175
tarixi düzəni açılır. Şairin dünyagörüşünə qol-qanad verir.
"Cavid cihadı" və "Məmməd Araz qayası" əsərləri mənim
üçün daha doğmadır. Çünki hər iki əsərdə yaralanmış
Azərbaycan, əsir olmuş Qarabağ, Məmməd Araz harayı, indi
bizim olmayan yerlərin göz yaşı, Cavidin şəxsində bir insan
ömrünün sızıltıları, "Hər şairin ömründən bir araz çayı axır"
deyən ürəyin çırpıntıları insanı üşüdür, göynədir.
Məndə
qəti
şübhə
yoxdur
ki,
ədəbiyyatşünas
alimlərimiz, istəkli oxucularımız Elçinin bu əsərləri
haqqında dəyərli məqalələr yazıblar və yazacaqlar, fıkirlər
söyləyiblər və söyləyəcəklər. Çünki bir yazıda geniş fıkir
söyləmək çox çətindir. Mən qələm dostumun son əsərlərini
ürəklə, məhəbbətlə, sevgiylə oxudum. Onun bir şair kimi
dünyagörüşünün genişliyinə, ümidin qanadlarında uçmağına
heyran oldum.
Elçində
olan
şair
fəhminin
gücü,
rəssamlıq
duyğularının dərinliyi məni sevindirdi.
Arzu edirəm ki, şair dostum Elçin yazmaqdan,
gəzməkdən, mütaliə və müşahidə etməkdən yorulmasın.
50 yaşın mübarək olsun, əziz qardaşım! Tanrı səni
Şuşana, Cıdır Düzünə, Xarıbülbülünə qovuşdursun!!!
27 iyul 2014
176
NİZAMƏDDİN ŞƏMSİZADƏ
Respublika Dövlət mükafatı laureatı,
filologiya elmləri doktoru, professor.
İDRAKIN BƏDİİ ŞÖLƏSİ
Yer üzünün gözəlliyi ondadır ki, orada türklər yaşayır.
Bəşər övladı dünyaya xəlq olduğu gündən insanın zəkası
ilə qəlbi, fikirlə hiss arasında mübarizə gedir. Mənim
fikrimcə əql insana Allah tərəfindən maddi aləmi - yer
hərəkətlərini dərk etmək üçün verilmiş ən böyük imkandır.
Qəlb-duyğu, hissiyyat isə daha böyük, təbii ki, idraki yox
fəhm (və vəhy) imkanlarına malikdir. Ona görə də bir var,
həyatdan, kitabdan, müəllimdən öyrənilmiş elmlər. Mən
bunları müdrik elmlər adlandırıram. Bir də var çox nadir
insanların, peyğəmbərlərin, dahilərin, övliyaların bəsirət
gözü ilə görüb fəhm etdikləri-bunlar mistik (səmavi)
elmlərdir. Poeziya, xüsusilə lirika və musiqi qəlbin
məhsuludur. Lirik şeirin, nəğmənin mənbəyi insanın qəlb
aləmidir. Bununla belə böyük poeziya o zaman yaranır ki,
fikirlə hiss birləşir. Təxminən əlli il öncə XX əsrin böyük
şairi, silsilə poetik kəşflər ustası əbədi gənc Əli Kərim
“İntellekt və poeziya” məqaləsində bu həqiqəti nəzəri şəkildə
yada salmış və belə bir şeirin parlaq nümunələrini (“İlk
sevgi”, “Qayıt” yaratmışdır.)
177
Bir neçə istisna nəzərə alınmazsa XX əsrin əvvəlinə -
maarifçi realizmin janrları yaranana qədər Azərbaycan
ədəbiyyatı tarixi poetik (şeir) formalarında təkamül etmişdir.
Nəzərə alsaq ki, “ülumi-ədəbi” 15-17 elmdən ibarət idi, bu
da Şərqdə poeziyanın həm də nəzəri-fəlsəfi fikri əks
etdirməsini təsəvvür etmək çətin deyil. Dahi Nizami
Gəncəvinin “Xəmsə”si həm də belə bir həqiqətin ifadəsi idi
ki,
Rütbələr içində seçilir biri
Hamıdan ucadır alimin yeri
Elmlə, biliklə, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
“Sözə xor baxmaq olmaz hər söz // Ərşdəndir gəlib
hədiyyə bizə”. “Söz yaradanın mədhi-sənasıdır, nəğməsidir”
kəlamları ilə SÖZün ilahi-səmavi mənsəbini qəbul edən
böyük Füzuli “elmsiz şeir əsasız divar olar, əsasız divar
qayətdə bistibar olar” düsturunu irəli sürmüşdür.
Çağdaş Azərbaycan ədəbiyyatında fikirlə hissin vəhdəti
əsasında intellektual poeziya yaradan məşhur qələm
sahiblərindən biri Elçin İsgəndərzadədir. Elçin ədəbi və elmi-
ictimai mühitdə öz alimliyi, poeziyası, xeyirxah əməlləri və
ictimai fəaliyyəti ilə kifayət qədər tanınan, hamı tərəfindən
rəğbətlə qəbul edilən ziyalı bir şəxs, nüfuzlu bir fikir
adamıdır. Mən onun gördüyü işlər, gəzdiyi ölkələr və aldığı
mükafatlarla bağlı siyahını oxuyanda heyrətə gəldim. Hər
zaman ən hörmətli yığıncaq və mərasimlərdə yanımızda
diqqəti cəlb etmədən böyük işlər görən, 50 yaşlı texnika
elmləri doktoru, professor, tanınmış şair, ehtiraslı publisist,
pedaqoq, türkçü, qədrşünas, Azərbaycanı bütün dünyada
ləyaqətlə təmsil edən vətənpərvər bir ziyalı Elçin
178
İsgəndərzadənin olduğu ölkələrin, elminə və poeziyasına
görə aldığı mükafatların, elmi və bədii, habelə tərcümə
əsərlərinin siyahısını təqdim etsəm nəinki bir məqalənin heç
bir kitabın da hüdudlarına sığışmaz. Elçini tanıyanlara bu
dəyərli işlər yaxşı məlumdur. Məlum olmayanlar üçün
bunların sadəcə statistikasını qeyd etməklə kifayətlənirəm,
necə deyərlər “Arifə bir işarə də bəsdir”.
Professor Elçin İsgəndərzadə 200-dən çox elmi
məqalənin, 47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin,
85 bədii kitabın, 125 tərcümə kitabının mütərcimidir.
Dünyada çap olunan iyirmiyədək qəzet və jurnalın redaksiya
heyətinin üzvüdür.
Elçin İsgəndərzadə Şuşada anadan olub. (14.09.1964).
Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla (1981),
Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə
bitirib (1986), “Maşın və mexanizmlər nəzəriyyəsi” ixtisası
üzrə aspiranturaya qəbul olunub (1989), namizədlik
dissertasiyasını müdafiə edib (1993), “Vektor” Beynəlxalq
Elm Mərkəzini təsis edib (1994), Azərbaycan, Qazaxıstan,
Bolqarıstan, Rumıniya, Kosova, Rusiya və s., Yazıçılar
Birliyinin üzvü, Afina şəhərinin fəxri vətəndaşı, “Roma
şəhərinin fəxri alimi”, Avropanın fəxri ixtiraçısı və fəxri elm
və mədəniyyət adamı, onlarla Beynəlxalq Akademiyanın
üzvü, orden və qızıl medalın sahibi... və Şairdir.
N.Nərimanov həkim, A.P.Çexov həkim, Ç.Aytmatov
zootexnik, fəqət həm də və bəlkə də daha çox yazıçı idilər.
Bu gün professor, Hacı (2006) Elçin İsgəndərzadə, Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının
həmprezidenti kimi dünyada Türk birliyinə tarixi xidmət
göstərir. Bunu E.İsgəndərzadə haqqında böyük türk
müasirlərinin qiymətli fikirləri təsdiq edir. Bir neçə
mülahizəni misal verək:
Dostları ilə paylaş: |