22
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
abidəsi»ndən götürmüşəm. Romanda baş qəhrəman heykəltəraş Fərhad öz anasının
abidəsini Vətənimizin gözəllik və sərvətini işləyib yaradır. İndi gördünüzmü necədir?
Bəlkə biri durub desin ki, bu adları yaraşdırıb qoymaq nə çətin peşədi? Yox, çox
çətin peşədir! Biz ailədə nəinki saatlarla, bəlkə günlərlə adların üstündə mübahisə
etmişik, hər bir adı yüz bir adın içindən birtəhər ki, seçmişik. Deyim ki, mənim qız
nəvələrim öz adlarının yöndəmsizliyindən şikayətlənmirlər. Daha demirlər ki, bu nə
addır?! Gördünüzmü qız nəvələrimin hamısı məndən ötrü əzizdir, hər birisinin adını
da özüm yaraşdırmışam.
Bir gün iş otağımda əyləşib yazı masamda yazı yazırdım. Birdən uzun
dəhlizimizə baxan qapımız bərkdən açıldı, qız nəvələrim birdən içəriyə doluşdu.
Qələmi dayandırıb soruşdum: a qızlar, bu nə oyundu siz çıxarırsınız?.. Baba əlində
yazı yazır, siz də şuluqluq salırsınız?
«Ağbirçək» nəvəm Gülsabah qabağa durdu:
—Nə yazısı yazırdın, baba?
—Həcər nənənin dastanını!
Şəlalə hirslənib cırnadı:
—Yenə də Həcər! Yenə də Həcər kitabı!
Balaca Həcər köşək gözlərini gəzdirib dinmədi. «Ağbirçək» Gülsabah qolumdan
tutub ərkyana üzümdən öpdü:
—Baba, Həcər nənənin dastanından bir az danış da!
Mən də əlimdə yazdığımdan danışmağa başladım. Danışdım ki, Həcər hələ özünün
balaca qız vaxtında, indiki Qubadlı rayonunun qıjıltılı Həkəri çayının yaxalarında
atası Xanəlinin qırmızıquyruq quzularını otararmış. Yazda qaratikan kollarının
dibindən yaşıl yarpaq, turşəng və zoğ-zoğ qırmızı baldır mərəvcə yığarmış.
Yığdıqlarını dəstə-dəstə düzəldərmiş, axşamüstü evə gətirib anasına verərmiş. Sonra
mən Həcərin qoçaqlığından danışmağa başladım.
— Hə, Həcər həmin qız çağında yaz çıxıb yay girən zamanında bir də görür ki, bəs
budur, qaratikan kolunun içindən boz bir ilan başını çıxarıb istəyir ki, qızın üstünə
atılıb onu vursun, Həcər özünü itirmir, tezcə daşdan götürüb atır, ilanın belini qırır
23
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
başını da xınc-mınc əzib öldürür. Axşamçağı quzuları obaya qaytaranda, öldürdüyü
ilanı da sürütmə üstünə qoyub kəndə gətirir. Mollu obası tamaşaya çıxır, Həcərin
atası Xanəli qızının alnından öpüb — qoçaq qızım deyib, ilanı götürür, qıraqda əl-
ayaq dəyməyən yerdə qaratikandan asır ki, ilan ulduz görsün, tamam ölsün.
—Bəs Həcər nənənin daha qoçaqlığı? — deyə yavaş-yavaş yumşalan Şəlalə də
soruşdu. Mən dönüb Həcər nənənin adını qoyduğum nəvəm Həcərin köşək gözlərinə
baxdım. Gördüm ki, onun da gözləri nağıllarda eşitdiyim sayaqda, Həcər nənənin
gözləri kimi qaynayır. Nağılıma dönüb dedim. — Bəs hələ Həcər səkkiz-doqquz
yaşında ikən balaca-balaca çobanlarla çomaqlaşar, oğlanları əliyalın qoyarmış...
Həcər bir az da yekələndən sonra dəliqanlı oğlanlara qarışıb xam, çılpaq atı
qəfil yallayıb minməkdə, yazının böyük düzənində çapmaqda, hamını vurub
keçməkdə də birinci imiş. Nəbiyə qoşulub qaçan Həcərin başqa-başqa hünərindən,
onun mərdliyindən, igidliyindən nəvələrimə söhbət açıb söylədim ki, Həcər at
üstündə necə aynalı tüfəngini oynadar, necə atın dolu yüyürəyində öz gümüş
kəmərinə sancdığı ipək dəsmalını çəkib qabağa atar, gülləni dəsmalın ortasından
keçirərmiş. Həcər Qaçaq Nəbi ilə birlikdə Nikolay qoşununu qırmaqda, divan
adamını pərən-pərən salıb naçanniyin, bəyin, xanın, ağanın, zülmkarın bağrını
yarmaqda Nəbidən geri qalmaz imiş. Buna görə də nə qədər ki, Nəbi haqqında el-oba
hava qoşub, oxuyubdur, o qədər də Həcər haqqında hava qoşub, oxuyubdur.
—Baba, sən də bu havalardan bizim üçün oxu! — deyə qız nəvələrimin dördü də
məni dövrələdilər. Mən də onların sözünü yerə salmayıb oxudum:
«Gün çıxıbdı günortanın yerinə,
Həcər xanım qalxıb atın belinə,
Əşrəfi mirvarı düzüb telinə,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi».
—Tayda-tayda, baba! Tayda, oxu!
2
2
Tayda- yəni : yenə də
24
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Mən bu dəfə, yazı masamın üstündə dayanan «Qaçaq Nəbi» dastanını əlimə aldım.
Vərəqləyə-vərəqləyə nəvələrimə danışdım. Axırda Qaçaq Həcərin necə qazaxlarla
vuruşan zaman mühasirədə qaldığını, Gorus qazamatına düşdüyünü dedim.
—Bu zaman el-obada yaranan, oxunan havalardan da bir qoşmasını gətirdim:
«Yorğanım adyaldı, döşəyim həsir,
Naçannik gələndə ürəyim əsir,
Silistçi dindirir, prokuror kəsir,
Mənim bu günümdə gələsən, Nəbi!
Qazamat dalını dələsən, Nəbi».
Mən, burada dayanıb fikrə getdim. Ötən zamanın zülmət, qaranlıq günlərini göz
qabağına gətirib duruxdum. Daha da artıq maraqlanan nəvələrim əl götürmədilər:
—Baba, tayda, tayda!
Onların xətrini sındırmayıb davam etdim:
«Tellərim tökülüb, üzüm laladır,
Qaşlarım qaradır, gözüm aladır,
Yan-yörəm düşməndir, yerim qaladır,
Mənim bu günümdə gələsən, Nəbi,
Düşmənin əlindən alasan, Nəbi».
—Tayda, tayda-tayda!
—Bu da olsun «tayda!» deyib oxudum:
«Döşəyim kərpicdir, yastığım saman,
Yorğanım həsirdir, üşüdüm aman!
Hər tərəf hasardır, hər tərəf duman,
Mənim bu günümdə gələsən, Nəbi,
Zalımlar əlindən alasan, Nəbi».
—Baba, oxu tayda, oxu, — deyə Şəlalə sallaşdı, Gülsabah «ağbirçəklik» elədi:—
Qalanı gələn dəfə! Daha babanı yormayın!
Axırda nəvələrim məndən xahiş elədilər ki, Həcər nənə barəsində onlar üçün
bir nağıl yazım. Söz verdim.
Dostları ilə paylaş: |