Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
də ölkədə qeyri-formalların hərəkatı güclənm əyə başladı, Baltik-
yam respublikalarda isə həqiqi m illi azadlıq prosesləri vüsət aldı.
Yenidənqurma dövründə Sovet İttifaqında artıq m üxtəlif qeyri-
hökumət təşkilatlan fəaliyyət göstərirdi, lakin onlar qeyri-formal
gənclər, əylən cə birlikləri xarakteri daşıyırdı. Əgər gələcəkdə və
təndaş cəm iyyətinin özəklərinə çevriləcəyi gözlənilən strukturlar
meydana gəlirdisə də, onlann fəaliyyəti, adətən, uzunmüddətli ol
murdu. 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilmiş seçkilər prinsip
cə göstərdi ki, qeyri-formal hərəkatların inkişafı ictimai v ə siyasi
həyatın plürallaşmasmda mühüm addım ola bilər.
A li Sovetin elə ilk iclaslan göstərdi ki, siyasi və ideoloji baxış
ların plüralizmi təzələnm iş dövlət strukturlanna da sirayət etmişdir.
Eyni vəziyyət Azərbaycanda da yaranırdı. Ziyalılann, elmi dairələ
rin v ə tələbələrin nüm ayəndələrinin yaratdıqları “Ç ənlibel”,
“Yurd”, “Varlıq” təşkilatları və bezi digər qurumlar bir ara respub
lika əhalisinin m üəyyən hissəsinə təsir göstərməyə çalışırdı. Məhz
bu təşkilatların üzvləri 1988-ci ilin ortalarında Azərbaycanda xalq
hərəkatı sıralarına qoşularaq, onun prioritetlərini dəyişdirməyə,
kütlələrin əhval-ruhiyyəsinə təsir gösterm əyə çalışırdılar. Sonralar
onlar m üxtəlif siyasi birliklərə çevrilərək, Azərbaycan SSR Ali
Sovetində təm sil olundular.
Xalq hərəkatı “mərkəz”in Azerbaycana ədalətsiz, - ilk növ
bədə, Ermənistan-Azərbaycan münaqişəsi barədə (və konkret ola
raq, Dağlıq Qarabağ qarşıdurması barədə), - münasibətinə qarşı,
habelə ölkədə sırf mərkəzçi hakimiyyətə qarşı yönəldilsə də, hər
halda, həmin dövrdə mitinq ehtirasları əsasında kortəbii şəkildə
formalaşan v ə sonralar güclənərək dövlət əleyhinə çıxışlara çevril
miş kütləvi şüurun formalaşmasında müsbət rol oynamışdır.
Bu azsaylı təşkilatların mövcud olduğu dövrdə baş verən bütün
siyasi dolaşıqlıqlann və proseslərin mahiyyətinə varmadan, qeyd
edək ki, yeni siyasi liderlər v ə formalaşmaqda olan siyasi elitalar
nonkonformizm v ə müxaliflik enerjisindən - qeyri-formal hərəkatın
“qüvvət aldığı” enerjidən, Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə, eləcə de SSRİ-nin mirasından tama
48
milə imtina olunmasına yönəldilən kütləvi xalq çıxışlarından özlə
rinin hakimiyyət uğrunda mübarizəsində məharətlə istifadə etdilər.
Sov.İKP rəhbərliyinin Azerbaycan əleyhinə yürütdüyü siyasət
nəticəsində əhalidə formalaşan antikommunist əhval-ruhiyyə seç
kilərdə əhalini kommunist nomenklaturasının hakimiyyətinə qarşı
çıxanlara səs verməyə sövq edirdi. Lakin bu antikommunizmdə
gündəlik siyasi, iqtisadi və sosial həyatın təşkili üçün şüur və dav
ranışın yararlı səm ərəli funksional modelləri yox idi.
