Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

 
169 
Çingiz ağa, Bəxtiyar. 
Boz qurd kimi məğrur Oljas, 
Xudanın sirri Xudu. 
Və sən, qardaşım Şahmar. 
 
Şahmar 
şəxsiyyətinə 
və 
poeziyasına, 
ümumtürk 
dünyasına məhəbbət hissilə yazılmış “Şahmar şikəstəsi” əsəri 
bəlkə  də  Şuşada  eşitdiyim  sonuncu  muğam  fəryadı  idi  ki,  o 
indi Cihada çağırırdı. 
  Elçin İsgəndərzadə bir-birinə bənzəməyən, lakin ulduz 
karvanına bənzəyən poemalar silsiləsi yazmışdır ki, onlar da 
ilhamlı könül dünyasından xəbər verir.  
  Mən ümid edirəm ki, şairin türk dünyasına səpələnmiş 
oxucuları  öz  könlündən  keçənləri  Elçinin  kitablarının 
səhifələrində  tapacaqlar.  Elçinin  özünü  axtarsalar,  o  həmişə 
olduğu kimi oxucularının yanında, könlündə, taleyindədi.  
           50  yaşlı  gənc  qardaşıma  daha  cox  cildliklər  və 
daha böyük yubileylər arzulayıram! 
                      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
170 
 
 
 
 
 
 
 
 
ZƏLİMXAN YAQUB 
 
Xalq şairi 
 
ÜMİDİN QANADLARINDA 
 
Göylərə  ümidlə  bax,  göy  kimi  geniş  olarsan.  Torpağa 
ümidlə  bax,  yer  kimi  bərəkətli  olarsan,  səhərə,  Günəşə 
ümidlə  bax,  səhərin  xeyirliyə  açılar,  suya  ümidlə  bax, 
taleyin  su  kimi  dumduru  olar,  çəmənə  ümidlə  bax,  çiçək 
kimi  açıl-saçıl,  dünyanın  özü  qədər  böyü,  ucal,  yaşa,  yarat! 
"Mənim bu gecəyə çox ümidim var" deyən şairimiz hər şeyə 
ümidin  gözüylə  baxır.  Hər  şeyə  ümidlə  baxanda  ulduzlar 
çiçəkləyir,  alçalar  gül  açır,  mələklər  yuxuna  gəlir,  olursan 
dünyanın bəxtəvəri. Adı Türk dünyasına bəlli olan, özü kimi 
şeirləri  də  dünyanı  gəzən  Elçin  İsgəndərzadə    mənim 
sevdiyim  şairlərdən,  səsimizi  aləmə  yayan  gələcək 
sahiblərindən  biridir.  Onun  qələmi  yazır,  əli  işləyir,  ürəyi 
döyünür. Hər üç ilahi varlıq Tanrı töhfəsi şairin bütövlüyünü 
yaradır. Vətənin  müqəddəsliyindən söz açanda da, şeirlərini 
qürbətə uçuranda da... Qarabağın dərdi ilə bağlı qanlı şeirlər 
yaradanda  da,  qələm  dostlarına  şeirlər  yazanda  da,  həyatda 
olan çatışmamazlıqları qamçılayanda da Elçin səmimidir. 


 
171 
Elçinin üzündə, cismani varlığında olduğu kimi, mənəvi 
varlığında da bir nur, bir işıq var. Bu işıq onun ömür yoluna, 
yaradıcılığına bir təbəssüm gətirir. 
 
Oxumaq... bu hələ dursun bir yana,  
Əlin kitabıma dəydi, bəsimdi.  
İçində ürəyim çırpınır onun,  
Ovcunda cənnəti duydu, bəsimdi. 
 
Şair  oxucudan  oxucu  məhəbbəti,  böyük  sevgi, 
səmimiyyət  istəyir.  Şairə  bunlar  lazımdı  -  Hava  kimi,  Su 
kimi, Günəş kimi. Bunlar varsa şair var və var olacaq. 
Şairin  müxtəlif  ölkələrdə,  müxtəlif  yerlərdə  yazdığı 
şeirlərə  xüsusi  fıkir  verdim,  məhəbbətlə  yanaşdım.  Gördüm 
ki, bu şeirlər də o yerlərin özü kimi rəngarəngdir. Bu əsərlər 
şairin 
təkcə 
öz 
yaradıcılığını 
deyil, 
Azərbaycan 
ədəbiyyatının  üfüqlərini  genişləndirir.  Xüsusilə  Türkiyə  ilə, 
Türk  dünyası,  türk  ədəbiyyatı  ilə  bağlı  mövzular  məni  daha 
çox  özünə  cəlb  elədi.  Bu  yazılarda  olan  doğmalıq,  təbiilik 
məni  daha  çox  özünə  çəkdi.  "Türkülər"  məni  çox 
düşündürdü. "Yovşan türküsü" məni Altaylardan Anadoluya 
qədər gəzdirdi. 
 
Qədim bir eşq duası, 
Çəkib aparır məni. 
Tanrı dağlarıdı, qızım, 
Ruhumuzun Vətəni. 
 
Orda Altay dağları,  
Fələklərlə savaşır.  
Nə vadidən karvan keçir,  
Nə zirvədən bulud aşır. 
 
172 
 
Türkülərin  hər  biri  bir  dastanın,  bir  boyun  mövzusu, 
xəritənin 
müxtəlif 
rəngləridir, 
bir 
xalının 
müxtəlif 
çeşidləridir. 
 
Əlvida tanrı dağları,  
Bəyaz mələk əlvida.  
Bəlkə bir də görüşdük,  
Görüşmədik ya da. 
 
Mən  bu  türküləri  oxuyanda  elə  bilirdim  şıdırğı  bir 
yağışın  altında  göylərə  tamaşa  edirəm.  Bütün  türk  dünyası 
gəlib gözlərimin önündən keçirdi. 
 
Hər gün yeni bir ümidə 
açılır pəncərəmizdə səhər,  
Ümidlərimizin şəhəridi 
qoynunda yaşadığımız şəhər. 
 
Bu  ümidli  misraların  qucağında  uça-uça  dünyanı 
gəzirdim.  Bu  dünya  məni  Elçin  İsgəndərzadənin  şeirlərinin 
ətrinə bələmişdi. 
Elçin  İsgəndərzadənin  poema  yaradıcılığında  klassika 
ilə  müasirliyin,  şairliklə  rəssamlığın,  böyük  insanlarla 
təbiətin  qovuşuğu  var.  "Adil  Mirseyidin  göyərçinləri", 
"Rəssamın  pəncərəsi",  "Səttar  Bəhlulzadə  nağılı",  "Pikasso 
və  Minatavr",  "Van  Qoqun  günəbaxanları",  "Salvador  Dali 
üçün  madriqal",  "Qoyya",  "Lorka  və  siyah  Ay",  "Üfüqdə 
qırmızı  Günəş",  "Rəssam  və  mələk",  "Bu  qala  bizim  qala", 
"Turan savaşçısının nəğmələri", "Şahmar şikəstəsi", "Oğlum 
Əliyə  dualar",  "Məmməd  Araz  qayası",  "Cavid  cihadı"  və 


 
173 
başqa  poemaları  bütövlükdə  dərdlə,  kədərlə,  göz  yaşı  ilə, 
hıçqırıqla, ümidlə nəfəs alır. 
 
Bu bir Tanrı möcüzəsidi...  
Göyərçinlərin son ümid yeri  
Bir şairin kirayə pəncərəsidi... 
 
Vaxtsız  dünyadan  köçən  şairimiz  Adil  Mirseyidə  həsr 
olunmuş bu əsər bir sənətkarın ömrü boyu çəkdiyi əzabların, 
iztirabların, 
bənzərsiz 
yaradıcılığın 
poemasıdır. 
Göyərçinlərin  yuvasından  -  Bakıdan  Parisə  qədər,  Şuşasız 
dünyamızdan, Cıdır düzündən Sena çayına qədər şair xəyalı 
bizi dərdlərimizin başına dolandırır.         
 
Gecəyə laylay çalırmı, 
Qarqarın gümüş suları. 
Ay doğanda çin olacaq, 
Bir şairin arzuları...  
 
Bu əsərdə olan göyərçin obrazı çox ustalıqla işlənib. 
 
Ürəyini göyərçinlərə yedirən 
Bir şair olmalıdı 
Bu gözəlim məmləkətdə. 
 
Mən  bu  əsəri  Adil  Mirseyidin  ruhuna  bağışlanmış  ən 
gözəl  əsərlərdən  biri  hesab  edirəm.  Elçin  isgəndərzadə 
"Səttar Bəhlulzadə nağılı" əsərində 
 
Dərviş kimi, 
Yoq kimi 
Bir rəssam yaşayırdı, 
Abşeron torpağında – 
 
174 
 
deyib  rəssamı  oxucuya  bütün  rəngləri  ilə  tanış  edir. 
Dahi  rəssamın  dahiyanə  əsərlərindən  söhbət  açan  müəllif 
"Kəpəzin  göz  yaşları"nda  öz  poetik  sözüylə  xüsusi  rəng 
qatır.  Bu  rənglərin  içində  bir  Əmircan  dünyası  var,  bir  də 
bütün dünyanı Əmircanlaşdıran ölməz sənət var. 
Şair istər Lorkadan, Nazim Hikmətdən, Pikassodan, Van 
Qoqdan, Salvador Dalidən, istər Müşfıqdən - kimdən söhbət 
açır  açsın  hamısında  Cıdır  düzünə,  Xarıbülbülə,  Şuşaya, 
Qarabağa, yaralı Vətənə qayıdır. 
Mərhum  şairimiz  Nizami  Aydının  xatirəsinə  həsr 
olunmuş  "Lorka  və  siyah  Ay"  poeması  təkcə  Nizami 
Aydının  yox,  Lorkaların,  Müşfiqlərin  taleyinin  poetik  əks-
sədasıdır.  "Üfüqdə  qırmızı  Günəş"  böyük  rəssam  Toğrul 
Nərimanbəyova  həsr  olunub.  Bu  əsərin  baş  qəhrəmanı  Nar 
və  Günəş  bizim  işıqlı  dünyamız  və  ümidimizdir. 
Ümumiyyətlə  Elçinin  böyük  alim  Xudu  Məmmədova, 
Çingiz 
 
Aytmatova, 
Şahmar 
Əkbərzadəyə, 
Səttar 
Bəhlulzadəyə,  Cavid  Əfəndiyə  həsr  etdiyi  əsərlərdə  şair 
dünyasının  genişliyi,  dünyagörüşünün  rəngarəngliyi  var. 
Ümumiyyətlə  bu  poemalarda  bir  işıq  var,  ümid  var,  həsrət 
var, ayrılıq var. Bu var olanların arxasında bir əbədiyyət var. 
Anın  əbədiyyəti,  zamanın  əbədiyyəti.  Ömür-gün  yoldaşına 
həsr  etdiyi  "Eşq"  poemasında  az  qala  bütün  dünyanın  eşq 
dilində  xəritəsi  var.  Üverturadan  epiloqa  qədər  on  yeddi 
başlıq  altında  yazılan  əsərlər  bir  insan  qəlbinin  mürəkkəb 
fəlsəfı  duyğularıdır.  Bu  əsərdə  çəkilən  adlara  fıkir  verin,  -  
Peterburq,  Aleksandr  Blok,  Ərəfat,  Sofıya,  Bişkek, 
Qaracoğlan,  Yunus  Əmrə,  Gəncə,  Moskva,  Paris,  İspaniya, 
Roma,  Varşava,  Tanrı  dağları,  Şam  şikəstəsi,  Təbriz, 
Daşkənd.  Bu  başlıqlar  altında  yaşayan  adların  hərəsi  bir 
tarixdir.  Bu  əsərdə  dünyanın  həm  coğrafı  düzəni,  həm  də 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə