404
villa
- Qədim Romada şəhərkənarı yaşayış və təsərrüfat tikililəri kompleksi
- quldarlıq malikanəsi mərkəzi. Orta əsrlərdə Avropada müxtəlif növ məskənləri -
icma, kənd, sonralar - feodal malikanəsini bildirən məfhum.
Vişnu
- hinduizmdə Brahma və Şiva ilə bərabər baş allah, qoruyucu allah,
əbədi canlı təbiətin mücəssəməsi. Kainatın sonsuzluğunu təcəssüm etdirən Vişnu
adətən dərisi göy rəngli, şanagüllə çiçəyi və ya əfsanəvi Harud quşu üzərində
oturmuş, yaxud da yayvarı qıvrılmış Şeşe ilanı üzərində uzanmış gözəl oğlan
simasında təsvir olunur.
viza
- 1) hər hansı bir sənədin həqiqiliyini təsdiq edən dərkənar, yazı; 2)
rəsmi olaraq hər hansı bir dövlətə getmək, gəlmək və ya onun ərazisindən keçmək
haqqında pasportda edilmiş qeyd.
volyuntarizm
- 1)
cəmiyyətin inkişafında şəxsiyyətin iradəsinin əsas
olduğunu qəbul edən fəlsəfi cərəyan. Volyuntarizm ictimai hadisələr və proseslərdə
səbəb şərtləndiriciliyini inkar edir; 2) siyasi volyuntarizm subyektivizm və
subyektiv özbaşınalıqla nəticələnir. SSRİ-də "volyuntarizm" anlayışı N.S
Xruşşovun idarəçiliyinə aid edilirdi.
volontyor
- hərbi xidmətə könüllü başlayan şəxs.
Volter
(əsl adı Mari Fransua Arue; 1694 - 1778) - fransız yazıçısı və
maarifçi filosofu. Volterin fəaliyyəti dini dözümsüzlüyə və cəhalətə qarşı idi,
feodal-mütləqiyyət sistemini tənqid edirdi. Böyük Fransa burjua inqilabının ideya
hazırlığında böyük rol oynamışdır.
Voronsov
Mixail Semyonoviç - knyaz, general-feldmarşal, Rusiya
imperatorunun Qafqazdakı birinci canişini.
votçina
- 1)
X - XI əsrlərdə Kiyev Rus dövlətində meydana gəlmiş ən
qədim feodal torpaq sahibliyi forması - irsən keçən nəsli mülk; sonralar bütün
Rusiyada yayılmışdır; 2) hər hansı feodalın feodal torpaq sahibliyinin və onunla
bağlı olan feodal-asılı kəndlilərin hüquqlarının kompleks bildirilməsi üçün
işlədilən termin.
Vulkan
- Qədim Roma mifologiyasında dağıdıcı və təmizləyici od allahı,
dəmirçilərin himayəçisi. Qədim yunanlardakı Hefest allahına uyğun idi.
Vurğun
(əsl adı Səməd Yusif oğlu Vəkilov; 1906 - 56) -
"Səməd Vurğun" təxəllüsü ilə yazmışdır. Azərbaycanın xalq şairidir.
Vurğun Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan
olmuşdur. Əvvəlcə kənd məktəbində oxumuş, sonra isə rayon
pedaqoji texnikumunu bitirərək müəllim işləmişdir.
1929-cu ildən təhsilini II Moskva Dövlət Universitetində,
sonralar isə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun və
Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında dil və ədəbiyyat bölməsi üzrə
davam etdirmişdir. Vurğun 1924-cü ildən şer yazmağa başlamışdır. Səməd
Vurğunun şerləri dil saflığı və forma poetikliyi, parlaq obrazlılığı, emosionallığı ilə
fərqlənir. Vurğunun ən məşhur əsərləri " Şairin andı" (1930), "Fanar" (1932) şerlər
405
toplusu, "Komsomol poeması" (1932), mənzum "Vaqif (1938) tarixi dramı,
"Xanlar" (1939) pyesi, "Fərhad və Şirin" (1941) dramatik poemasıdır. "Vaqif və
"Fərhad və Şirin" pyeslərinə görə şair iki dəfə SSRİ dövlət mükafatına layiq
görülmüşdür. Səməd Vurğun dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı və
SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü seçilmişdir.
"Vuruşan çarlıqlar" dövrü
- Çin tarixində e.ə. IV - III
əsrlərdə bütün
Çində hakimiyyəti ələ keçirmək uğrunda bir neçə müstəqil çarlıq arasında baş
vermiş sürəkli və qanlı müharibələr dövrünün adı.
Vyana konqresi
(1814 - 15) - Avropa dövlətlərinin I Napoleon üzərində
qələbədən sonra (1814-cü ilin sentyabrı - 1815-ci ilin iyunu) Vyanada (Avstriya)
keçirdikləri konqres. Burada feodal qaydalarının və Avropanın əvvəlki
sülalələrinin hakimiyyətinin bərpasına, qalib dövlətlərin ərazi iddialarının təmin
olunmasına, Almaniya və İtaliyanın siyasi pərakəndəliyinin rəsmiləşdirilməsinə,
Varşava hersoqluğunun Rusiya, Prussiya və Avstriya arasında bölüşdürülməsinə
yönəldilmiş müqavilələr imzalanmışdır. Fransa tutduğu ərazilərdən məhrum
edilmişdi. 1815-ci ilin sentyabrında Vyana konqresinin qərarlarına "Müqəddəs
ittifaq"ın yaradılması haqqında akt əlavə edildi.
- Y -
Yaxın Şərq
- Asiyanın cənub-qərb və Afrikanın şimal-şərq rayonunu
bildirən qəbul olunmuş tarixi və coğrafi ad. Həmin ərazidə müasir Sudan, MƏR,
İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar,
Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, eləcə də Kipr və Bəhreyn adaları
yerləşir.
yakobinlər
- Böyük Fransa burjua inqilabı dövründə müqəddəs Yakov
klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə
edirdilər və şəhər və kənd yoxsulları ilə ittifaqda çıxış
edirdilər. 1792-ci ilin oktyabrında jirondistlər klubdan
çıxdılar. Yakobinlərin başçıları Robespyer, Marat,
Danton və b. idilər. 1793-cü il 31 may - 2 iyun
üsyanından sonra yakobinlər hakimiyyətə gəldilər və
diktaturalarını quraraq əksinqilabi terrora başladılar.
Yakobinlər yaxşı silahlanmış kütləvi ordu təşkil edə və
müdaxiləni dəf edə bildilər, tutduqları feodal torpaqlarının bir hissəsini kəndlilərə
verdilər, feodalların kəndli torpaqlarına olan mülkiyyət hüquqlarını ləğv etdilər,
bütün feodal ödəniş və mükəlləfiyyətlərini tam və ödəncsiz ləğv etdilər,
qiymətlərin maksimum həddini müəyyənləşdirdilər və inqilabi təqvim tətbiq
etdilər. Bir qədər keçdikdən sonra isə terror Robespyerin şəxsi hakimiyyətini
mökəmləndirmək üçün alətə çevrildi. Yakobin diktaturası 1794-cü ilin 27 - 28