Sovet İttifaqı Kommunist Partiyası cəm iyyətlə bərabərhüquqlu
dialoqun mümkünlüyünü tamamilə rədd edirdi. Etnik təmizləmələr
nəticəsində öz tarixi vətəni olan Qərbi Azərbaycan v ə Dağlıq Qa
rabağ ərazilərindən didərgin salınmış yüz minlərlə insanın vətən
daş hüquqlarının bərpa edilməsi barədə Azərbaycan xalqının tələ
bini ekstremizm təzahürü kimi qiymətləndirən SSRİ rəhbərliyi
Əbdürehman Vezirovun başçılıq etdiyi Azərbaycan Kommunist
Partiyasının yuxan dairələri ilə birlikdə Bakıda müasir tarixdə ən
amansız və qanlı divanlardan birini, azərbaycanlıların soyqınmı
hesab etdiyimiz faciəni törətdi.
1990-cı il yanvarın 20-de Azerbaycan xalqına qarşı cinayətkar
hərbi əməliyyat apanldı. Azerbaycanın erazi bütövlüyünün pozul
masına yönəldilmiş kobud cəhdlərə, SSRİ rəhbərliyinin Azerbay
can xalqı barəsində ədalətsiz və qərəzli siyasətinə, yerli partiya-
sovet rəhbərliyinin sazişçilik, əslində isə, satqınlıq fəaliyyətinə
qarşı etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq
m əqsədi ilə Bakıya və respublikanın bir sıra rayonlarına qanunsuz
olaraq qoşun yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən
cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 137 nəfər öldü
rüldü və 612 adam yaralandı. Yanvar faciəsi Azerbaycan tarixinə
v ə hər bir vətəndaşın tarixi yaddaşına en kədərli günlərdən biri
kimi daxil oldu. Ancaq, eyni zamanda, bu faciəli hadisədə həm de
Azerbaycan xalqının tarixində fədakarlığın və qəhrəmanlığın en
yüksək nümunələri özünü gösterdi.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ
probleminin doğurduğu və 1990-cı ilin Bakı hadisələrindən sonra
_______
I fəsil. SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
49
antikommunist çıxışlara çevrilən ümumxalq etirazı milli hisslərin
kortəbii, düşünülməmiş, dərk olunmamış kükrəyişindən qida alırdı.
Sovet rejiminə son qoyulması insanlann kütləvi şüuruna, psixolo
giyasına v ə sosial əhvalına konstruktiv təsir göstərmədi. Bu təsir
əsas etibarilə emosional sahəyə yayıldı və yeni ictimai-siyasi, iqti
sadi sistemin reallıqlarının səm ərəli surətdə qavranılmasına, dəyiş
miş şəraitdə davranışın optimal üsullarına toxunmadı. İnsanlarda
möhkəmlənmiş azadlıq hissi v ə m illi dövlət müstəqilliyinə tələbat
başlıca psixoloji amil oldu. Totalitar keçmişin ideologemləri ilə tə
zad təşkil edən bu dəyərlər xalq tərəfindən sürətlə mənimsənilir və
ictimai inkişafın rəhbər oriyentirlərinə çevrilirdi.
O ki qaldı bazar və demokratiya kimi anlayışlara, onlar 1990-cı
illərin əvvəllərindəki siyasi diskursda axıradək anlanılmamış və
dərk edilm əmiş hansısa yeni ideoloji abstraksiyalann yerini tuturdu.
Ö lkəyə hansı yolları seçm ək tək lif olunurdu, tarixin yeni gərdişin
də ölkəni nə kimi perspektivlər gözləyirdi, qarşıda hansı təhlükələr
görünürdü? Zamanın özünün qoyduğu mürəkkəb m əsələlərin son
dərəcə əhəm iyyətli olduğunu nə hakimiyyət, nə onu dəstəkləyən
elita, nə də o vaxt artıq özlərini “demokrat” adlandıran qüvvələr
nəinki sadəcə olaraq başa düşmür, həm de hadisələrin bu cür gedi
şinə hətta m ənəvi, psixoloji, intellektual cəhətdən hazır deyildilər.
Ölkədə yeni sosial-iqtisadi sistemin v ə dövlət sisteminin formalaş
ması problemləri siyasi prosesin künc-bucağında həll edilirdi, onun
mərkəzində isə m üxtəlif hakim qruplaşmaların iddiaları toqquşur
du. M üxalif siyasi qüvvələr islahatları cəm iyyətə bir andaca ümumi
rifah v ə sosial ahəngdarlıq gətirm əyə imkan verən ecazkar vasitə,
sehirli çubuq kimi təsvir edirdilər v ə təəssüf ki, hətta bu gün də
belə təsvir edirlər.
Yalnız şəxsi v ə qrup mənafeləri və məqsədlərini güdərək, si
yasətdə hakim mövqe tutmaq niyyəti, hamı üçün yeni demokratik
dövlət qurmaq və vətəndaş cəm iyyəti təsisatları formalaşdırmaq
konsepsiyasının işlənib hazırlanması zəruriliyinin qulaqardına vu
rulması postsovet dövründə Azerbaycan dövlətçiliyinin inkişaf
proseslərinin ləngim əsinə gətirib çıxardı. Dövlət idarəçiliyi təcrü
bəsi olmayan üzdəniraq “demokratik qüvvələr” ölkəni amansız da
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
______
50
xili qarşıdurma v ə vətəndaş müharibəsi girdabına yuvarladılar. On
ların tarixi iqtidarsızlığma v ə imkansızlığına sübut heç də təkcə bu
deyildir. Hakimiyyətdən getmək məcburiyyəti ilə üzləşən bu qüv
vələr təəssüf ki, siyasi mübarizəni nəyisə yaxşılığa doğru dəyişdir
mək naminə deyil, hakimiyyətə yenidən yiyələnm ək cəhdləri, si
yasi qisas naminə davam etdirdilər.
Bu baxımdan 2002 -ci il avqustun axırlarında ölkədə akkreditə
olunmuş diplomatlardan biri - ATƏT-in nümayəndəsi ilə qeyri-
rəsmi söhbət istər-istəm əz yada düşür. Diplomat açıqca etiraf etdi
ki, Azərbaycanda obyektiv səbəb üzündən müxalifət adlandırmağa
adamın dili gəlm əyən qüvvələrin mövcud olmasından çox m əyus
dur. Axı, müxalifətin mənası heç də özünü dövlətə v ə cəm iyyətə
qarşı qoymaqda deyil, hakim elitanın apardığı xəttə özünün siyasi
alternativ ideyalarını irəli sürməkdədir. Burada isə hakimiyyət uğ-
runda ən kobud, bəsit mübarizə gedir və bu, demokratiya barədə
m edhiyyelerle pərdələnir.
Ö lkəyə müstəqilliklə birlikdə gələn ictimai həyatın liberallaş-
dırılması şəxsiyyətin total siyasi nəzarətdən, dövlət ideologiyasının
buxovlarından azad olunmasını təmin etsə də, hələlik şüurlu və
m əsuliyyətli vətəndaş formalaşmasına gətirib çıxarmamışdır.
B elə deməyə bütün əsaslar var ki, 1990-cı illərin əvvəllərində
Azərbaycan suverenlik alan, amma ondan öz xalqının rifahı naminə
istifadə edə bilməyən, digər ölkələrin simasında anlaşma və müt
təfiqlik dəstəyi tapa bilm əyən dövlət idi. Bir qayda olaraq, belə
dövlətlər böyük geosiyasi oyun meydanında elaltıya çevrilir. Azer
baycanla da əlaqədar m ehz belə olmuşdur. Daxili siyasi inkişafın
dəqiq konsepsiyasının olmaması, birqütblü dünyaya qovuşmaq niy
yəti ile şərtlənən xarici siyasətin müasir reallıqlara uyğun gəlm ə
m əsi, siyasətdə, iqtisadiyyatda, cəm iyyət və fərdin heyatının ən ə
nəvi sahələrində sovet irsindən nümayişkaranə imtina edilməsi
- bütün bunlar milli müstəqilliyin v ə dövlətçiliyin möhkəmlənmə
sinə son dərəcə mənfi təsir gösterirdi.
Keçmiş İttifaqın diger respublikalarından fərqli olaraq, Azər
baycanda müstəqil dövlət varlığına keçid təkcə sosial-iqtisadi, si
yasi amillərin deyil, həm de geosiyasi amillərin də təsiri altında baş
_________
I fəsil. SSRI-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
51
Dostları ilə paylaş: |