Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


mırlar.  Lakin  kommunist  seçiminin  iflasa  məhkumluğuna  baxma­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə20/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   16   17   18   19   20   21   22   23   ...   115

mırlar.  Lakin  kommunist  seçiminin  iflasa  məhkumluğuna  baxma­
yaraq, keçmişin reallıqları irəli sürülən quru ittihamların əsa ssız və 
qərəzli olduğunu göstərir.
Həqiqətən,  1980-ci  illərin  ortalarına  yaxın  SSRİ-də  sistem 
böhranı yetişmişdi. Bununla yanaşı,  1960-cı illə müqayisədə həmin 
dövrün əvvəli üçün ölkənin əsas istehsal fondlan yeddi qat  artmış­
dı, milli  gəlir demək olar, 4  dəfə,  sənaye istehsalı  5  dəfə, kənd tə­
sərrüfatı  istehsalı  17 dəfə yüksəlmişdi.  Adambaşına düşən real g ə ­
lir  2,6  dəfə,  ictimai  istehlak  fondlan  5  dəfədən  çox  artmışdı,  54 
milyon kvadratmetrdən yuxarı m ənzil tikilmişdi. Lakin “soyuq mü- 
haribə”nin  əks-sədası  ə w ə lk itə k   hərbi  sənayenin  prioritetlərinə 
yönəldilmiş,  eyni  zamanda,  azad  bazar  münasibətlərinə  keçm əyə 
çalışan  iqtisadiyyata xeyli  təsir göstərirdi.  Sovet iqtisadi  göstərici­
lərini  A B Ş-ın  iqtisadi  göstəriciləri  ilə  müqayisə  etmək  kimi
N.Xruşşovun  dövründən  qalmış  qaydaya  əm əl  edən  M.Qorbaçov 
Sov.İKP-nin XXVII qurultayında çıxışında demişdir:  “Əgər müha­
ribədən  əvvəl  v ə   müharibədən  sonrakı  ilk  illərdə  ABŞ  iqtisadiy­
yatının  səviyyəsi  əlçatmaz  görünürdüsə,  artıq  70-ci  illərdə  biz 
elmi-texniki  və  iqtisadi  potensial  üzrə  ona  xeyli  yaxınlaşdıq,  bəzi 
ən mühüm məhsul növlərinin istehsalında isə ötüb keçdik”29.  Bunu 
deyərkən sadə həqiqətlərə m əhəl qoyulmurdu.  Sadə heqiqetlər isə 
belə idi ki,  iqtisadiyyatın vəziyyəti istehsal olunmuş çuqunun v ə  ya 
hasil edilmiş kömürün miqdarından ibarət deyildir.
Qərbin  inkişaf səviyyəsinə  çatmaq  siyasətinin  mütləq  rəqəm ­
lərlə ifadəsi çox vaxt kortəbii olsa da, nisbətən yaxşı nəticə görün­
tüsü yaradırdı. Lakin liberal iqtisadi  sistem elementləri -  sovet isla­
hatçılarının planlı  iqtisadiyyata tətbiq  etm əyə  çalışdıqları  element­
lər zorla uzaqlaşdırıldığına görə,  belə  siyasət Qərbdən geri  qalma­
ğın  getdikcə  artmasına  gətirib  çıxarırdı.  SSRİ-nin  süqutunun  əsas 
iqtisadi  səbəbi m əhz bu olmuşdur.
Xaricdən  təzyiqlə  və  kapitalizm  dünyasına  çatmaq  niyyəti  ile 
şərtlənən  yüksək  nailiyyətlər  barədə  ölkə  rəhbərlərinin  gurultulu 
bəyanatlarına  baxmayaraq,  xalq təsərrüfatında,  elm  və  texnikanın, 
təhsil  v ə  səhiyyənin  maddi  bazasında  gerilik  göz  qabağında  idi.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
80
II fəsil.  Azərbaycanın  modernləşdirilməsi:  inkişaf yollan
1980-ci illərin sonuna yaxın əm ək məhsuldarlığı, iqtisadi artım sü­
rəti  v ə  səmərəliliyin  digər  göstəriciləri  aşağı  düşmüşdü.  Neftin, 
-  onun  satışı büdcəni  doldurmağın əsas m ənbəyi  idi, -  qiymətləri­
nin  aşağı  düşməsi  ölkəni  xarici  iqtisadi  əlaqələr  sahəsində  tənəz­
zülə  gətirib çıxararaq,  istehsal  silsiləsinin  işində  durğunluğa səbəb 
olmuş v ə   SSRİ  ilə  Şərqi  Avropa  dövlətləri  arasında münasibətləri 
gərginləşdirmişdi.  Sovet rəhbərliyinin  yaranmış  reallıqları  adekvat 
qiymətləndirməməsi,  innovasiyalara  m eyil  və  iqtisadiyyatın  özəl 
sektorlarına,  insan  əməyinin  keyfiyyətini  təkmilləşdirməyə  və  in­
sanın  özünə  maraq göstərilm əm əsi  SSRİ-də  istehsal  edilən  malla­
rın  və  xidmətlərin  rəqabət  qabiliyyətli  olmamasını  şərtləndirirdi. 
Üstəlik,  innovasiya  texnologiyalarının  əksər  hissəsinin  hərbi  sə ­
naye kompleksində cəmləşdirilməsi iqtisadiyyatın  sosial  sahələrini 
inkişaf etdirməyə,  əhalinin  rifah  səviyyəsini  yüksəltməyə  imkan 
vermirdi.
Qərb  v ə  Asiya  mallarının  rəqabət  qabiliyyətinin  getdikcə  art­
ması  sovet  rəhbərlərinin  Qərblə  və  Cənub-Şərqi  Asiya  ilə  iqtisadi 
inteqrasiya  istəyini  gücləndirirdi.  “Sosialist demokratiyası”  dəyər­
lərinin  aktuallaşması  həmin  dövrə  təsadüf etmişdir:  ictimai  təşki­
latların  (həmkarlar  ittifaqlarının,  komsomolun)  rolunu  gücləndir­
mək,  birbaşa  demokratiya  formalarından  daha  fəal  istifadə  etmək 
çağırışları  artıq daha tez-tez səslənirdi.  “Sosialist seçim i”  çərçivə­
sində  demokratikləşmə  və  “sovet  vətəndaşının  sosial-siyasi  hü­
quqları  və  azadlıqlarının  cəbbəxanasını”  genişlendirimek  tələb 
edilirdi.
“Aşkarlığın”  genişləndirilməsi  və  “sosialist  qanunçuluğunun” 
möhkəmləndirilməsi  yeni  demokratik  dalğanın  mənbəyi  oldu.  La­
kin  sovet rəhbərliyinin  öz totalitar mahiyyətini saxlayan və əsasən, 
xarici  effekt  üçün  nəzərdə  tutulan  siyasəti  əks  nəticə  verdi  və 
1980-ci illərin ortalarında antimodemləşmeyə çevrilmişdi.  Bu pro­
ses  öz  təsir  dairəsini  tədricən  genişləndirərək,  demək  olar,  bütün 
müttəfiq respublikalara yayılmışdı.
Diger  sahələrdən  fərqli  olaraq,  sovet  rəhbərliyinin  xarici  siya­
səti hələ bir müddət (daha doğrusu, M.Qorbaçov hakimiyyətə g ə l-
81


dikdən  sonra daha bir neçə  il) ə w e lk itə k  qalmışdı.  Nüvə  təhlükə­
sinə  qarşı  mübarizə,  sürətlə  silahlanma,  “ümumi  sülh”ün  qorunub 
saxlanması  v ə  möhkəmlənməsi  bu  siyasətin  ə w əlk itək   prioriteti 
olaraq qalırdı.  İndi belə bəlağətli sözlər inamlı səslənmir, çünki so ­
vet qoşunlarının  1956-cı ildə Macarıstana,  1968-ci ildə Ç exoslova­
kiyaya,  1979-cu  ildə  Əfqanıstana müdaxiləsi  zamanı  da  SSRİ-nin 
xarici siyasətinin dili bu cür idi.  1980-ci illərdə SSRİ-nin xarici si­
yasət xətti, başlıca olaraq, Reyqanın “ulduz müharibələri” təhlükə­
sinin, -  yeri gəlmişkən, oğul Corc  Buş hökumətinin Milli raketdən 
müdafiə  proqramı  da bu  qəbildəndir,  -   zərərsizləşdirilməsinə  y ö ­
nəldilmişdi.
SSRİ-nin  vahid  xalq  təsərrüfatı  kompleksinin  tərkib  hissəsi 
olan  Azərbaycan  iqtisadiyyatı  ümumittifaq  problemlərini  tam  d ol- 
ğunluğu ilə hiss  edirdi. Kütləvi şüurdakı  böhran təzahürləri  də eyni 
dərəcədə ciddi idi.  Yenidənqurmanın başlanğıcında xalq yeni siyasi 
elitadan  gələn  demokratik  impulslara  fəallıqla  meyil  göstərirdi. 
“Aşkarlıq”, “yeni  təfəkkür”,  “ümumbəşəri deyərlər”  və  Qorbaço- 
vun “mülayimlik”  dövrünün  digər təmtəraqlı  sözləri,  sanki, ə v v ə l­
ki təfəkkür stereotiplərindən,  idarəçiliyin inzibati-amirlik metodla­
rından  imtina  edilməsinə  doğru  aparır  və  sosializmdə  islahatlar 
aparılması  illüziyası, siyasi mədəniyyətin, millətlərarası ünsiyyətin 
yeni  tipinə,  yeni  federalizme  doğru  hərəkət  təsəvvürü  yaradırdı. 
Lakin belə olmadı.  Bir sıra müttəfiq respublikalarda sovet sosializ­
mi  ilə bağlı hər şeyə qarşı güclü etiraz dalğaları  qalxdı.
Etiraz  hərəkatı  Baltikyanı  respublikalarda  xüsusilə  kəskin  və 
dönməz  xarakter  almışdı.  Cənubi  Qafqazda  “Demokratik  impuls- 
lar”  ölkənin o vaxtkı rəhbərliyinin köməyi  ilə Azərbaycan ərazisi­
nin  bir  hissəsinin  Ermenistan  tərəfindən  ilhaqma,  respublikanın 
erazisində  çox  böyük  sayda  qaçqınların  peyda  olmasına  çevrildi. 
Bu,  əhalinin kütləvi  çıxışlarına səbəb oldu.  Əhali  Moskvanı Erme­
nistanın  zorakılıqla  və  vəhşiliklə  qovduğu  azərbaycanlıların  hü­
quqlarını  bərpa  etm əyə,  onlan  öz  tarixi  yaşayış  yerlərinə  qay­
tarmağa çağırırdı.  İnsanlar sovet  dövlətinin gücünə v ə “merkez”in 
liderlik  roluna  h ələ  de  inanır  v ə  yenicə  başlamış  Dağlıq  Qarabağ
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
82
münaqişəsinin  tezliklə  həllini  mümkün  hesab  edirdilər.  O  vaxt  qı­
zışmaqda  olan  bu  münaqişənin  Ermənistanla  Azərbaycan  arasında 
uzun  sürəcək  etnosiyasi  qarşıdurmaya  çevriləcəyinə  çox  az  adam 
inanırdı.
İttifaq  orqanlarının  kooperasiya  və  kiçik  sahibkarlıq  haqqında 
qəbul  etdikləri qanunlar  iqtisadi  fəaliyyətin yeni modellərinin  for­
malaşmasının  bünövrəsini  qoydu.  Bu  modellər  Azərbaycanda 
dərhal  kütləvi  surətdə  yayılmadı.  Lakin,  SSRİ  iqtisadiyyatını  xilas 
etmək  üçün  tədbirlər  görülməsinə  baxmayaraq,  o,  dönmədən  tə ­
nəzzülə uğrayırdı v ə  bu, milli respublikaların iqtisadiyyatlarının in­
kişaf sürətinə  də  mənfi  təsir  göstərirdi.  Ölkə  rəhbərliyi  istehsalın 
tənəzzülünü dayandırmağa, iqtisadi iflasın qarşısını almağa, əhalini 
ən zəruri ərzaq məhsulları ilə təmin etm əyə qadir deyildi.  İnsanla­
rın vəziyyəti göz-görəsi pisləşirdi.
Bir daha vurğulamağa dəyər:  SSRİ-nin dağılmasının həqiqi s ə ­
bəbləri, əsasən,  iqtisadi sahə  ile bağlıdır, sonra siyasi  sabitsizlik və 
müttəfiq respublikaların yaranmış  ağır vəziyyətdən  təbii  çıxış yolu 
kimi  müstəqillik  əldə  etmək  cəhdləri  başlandı.  Azərbaycan  iqtisa­
diyyatının  1970-1983-cü  illərdəki  artım  sürətini  və  1985-1993-cü 
illər dövründəki inkişaf sürətini müqayisə etdikdə, tərəqqinin böh­
ranla,  durğunluqla  və  nəhayət,  tənəzzüllə  necə  tez  əvəzləndiyini 
görməmək  olmaz.  1990-cı  ilin  yanvarında  sovet  qoşunlarının  Ba­
kıya  yeridilməsi  milli  tarixin  həmin  dövrünün  sonunda  qoyulmuş 
faciəli  nöqtə  oldu.  Həmin  cinayətkar əməlin  görünməmiş  qəddar­
lığı  nəinki  yüzlərlə  insanın  heyatını  məhv  etdi,  həm  de  xalqın  ina­
mını öldürdü.  Bu, həqiqətən, totalitar rejimin öz xalqına qarşı törət­
diyi  ən  ağır  cinayətlərindən  biri  idi.  Xalqın  yanvar  hadisələrində 
gülləbaran  edilən  inamı  rejimə  nifrətlə  nəticələndi.  Bundan  sonra 
Azerbaycan  SSR-in  tərkibində  son  günlərini  yaşamağa başladı.
Transformasiyanın  üçüncü  mərhələsi  1991-ci  ildə  respublika­
nın  müstəqilliyə  qovuşması  və  həmin  dövrdə  həyata  keçirilməsi 
qismət olmayan  “Azərbaycan  cəmiyyətinin  inkişaf layihəsi”  deyi­
lən  layihənin  irəli  sürülməsi  ilə  bağlı  idi.  Dəyişikliklərdən  əvvəl 
belə  bir  inam  vardı  ki,  bazar  iqtisadiyyatın  səmərəliliyini,  bunun
____________
IIfəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
83


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə