179
“Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın
onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan
xəbər verir ki, Türk poeziyası artıq dünya poeziya okeanına
yelkən açmaqdadır” (Çingiz Aytmatov); “Elmi fəaliyyətləri
ilə yanaşı şair olaraq da imzası yaxşı tanınan Prof. Dr. Elçin
İsgəndərzadə dəyərli bir arkadaşımızdır” (Raur Denktaş,
KKTC
Cumhurbaşqanı).
Azərbaycanın
böyük
dostu
akademik İhsan Doğramacı yazıb: “İnanıram ki, Türk
Dünyasının Elçin İsgəndərzadə kimi nadir istedadları bizim
bacarmadıqlarımızı, lakin arzuladıqlarımızı şərəflə həyata
keçirəcəklər”. Qırğızıstanın xalq şairi, Yazıçılar Birliyinin
sədri Nadirbek Alımbekov isə belə deyib: “Türkdilli
ölkələrin hər birində heç olmasa bir nəfər Elçin kimi ürəyini
məşələ döndərsə, inanıram ki, Türk Birliyi Dünyanın bütün
siyasi, mədəni və digər birliklərindən daha üstün olar... Tanrı
Türk Dünyasının Elçinlərini bizlərə çox görməsin”. Başqa
bir Çingiz-müdrik müasirimiz Çingiz Əlioğluya görə: Elçin
İsgəndərzadəyə inam “Onun dəyişməz mədəni əyar
ölçülərinin xaslığına əsaslanır, yüksək ziyalı səviyyəsindən
gəlir, ən başlıcası isə istedadına güvəncindən doğur”.
İstedadlı rəssam və şair Adil Mirseyid özünün esse-
monoqrafiyasında Elçin İsgəndərzadəni “şeirimizin Qarabağ
şikəsti, hardan baxsan görünən adam” kimi doğru, orijinal
bənzətmələrlə sərgiləyir. Əlbəttə, mən də texnika elmləri
doktoru Elçin İsgəndərzadənin maşın və mexanizmlər
nəzəriyyəsi sahəsindəki elmi əsərləri və ixtiraları haqqında
bir söz deyə bilmərəm. Buna mənim səlahiyyətim yoxdur.
Fəqət, onun şəxsiyyətinə, prinsipial ziyalı mövqeyinə
əsaslanıb deyə bilərəm ki, Elçin texniki sahədə də ciddi bir
alimdir”.
Qayıdıram Adil Mirseyidin sanballı sözünə - “Elçin
İsgəndərzadə Şairdi – Şair isə hardan baxsan görünən
180
adamdır”. Bu gözəl fikrin məntiqi yozumu belədir: Elçin
İsgəndərzadə
hardan
baxsan
görünən
şairdi
–
Azərbaycandan,
Rusiyadan,
Türkiyədən,
Türküstan
ellərindən, Almaniyadan, Rumıniyadan, Bolqarıstandan...
Əcaba, nə ilə, şeiriyyətinin hansı yüksək əyarı ilə hardan
baxsan görünə bilir Elçin İsgəndərzadə?!
Rəhbərlik etdiyi “İlham ” ədəbi birliyində Elçinə ilk
addımlarında yardımçı olmuş, tanınmış ədib Qərib Mehdi
“Elçin-el üçün” kitabında yazır: “Elçinin həyat və
yaradıcılığının marşurutu belədir: Şuşa-Gəncə-Bakı-Dünya.
Elmdə professorluq zirvəsinə çatıb. Şairliyi ondan geri qalan
deyil...
Fəaliyyətinin
ana
xəttini
–
xeyriyyəçilik,
vətənpərvərlik, türkçülük və dünyəvilik təşkil edir”.
Şair
qəlbinin
gerçəkliyə
münasibət
tərzi
onun
poeziyasının xarakterini müəyyən edir. Elçin gerçəkliyə-
həyata alim kimi daxil olur, oradan şair kimi çıxır. Onun
poeziyasının həm “müsbət”, həm də “mənfi” qəhrəmanı
şairin özüdür. Şairin estetik idealı daşıdığı ruhun bədii-fəlsəfi
iradəsidir. E.İsgəndərzadə qədim türk ellərindən, böyük türk
tarixindən daşlaşıb gələn türk ruhunun mənəvi tərcümanıdır.
Onun idealı türkçülükdür: “Yer üzü türkün torpağı, göy üzü
türkün bayrağı”. Elə bilirəm ki, bu düstur bir şair kimi
E.İsgəndərzadəni türk ədəbiyyatına daxil edir. “ Türkük
türkü oxuyuruq” namlı şeirində şair daha ünlü bədii-fəlsəfi
açıqlama verir:
Tanrı dağından gəlirik,
Cənnət bağından gəlirik
Türk oymağından gəlirik,
Türkük türkü oxuyuruq.
181
Əsdikcə səhər yelləri,
Açılar könül gülləri,
Atlanar Turan elləri
Türkük türkü oxuyuruq.
Türkün əski türküsü qədər saf və səmimi olan bu nəğmə
“qılıncımız belimizdə // qopuzumuz əlimizdə” deyən türkün
möhtəşəm obrazını əyani tərzdə canlandırır. Türk qılıncla
tarixi yaradıb, qələmlə tarixi yaşadıb. E.İsgəndərzadə elmi ilə
tarixi yaradan, şeiri ilə tarixi yaşadan təmiz qanlı bir türk
oğludur.
Onun böyük alim Xudu Məmmədova həsr olunmuş “Bu
qala - bizim qala”, dahi türk ədibi Çingiz Aytmatova həsr
olunmuş “Turan savaşçısının nəğmələri” poemaları bu fikrin
həqiqiliyini sərgiləyir:
And olsun Göy Tanrıya
bu torpaqlar bizimdi.
Ucsuz-bucaqsız çöllər
uca dağlar bizimdi.
Göy Tanrı övladıyıq
göylərdən gəlmişik biz.
Yolumuzu gözləyir
Çox uzaqda son dəniz.
Elçin İsgəndərzadənin “Oğlum Əliyə dualar” poemasını
türkün gələcək nəsillərinə və bizdən sonra gələnlərə
ünvanlanmış bədii kimlik sənədi, YADDAŞ MƏKTUBU
adlandırıram. Əksər qələm sahibləri oğlanlarına müraciətlə
əsərlər yazıb. Mən də yeganə oğlum Fərid Şəmsizadəyə
müraciətlə “Müdriklər bunları deməyib” kəlamlar kitabçasını
182
həsr etmişəm. Elçinin “Duaları” - yaddaş dualarıdır, gücü,
qüdrəti təkcə poetik hüsnündə deyil, unudulmazlığındadır:
Sən kövrəlib ağlama,
Səsim qırılsa birdən.
Bir savaşda vurulsam,
Qılıncımı götür sən.
Dünya türkdən başlayır,
Unutma bunu, oğlum.
Bir gün türklə bitəcək
Dünyanın sonu oğlum.
Dünyada türk heç vaxt fateh olmayıb, qılıncından çox
yenilməz ruhuna güvənib. Xaqani, Nizami Gəncəvi, Əhməd
Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Əlişir Nəvai, Zahirəddin Babur,
Mövlanə Məhəmməd Füzuli – bu karifeylər türk ruhunu
əbədiləşdirən dahilər olublar. Türkün atı qan yolları ilə yox,
nur yolları ilə hərəkət edib. Türk köç etməyib vətəninin bu
başından – Mançuriyadan Çin səddindən, o başına –
Macarıstana gedib. Onun ölçüsü günəş olub. Türk dünyada
misli bərabəri olmayan “Böyük çöl mədəniyyəti” və İslam
dininin qəbuluna qədər 17 imperiya yaradıb. Ərəblər İslamı
yaradıb, türklər İslamı yaşadıb. Elçin İsgəndərzadə belə bir
mədəniyyətin, əxlaqın, qəhrəmanlığın layiqli varisidir.
Bir şair kimi o əski türk şeirinin, “Kitabi-Dədə Qorqud”
şeirinin üslub və ahəngini qorumağa çalışır və onu müasir
modern poeziya ilə birləşdirməyə cəhd edir. Elçinin “Qürbət
hücrəsində” (2013) şeirlər və poemalar kitabına daxil olan
bəyəndiyim onlarla şeirinin birindən (“Məmləkət”) kiçik bir
misal çəkirəm:
Dostları ilə paylaş: |