Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə199/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   195   196   197   198   199   200   201   202   ...   205

400 

 

ərazi hissəsi olan dojun başçılıq etdiyi ticarət respublikası idi. 1797-ci ildən 1866-



cı  ilə  kimi  Avstriya  imperiyasının  əyaləti  (1805  -  15-ci  illərdə  I  Napoleonun 

tabeliyində  olması  istisna  edilməklə)  idi.  1866-cı  ildə  İtaliya  krallığının  tərkibinə 

daxil olmuşdur. 

"Verden  qırğını"

  -  Birinci  Dünya  müharibəsi  dövründə  -  1916-cı  il 

fevralın  21-dən  dekabrın  21-dək  keçirilmiş  hərbi  əməliyyat.  Verden  şəhəri 

rayonunda  5-ci  Almaniya  ordıısu  fransız  qoşunları  cəbhəsinin  dar  sahəsini  yarıb 

keçməyə  cəhd  göstərdi,  lakin  ciddi  müqavimətlə  üzləşdi.  Alman  qoşunlarının 

Verden  üzərinə  təzyiqləri  1916-cı  ilin  mart  -  iyun  aylarında  general  Brusilovun 

komandanlığı  altında  rus  qoşunları  tərəfindən  Şərq  cəbhəsinin  yarılması  ilə 

zəiflədildi.  İngilis  və  fransız  qoşunları  iyul  ayında  Somma  çayı  üzərində  əks-

hücuma  başladılar və ingilislər burada  tarixdə  ilk dəfə  tanklardan istifadə  etdilər. 

1916-cı  ilin  dekabrında  fransız  qoşunları  vəziyyəti  əsasən  bərpa  etdilər,  alman 

qoşunları  müdafiəyə  keçmək  məcburiyyətində  qaldı.  Hər  iki  tərəf  uzunsürən 

amansız  döyüşlər  zamanı  "Verden  qırğını"nda  böyük  itkilərə  məruz  qaldı  -  bir 

milyon nəfərədək (600 min - almanlar, 358 min - fransızlar) döyüşçü həlak oldu. 

Verden  müqaviləsi

  -  Böyük  Karl  imperiyasının  bölüşdürülməsi  haqqında 

843-cü ildə Verdendə imzalanmışdır. Müqaviləyə əsasən, Frank  imperiyası Böyük 

Karlın  nəvələri  Lotar  (İtaliya,  Reyn  və  Rona  çayları  boyunu,  sonralar  - 

Lotaringiyanı),  Daz  Karl  (Reyndən  qərbdə  olan  torpaqları)  və  Alman  Lüdovik 

(Reyndən  şərqdəki  ərazini)  arasında  bölüşdürüldü.  Əslində,  bu  bölünmə  ilə  üç 

böyük dövlətin - İtaliya, Fransa və Almaniyanın əsası qoyuldu. 

vergi 

- dövlətin xeyrinə tutulan məcburi ödəmələr. 



Vergili  Maron  Publi

  (e.ə.  70  -  19)  -  məşhur  Roma  şairi;  on  il  ərzində 

özünün ən iri əsərini - "Eneida" qəhrəmanlıq poemasını yaratmışdır. Poema troyalı 

Eneyin  səyahətlərindən  bəhs  edir.  Vergili  poemada  cəsurluğu,  vəzifəyə  sədaqətli 

olmağı,  böyüklərə  hörmət  etməyi  tərif  edir.  "Eneida"  təntənəli  və  melodik  şerlə 

yazılmışdır. "Eneida" Qədim  Roma  klassik  şerinin zirvəsidir. "Eneida"dan başqa, 

Vergili  "Bukoliki"  və  "Georgiki"  poemalarını  da  yazmışdır.  Vergili  Roma 

poeziyasının "qızıl əsr"ində yazıb-yaratmışdır. 



Versal

  -  müasir  Fransada  Paris  yaxınlığında  şəhər.  1682  -  1789-cu  illərdə 

Fransa  krallarının  iqamətgahı.  Kral  XIV  Lüdovik  sarayını  narahat  Parisdən 

paytaxtın 18 km-liyində zövqlə tikilmiş Versal sarayına köçürmək qərarına  gəldi. 

Versal XVII - XVIII əsrlər Fransa klassisizmi üslubunda tikilmiş ən böyük saray-

park  ansamblıdır.  Versala  əsas  saray  (1682-ci  ildə  inşa  edilib),  Böyük  Trianon 

sarayı  (1687),  hovuzları,  fəvvarələri,  heykəlləri  olan  daimi  park  daxildir;  peyzaj 

parkında Kiçik Trianon sarayı (1764) yerləşir. 



Versal sülh müqaviləsi

 (1919) - Birinci Dünya müharibəsinə yekun vuran 

müqavilə.  1919-cu  il  iyunun  28-də  Versalda  bir  tərəfdən  qalib  dövlətlər  -  ABŞ, 

İngiltərə,  Fransa,  İtaliya,  Yaponiya,  Belçika  ilə,  digər  tərəfdən  məğlub  dövlət  - 

Almaniya arasında imzalanmışdır. Versal müqaviləsinin şərtlərinə görə, Almaniya 



401 

 

Elzas  və  Lotaringiyanı  Fransaya,  Malmedi  və  Eypen  dairələrini  Belçikaya, 



Sileziyanın  bir  hissəsini  Çexoslovakiyaya,  Poznanı  Polşaya,  Pomorye  və  s. 

əraziləri Prussiyaya verirdi; Dansiq (Qdansk) "sərbəst şəhər" elan edilirdi, Memel 

(Klaypeda)  şəhəri  isə  1923-cü  ildə  Litvaya  birləşdirildi.  Mübahisəli  ərazilərin  bir 

hissəsində  dövlət  mənsubiyyətçiliyi  barəsində  rəy  sorğusu  keçirildi.  Saar  vilayəti 

15 il müddətinə Millətlər Cəmiyyətinin idarəçiliyinə verildi, sonra isə onun taleyi 

rəy sorğusu yolu ilə  həll olunmalı idi. Hərbsizləşdirilmiş. Reyn bölgəsi yaradıldı. 

Almaniyanın  müstəmləkələri  əsas  qalib  dövlətlər  arasında  bölüşdürüldü  (bax: 

mandat  sistemi).  Almaniyanın  quru  qoşunları  100  min  nəfərlik  döyüşçü  ilə 

məhdudlaşdırıldı,  onun  hərbi  donanması  batırıldı,  silahlar  sahəsində  də 

məhdudiyyətlər  qoyuldu.  Almaniya  reparasiyalar  ödəməyi  öhdəsinə  götürdü. 

Millətlər  Cəmiyyətinin  statusu  da  Versal  müqaviləsinin  ayrılmaz  hissələrindən 

oldu.  ABŞ  həmin  müqaviləni  ratifikasiya  etmədi  və  Almaniya  ilə  1921-ci  ilin 

avqustunda  təxminən  buna  müvafiq,  amma  Millətlər  Cəmiyyəti  haqqında  maddə 

olmayan xüsusi müqavilə imzaladı. 



Versal

  -  Vaşinqton  sistemi  -  qalib  dövlətlər  -  başlıca  olaraq  Böyük 

Britaniya,  Fransa,  ABŞ  və  Yaponiya  tərəfindən  Birinci  Dünya  müharibəsindən 

sonra  yaradılmış  sülh  sistemi.  Versal  -  Vaşinqton  sisteminin  əsasını  Versal  sülh 

müqaviləsi  (1919)  və  Almaniyanın  keçmiş  müttəfiqləri  ilə  bağlı  və  1921  -  22-ci 

illərdə  Vaşinqton  konfransında  imzalanmış  sazişlər  təşkil  edirdi.  Sazişə  əsasən, 

Yaponiya qoşunlarını Çinin Şandun əyalətindən çıxarırdı, ABŞ və İngiltərə isə vəd 

verirdilər ki, hərbi-dəniz bazalarını Yapon adalarına 5 min km-dən yaxın məsafədə 

yerləşdirməyəcəklər;  ABŞ,  İngiltərə  və  Yaponiya  Çinə  "bərabər  imkanlar" 

prinsipini tətbiq etmək haqqında razılığa gəldilər. 



Vespuççi  Ameriqo

  (1454  -  1512)  -  Florensiya  taciri  və 

dəniz  səyyahı.  "Yeni  Dünya"  adlandırılan  Cənubi  Amerika 

sahillərinə  təşkil  olunmuş  bir  sıra  İspaniya  və  Portuqaliya 

ekspedisiyalarında (1499 - 1504) iştirak etmişdir. İlk dəfə olaraq bu 

yerlərin dünyanın yeni hissəsi olması haqqında fərziyyə söyləmişdir 

və alman xəritəçisi Valdzemüller Ameriqo Vespuççinin şərəfinə bu 

yeri Amerika (1507) adlandırmışdır. 



Vest-Hind 

(ing. "Qərbi Hindistan") - Atlantik okeanında Şimali və Cənubi 

Amerika materikləri arasında yerləşən adaların ümumi adı. Bu adaların çox hissəsi 

isə  səhvən  Hindistana  çatdığını  zənn  edən  Kolumbun  səyahəti  zamanı  (1492  - 

1502)  aşkar  edilmişdir.  Hindistandan  fərqli  olaraq  (Ost-Hind  -  ing.  "Şərqi 

Hindistan")  bu  adaları  sonralar  "Vest-Hindistan"  və  ya  "Vest-Hind"  adaları 

adlandırdılar. 

veto

 (lat. "qadağan edirəm")  - 1) Qədim Roma  xalq tribunu konsulların  və 

senatın  plebeylərə  aid  olan  sərəncamlarını  ləğv  edə  bilərdi.  Bunun  üçün  onun 

"veto"  deməsi  kifayət  idi.  "Veto  hüququ"  ifadəsi,  yəni  hər  hansı  bir  qərarın 

qadağan olunması, ləğv edilməsi hüququ buradan əmələ gəlmişdir; 2) dövrümüzdə 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə