Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə40/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

                                                     
 
  
                                                                            
                                                    
157 
adamlardan  kənarda  qalmaq  istədiyindən  o,  çox  asta 
addımlarla diskotekadan aralanmağa başladı. 
 
 
 
 
          
XIV fəsil. Müxbirə verilən gözlənilməz  
                              təklif  
 
Əliyusif  dünənki  hadisələrə  görə  “Relax”da  fəaliyyət 
göstərən  personaldan  xəcalət  hissi  keçirirdi.  Lakin  bütün 
bunlara  baxmayaraq  o,  mədəniyyətinə,  tərbiyəsinə  görə 
bəzi  adamlardan  xeyli  dərəcədə  fərqləndiyindən,  müəyyən 
mənada  turistlər  qarşısında  alnıaçıq  gəzə  bilərdi.  Dünən 
diskotekada  baş  verən  xırda  qalmaqal  və  həmin  qalmaqalı 
yaradan  insanların  kimliyi,  camaat  arasında  böyük  söz-
söhbətlərə  səbəb  olmuşdu.  İndi  Əliyusif  çalışırdı  ki,  işıqlı 
vaxt  camaatdan  bir  qədər  aralı  olsun  və  istirahətinin  qalan 
hissəsini əsasən, meşədə keçirsin.  
Müxbir  harada  olursa-olsun  o,  çəpər  qonşusu  olan 
müğənninin hərəkətlərini yaddan çıxara bilmirdi. Axı, onun 
bu  əxlaqsız  hərəkətlərindən,  hegemon  havadarı  olan 
Məzahir xəbər tuta bilər. Həm də iş elə gətirdi ki, özlərini 
qeyri-adekvat  aparan  Zemfira  ilə  Natiq  son  anda  Əliyusifi 


                                                     
 
  
                                                                            
                                                    
158 
orada  görə  biliblər.  Çaşqınlıq  içərisində  olan  məşuqlar 
bilmirdilər belə bir vəziyyətdən necə çıxsınlar. Onlar nəyin 
bahasına olursa-olsun, müxbiri ələ keçirməyi qərara aldılar. 
Əks  təqdirdə  Əliyusif  Zemfira  ilə  bağlı  olan  məlumatını 
ictimaiyyət  ilə  bölüşdürə  bilər.  İş  ondadır  ki,  rayon 
mərkəzinə  gedən  Akif  oradan,  şou-biznes  aləminə  daxil 
olan  müğənnilərin  fəaliyyətindən bəhs edən bir neçə qəzet 
almış  və  Zemfiraya  çatdırmışdı.  Qəzetlərin  birində  adı 
çəkilən  müğənninin  həyat  tərzindən  bəhs  edən  yazılar 
getmiş  və  o,  elə  zənn  etmişdi  ki,  həmin  material  Əliyusif 
tərəfindən tərtib edilibdir.  
Hazırki vəziyyətdə Natiq dilemma qarşısında qalmışdı – 
ya Gülnarəyə görə Əliyusif ilə ədavətini davam etdirsin, ya 
da  ki,  Zemfiranın  adının  camaat  arasında  pis  hallanmasın 
deyə,  müxbir  ilə  xoş  münasibət  quraraq  dostluq  əlaqəsi 
yaratsın.  Çıxılmaz  vəziyyətdə  qalan  emosional  oğlan 
məcburiyyət  qarşısında  qalaraq  ikinci  varianta  üstünlük 
verdi.  Bunun  üçün  o,  yalan  vədlər  sayəsində  müxbiri 
Zemfiraya  yaxınlaşdırmağı  qərara  aldı.  Yalnız  belə  olan 
halda Əliyusifin ağzına qıfıl taxmaq mümkün idi.  
Nahar  yeməyinin  üstündən  bir  neçə  dəqiqə  keçəndən 
sonra  Akif  kompleksin  ərazisində  Əliyusif  ilə  rastlaşaraq, 
Natiqin  və  Zemfiranın  onunla  vacib  məsələ  barəsində 
söhbət  etmək  istədiklərini  bildirdi.  Təbii  olaraq  müxbir 


                                                     
 
  
                                                                            
                                                    
159 
qarşıda  nəzərdə  tutulan  ünsiyyətin  hasil  olmasına  etiraz 
etdi.  Onda  Natiq  dostuna  zəng  edərək,  telefonu  müxbirə 
uzatdı.  Əks  tərəfdən  mülayim  danışıq  tərzini  gözləməyən 
Əliyusif,  söhbət  zamanı  xeyli  inadkarlıq  göstərsə  də,  son 
nəticədə onların qaldığı kottecə getməyə razılığını bildirdi. 
Müxbir  üçün  maraqlı  olsa  da,  onlar  Zemfiranın  iştirakı  ilə 
kottecdə görüşməli idilər. 
Söhbətin  hansı  məcrada  gedəcəyini  anlamayan  müxbir 
qapını  döyəndə,  Əliyusifin  qarşısına  Natiq  çıxır  və  onunla 
birlikdə qonaq otağına yollanır. Zemfira vulqarcasına geyi-
nərək, televizor ilə üzbəüz əyləşmişdi. O, qıraqları kəsilmiş 
ağ qısa şortıda və mavi rəngli nəzik maykada olduğundan, 
bütün  bədəni  nümayişə  qoyulmuşdu.  Müğənninin  boynun-
dan qızıl zəncir, zəncirdə isə şüşə qaşlı kulon vardı, sağ və 
sol  bilərziyindən  qızıl  saat  və  qolbağ  asılmışdı.  Bu  onun 
qızıla,  ümumiyyətlə,  zinət  əşyalarına  olan  hərisliyindən 
xəbər  verirdi.  Zemfiranın  sağ  çiynindəki  bəbir  başının  və 
col  döşünün  üstündəki  palma  ağacının  döyməsi,  müxbirdə 
ikrah hissi oyatdı.  
Əvvəllər aşağı təbəqəyə mənsub olan adamlara əhəmiy-
yət verməyən hər iki məşuq bu dəfə həddindən artıq müla-
yim  və  səmimi  görünürdülər.  Sanki  onların  xarakterində 
müəyyən bir dəyişiklik baş vermişdi. 


                                                     
 
  
                                                                            
                                                    
160 
Jurnal  masasının  üzərində  fransız  konyakı,  italyan 
şokoladları və cürbəcür meyvə vardı. Müğənni ilə diaqonal 
əyləşən  Əliyusif,  onun  geyimindən  utanıb  başını  aşağı 
saldı, üzünü Natiqə tərəf çevirəndə onun bir qədər həyəcan-
lı  olduğunu  sezdi.  Elə  Zemfiranın  da  həyəcanlı  olmasını 
ayırd  etmək  çətin  deyildi.  Natiqin  sir-sifəti  əyilmiş  və 
bununla da bənizində müəyyən eybəcərlik yaranmışdı.  
- Əliyusif, Zemfira xanım səndən yaman bərk inciyibdir. 
– deyə oğlan giley-güzarla dilləndi.  
- Nəyə görə? – deyə müxbir təəccübləndi.  
- Yazılarına görə. – deyə müğənni əda ilə Natiqin yerinə 
dilləndi.  
-  Mənim  yazılarımın  sizə  nə  dəxli  var?  –  deyə  Əliyusif 
yenə də təəccüblə soruşdu. 
-  Bəzi  qəzetlərdə  Zemfira  xanım  barəsində  xoşagəlməz 
məqalələr  dərc  olunubdur,  biz  elə  zənn  etdik  ki,  həmin 
yazılar sənin qələmindən çıxıbdır.  
- Hamı bilməlidir ki, mənim qələmimdən hansı məqalə-
lər  çıxıbdırsa,  onların  altında  mütləq  mənim  imzam  olur. 
Adım göstərilməyibdirsə, deməli həmin məqalənin müəllifi 
mən deyiləm.  
-  Yaxşıdır  ki,  şübhələrim  özünü  doğrultmadı.  –  deyə 
özünü  hiyləgərliyə  vuran  Natiq  həqarətlə  dilləndi.  – 
Deyirəm  axı,  bir  qonşu  kimi  sən  Zemfiranın  pisliyinə  heç 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə