Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

 
179 
“Elçin  İsgəndərzadənin  poeziyasının  son  illər  dünyanın 
onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan 
xəbər  verir  ki,  Türk  poeziyası  artıq  dünya  poeziya  okeanına 
yelkən  açmaqdadır”  (Çingiz  Aytmatov);  “Elmi  fəaliyyətləri 
ilə yanaşı şair olaraq da imzası yaxşı tanınan Prof. Dr. Elçin 
İsgəndərzadə  dəyərli  bir  arkadaşımızdır”  (Raur  Denktaş, 
KKTC 
Cumhurbaşqanı). 
Azərbaycanın 
böyük 
dostu 
akademik  İhsan  Doğramacı  yazıb:  “İnanıram  ki,  Türk 
Dünyasının  Elçin  İsgəndərzadə  kimi  nadir  istedadları  bizim 
bacarmadıqlarımızı,  lakin  arzuladıqlarımızı  şərəflə  həyata 
keçirəcəklər”.  Qırğızıstanın  xalq  şairi,  Yazıçılar  Birliyinin 
sədri  Nadirbek  Alımbekov  isə  belə  deyib:  “Türkdilli 
ölkələrin hər birində heç olmasa bir nəfər Elçin kimi ürəyini 
məşələ  döndərsə,  inanıram  ki,  Türk  Birliyi  Dünyanın  bütün 
siyasi, mədəni və digər birliklərindən daha üstün olar... Tanrı 
Türk  Dünyasının  Elçinlərini  bizlərə  çox  görməsin”.  Başqa 
bir  Çingiz-müdrik  müasirimiz  Çingiz  Əlioğluya  görə:  Elçin 
İsgəndərzadəyə  inam  “Onun  dəyişməz    mədəni  əyar 
ölçülərinin  xaslığına  əsaslanır,  yüksək  ziyalı  səviyyəsindən 
gəlir,  ən  başlıcası  isə  istedadına  güvəncindən  doğur”. 
İstedadlı  rəssam  və  şair  Adil  Mirseyid  özünün  esse-
monoqrafiyasında  Elçin  İsgəndərzadəni  “şeirimizin  Qarabağ 
şikəsti,  hardan  baxsan  görünən  adam”  kimi  doğru,  orijinal 
bənzətmələrlə  sərgiləyir.  Əlbəttə,  mən  də  texnika  elmləri 
doktoru  Elçin  İsgəndərzadənin  maşın  və  mexanizmlər 
nəzəriyyəsi  sahəsindəki  elmi  əsərləri  və  ixtiraları  haqqında 
bir  söz  deyə  bilmərəm.  Buna  mənim  səlahiyyətim  yoxdur. 
Fəqət,  onun  şəxsiyyətinə,  prinsipial  ziyalı  mövqeyinə 
əsaslanıb  deyə  bilərəm  ki,  Elçin  texniki  sahədə  də  ciddi  bir 
alimdir”. 
Qayıdıram  Adil  Mirseyidin  sanballı  sözünə  -  “Elçin 
İsgəndərzadə  Şairdi  –  Şair  isə  hardan  baxsan  görünən 
 
180 
adamdır”.  Bu  gözəl  fikrin  məntiqi  yozumu  belədir:  Elçin 
İsgəndərzadə 
hardan 
baxsan 
görünən 
şairdi 
– 
Azərbaycandan, 
Rusiyadan, 
Türkiyədən, 
Türküstan 
ellərindən,  Almaniyadan,  Rumıniyadan,  Bolqarıstandan... 
Əcaba,  nə  ilə,  şeiriyyətinin  hansı  yüksək  əyarı  ilə  hardan 
baxsan görünə bilir Elçin İsgəndərzadə?! 
Rəhbərlik  etdiyi  “İlham  ”  ədəbi  birliyində  Elçinə  ilk 
addımlarında  yardımçı  olmuş,  tanınmış  ədib  Qərib  Mehdi 
“Elçin-el  üçün”  kitabında  yazır:  “Elçinin  həyat  və 
yaradıcılığının  marşurutu  belədir:  Şuşa-Gəncə-Bakı-Dünya. 
Elmdə professorluq zirvəsinə çatıb. Şairliyi ondan geri qalan 
deyil... 
Fəaliyyətinin 
ana 
xəttini 
– 
xeyriyyəçilik, 
vətənpərvərlik, türkçülük və dünyəvilik təşkil edir”.  
Şair 
qəlbinin 
gerçəkliyə 
münasibət 
tərzi 
onun 
poeziyasının  xarakterini  müəyyən  edir.  Elçin  gerçəkliyə-
həyata  alim  kimi  daxil  olur,  oradan  şair  kimi  çıxır.  Onun 
poeziyasının  həm  “müsbət”,  həm  də  “mənfi”  qəhrəmanı 
şairin özüdür. Şairin estetik idealı daşıdığı ruhun bədii-fəlsəfi 
iradəsidir.  E.İsgəndərzadə  qədim  türk  ellərindən,  böyük  türk 
tarixindən daşlaşıb gələn türk ruhunun mənəvi tərcümanıdır. 
Onun  idealı  türkçülükdür:  “Yer  üzü  türkün  torpağı,  göy  üzü 
türkün  bayrağı”.  Elə  bilirəm  ki,  bu  düstur  bir  şair  kimi 
E.İsgəndərzadəni  türk  ədəbiyyatına  daxil  edir.  “  Türkük 
türkü  oxuyuruq”  namlı  şeirində  şair  daha  ünlü  bədii-fəlsəfi 
açıqlama verir: 
 
Tanrı dağından gəlirik, 
Cənnət bağından gəlirik 
Türk oymağından gəlirik, 
Türkük türkü oxuyuruq.      
 
 


 
181 
Əsdikcə səhər yelləri, 
Açılar könül gülləri, 
Atlanar Turan elləri 
Türkük türkü oxuyuruq. 
 
Türkün əski türküsü qədər saf və səmimi olan bu nəğmə 
“qılıncımız  belimizdə  //  qopuzumuz  əlimizdə”  deyən  türkün 
möhtəşəm  obrazını  əyani  tərzdə  canlandırır.    Türk  qılıncla 
tarixi yaradıb, qələmlə tarixi yaşadıb. E.İsgəndərzadə elmi ilə 
tarixi  yaradan,  şeiri  ilə  tarixi  yaşadan  təmiz  qanlı  bir  türk 
oğludur.  
Onun böyük alim Xudu Məmmədova həsr olunmuş “Bu 
qala  -  bizim  qala”,  dahi  türk  ədibi  Çingiz  Aytmatova  həsr 
olunmuş “Turan savaşçısının nəğmələri” poemaları bu fikrin 
həqiqiliyini sərgiləyir: 
 
And olsun Göy Tanrıya 
bu torpaqlar bizimdi. 
Ucsuz-bucaqsız çöllər 
uca dağlar bizimdi. 
 
Göy Tanrı övladıyıq 
göylərdən gəlmişik biz. 
Yolumuzu gözləyir  
Çox uzaqda son dəniz. 
 
Elçin  İsgəndərzadənin  “Oğlum  Əliyə  dualar”  poemasını 
türkün  gələcək  nəsillərinə  və  bizdən  sonra  gələnlərə 
ünvanlanmış  bədii  kimlik  sənədi,  YADDAŞ  MƏKTUBU 
adlandırıram.  Əksər  qələm  sahibləri  oğlanlarına  müraciətlə 
əsərlər  yazıb.  Mən  də  yeganə  oğlum  Fərid  Şəmsizadəyə 
müraciətlə “Müdriklər bunları deməyib” kəlamlar kitabçasını 
 
182 
həsr  etmişəm.  Elçinin  “Duaları”  -  yaddaş  dualarıdır,  gücü, 
qüdrəti təkcə poetik hüsnündə deyil, unudulmazlığındadır: 
 
Sən kövrəlib ağlama, 
Səsim qırılsa birdən. 
Bir savaşda vurulsam, 
Qılıncımı götür sən. 
 
Dünya türkdən başlayır, 
Unutma bunu, oğlum. 
Bir gün türklə bitəcək 
Dünyanın sonu oğlum. 
 
Dünyada  türk  heç  vaxt  fateh  olmayıb,  qılıncından  çox 
yenilməz  ruhuna  güvənib.  Xaqani,  Nizami  Gəncəvi,  Əhməd 
Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, İmadəddin 
Nəsimi,  Şah  İsmayıl  Xətai,  Əlişir  Nəvai,  Zahirəddin  Babur, 
Mövlanə  Məhəmməd  Füzuli  –  bu  karifeylər  türk  ruhunu 
əbədiləşdirən  dahilər  olublar.  Türkün  atı  qan yolları  ilə  yox, 
nur  yolları  ilə  hərəkət  edib.  Türk  köç  etməyib  vətəninin  bu 
başından  –  Mançuriyadan  Çin  səddindən,  o  başına  – 
Macarıstana  gedib.  Onun  ölçüsü  günəş  olub.  Türk  dünyada 
misli  bərabəri  olmayan  “Böyük  çöl  mədəniyyəti”  və  İslam 
dininin  qəbuluna  qədər  17  imperiya  yaradıb.  Ərəblər  İslamı 
yaradıb,  türklər  İslamı  yaşadıb.  Elçin  İsgəndərzadə  belə  bir 
mədəniyyətin, əxlaqın, qəhrəmanlığın layiqli varisidir.  
Bir şair kimi o əski türk şeirinin, “Kitabi-Dədə Qorqud” 
şeirinin  üslub  və  ahəngini  qorumağa  çalışır  və  onu  müasir 
modern poeziya ilə birləşdirməyə cəhd edir. Elçinin “Qürbət 
hücrəsində”  (2013)    şeirlər  və  poemalar  kitabına  daxil  olan 
bəyəndiyim  onlarla  şeirinin  birindən  (“Məmləkət”)  kiçik  bir 
misal çəkirəm: 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə