Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə37/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

                                                     
 
  
                                                                            
                                                    
145 
- Bu fikrin ilə səninlə razılaşmıram. Mən Gülnarəni çox 
mədəni, tərbiyəli, əxlaqlı, yerini bilən bir qız kimi gördüm 
və qətiyyətlə deyə bilərəm ki, indiki zamanda elə xasiyyət-
də olan qızlara nadir hallarda rast gəlmək olar.  
Elə  bu  vaxt  Qənirə  əlində  böyük  bir  podnes  Günayla 
birlikdə kottecdən çıxdı və şəhərdən gətirdiyi tortu masanın 
üstünə qoydu. Paralel olaraq Əliyusif də samovarı dəm çay-
niki ilə birlikdə masaya yaxın bir yerə qoydu və ara vermə-
dən  stəkanları  çayla  doldurdu.  O,  işini  başa  çatdıran  kimi 
buradan getmək istədi, lakin Ofeliya narazılığını bildirərək, 
müxbirin  qalmasını  xahiş  etdi.  Əliyusif  də  qabiliyyətli 
oğlan  kimi  qonşusunun  sözündən  çıxmayıb,  Arifdən  sol 
tərəfdə  özünə  yer  elədi  və  utancaq  halda  baxışlarını  yerə 
zillədi.  
Daim nənəsinin yanında olduğundan ona öyrəşən Aydan 
Ofeliyanın yanında əyləşərək, əlindəki balaca çay qaşığı ilə 
tort dilimini kəsib yeməyə başladı.  
Hamıya  nisbətən  yalnız  Xədicə  məyus  halda  əyləşərək, 
hərdənbir  oğluna  tərs  nəzər  salırdı.  Səhhətində  problem 
olan Ofeliya isə hamıdan şux görsənirdi və Qənirənin kiçik 
qızı  Gülnarə  ona  xoş  təsir  göstərdiyindən  o,  istəyirdi  ki, 
Əliyusif ilə həmin qız arasında sıx əlaqələr yaransın. Məhz 
buna görə də o, üzünü Qənirəyə tutub hərarətlə dedi:  


                                                     
 
  
                                                                            
                                                    
146 
- Qənirə xanım, belə çıxır ki, biz hazırın naziriyik? Belə 
olmaz.  
-  Nə  olub,  axı?  –  deyə  Qənirə  çiyinlərini  çəkərək, 
rəfiqəsinə qəribə nəzər saldı. 
-  Siz  tortu  gətirmisiniz  ki,  qızlarınız  ilə  birlikdə  burada 
çay  dəstgahı  təşkil  edəsiniz,  amma  onlar  burada  yoxdular. 
Onlar burada olmadan şəxsən, mənim boğazımdan bir tikə 
də tort keçməz.  
-  Bu  barədə  narahat  olmağa  dəyməz.  Halal  xoşunuz 
olsun!  Onsuz  da  qızlarımın  günü  tort  yeməklə  keçir.  Həm 
də əvvəlcədən bilirdim ki, Aydan kimi şahzadə bir qız bura 
gəlib, hazırlanan tortun dadına baxacaq.  
- Evdə başqa, amma istirahət kompleksində tort yeməyin 
başqa  ləzzəti  var.  Hətta  Arif  də  diabet  xəstəsi  olmasına 
baxmayaraq,  burada  tort  yemək  həvəsində  olur.  Mənə  elə 
gəlir, onlarsız tort yemək yaxşı düşməz. 
Məhz  bundan  sonra  çıxılmaz  vəziyyətdə  qalan  Qənirə 
yenə də mobil telefonu ilə zəng edərək, qızlarını çay dəst-
gahına dəvət etdi. Lakin qızlar bildirdilər ki, onlar qayıqda 
gəzdikləri  üçün  bir  qədər  yubanacaqlar.  Bu  cavab  Ofeliya 
ilə  qonşu  qadını  məyus  etsə  də,  əksinə,  Əliyusifin  ürəyin-
dən  oldu.  Onlar  gələnə  kimi  müxbir  çayını  içib  başqa  bir 
bəhanə  ilə  buradan  uzaqlaşacaq.  Onsuz  da  yarım  saatdan 
sonra şam yeməyi başlayacaqdı.  


                                                     
 
  
                                                                            
                                                    
147 
Çay  dəstgahına  toplaşanlar  buradakı  füsunkar  gözəlliyə 
malk  olan  təbiətdən  söz  açaraq,  cənnətdə  olduğu  kimi 
özlərini  hiss  edirdilər.  Onların  dediyindən  belə  çıxırdı  ki, 
cənnət görmək istəyən “Relax”a gəlsin. 
Əliyusif  ağzına  su  alıb  otursa  da,  o,  vaxtaşırı  boşalan 
stəkanları  çay  ilə  doldurub,  hamının  qulluğunda  dururdu. 
Onun  bu  hərəkəti,  nümayiş  etdirdiyi  qabiliyyət  ailəsindən 
uzaq olan hər bir kəsi heyran etmişdi. Əliyusif hiss etdi ki, 
Qənirənin  də  ondan  xoşu  gəlmiş  və  ziyalı  qadın  onun  hər 
bir  addımını  diqqətlə  izləyir.  Bütün  bunlara  baxmayaraq 
müxbir  vaxtın  tez  gəlib  keçdiyini  və  buradan  tezliklə 
uzaqlaşmağını istəyirdi. 
Elə  oldu  ki,  şam  yeməyinin  vaxtı  gəlib  çatdı,  qızlar  isə 
hələ  də  bura  gəlib  çıxmadılar.  Onlar  bildirmişdilər  ki, 
Məkanə  ilə  bir  yerdə  göldən  çıxıb  birbaşa  küləfirəngiyə 
gedəcəklər. 
Şam  yeməyi  bir  saat  idi  ki,  başa  çatmışdı  və  böyük 
küləfirəngidə olan adamların demək olar ki, hamısı oradan 
uzaqlaşmışdı.  Əliyusif  Arif  ilə  kompleksin  yuxarı  ərazi-
sində gəzişirdi. Əvvəlcədən əldə edilən razılaşmaya əsasən, 
həmişə həyat yoldaşı ilə bir yerdə olan neft mütəxəssisi, bu 
dəfə  Ofeliyanı  Xədicənin  yanında  qoyub,  ondan  sonra 
müxbir  ilə  gəzintiyə  çıxmışdı.  Onların  müzakirə  obyekti, 
payızda işıq üzü görəcək “Hikmətli kəlamlar” kitabı idi.  


                                                     
 
  
                                                                            
                                                    
148 
Əliyusif  təbiətən  ağır  bir  insan  idi  və  o,  cidd-cəhdlə 
calışırdı  ki,  vulqar  hərəkətli,  vulqar  geyimli,  qeyri-ciddi, 
danışığına  hədd  qoymayan  insanlardan  uzaq  olsun.  Məhz 
bu səbəbdən o, asudə vaxtını Arif ilə keçirməyi xoşlayırdı. 
Qalmaqal  həyat  tərzinə  öyrəşən  Natiqgil  günorta  yemə-
yindən sonra meşəyə gəzintiyə çıxmışdılar. Onlar vaxtları-
nın  xeyli  hissəsini  meşədə  keçirib  yalnız,  hava  qaralana 
yaxın kompleksin ərazisində peyda oldular. Hava qaralanda 
burada istirahət edən cavan və yaşlı turistlər əylənmək üçün 
yay  diskotekasında  toplaşırdı.  Elə  Natiq  də  qonağı  ilə 
birlikdə həmin yerə getdi. Lakin ikili oyun aparan emosio-
nal oğlan ora getməmişdən əvvəl Akifə tapşırıq vermişdi ki, 
Gülnarənin  orada  olduğunu  öyrənsin.  O,  istəmirdi  ki, 
rəssam qız onu Zemfira ilə bir yerdə görsün. Ümumiyyətlə, 
Natiqin  sürücüsü  qızın  haralarda  olması  və  kimlərlə 
vaxtının keçirməsi barəsində məlumatlar toplayıb, müdirinə 
lazımi məlumatlar çatdırırdı.  
Elə  Əliyusifin  özü  də  mümkün  olan  dərəcədə  onlardan 
uzaq  olmaq  istəyirdi  və  onların  gözlərinə  görünməmək 
üçün  o,  əvvəlcədən  Arif  ilə  birlikdə  diskotekada  fəaliyyət 
göstərən  çayxanada  oturaraq,  vaxtını  keçirirdi.  Nurlan  da 
həyat  yoldaşı  ilə  Aydanı  götürüb  bura  gəlmişdi.  Onlar  lap 
diskotekanın meydanına yaxın bir yerdə əyləşərək limonad 
içə-içə ləbləbi yeyirdilər. Diskoteka fəaliyyətə başlamamış-


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə