Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


nəticəsi  olaraq,  əhalinin  rifahının  artmasını  avtomatik  surətdə  t ə ­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə21/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   17   18   19   20   21   22   23   24   ...   115

nəticəsi  olaraq,  əhalinin  rifahının  artmasını  avtomatik  surətdə  t ə ­
min  edən  universal  mexanizmdir.  Həmin  m ərhələdə,  əslin d ə,  heç 
kim  başa  düşmürdü  ki,  siyasət  və  iqtisadiyyat  sahəsində  m üsbət 
dəyişikliklər insanların təfəkküründə  dəyişikliklərlə,  onların  siyasi 
və sosial-iqtisadi davranış üsullarının dəyişdirilməsi ilə çox sıx  ş ə ­
kildə bağlıdır.
Əvvəllər olduğu kimi, yenə də şəxsiyyət, fərdi səylər deyil, döv­
lət cəmiyyətin həyatını yaxşılaşdırmağın başlıca amili hesab edilirdi. 
Yeni rəhbərliyin səriştəsizliyi, anarxiya meyillərinin güclənm əsi, bir 
sıra  regionlarda  separatçılıq  hərəkatının  fəallaşması,  Ermənistanın 
başladığı  müharibə,  Dağlıq  Qarabağın  işğalı,  iqtisadi  durğunluq  və 
tənəzzül kimi problemlər bir düyündə birləşmişdi.  Bütün bunlar v ə ­
ziyyəti  o dərəcədə kəskinləşdirirdi ki,  1992-1993-cü illərdə  fəaliy­
yət  qabiliyyətli  dövlətçiliyi  inkişaf etdirməyin,  cəmiyyəti  modern­
ləşdirməyin mümkünlüyü,  əsimdə,  istisna olundu.
Ölkədə baş verən proseslərə, -  onları “hərc-m ərclik”  adlandır­
maq  daha  düzgün  olardı,  -   biganə  qala  bilməyərək,  m ən  1992-ci 
ildə “Bakinski raboçi” qəzetindəki məqaləmdə respublikanın siyasi 
vəziyyətini  araşdırdım.  Mənim sözlərim nə qədər sərt və  qəti  s ə s ­
lənsə  də,  həmin  dövrün  reallıqlarını  əks  etdirirdi:  “...Cəm iyyətdə 
siyasi  sabitsizlik,  iqtisadi  durğunluq,  əhalinin  kütləvi  surətdə 
yoxsullaşması, korrupsiya v ə möhtəkirliyin qanuniləşdirilməsi, kri­
minalın baş  alıb getməsi -  bugünkü  vəziyyəti  bax,  bunlar s ə c iy y ə ­
ləndirir.  Bütün bunların səbəbi isə, zənnimcə, hakimiyyət struktur­
larının  nüfuzunun  olmamasında,  cəmiyyəti  idarə  edən  təsisatların 
səriştəsizliyində,  korrupsiyaya qurşanmasındadır”30.
Xatırlatdığımız  kimi,  milli  tariximizin  həmin  dövrü  anarxist 
meyillərin  güclənməsi,  Azərbaycanın  cənub bölgəsində  separatçı­
lıq  əhval-ruhiyyəsinin  kəskinləşm əsi,  iqtisadiyyatın  ucdantutma 
geriləməsi,  əhalinin  alıcılıq  qabiliyyətinin  dəhşətli  şəkildə  aşağı 
düşməsi  və  inflyasiyanın  tüğyan  etməsi  ile  əlamətdar  olmuşdur.
1992-1994-cü illərdə respublikanın ümumi daxili  məhsulu (ÜDM ) 
iki  dəfə  azalmış,  makroiqtisadi  uyğunsuzluq  kəskin  surətdə  gü c­
lənmişdir.  Vəsait  çatışmazlığına  görə  1991 -ci  ildən  ölkə  büdcəsi
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
84
Milli  Bankın  kreditləri  hesabına  formalaşırdı.  1993-cü  ildə  büdcə 
kəsiri  23,3  milyon  manat  olmuşdu  ki,  bu  da  Ü D M -in  14,4  faizinə 
bərabər idi.  1993-cü il üçün  ixrac və  idxal  50  faiz,  sənaye  istehsalı 
63  faiz, kənd təsərrüfatı istehsalı 47 faiz azalmış, əhalinin həyat s ə ­
viyyəsi  3,6 dəfə aşağı  düşmüşdü.
O vaxtkı  iqtidarın subyektivizmi və qeyri-peşəkarlığı Azərbay­
canla bir sıra dövlətlər,  o  cümlədən Rusiya arasında münasibətlər­
də  böhrana  gətirib  çıxardı.  Məhz  həmin  dövrdə  ABŞ  Konqresi 
“Azadlığa  dəstək  aktı”na  əsassız,  heç  bir  faktiki  təsdiqi  olmayan 
düzəliş  qəbul  etdi.  Bu  düzəlişdə  Azərbaycan  guya  Ermənistanın 
nəqliyyat  kommunikasiyalarını  blokadaya  alan  ölkə  kimi  qələm ə 
verilmişdi.  Xəritəyə nəzər salsaq və Ermənistanın təkcə Azərbay­
canla  deyil,  İran,  Türkiyə  və  Gürcüstanla  da  həmsərhəd  olduğunu 
görsək,  onda  belə  “blokada”nın  mümkünlüyünü  təsəvvürə  gətir­
mək çətin olmaz.  Lakin ölkə  rəhbərliyinin ölçülüb-biçilmiş,  taraz­
lı siyasət aparmağa qadir olmaması, beynəlxalq strukturların fəaliy­
yət  mexanizmlərindən  bixəberliyi  bir  qrup  erməni  lobbiçisinə 
“Azadlığa  dəstək  aktı”na  ədalətsiz,  Azərbaycanı  Amerika  höku­
mətinin hər cür iqtisadi  və maliyyə yardımından məhrum edən dü­
zəlişi A B Ş-ın  qanunverici  orqanından keçirməyə  imkan  verdi.
1993-cü ilin ortalarından,  Heydər Əliyev ölkəyə rəhbərliyə qa­
yıtdıqdan  sonra  milli  transformasiyanın  dördüncü  mərhələsi  baş­
landı  -   modernləşdirmə  mərhələsinə  başlamağın  əsası  qoyuldu. 
Onun  mahiyyəti  Azərbaycanın  tənzimlənən  bazar  iqtisadiyyatına 
keçməsində və demokratik islahatların heyata keçirilməsində idi ki, 
bu  da  beynəlxalq  aləm də  ölkənin  dünya  siyasətinin  subyekti  kimi 
tanınması  ilə nəticələndi.
Hüquqi  dövlətin  əsas  prinsipləri  və  elementlərinin,  onun  dün­
yəvi  xarakterinin  təşəkkülü,  tarazlı  xarici  siyasət  aparılması,  yeni 
iqtisadi  sistemə  istiqamət götürülməsi,  vətəndaş  cəmiyyəti  təsisat­
larının  formalaşması,  o  cümlədən  yeni  siyasi  birliklərin  yaradıl­
ması,  çoxvektorlu  plüralizmin  inkişafı,  milli  ideologiyanın  bazis 
elementlərinin  tədricən  formalaşması  -   bütün  bunlar  həddən  artıq 
mürəkkəb  şəraitdə baş verirdi.
____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
85


Həmin  dövrdə  siyasi  determinantlar  fərdi  və  ictimai  şüura, 
adamların  davranış  motivlərinə,  konkret  hərəkətlərinə  güclü  təsir 
göstərirdi.  Bu isə dövlətçilik modelini,  dövlət idarəetmə orqanları­
nın  strukturlarını  təkmilləşdirməyi  zərurətə  çevirirdi.  N ə tic ə d ə , 
Azərbaycanda  inkişaf  ideologiyası  -   sintetik,  yeniliklərə  açıq, 
konstruktiv vəzifələri yerinə yetirən ideologiya formalaşmağa baş­
ladı.  Bu  ideologiyanı  hansısa  ideoloji  konstruksiyaya,  ideya-siyasi 
sistemə  aid etməkdən söhbət gedərsə, çox ehtimal ki, onu neokon- 
servatizm kimi  səciyyələndirmək olar.
Bir qədər  irəli  gedərək deyək ki,  tamamilə müasir ideoloji  c ə ­
rəyan olan neokonservatizm  cəm iyyətə  ailə və  dinin əxlaqi priori­
tetlərini, eləcə də vətəndaşla dövlətin qarşılıqlı mənəvi m əsu liy yə­
tinə,  onların qarşılıqlı  dəstəyinə  və  qarşılıqlı  köməyinə,  hüquqlara 
hörmət bəslənm əsinə, möhkəm dövlət qaydalarına əsaslanan sosial 
sabitlik təklif edir.  Bu  doktrinaya uyğun olaraq,  dövlət cəm iyyətin 
bütövlüyünü saxlamağa, onun vətəndaş cəmiyyəti təsisatlarının in­
kişafına, eyni zamanda, qanunçuluq v ə  hüquq qaydası əsasında fər­
din zəruri  həyat  şəraitini  təmin  etm əyə,  vətəndaşlara siyasi  birlik­
lər yaratmaq imkanı verməyə  çalışmalıdır.
Biz  müəyyən  doktrina v ə   ya  ideologiyadan  danışarkən  partiya 
doktrinasını,  sadəlövh  kütlələrin  şüuruna  təsir  etməyə  dair  siyasi 
göstərişlər  toplusunu  deyil,  cəm iyyət  v ə  dövlətin  inkişafına  elmi 
surətdə əsaslandırılmış sistemli baxışı nəzərdə tuturuq. Azerbaycan 
üçün daha məqbul ideoloji konstruksiyanın ətraflı şəkildə araşdırıl­
masına  keçməzdən  əvvəl,  siyasət  v ə  ümumən,  siyasətçilər  üçün 
ideologiyanın əhəmiyyətini  qısaca qeyd  etmək,  habelə Yeni  dövr­
də Avropada meydana gəlm iş və indi müstəqil dövlətlərdə milli si­
yasi  məkanın  formalaşmasının  ideya  təməli  kimi  istifadə  olunan 
əsas  ideoloji  meyillerin  mahiyyətini  ümumi  şəkildə  nəzərdən  ke­
çirmək istərdik.
İdeologiya müasir industrial cəm iyyətdə siyasətin ayrılmaz tər­
kib  hissəsi,  ən  mühüm  determinantıdır.  Tanınmış  britaniyalı 
neokonservatizm  nəzəriyyəçisi  İ.Kristol  vaxtilə  yazmışdır:  “İdeo- 
logiyalaşdırılmamış  siyasət  silahsız  siyasətdir”31.  İdeologiyaya
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
86
klassik baxış onu nöqteyi-nəzərlərin və  ideyaların rasional  surətdə 
əsaslandırılmış  sistemi  hesab  edir.  Bu,  ə w ə la ,  şəxsiyyətin  ictimai 
təzahürlərində onun sosial dünyasının mənzərəsini v ə obrazım ya­
radan;  ikincisi,  cəmiyyətin  inkişafının  əsas  meyillərinin  az-çox 
adekvat  izahını  verən;  üçüncüsü,  ictimai  ideal  haqqında  təsəvvürə 
güclü normativlik elementi daxil edən mükəmməl dünyagörüşüdür.
Lakin  indi  ideologiyanın  elə  bir tərifi  evristik cəhətdən dolğun 
görünür ki,  o,  ciddi  ictimai  sarsıntılar dövründə  ideologiyanı  siyasi 
prosesin ön sırasına çıxarır.  1968-ci ildə E.Şils m əhz belə tərif tək­
lif etmişdir. O, ideologiyanı dəyərlərin elə bir sistemi kimi şərh edir 
ki,  bu  sistem  siyasi  dünyagörüşü  olmaqla  yanaşı,  inam  gücünə  və 
böyük  oriyentasiya  potensialına,  deməli,  böhranlarla  bağlı  olan 
sosial anemiya proseslərini cilovlamaq qabiliyyətinə malikdir32.
Moderndən fərqli olaraq, postmodern epoxasında ideoloji m ən­
zərə  get-gedə  dəqiqliyini  azaldır.  Konservativ  prioritetlər  liberal 
prioritetlərlə çulğaşır, liberalizm isə, öz növbəsində, sosial-dem ok- 
ratizm  v ə  m illətçiliklə  möhkəmlənir.  Qəribə  ideya-nəzəri  install- 
yasiyalar  yaradılır  ki,  onlar  da  artıq  paradoks  kimi  qəbul  edilmir. 
M üxtəlif ideoloji  əsasların  bu  cür qeyri-adi  kimyəvi  sintezi  bezən 
ümidverici nəticələr verir: demokratik tranzit vəziyyətində olan öl­
kənin  cəm iyyət üçün  daha  az  m əsrefli  inkişaf yollarını  müəyyən­
ləşdirməyə  qadir dövlət  təsisatlarının  və  sosial  təsisatların  forma­
laşmasını  təmin edən  lazımi  prioritetlər irəli  sürür.
Söhbet  hansı  ideologiyaların  əsaslarından  gedir?  İlk  növbədə, 
konservatizmdən.  Konservatizm  (latınca  conservare  -   saxlamaq) 
cəmiyyət,  dövlət-siyasi  sistem,  onlarda  ayrıca  fərdin  yeri  barədə 
ideyalar,  konsepsiyalar,  so sial-fəlsəfi və  ideoloji  yönümler,  göstə­
rişlər,  deyərlər  kompleksidir.  Konservatizm  özünün  formalaşması 
və  sonrakı  təkamülü prosesində  m üxtəlif ideyaları,  konsepsiyaları, 
doktrinaları  özündə cəmləşdirmişdir.
Bir  çox  diger  ideologiyalardan  fərqli  olaraq,  konservatizmin 
meydana gəlm əsinin dəqiq  tarixi  var:  1813-cü  ildə  məşhur fransız 
yazıçısı  Fransua  Şatobrian  “Konservator”  adlı jurnal  təsis  edərək, 
burada dini  və  Tanrının  qoyduğu  ictimai  qaydaları  müdafiə  edirdi.
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
87


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə