Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə20/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   16   17   18   19   20   21   22   23   ...   205

41 

 

baş  vermiş  döyüşdə  Bakı  Sovetinin  qoşunları  "İslam  ordusu"  tərəfindən 



darmadağın  edildi.  Bundan  sonra  "İslam  ordusu"  bütün  cəbhə  boyu  hücuma 

keçərək az sonra Kürdəmiri və Şamaxını Bakı Sovetinin qoşunlarından azad etdi. 

Almaniyanın  vasitəçiliyi  ilə  Sovet  Rusiyasının  müdaxiləsi  "İslam  ordusu"nun 

Bakıya  daxil  olmasını  ləngitdi.  Bakıda  siyasi  böhran  başlandı  -  Bakı  Sovetində 

çoxluq  təşkil  edən  əsərlər,  menşeviklər  və  daşnaklar  Türk  -  Azərbaycan 

qoşunlarının Bakıya daxil olmasının qarşısını almaq məqsədi ilə 1918-ci il iyulun 

25-də Bakı Sovetinin  fövqəladə yığıncağında ingilislərin Bakıya dəvət olunmaları 

və  koalision  hökumətin  yaradılması  haqqında  qətnamə  qəbul  etdilər.  1918-ci  il 

iyulun 31-də Bakı Soveti öz səlahiyyətlərindən imtina 

etdiyini  bildirdi.  Ele  həmin  gün  Bakıda  hakimiyyət 

"Sentrokaspi Diktaturası" koalision hökumətinin elinə 

keçdi. Formal olaraq hakimiyyət Xəzər donanmasının 

zabit  və  matroslarının  əlində  idi,  real  hakimiyyət  isə 

“Erməni  milli  şurası”na,  "Daşnaksütyun"  partiyasına 

və  başqa  erməni  təşkilatlarına  mənsub  idi. 

"Sentrokaspi  Diktaturası"nın  ilk  addımlarından  biri  1918-ci  il  avqustun 

əvvəllərində  ingilis  qoşunlarının  Bakıya  dəvət  edilməsi  oldu.  Onu  dəvət  edən 

hökumətin  oyuncaq  olduğunu  görən  ingilis  generalı  Denstervil  şəhərin  bundan 

sonra müdafiə edilməsinin səmərəsizliyini başa düşdü. 1918-ci il sentyabrın 15-də 

ingilis  qoşunları  Bakını  tərk  etdilər,  onların  ardınca  isə  cəbhədəki  erməni 

qoşunlarının  bir  hissəsi  və  Sentrokaspi  Diktaturası"  hökumətinin  üzvləri  gəmi  ilə 

İrana getdilər. 1918-ci il sentyabrın 15-də "İslam ordusu" Bakıya daxil oldu. ADR 

hökuməti  Gəncədən  Bakıya  köçdü.  1918-cı  ilin  iyulunda  ADR  ərazisində 

fövqəladə vəziyyət elan olundu və hərbi səfərbərlik keçirildi. 1918-ci il iyunun 21-

də  dövlət  bayrağı  haqqında  dekret,  iyunun  27-də  isə  türk    (Azərbaycan)  dilinin 

ADR-in dövlət dili kimi tanınması haqqında dekret verildi. 1918-ci il iyulun 30-da 

ADR hökumətinin qərarı ilə Yelizavetpolun qədim adı – “Gəncə” özünə qaytarıldı, 

Qaryagin  qəzası  Cəbrayıl  qəzası  adlandırıldı.  1918-ci  il  yayın  axırları  –  payızda 

Andronikin başçılığı ilə silahlı erməni banditləri  Zəngəzurda  və  Naxçıvanda  dinc 

əhalini  kütləvi  surətdə  qırmağa  başladılar.  Buna  cavab  olaraq  ADR  hökuməti 

Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ general – qubernatorluğunu yaratdı. 

Xosrov  bəy  Sultanov  Qarabağ,  Zəngəzur  və  Naxçıvanda  ADR-in  suverenliyini 

bərpa  edə  bildi.  Daşnak  hökuməti  "Böyük  Ermənistan"  yaratmaq  ideyasını 

Antantanın  köməkliyi  ilə  diplomatik  yolla  da  həyata  keçirməyə  cəhd  göstərir, 

Türkiyənin bir neçə  vilayətinə, Gürcüstanın bir hissəsinə  və  Azərbaycanın böyük 

bir hissəsinə (Zəngəzur, Naxçıvan və  Dağlıq Qarabağ) iddia edirdi. Ermənistanla 

müharibə  faktik  olaraq  1920-ci  ilin  yazınadək,  yəni  ADR-in  Sovet  Rusiyası 

tərəfindən  işğalınadək  davam  etmişdir.  1918-ci  il  oktyabrın  1-də  ADR  hökuməti 

milliləşdirilmiş neft sənayesini özəlləşdirdi. Mudros barışığına əsasən, 1918-ci ilin 

noyabrında türk qoşunları ADR ərazisindən çıxarıldı, 1918-ci il noyabrın 17-də isə 




42 

 

general  V.Tomsonun  başçılığı  ilə  Antanta  qoşunları  Bakıya  yeridildi.  Öz 



fəaliyyətini  bərpa  edən  Milli  Şura  1918-ci  il  noyabrın  19-da  "Azərbaycan 

parlamentinin  yaradılması  haqqında"  qanun  qəbul  etdi  və  onun  əsasında  120 

deputat birpalatalı parlamenti təşkil etməli idi. Parlamentdəki 120 deputat yerindən 

44-ü keçmiş Milli Şura üzvləri üçün, 36 yer müsəlman, 21 yer erməni, 10 yer rus 

əhalisi  üçün,  yəhudi,  alman,  gürcü  və  polyak  icmalarının  hərəsi  üçünsə  1  yer 

ayrılırdı.  Bundan  başqa,  3  yer  həmkarlar  təşkilatlarına,  1  yer  Neft  Sənayeçiləri 

Şurasına  və  1  yer  Ticarət-Sənaye  İttifaqına  verilirdi.  1918-ci  il  dekabrın  7-də 

Azərbaycan parlamenti fəaliyyətə başladı. Əlimərdanbəy Topçubaşov parlamentin 

sədri      seçildi.  ADR-də  qanunverici  hakimiyyət  parlamentə,  icraedici  hakimiyyət 

isə parlament qarşısında məsul olan hökumətə mənsub idi. 1918-ci il dekabrın 26-

da Fətəli xan Xoyskinin başçılığı ilə 3-cü koalision hökumət təşkil edildi. 2 gündən 

sonra general Tomson Azərbaycan hökumətini tamdığını bəyan etdi. ADR-in yeni 

hökuməti  Əlimərdanbəy  Topçubaşovun  başçılığı  ilə  Versal  konfransına 

nümayəndə heyəti göndərdi. Bu dövrdə ADR-in ərazisi 113,9 min km

2

, əhalisi isə 



2,9 mln.  nəfər (2  mln.-a  yaxını  müsəlman) idi.  Fevralın 25-də  parlamentin bütün 

fraksiyaları tərəfindən dəstəklənən etimadsızlıq rəyi ilə əlaqədar olaraq Fətəli xan 

Xoyskinin  rəhbərlik  etdiyi  3-cü  ADR  hökuməti  istefaya  çıxdı.  1919-cu  il  aprelin 

14-də  parlament  N.Yusifbəylinin  rəhbərliyi  ilə  4-cü  ADR  hökumətini  təsdiq  etdi. 

1919-cu il iyunun 21-də parlament 1920-ci il aprelin 20-də keçiriləcək Müəssislər 

Məclisi  seçkiləri  ilə  əlaqədar  qaydaları  qəbul  etdi.  1919-cu  ilin  yayında  Dövlət 

Müdafiə Komitəsi yaradıldı. 1919-cu il iyunun 16-da ADR ilə Gürcüstan arasında 

müdafiə paktı imzalandı. Pakta görə, əgər general Denikinin ordusu bu ölkələrdən 

biri üzərinə hücum edərdisə, onda tərəflərdən hər biri digərinə köməyə gəlməli idi. 

1919-cu  ilin  avqustunda  polkovnik  Həbib  bəy  Səlimovun  komandanlığı  ilə  Milli 

Ordunun alayları Muğandakı qiyamı yatırdı. 1919-cu il avqustun axırlarında Bakını 

tərk edən ingilislər hərbi gəmilərinin bir hissəsini Azərbaycan hökumətinə verdilər 

və bu, Azərbaycanın yenicə yaradılmaqda olan Xəzər dəniz donanmasının əsasını 

təşkil etdi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı Universitetinin 

təsis edilməsi haqqında qanun qəbul etdi. Sentyabrın 14-də ADR-in 4-cü hökuməti 

istefaya getdi. 1919-cu il dekabrın 22-də N.Yusifbəylinin rəhbərliyi ilə ADR-in 5-

ci  hökuməti  təşkil  edildi.  1920-ci  il  yanvarın  11-də  Böyük  Britaniya  xarici  işlər 

naziri  lord  Kerzonun  təqdimatı  ilə  Paris  sülh  konfransının  Ali  Şurası  ADR-in 

müstəqilliyini  de-fakto  tanımaq  barəsində  qərar  qəbul  etdi.  1920-ci  ilin 

əvvəllərində  ADR  ilə  İtaliya  arasında  neft,  neft  məhsulları,  pambıq  və  yun 

verilməklə  əvəzində  silah  və  hərbi  sursat  alınması  haqqında  müqavilə  imzalandı. 

1920-ci  il  fevralın  11-də  Azərbaycan  Kommunist  Partiyası  (AKP)  təsisçilərinin 

Bakıda  I  qurultayı  oldu.  Bu  partiya  Sovet  Rusiyasının  köməyi  ilə  Azərbaycanda 

dövlət  çevrilişi  etməyə  hazırlaşırdı.  1920-ci  il  martın  20-də  Azərbaycan 

Demokratik  Respublikası  ilə  İran  arasında  sülh  və  dostluq  haqqında  müqavilə 

imzalandı. 1920-ci ilin mart - aprel aylarında Milli Ordunun H.Səlimovun rəhbərlik 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə