sində yəhudilər üçün faydalı ola biləcək hər şeyi düşm əndən öy
rənməyi zəruri sayırdılar.
Zelotlar irodçulann metodlarını qəbul etmir, bu metodları xəya
nətkar və milli mənafelərə cavab verməyən üsullar sayırdılar. Hər
çənd, digər tərəfdən, tamamilə aydındır ki, irodçulann problemə
yanaşma tərzi daha səmərəli olub, manevr etm əyə v ə təbii ki, inki
şafa meydan açırdı.
Ellinizm dövrünün nailiyyətləri yəhudilərin malik olduqların
dan əhəm iyyətli dərəcədə xeyli üstün idi. Ona görə də, inkişaf et
miş və qüdrətli sivilizasiya ilə mübarizədə irodçuluq daha səmərəli
vasitə idi. Bu, yunanların, sonra isə romalıların idarə etdikləri za
manla ayaqlaşmağın ən optimal üsulu idi. İrodçular yunanların
hərbi-siyasi və iqtisadi sahələrdə inkişafına kömək etmiş hər şeyi
onlardan öyrənirdilər. Zelotlardan fərqli olaraq, onlar yeni reallıq
lara uyğunlaşmaq praktikasının tərəfdarı idilər.
Əlbəttə, hər bir müqayisənin öz nöqsanları var. Tarixə bu
qeyri-ixtiyan müraciət əyani surətdə gösterir ki, qloballaşmanın
gətirdiyi qərbləşmə bir çox dövlətləri buna bənzər vəziyyətə sal
mışdır. Müasir dünya nizamı inkişaf etməkdə və dəyişm əkdə olan
cəm iyyətləri, bir növ, “zelotlar”a və “irodçular”a ayırmışdır. Özü
də, bəzi dövlətlər qərbləşmə proseslərinə fəal müqavimət göstər
m ək yolu seçmişlər. Onlar “qətiyyətli müqavimət göstərmək əz
mindədirlər” , çox z ə if potensialları ile avtarkiya yolu tutmuşlar.
Digərləri isə, indiki vəziyyətdə irodçulann yoluna üstünlük vermiş
və dərk etmişlər ki, qloballaşmaya və modernləşməyə müqavimət
inkişafa gətirib çıxarmayacaqdır. Qloballaşmanın mənfi n əticələ
rindən xilas olmaq isə yalnız milli inkişaf strategiyasına şüurlu mü
nasibət bəslənildiyi, qloballaşmanın əksinə deyil, onun aydın şəkil
də təsəvvür edildiyi v ə başa düşüldüyü təqdirdə mümkündür.
Əhalinin geniş təbəqələrinin siyasi şüurunun və siyasi m ədə
niyyətinin aşağı səviyyədə olması, millətçiliyin üstünlük təşkil et
m əsi qloballaşma problemlərinin həlli yolunda başlıca əngəllərdən
biri olaraq qalır. BM T-nin baş katibi Kofı Annan bu m əsələyə to
xunaraq yazır: “Bütün dünyada milyonlarla insan qloballaşmanı tə
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
160
rəqqi vasitəsi kimi deyil, həyatı, əm əli və ənənələri məhv etməyə
qadir olan qasırğaya bənzər viranedici qüvvə sayır. İnsanların bir
çoxu üçün bu prosesə mane olmaq və millətçilik, təməlçilik, digər
“çiliklər” timsalında xəyali təskinliyə üz tutmaq kimi qızğın istək
səciyyəvidir”92.
Yeni, eyni zamanda, keçid dövrünü yaşayan dövlət olan Azər
baycan ümumdünya inteqrasiyasının taleyüklü perspektivlərini başa
düşərək, dünya birliyinə inteqrasiyanın strateji yolunu seçmişdir.
Tamamilə aydındır ki, qloballaşma münaqişəsiz və hamar proses
deyildir. Buna baxmayaraq, müasir dünya nizamının gerçəkliklərini
nəzərə almamaq və bu prosesdən maksimum fayda götürməyə ça
lışmamaq uzunmüddətli perspektivdə Azərbaycanın milli inkişaf
strategiyasının m əqsədlərinə cavab verməzdi.
Prezident İlham Ə liyev 2 0 04-cü il martın 19-da Slovakiyanın
paytaxtı Bratislavada keçirilən “Daha geniş Avropaya doğru: yeni
gündəlik” mövzusunda beynəlxalq konfransda Azərbaycanın in
teqrasiya perspektivlərini xarakterizə edərək demişdir: “Milyard
larla dollar dəyəri olan enerji layihələri bizim müstəqil ölkələrin
həm bir-birilərinə, həm də Avratlantik məkanına inteqrasiyasına
şərait yaradacaqdır. Bu, bizim həqiqi istəyim iz və strateji məqsədi
mizdir. Azerbaycan öz gələcəyin i Avratlantik məkanına daha geniş
inteqrasiyada görür. Biz bu istiqamətdə böyük addımlar atırıq və
əminəm ki, Avropa strukturları v ə beynəlxalq strukturlarla əlaqələr
gələcəkdə daha da m öhkəm lənəcəkdir”93.
Prezidentin bu sözləri Azərbaycanın tutduğu strateji xettin ma
hiyyətini açıb gösterir. Qloballaşan dünyanın bir hissəsi olaraq
Azərbaycan Qərbin nailiyyətlərindən istifadə etm əyə çalışmaqla
yanaşı, öz mentalitetinin bütün xüsusiyyətlərini, adət-ənənələrini,
milli tarixini son dərəcə qayğı ilə qoruyub saxlayır. Bu, dərkedil
miş, dövlətin və cəm iyyətin inkişafına istiqamətlənmiş strateji
xətdir. 1993-cü ildən etibarən m ehz bu xett heyata keçirilir və o,
ölkəni tərəqqiyə və firavanlığa gətirib çıxarmağa qadirdir. Ənənə
lərin və mədəniyyətin əleyhinə deyil, onlara uyğun şəkildə inkişaf
bu siyasətin mahiyyətini təşkil edir.
__________________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
161
Müasir Azərbaycan bir çox beynəlxalq təşkilatlarda təmsil
olunmuşdur, bir çox qlobal nəqliyyat-kommunikasiya layihələrinin
iştirakçısıdır, dünya bazarlarına eneıji daşıyıcıları göndərir. A zər
baycan Avropa v ə Asiya ilə uzunmüddətli strateji tərəfdaşlıq üçün
geosiyasi v ə geoiqtisadi meydandır. Çox mühüm nəqliyyat dəhlizi
və qloballaşma proseslərinin tərkib hissəsi olaraq Azərbaycanın in
kişaf sürətini azaltmaması, yeni layihələrin yaradılması v ə gerçək-
ləşdirilməsində düşünülmüş v ə fəal iştirakı son dərəcə vacibdir.
Növbəti mülahizə o barədədir ki, modemist dəyişikliklər siyasi
fəallıq səviyyəsinin artması, modernləşmənin sonrakı irəliləyişin
də müsbət rol oynayan yeni siyasi mədəniyyətin təşəkkülü kimi
ciddi nəticələr doğurur. Nəhayət, tranzit geniş m ədəni xarakterli
dəyişikliklərlə bağlıdır.
Yeni mədəni dəyərlər yeni davranış modellərinə - əhalinin
əmanətlərə və sərmayələrə meylinin artmasına əlverişli şərait ya
ratmaqla sənayeşləşm əyə yol açır. Yetkin sənaye cəm iyyətində ic
timai inkişafın industrial m ərhələyə qədərki dövr üçün səciyyəvi
olan kəskin gender fərqləri əslində aradan qalxır. Müasir transfor
masiya prosesləri nəticə etibarilə vahid strateji m əqsədə - yeni
müstəqil dövlətlərin demokratik inkişaf perspektivləri baxımından
cəm iyyətin qlobal konsensus əsasında modernləşməsinə yönəl
mişdir.
Beləliklə, Sovet İttifaqının dağılması modernləşmə v ə qerbləş-
m ə ilə birlikdə postkommunizm epoxası Azərbaycan cəmiyyətinin
şüurunda yeni deyər oriyentirlərinin və təfəkkür tərzinin formalaş
masına imkan yaratmışdır. Ötən əsrin sonlarından dünyada baş
verən qloballaşma meyillərinə v ə onların Azərbaycana təsirinə ta
nınmış rus politoloqu V.Pastuxovun mükəmməl “rus üçbucağı”
konsepsiyası baxımından nəzərdən keçirmək mümkündür. Həmin
konsepsiyanın mahiyyəti ondadır ki, Rusiyada siyasi həyat adi “ha
kim iyyət-cəm iyyət” müstəvisində deyil, üç oxun - “hakimiyyət”,
“cəm iyyət”, “hərəkat” - yaratdığı çoxşaxeli məkanda inkişaf edir.
“Hakimiyyət” ümumi tənzim ləyici və qayda-qanun rəmzidir. “Cə
m iyyət” bütün quruluşun sosial sabitliyini təmin edən ballast kimi
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
162
hakimiyyətə meyillənmiş passiv ünsürdür. “Hərəkat”, bir tərəfdən,
surroqat, cəm iyyətebənzər xarakterli “virtual cəm iyyət”, “ic
timaiyyətdir”.
Digər tərəfdən, “hərəkat” böhranlı dövrlərdə cəm iyyət üzvlə
rinin davranışına rəsmi dövlətin təsirindən daha güclü təsir göstə
rən rəqib hakimiyyətdir. “Hakimiyyət” və “cəm iyyət” sistemin
statik üzvləridir. “Hərəkat” isə dinamik olub, sistemi dəyişikliyə və
inkişafa sövq edir. “Hərəkat” tarixi vəzifəsini yerinə yetirərək ya
hakimiyyətə qovuşur, ya da cəm iyyətlə qaynayıb-qarışaraq aradan
qalxır94.
Yuxanda deyilənləri nəzərə alaraq ehtimal etmək olar ki, Azər
baycandakı postkommunist cəm iyyət də bu üç oxun hamısının qar
şılıqlı təsiri əsasında formalaşmışdır. Azərbaycanda tədricən dövlət
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və möhkəm iqtisadi
sistemin yaradılması prosesi ilə “hərəkat” ünsürlərinin bir-birinə
qaynayıb-qarışması baş vermişdir. Cəm iyyətdə, ya da hakimiyyət
də gedən bu proses nəticəsində möhkəm institusional “hakimiyyət-
cəm iyyət” sxemi yaranmışdır.
Bizim fikrimizcə, “hərəkat” məfhumunun elmi relevantlıq d ə
rəcəsi çox yüksəkdir. Öz missiyasını yerinə yetirən, modernləşmə
prosesləri üçün şərait yaradan “hərəkat” tədricən aradan qalxaraq,
“hakim iyyət-cəm iyyət” sxemində əriyir. Azerbaycanın konkret
milli şəraitində “üçbucaq” sxemi ilə inkişafın fərqli cəhətləri var.
Belə ki, ölkədə transformasiya prosesləri, əslində, “hərəkat” qarşı
lıqlı surətdə asılı olan üç mərhələdən - konsentrasiya, radikallaş-
ma, kristallaşma mərhelelerinden keçəndən sonra, yalnız 1996-cı
ilin sonu - 1997-ci ilin əvvəlində modemist keçid xarakteri kəsb
etmişdir.
Pastuxov hesab edir ki, “hərəkat” konsentrasiya dövründə də
yişikliklərin təkanverici qüvvəsi kimi çıxış edərək, ictimai enerjini
özündə toplayır və bir sıra təşəbbüslər irəli sürür. Bütün fəal və ya
radıcı adamlar onun təsir dairəsinə düşüb, tərkib hissəsinə çevrilir
lər. Konsentrasiya real dəyişikliklərə zəmin yaradır, onlar üçün
“sıfır tsikli” hazırlayır. Postkommunist Azerbaycanında vəziyyət
__________________ ///
fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
163
Dostları ilə paylaş: |