Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


bir çox digər formaları ilə fərqlənən ayrı-ayn qrup və siniflər m öv­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə24/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   20   21   22   23   24   25   26   27   ...   115

bir çox digər formaları ilə fərqlənən ayrı-ayn qrup və siniflər m öv­
cud  olmalıdır.  Həqiqi  bərabərlik  ancaq Allah  qarşısında  olur.  C ə­
m iyyət müdrik və istedadlı rəhbər tərəfindən istiqamətləndirildik­
də, onun həyat qabiliyyətinə daha yaxşı nail olunur və əgər təbii və 
institusional fərqlər dağıdılsa boşluq əm ələ gəlir ki, onu da müstə­
bid  doldurur.  Xüsusi  mülkiyyət  insanın  müxtəlifliyinin  m əhsulu­
dur;  xüsusi  mülkiyyət  olmasa azadlıq  mümkün  deyil,  cəm iyy ət isə 
m əhvə məhkumdur.
Bütün  bunlara  yekun  vuraraq,  qeyd  etmək  olar  ki,  uzun  tarixi 
inkişaf yolu keçən neokonservatizm,  özlüyündə,  çox  mürəkkəb  və 
çoxtəbəqəli  qurumdur,  burada  ən  müxtəlif,  bəzən  də  öz  aralarında 
münaqişəyə girən ideyalar, konsepsiyalar, müddəa və prinsiplər bir 
sırada  durur.  Buna  görə  də  onda  dərin  ziddiyyətlərin  olması 
təbiidir.
X X  əsrdə çoxsaylı kənar amillərin təsiri nəticəsində konserva- 
tizm,  ənənəvi olaraq, kütləvi  şüurda liberalizmlə assosiasiya doğu­
ran  bəzi  yeni  xüsusiyyətlər  kəsb  edir.  Tədqiqatçı  P.Allinson  qeyd 
edir  ki,  konservatorlar,  eyni  zamanda,  “fərdiyyətçi  və  kollektivçi, 
avtoritarizm  v ə  azadlıq  tərəfdarları,  mistiklər və  zəkalı  praktik in­
sanlardır”36.  Cəm iyyət  qarşısında  duran  problemlərin  həlli  üçün 
onların  irəli  sürdükləri  ideya  və  üsullar  müxtəlifdir.  Gördüyümüz 
kimi,  bir tərəfdən,  onlar  azad  rəqabət  və  azad bazar münasibətləri 
prinsiplərinin  bərpa  edilm əsinə  tərəfdardırlar.  Digər  tərəfdən  isə, 
ənənəvi dəyər və ideallara  sadiqliyini hər vasitə  ilə nəzərə çarpdı­
rırlar.  Bununla yanaşı,  konservatorlar güclü hakimiyyəti  və  dövləti 
həm işə  müdafiə  edir,  qanunçuluğun  v ə  qaydanın  təmin  olunması, 
ənənələrin  və  milli  başlanğıcın  qorunub  saxlanması  vasitəsini  on­
larda  görürlər.  Azadlıq  problemlərinin,  insan  hüquqlarının  v ə  bu 
hüquqların enənə ilə,  dövlətlə nisbətinin şərhində konservatorlann 
tutduqları  mövqelərin  bir-birilə  uyğun  gəlm əməsi  özünü  burada, 
deyərdik ki,  daha aydın  şəkildə  göstərir.  Problemlərin çox mürək­
kəb v ə incə olduğunu, onları sadə v ə  birmənalı formulların, dəlil və 
arqumentlərin  köm əyilə  izah  etməyin  qeyri-mümkünlüyünü  nə­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
96
zərə  alsaq,  bu  cür mövqe  tamamilə  aydındır.  İri  sosial-iqtisadi  və 
siyasi dəyişikliklərin baş verdiyi dövrlərdə -  adətən, insanların, ə s ­
lində,  həmişə  qabaqcadan  m üəyyənləşdirm ək  mümkün  olmayan 
mənfi  nəticələrə  gətirib  çıxara  biləcək  ifratçılığa  qapıldıqları  za­
manlarda bu problemlərin  şərhinə xüsusi qayğı və  ehtiyatla yanaş­
maq lazımdır.
Konservatizmdən  fərqli  olaraq,  ideya-fəlsəfi baxış kimi  libera­
lizm (latınca liberalis -  azad,  müstəqil deməkdir) qədim qneseoloji 
və sosial-fəlsəfi köklərə malikdir. O, yunan-Roma mədəniyyətinin 
ənənə v ə deyərlərindən başlayır və şəxsiyyətin müstəqilliyi və d ə­
yəri, kosmopolitizm, humanizm, fərdi azadlıq ideyalarına əsaslanır. 
İdeologiya  kimi  liberalizm  Maarifçilik  epoxasında  absoiyutizme 
zidd olaraq meydana gəlmişdir.  Azadlıq liberalizmin başlıca d eyə­
ridir. Aristotel yazırdı: “Demokratiyanın bütün tərəfdarlarının etira­
fına  görə,  demokratik  quruluşun  elametlerinden  biri  azadlıqdır. 
İkinci xüsusiyyət hər kəsin öz istədiyi kimi yaşamasından ibarətdir; 
deyirlər ki,  bu xüsusiyyət m əhz  azadlığın nəticəsidir,  quldarlıq  isə 
istədiyin kimi yaşamaq  imkanlarının olmamasının nəticəsidir”37.
Müasir liberalizmin kökləri XVII-XVIII əsrlərin burjua inqilab­
ları  dövrünə  gedib  çıxır  və  C.Lokkun,  Volterin,  Ş.-L.M onteskyö- 
nün,  T.Ceffersonun,  A.Smitin  v ə  digər  mütəfəkkirlərin  ideyalarına 
əsaslanır. İnsan şəxsiyyətinin şəksiz deyəri v ə bütün adamların təbii 
bərabərliyi,  insanın yaşamaq,  azadlıq,  mülkiyyət üçün ayrılmaz hü­
quqları  barədə  anlayışlar,  fərd  ile  fəaliyyət  həcmi  və  sahəsi  məh­
dudlaşdırılan dövlət arasında münasibətlərin müqavilə xarakteri da­
şıması  liberalizmin məzmununun özəyini təşkil edir.
Burada  xatırlatmaq  lazımdır  ki,  ingilis  kralı  Torpaqs  İohannm 
hələ XIII əsrdə imzaladığı Böyük azadlıqlar xartiyası monarxın ha­
kimiyyətini  məhdudlaşdırır və  vətəndaş  azadlıqlarının  daha da  in­
kişaf etdirilməsi  üçün başlanğıc  nöqtəsi  idi.  1776-cı  il  iyulun 4 -d e  
qəbul  edilən  ABŞ-ın  İstiqlaliyyət  Bəyannaməsində  isə  deyilirdi: 
“Biz  bunları  belli  həqiqətlər  hesab  edirik  ki,  bütün  insanlar  Tanrı 
tərəfindən bərabər yaradılmış v ə onlara m üəyyən ayrılmaz hüquq­
lar verilmişdir,  yaşamaq,  azadlıq v ə xoşbəxtliyə qovuşmaq hüququ
____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
97


bunların  sırasına aiddir;  bu hüquqların təmin olunması üçün  insan­
lar  hökumətlər  yaradırlar,  bu  hökumətlərin  ədalətli  hakim iyyəti 
idarə  edilənlərin razılığına əsaslanır...”38.
Liberalizmin  siyasi proqramı  bəşəriyyətin  siyasi tarixində  m ü­
hüm  m ərhələlər olan  digər sənədlərdə  də  inkişaf etdirilmişdir.  Bu 
proqramın qayəsini  vətəndaşlann hüquqi  bərabərliyi, xalqın  tərkib 
hissəsi  olan  fərdlərin  dövlət  suverenliyinin  mənbəyi  hesab  ed il­
m əsi,  dövlətə  qrup  mənafelərinin  fövqündə  duran  və  əsasən ,  ic ­
timai  asayişin,  vətəndaşlann  hüquq  və  azadlıqlannın  qorunması 
vəzifələrini yerinə yetirən orqan kimi münasibət bəslənm əsi, azad­
lığın v ə  məsuliyyətin qınlmazlığı haqqında müddəa kimi prinsiplər 
təşkil edir.
Təbii ki,  azadlıq digər  ideoloji  nəzəriyyələrdə də dəyərdir,  la­
kin  o,  liberalizmdə  son  dərəcə  qabarıq  şəkildə  ifadə  edilmişdir və 
mülkiyyətə malik olmaqla v ə  özəl sahibkarlıq fəaliyyəti ilə bilava­
sitə bağlıdır.  Liberalizmin başlanğıc iqtisadi prinsipi belədir:  laissez 
faire (fəaliyyət göstərm əyə mane olmayın) və  laissez aller (hər şe­
yin öz  axarı  ilə  getm əsinə  imkan verin).  Liberalizmin  ən  görkəmli 
nəzəriyyəçilərindən  biri  olan  A.Smit  liberal  iqtisadiyyatın  tərkib 
hissəsi  olan üç  əsas model  m üəyyən etmişdir:  1) xüsusi m ülkiyyə­
tin hökmranlığı; 2) dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum 
məhdudlaşdırılması;  3) şəxsi təşəbbüs üçün məkan. Müasir cəm iy­
yətdə  iqtisadi  liberalizm  antietatizmle  (fransızca Etat -  dövlət  de­
məkdir),  “kiçik  dövlət”,  “gecə  keşikçisi”  dövləti  konsepsiyaları 
və s.  ilə çulğaşır.
Şəxsiyyətin  müstəqilliyi,  cəm iyyətə  və  dövlətə  münasibətdə 
onun  ilkinliyi  ideyası  liberalizm  üçün  müəyyənləşdirici  ideyadır. 
Liberalizmin konservatizmdən fərqləri də məhz bundadır.  İqtisadçı 
və filosof Pyotr Struve  1933-cü ildə mühacirətdə yazmışdır: “Libe­
ralizmin mahiyyəti... şəxsin azadlığındadır. Konservatizmin mahiy­
yəti...  tarixən  mövcud  olan  qaydanın,  ümumxalq  birliyi  kimi  döv­
lətçiliyin,  həm  kollektivçilikden,  həm   də  fərdiyyətçilikden  irəli 
gələn ifrat hallara qarşı xalqın ümumi vəhdətinin bərqərar edilmə- 
sindədir”39.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
98
Konservatizmlə  bu  cür  aşkar  ziddiyyətin  olmasına  baxmaya­
raq,  dövlət  hakimiyyətinin  müasir  sisteminin  əsasını  təşkil  edən 
aşağıdakı  anlayışları  dövlət  v ə   hüquq nəzəriyyəsinə  məhz  libera­
lizm nəzəriyyəçiləri  gətirmişlər:  hakimiyyət bölgüsü,  ləngitmələr 
və  müqavimətlər  sistemi,  hökumətin  cəm iyyətə  hesabat  verməsi 
və  s.
Qeyd  olunduğu  kimi,  Aristotel  azadlığı  demokratiyanın  əsası 
sayırdı.  Lakin  sabit  cəm iyyət  və  güclü  dövlət  qurulmasında  orta 
sinfin  rolu  barədə  dəqiq  siyasi  proqnoz  da  məhz  bu  mütəfəkkirə 
məxsusdur: “Dövlət ən çox buna çalışır ki,  onda hər şey bərabər və 
eyni  cür  olsun,  bu  isə,  əsasən,  orta  adamlara  xasdır.  Beləliklə,  bi­
zim  əqidəmizcə,  əgər  dövlətin  təbii  tərkibini  əsas  götürsək,  onda 
hökmən görəcəyik ki,  orta adamlardan  ibarət olan dövlətin ən yax­
şı dövlət quruluşu olacaqdır... Ona görə də dövlətin vətəndaşlarının 
orta,  lakin  yetərincə  mülkiyyətə  malik olması  dövlət üçün  çox  bö­
yük  firavanlıqdır:  bəzilərinin  həddindən  çox  mülkiyyətə  malik 
olduğu,  digərlərinin heç nəyi  olmadığı hallarda  isə ya  ifrat demok­
ratiya,  ya  sırf oliqarxiya,  ya  da  məhz  bir-birinə  zidd  ifrat  halların 
təsiri  altında istibdad meydana gəlir...”40.
Liberal  siyasət  bu  arzuları  tamamilə  gerçəkləşdirdi.  “Köhnə” 
(kiçik  v ə  orta  mülkiyyətçilər)  v ə   “yeni”  (muzdlu  işçilərin  yüksək 
təbəqələri,  mühəndis-texniki  işçilər  və  dövlət  qulluqçuları)  sosial 
qrupların  məcmusu  kimi  orta  sinif hazırda  inkişaf etmiş  ölkələrin 
əhalisinin təxminən  55-80  faizini  təşkil  edir.  İqtisadi,  siyasi,  sosial 
sahələrdəki  və  ictimai  həyat  fəaliyyətinin  digər  sahələrindəki  kö­
nüllü surətdə formalaşmış qeyri-dövlət strukturlarının daxil olduq­
ları  vətəndaş  cəm iyyəti  dövlətin  tərəfdaşına,  azadlıq  və  demokra­
tiyanın  dayağına çevrilmişdir.
Konservatizm  kimi,  liberalizm  də  ictimai  inkişafın  müxtəlif 
mərhələlərində  yeni  ideya  və  konsepsiyaları  əxz  etmişdir.  M əsə­
lən,  XIX  -  XX  əsrlərin  ayrıcında  liberalizm  sosial  ədalət  ideyaları 
ile zənginləşm əyə başlamış v ə təkamül yolu  ilə  sosial-liberalizmə 
çevrilərək,  “insanın  layiqincə  yaşamaq  hüququna”  malik olduğunu 
bəyan  etmiş  və  hüquqi  sosial  dövlətin  ideyalarına  v ə  praktikasına
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
99


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə