çünki  Əliyusif  damarlarında 
əsl  ziyalı  qanı  axan  qadının  xoşuna  gələn  qız  ilə  daimi 
ünsiyyət qurmaqdan imtina etmişdi. 


                                                     
 
  
                                                                            
                                                    
184 
Nahar  yeməyindən  bir  qədər  ötəndən  sonra  Əliyusif 
idman  çantasını  götürüb,  təbiətlə  üzbəüz  qalmaq  üçün 
şəlalə istiqamətində gəzintiyə çıxır. O, müəyyən bir müddət 
camaatdan  uzaq  olmaq,  özünü  tənha  hiss  edərək  həmin 
aləmin  vahid  övladına  çevirilmək  arzusunda  idi.  Həmin 
gəzintidən sonra o, özü üçün müvafiq qeydlər aparacaqdı. 
Əliyusif  pələmənin  yanından  keçən  zaman,  orada 
Nurlan,  Günay  və  Aydanla  rastlaşdı.  Müxbir  onlarla  bir 
yerdə pələmədə, söhbət edə-edə bir stəkan çay içib, ondan 
sonra yoluna davam etdi. 
Talvarda Ürfan onun qabağına çıxır. Yuxarıda qeyd edil-
diyi kimi o, əlində videokamera həmin ərazini lentə alırdı. 
Talvarı  arxada  qoyan  Əliyusif  bir  neçə  yüz  metr  gedərək, 
şəlalə ilə üzləşir və yamacın üstünə qalxaraq,  orada çəmə-
nin üzərində əyləşir. Yamacdan tökülən çayın şırıltısı, əsən 
yarpaqların  sürtünməsi,  quşların  nəğməsi,  əlvan  bitkilərin 
dalğa  yaratması  jurnalisti  heyran  etmişdi.  Bəndə  istəsə  də, 
ən  müasir  kompüter  texnologiyasının  köməyi  ilə,  belə  bir 
səhnə  yarada  bilməzdi.  Əliyusifin  fikirincə,  məhz  belə  bir 
yerdə,  vəhşı  təbiətin  qoynunda  hər  bir  insan  yaradıcı 
qüvvəsini hiss edə bilərdi.  
Bu  məkanda  bütün  qayğı  və  problemlərdən  uzaq  olan 
Əliyusif,  rahat  nəfəs  alaraq,  öz-özünə  elə  qapanmışdı  ki, 
yarım  saata  yaxın  vaxtın  necə  keçdiyini  hiss  etmədi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə