Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə19/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   15   16   17   18   19   20   21   22   ...   205

39 

 

avtarkiya  bir  dövlətin  digərlərindən  siyasi  və  iqtisadi  cəhətdən  asılı  olmamasını 



bildirir. 

avtokratiya

  -  nəzarətsiz  və  qeyri-məhdud  tamhakimiyyətlilik  forması. 

Tarixçilər Qədim Şərqin ibtidai  monarxiyalarını, Roma və  Bizans imperiyalarının 

idarəçilik  formalarını,  yeni  dövrün  mütləqiyyət  monarxiyalarındakı  despotizmi 

avtokratiyaya aid edirlər. 

avtoritarlıq

  -  bir  şəxsin  (monarxın,  diktatorun)  istibdad  hakimiyyəti  ilə 

bağlı olan dövlət sistemində hökumətə sözsüz tabe olmaq. 

avuar 

- bankın başqa dövlətlərin banklarında xarici valyuta, qiymətli kağız 

və qızıl ilə saxlanılan vəsaitləri. 

azad  olunmuşlar

  -  Qədim  Yunanıstanda  və  Qədim  Romada  sahibi 

tərəfindən  azadlığa  buraxılmış  və  ya  azadlığını  özü  satın  almış,  amma  əvvəlki 

ağasından müəyyən dərəcədə asılı qalan keçmiş qullar. 



Azərbaycan (tarixi)

 - tarixi Azərbaycanın ərazisi Cənubi Qafqazın mərkəzi 

və  şərqində  və  müasir  İranın  şimal-qərbində  yerləşən    Azərbaycan  relyefinin 

hündürlüyü - 28 m-dən (Xəzər sahilləri) 4821 m-dək (Savalan dağı) olan düzənlik 

və  dağlar  ölkəsidir.  Azərbaycan  ərazisində  iri 

ovalıqlar  vardır  və  onlardan  ən  genişi  Kür-Araz 

ovalığıdır.  O  bir  neçə  ovalıqdan  ibarətdir.  Dəvəçi 

ovalığı  da  iridir.  Azərbaycan  əsasən  dağlıqlardan 

ibarətdir.  Azərbaycanın  torpaq  örtüyü  xeyli 

rəngarəngdir  -  yarımsəhra  və  subtropikdən  dağlıq 

tundrayadək rəngarənglik vardır. Azərbaycandan keçən ən iri çaylar Kür, Araz və 

Səfidrud  (Qızılüzən)  çaylarıdır.  Tarixi  Azərbaycanın  əraziləri  şərqdə  və  cənub-

şərqdə  Xəzər dənizi ilə əhatələnir.  Azərbaycanın ən böyük  gölü  Urmiya  gölüdür. 

Azərbaycanın  təkində  zəngin  faydalı  yataqlar,  xüsusilə  də  neft  və  qaz  yataqları 

vardır.  Burada  habelə  dəmir,  manqan,  titan,  xrom,  mis,  kobalt,  arsen,  molibdən, 

qurğuşun, gümüş, qızıl, civə filizləri, kükürd, daş duz, çaxmaq daşı, mərmər və s. 

tikinti  materialları  vardır.  Azərbaycan  ərazisində  çoxlu  miqdarda  mineral  sular 

vardır.  Bunlardan  öz  müalicəvi  əhəmiyyəti  ilə  seçilənlər  İstisu,  Badamlı,  Sirab, 

Turşsu, Qalaaltı və s. sularıdır. 11 iqlim qurşağından 9-u Azərbaycan ərazisindədir. 

Azərbaycanın  heyvanat  aləmi  müxtəlif  heyvanlar,  quşlar  və  balıqlarla  təmsil 

olunur.  Azərbaycan  zəngin  və  qədim  tarixə  malik  ölkədir.  Tarixi  Azərbaycanın 

ərazisində  yaşayan  əsas  millət  azərbaycanlılardır.  1828-ci  ildə  bağlanmış 

Türkmənçay  müqaviləsinin  şərtlərinə  əsasən,  Azərbaycan  ərazisi  Rusiya  ilə  İran 

arasında iki yerə bölünmüşdür. Elə o dövrdən də "Şimali Azərbaycan" və "Cənubi 

Azərbaycan"  məfhumları  meydana  gəlmişdir.  Bunların  arasındakı  sərhəd  əsas 

etibarilə Araz çayı hesab olunur. 1918-ci ildən 1920-ci ilədək Şimali Azərbaycan 

ərazisində  müstəqil  Azərbaycan  Demokratik  Respublikası  (ADR)  mövcud 

olmuşdur.  Qırmızı  Ordu  tərəfindən  işğal  edilən  Şimali  Azərbaycan  "Azərbaycan 

SSR"  kimi  SSRİ-nin  tərkibinə  daxil  olmuşdur.  Hazırda  tarixi  Azərbaycanın 



40 

 

ərazisinin  yalnız  kiçik  bir  hissəsində  (



1/

3

-ə  qədər  hissəsində)  müstəqil  dövlət  - 



Azərbaycan Respublikası mövcuddur. 

Azərbaycan atabəyləri dövləti

 - bax: Eldənizlər dövləti. 



Azərbaycan Demokratik Respublikası

  (ADR)  -  1918-ci  il  mayın  28-dən 

1920-ci  il  arelin  28-dək  Şimali  Azərbaycan  ərazisində  mövcud  olmuş  demokratik 

respublika.  Gürcüstanın  öz  müstəqilliyini  elan  etməsindən  və  Zaqafqaziya 

Seyminin  faktik  olaraq  dağılmasından  sonra  keçmiş 

seymin  Azərbaycan  fraksiyası  1918-ci  il  mayın  27-de 

fövqəladə  yığıncaq  keçirərək  özünü  Azərbaycanın 

Müvəqqəti  Milli  Şurası  elan  etdi  və    M.Ə.Rəsulzadə 

şuranın    sədri    seçildi.  1918-ci  il  mayın  28-də 

Müvəqqəti Milli Şuranın birinci iclasında Azərbaycanın 

müstəqilliyi  haqqında  bəyannamə  qəbul  edildi  və 

Azərbaycan      Demokratik  Respublikasının  (ADR) 

yaradılması bəyan edildi. Elə həmin iclasda başda Fətəli 

xan  Xoyski  olmaqla  ADR-in  birinci  hökuməti  təşkil 

edildi. 

Elə 


zaman 


yaradılmış 

Ermənistan 

Respublikasının hökuməti xahiş etdi ki, İrəvan şəhərini 

özünə  paytaxt  etmək  üçün  ona  versinlər.  Müvəqqəti 

Milli Şura ermənilərin Dağlıq Qarabağa iddialarından birdəfəlik əl çəkmələri şərti 

ilə  İrəvanı  Ermənistana  verməyə  razılaşdı.  Lakin  İrəvanı  aldıqdan  sonra 

Ermənistanın daşnak hökuməti Zəngəzuru, Naxçıvanı və Dağlıq Qarabağı tutmağı 

qarşısına məqsəd qoydu. 1918-ci il iyunun 4-də Batumda imzalanmış müqaviləyə 

əsasən,  Osmanlı  imperiyası  ilk  xarici  dövlət  kimi  ADR-in  müstəqilliyini  tanıdı. 

Osmanlı  hökuməti  "ictimai  asayişə  təhlükə  yarandıqda"  ADR-ə  hərbi  yardım 

göstərməyi  öz  öhdəsinə  götürdü  və  elə  oradaca  M.Ə.Rəsulzadə  və  M.H.Hacınski 

ADR-ə  hərbi  yardım  göstərilməsini  xahiş  etdilər.  İyunun  birinci  yarısında  türk 

qoşunları  Şimali  Azərbaycan  ərazilərinə  daxil  oldular. 

İyunun 12-də Bakı Soveti Kürdəmiri zəbt etdi. 1918-ci 

il iyunun 15-də Milli Şura və ADR hökuməti Gəncəyə 

köçdü.  İyunun  17-də  keçirilmiş  iclasda  6  ay 

müddətində  Müəssislər  Məclisinin  çağırılmasını  təmin 

etmək  öhdəliyi  götürüldü,  Müvəqqəti  Milli  Şura 

özünün  buraxıldığını  bəyan  etdi  və  hakimiyyəti 

bütünlüklə  hökumətə  verdi.  Elə  həmin  gün  ADR-in  2-ci  hökuməti  təşkil  olundu. 

Əvvəlki hökumətin 6 üzvü və 6 yeni nazir 2-ci hökumətə daxil oldu. 2-ci hökumətə 

də  Fətəli  xan  Xoyski  rəhbərlik  edirdi.  1918-ci  il  iyunun  23-də  hökumət  ADR-in 

bütün ərazisində hərbi vəziyyət elan etdi. Türkiyə ordusunun 5-ci piyada diviziyası 

ilə  Ə.Şıxlinskinin  rəhbərlik  etdiyi  Müsəlman  Milli  Korpusunun  birləşdirilməsi 

əsasında  "İslam  ordusu"  yaradılmışdı.  Bakı  Sovetinin  qoşunları  iyunun  27-də 

Göyçaya yaxınlaşdılar. 1918-ci il iyunun 27-si - iyulun 1-də Göyçay yaxınlığında 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə