strategiyasına malik dövlət qurmaq üçün təkcə indiki nəsillər deyil,
həm də gələcək nəsillər qarşıdakı konkret milli m əqsədləri görməli
v ə onlara doğru elə bu gündən irəliləm əyə başlamalıdırlar.
Ə vvəlcə, qlobal transformasiyalar dövründə milli ideyanın nə
demək olduğu sualına cavab verməyə çalışaq. Bu, m illətin, yaxud
etnosun ümumi ali mənafelərini əks etdirən fenomendir, onu alimin
və ya yazıçının kabinetində yaratmaq, quraşdırmaq olmaz. İnsanla
rın zəkasına və ürəyinə səmərəli təsiri baxımından heç bir sosial
ideya xalq ruhunun dərinliklərində yaşayan milli ideya ilə rəqabət
apara bilməz və bu ideyanın daşıyıcısı yalnız xalqdır.
İdeologiya intellektualların yaratdıqları konsepsiyalarla m əh
dudlaşır və “elmi biliklərdən tutmuş, dinə qədər v ə həqiqiliyindən,
yaxud saxtalığından asılı olmayaraq, gündəlik məqbul davranış tə -
səvvürlərinədək”123 ictimai və fərdi şüurun bütün sahələrini əhatə
edir. Bir sözlə, ideologiya ictimai və siyasi həyatı dolğunlaşdıran
baxışlar və ideyalar sistemidir. Milli ideya yeni, əvvəllər mövcud
olmayan reallıqlar yaradan insanın praktik fəaliyyəti prosesində
gerçəkliyin dərk edilməsinin fəal əlaqə vasitəçisidir.
İdeyalar kütlələrə nüfuz etdikdə maddi qüvvəyə çevrilir; bu,
ideyaların təşkiledici, səfərbəredici ve dəyişdirici fəaliyyəti olma
dan ictimai həyatın maddi bazisinin inkişafının vaxtı çatmış m əsə
lələrini həll etməyin mümkünsüzlüyünü iddia edən marksizmin
müddəasıdır. Eyni zamanda, adi şüurun “nəzeriyyəsizliyini” eh-
kamlaşdırmaq və onu yalnız ictimai psixologiya ilə bağlamaq da
düzgün deyildi. İdeologiyanın sinfin “mütəfəkkirləri” tərəfindən
yaradıldığını hesab edən Marks, bununla belə, inkar etmirdi ki,
“bütün sinif öz maddi şəraiti və müvafiq ictimai münasibətlər z ə
minində” təkcə “xüsusi duyğular və xəyallarını” deyil, həm də
“düşüncə ve dünyagörüşü tərzlərini” yaradır124.
Müasir sosial fenomenologiya hesab edir ki, davranışın tənzim
lənməsi dəyərləri və mənafeləri konseptuallaşdıran “gündəlik nə
z ə riy y ə lə r in köməyi ilə heyata keçirilir. Bu zaman nəzəriyyənin
gündəlik həyatda mənimsənilməsi “artıq davranışın mədəni forma
nın zahiri tələblərinə uyğunlaşması praktikasında başlayır ve dav
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
2 0 4
ranışın rəmzi cəhətlərinin mənasının tədricən izah edilməsi, başa
düşülməsi və dəqiqləşdirilməsi səciyyəsi daşıyır” 125.
“Gündəlik” ideologiya ilə “ixtisaslaşdırılmış” ideologiyanın
oxşarlığı ondadır ki, hər ikisi legitimleşmə mexanizmindən istifadə
edirlər. Maks Veber legitimliyi təkcə hakimiyyətin qanuniliyi kimi
deyil, həm də hakimiyyətin onun deyəri haqqında təsəvvürlə şərt
lənən qanuniliyinə inam kimi başa düşürdü. Legitimlik dedikdə isə,
institusional nizamın izahı v e əsaslandırılması, ona normativ-dəyər
xarakteri verilməsi başa düşülür. Özü də, legitimləşmə təkcə də
yərlərlə deyil, “biliklə” də bağlıdır126.
Hazırda yeni minilliyin milli ideologiyası həm Qərbin, həm de
qeyri-Qərbin, həm “yeni sağlar”ın, həm də “yeni sollar”ın, bəlkə
de “yeni mərkəzçilər”in de, en yeni nəzəri və ideya-siyasi doktri
nalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, trans
formasiya dövrü şəraitində bezən bu proses ictimai şüurda gözə
çarpmadan gedir.
Sivilizasiyaların, dövlətlərin, siyasi rejimlərin tarixi sübut edir
ki, aydın şəkildə ifadə edilmiş məqsədli yollar göstərilmədən, oy-
kumende öz yerini müəyyənləşdirmədən, özünün “M ən-siviliza-
siya”sını qoruyub saxlamağın təminatı sayılan deyərlər ve əxlaq
sistemi olmadan sabit v ə inkişaf edən birliklər olmur. Bunlar dini
baxışlarda, ictimai şüurda, dövlət aktlarında, tərbiyə ve təhsilə dair
məqsədli göstərişlərdə, nəhayət, milli ideologiyada əks olunmuş
dur. Onların sayəsində insan öz dünyasını adekvat şəkildə qavrayır,
öz sivilizasiyasının xüsusiyyətlərini mənimsəyir, siyasi ve sosial
məkanda şüurlu şəkildə hərəkət edir.
Azerbaycan Prezidenti Heydər Əliyevin Azerbaycan dilinin tət
biqi işinin təkmilləşdirilməsi, Azerbaycan əlifbası ve Azerbaycan
dili gününün təsis edilm əsi haqqında 2001 -ci ildə imzaladığı fər
manlar, milli m ənəvi deyərlərin qorunub saxlanması m əsələləri
barədə Azerbaycan xalqına müraciəti təkcə keçmişə ehtiram əla
məti, yaxud qoruyucu mühafizəkar əhval-ruhiyyənin təzahürü de
yildir. Bu, zamanın tələblərinə, modernləşməyə keçid dövrünü ya
şayan ölkələrdə milli sosiomedeni prioritetləri siyasi prosesindən
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
205
kənarlaşdırmağa qadir olan qloballaşmanın tələblərinə cavab idi.
Milli yönümlü belə siyasətin əsasında öz xalqının tarix və m əd ə
niyyətini, onun milli mentalitetinin mahiyyətini, mənlik şüurunu v ə
milli “M ən”ini qoruyub saxlamaq səyləri durur.
Qeyd edək ki, bütün bunların əsasını milli ideologiya təşkil edir.
Bu, son dərəcə mühüm fenomendir, çünki SSRİ-nin süqutundan
sonra Azərbaycanın keçirdiyi sosiomədəni böhranın başlıca səbəbi
ənənəvi dəyərlərin və normaların tənzimləyici rolunun aşağı düş
m əsi idi. Bütün bunlar ənənəvi dəyərləri əvəzləyən, lakin hələ kök
salmağa macal tapmayan universal dəyərlərin sürətlə ucuzlaşması
fonunda baş verirdi. Böhranın aradan qaldırılması, cəmiyyətin yeni
dəyər və m ənəvi-etik seçim kimi milli birlik əsasında makrososial
inteqrasiya üsullarının axtarışı ciddi problem olaraq meydana çıx
mışdı. N əticədə, sosial inteqrasiyanın və makrososial tənzim ləm ə
nin əldə olunmuş səviyyəsi saxlanılmaqla, universal göstərişlərin
rolu güclənm əyə başladı.
Bəşəriyyət tarixində belə vəziyyətlər dəfələrlə olmuşdur. A n
caq əsil milli mənafeləri yalnız yeni, modernləşməyə yönəlmiş,
universal v ə milli başlanğıcların bərabərliyini qəbul edən ideolo
giya müdafiə edə bilər. XVI əsrdə İngiltərədə puritanlığın yayıl
masına cavab olaraq, XVIII-XIX əsərlərdə kontinental Avropada
Fransa inqilabının gətirdiyi dəyişikliklərə cavab olaraq, XX əsrdə
sovet təhlükəsi ABŞ-da mühafizəkarları liberal dəyərlərin və təsi
satların müdafiəçisinə, liberalları isə öz milli prioritetlərinin mü
dafiəsi üçün klassik liberalizmin ifadəçilərinə çevirəndə meydana
çıxan konservatizm belə idi.
Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda
keçirilən birinci qurultayını da bu mövqedən şərh etmək lazımdır.
M əsələ bundadır ki, millətin gücünü təkcə onun birliyi və monolit
liyi deyil, həm də milli özünüdərki və mentaliteti qoruyub saxlamaq
səyləri m üəyyən edir.
Azərbaycan Prezidenti Heydər Əliyev öz fəaliyyəti ilə bizə
məhz bu həqiqəti çatdırmışdır. Ona görə də Azərbaycanın yeni nə
sildən olan siyasətçilərinin tarixi legitimliyinin dərəcəsi bu nəslin
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
2 0 6
rasional siyasi xəttinə varisliyi, onun mədəniyyət səviyyəsinə, tə
fəkkür tərzinə uyğunluğu ilə ölçüləcəkdir.
Yekunda belə bir sual yerinə düşür: qloballaşma və qərbləşmə
kontekstində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərb-
ləşm əni rədd edərək və milli “M ən”i qoruyub saxlayaraq modern
lə şə bilərikmi? Cavab həm sadə, həm də mürəkkəbdir. Bu tarixi
yolu bütün Cənub-Şərqi Asiyanın əslində bütün ölkələri keçmişdir.
Yaponiya intellektuallarının modernləşmə konsepsiyası “Qərb tex
nologiyaları, yapon ruhu” aforizmi idi.
Azərbaycanda 1993-cü ildən başlayan modernləşmə ideologi
yası çoxcəhətliliyi sayəsində səmərəli olmuşdur. O, inkişafının ilk
səviyyəsində ideologiyaya az bənzəyirdi, daha çox qloballaşma
şəraitində ölkənin strateji inkişaf konsepsiyası funksiyasını yerinə
yetirirdi.
Modernləşmə ideologiyasının 1996-cı ildə formalaşan ikinci və
əsas səviyyəsi ölkə əhalisinin ən fəal hissəsini özünə cəlb etdi. Bu
səviyyədə yeni mühafizəkarlıq, liberalizm, sosializm və vətənpər
vərlik prinsipləri vəhdət halında birləşdi. Digər ölkələrlə müqayi
sədə dünya kontekstində onlara çatmaq və regional kontekstdə isə
qabaqlayıcı inkişaf ideyası modernləşmənin milli ideologiyasının
əsası oldu. Bu ikili m əqsəd ölkəmizdə son iki yüz ildə tətbiq edil
miş “müstəmləkə şüuru” komplekslərinin aradan qaldırılmasına
köm ək göstərir.
Milli ideologiyanın inkişafının üçüncü səviyyəsi cəmiyyətdə
antimodemizm ovqatını “söndürə”, ənənəçilik təzahürlərinin qa
lıqlarını neytrallaşdıra bilən kənar amortizator rolu oynamalı idi.
Beləliklə, milli ideologiya əhalinin obyektiv olaraq ölkənin mo
dernləşmə yolu ilə irəliləm əsinə müqavimət göstərən təbəqələrinə
yönəlmişdi. Bu zaman başlıca vəzifə Azərbaycanda sosial və tex
noloji dəyişiklikləri həyata keçirmək, habelə milli mədəniyyətin
özünəməxsusluğunun qorunub saxlanmasına təminat vermək, eti
barlı sosial müdafiəni və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək,
beləliklə də iqtisadi səm ərəliliyi sosial ədaləti ilə birləşdirmək idi.
IIIfəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
207
Dostları ilə paylaş: |