Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə27/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   23   24   25   26   27   28   29   30   ...   205

55 

 

az sonra isə "aşkarlıq" siyasətini ortaya atdı. Bu dövrdə respublika iqtisadiyyatının 



inkişaf sürəti 1970-ci  illərin sonu  -  80-ci  illərin əvvəllərindəkindən sənayedə  1,8, 

kənd  təsərrüfatında  2,3  dəfə  az  idi.  SSRİ-də  spirtli  içkilərə  qarşı  mübarizə  və 

üzümlüklərin  məhv  edilməsi  kampaniyası  Azərbaycan  kənd  təsərrüfatına  xeyli 

zərər yurdu, burada 100 min ha-dan artıq sahəde uzümlüklər doğrandı, Azərbaycan 

sənayesinin  şərabçılıq  sahəsinə  böyük  zərər  dəydi.  1980-ci  illərin  əvvəllərində 

respublikada  ət,  yağ,  sonlarında  isə  həm  də  şəkər  satışına  talon  sistemi  tətbiq 

edildi. Nominal əmək haqqı xeyli artırıldı, lakin pulun alıcılıq qabiliyyətinin kəskin 

şəkildə  aşağı  düşməsi  nəticəsində  real  əmək  haqqı  xeyli  azaldı.  Bu  dövrdə 

respublika  rəhbərliyinin  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  ətalətli  və 

mühafizəkar  olması  idi.  Bununla  yanaşı,  sovet  imperiyasındakı  qarışıqlıqdan 

istifadə  edən  erməni  millətçiləri  Azərbaycana  qarşı  işğalçı  siyasət  həyata 

keçirməyə  başladılar.  1980-ci  illərin  ortalarında  erməni  millətçiləri  Bakıda 

diversiyalar törətdilər - Azərbaycan Dövlət Opera və Balet Teatrının təzəcə bərpa 

olunmuş binasını yandırdılar, avtobus və yaşayış binası partladıldı. Provokasiyanın 

əlamət  dairələri  geniş  olsa  da,  respublika  rəhbərliyi  lazımi  nəticə  çıxarmadı  və 

hətta  beynəlmiləlçilik  mövqeyindən çıxış edərək Qazax  və Gədəbəy rayonlarında 

yerli  əhalinin  etirazlarına  fikir  vermədən  1000  ha-dan  artıq  torpaq  sahəsini 

Ermənistana  verməyə  razılığını  bildirdi.  Məhz  həmin  vaxtlarda  Heydər  Əliyevin 

nüfuzunun  artmasından  təşvişə  düşən  Moskva  onu  siyasi  fəaliyyətdən 

uzaqlaşdırmağa  çalışırdı.  Erməni  millətçiləri və  Azərbaycandakı  mafioz  qrupların 

əli ilə Moskvaya şikayət axını təşkil edildi və bu, son nəticədə 1987-ci ildə Heydər 

Əliyevin  istefası  ilə  başa  çatdı.  Bundan  sonra  Z.Balayanın  "Oçaq"  provokator 

kitabı çap olundu, Ermənistan, mərkəzi və Qərb mətbuatında Azərbaycan əleyhinə 

geniş təbliğat kampaniyası başlandı. Ermənilər Dağlıq Qarabağa açıq iddialar irəli 

sürməyə  başladılar.  Amma  Azərbaycan  SSR  rəhbərliyi  qorxaq  və  qətiyyətsiz 

mövqe  tutur,  azərbaycanlıların  narazılığını  xalqlar  dostluğunun  pozulması  kimi 

dəyərləndirir və onu boğmağa çalışırdı. 

Qorbaçovun  müşavirlərindən  olan  A.Aqanbeqyan  1987-ci  ilin  noyabrında 

Parisdə  olarkən  Dağlıq  Qarabağın  Ermənistana  verilməsinə  Moskvanın  razılığını 

bildirən  bəyanatla  çıxış  edir.  Uzun  müddət  gizli  fəaliyyət  göstərən  "Krunk" 

təşkilatı "Daşnaksütyun"un köməyi ilə DQMV uğrunda açıq mübarizəyə başlayır, 

Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsini ("miatsum") nəzərdə tutan hərəkat 

genişlənir. 

1987-ci  ilin  sonları  -  1988-ci  ilin  əvvəllərində  silahlı  erməni  dəstələri 

azərbaycanlıları  Ermənistandan  qovmağa  başladılar  və  onlar  əsasən  Sumqayıta 

yığışdılar. 1987-ci ilin sonları - 1988-ci ilin əvvəllərində  Azərbaycanda ilk qeyri-

formal  "Yurd"  və  "Çənlibel"  vətənpərvər  təşkilatları  yarandı.  1988-ci  ilin 

əvvəllərində Stepanakertdə mitinq və nümayişlər başlandı. Bakıda ilk etiraz mitinqi 

fevralın  19-da  oldu.  Fevralın  20-də  Vilayət  Sovetinin  sessiyası  Azərbaycan  SSR 

Ali Sovetinə DQMV-nin statusuna yenidən baxılmaq haqqında müraciət qəbul etdi. 




56 

 

İkili  mövqe  tutan  Moskva  həm  Ermənistan,  həm  də  Azərbaycan  üçün  bir-birinə 



tam  zidd  olan  bəyanatlar  verirdi.  Azərbaycanlıları  dünya  ictimaiyyətinin  gözü 

qarşısında  rüsvay  etmək  məqsədi  ilə  ermənilər  Ermənistandan  gəlmiş  çoxsaylı 

qaçqınların  olduğu  Sumqayıtda  fevralın  28  -  29-da  pozğunluqlar  törətdilər, 

nəticədə 32 nəfər (onlardan 6-sı azərbaycanlı) həlak oldu. Sumqayıt hadisələrindən 

sonra  Ermənistanda  qanlı  antiazərbaycan  kampaniyasının    yeni  dövrü  başlandı. 

Tezliklə  çoxlu  qeyri-formal  erməni  təşkilatları  yarandı  və  bunlar  Sovet  Ordusu, 

eləcə  də  xarici  dövlətlərin  hesabına  silahlandırıldılar.  Faktik  olaraq 

azərbaycanlılara qarşı genosid - soyqırımı başlandı, hətta Ermənistanda baş vermiş 

zəlzələ  də  bunu  dayandıra  bilmədi.  225  nəfər  öldürüldü,  185  kənd  talan  edilib 

dağıdıldı,  bu  kəndlərdən  230  min  nəfərdən  çox  azərbaycanlı  qovulub  çıxarıldı. 

Nəticədə Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. 

Moskva özünü üçüncü tərəf kimi tərəfkeşsiz göstərməyə çalışırdı, özü də bu 

halda  Azərbaycanla  özgə  ərazisini  tutmağa  çalışan  Ermənistan  arasında  fərq 

qoyulmurdu. Hər iki respublikada partiya rəhbərləri dəyişdirildi. Kamran Bağırovu 

1988-ci  ilin  mayında  Əbdürrəhman  Vəzirov  əvəz 

etdi.  Mayda  Bakıda  və  respublikanın  digər 

şəhərlərində  mitinqlər  keçdi.  Bu  dövrdə  "Çənlibel" 

və  "Bakı  şəhəri  alimlər  klubu"  azərbaycanlı  əhali 

arasında  öz  fəaliyyətini  genişləndirdi.  1988-ci  il 

iyulun 12-də DQMV Sovetinin sessiyası Azərbaycan 

SSR  tərkibindən  çıxmaq  haqqında  qərar  qəbul  etdi, 

lakin  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  iyulun  18-

də  DQMV-nin    Azərbaycana    mənsubluğunu 

təsdiqlədi.    Sentyabrda  ermənilər  Xocalı  kəndinə 

hücum  etdilər,  azərbaycanlıların  Stepanakertdən 

qovulmasına başlanıldı. Noyabrda ermənilər Şuşa yaxınlığındakı "Topxana" meşə 

qoruğunda  qeyri-qanuni  zavod  inşa  etməyə  başladılar.  1988-ci  il  noyabrın  18-də 

Bakıda  indiki  Azadlıq  (Lenin)  meydanında  fasiləsiz  mitinqlər  başlandı. 

Mitinqçilərin  əsas  tələbləri  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünə  son 

qoyulması idı. Bəzən mitinq iştirakçılarının sayı 1 milyon nəfərə çatırdı. Noyabrın 

24-də  hökumət  xüsusi  vəziyyət  və  komendant  saatı  elan  edib,  Bakıya  və 

respublikanın  digər  şəhərlərinə  tanklar  yeritdi.  Dekabrın  4-də  sovet  qoşunları 

Bakıda  Lenin    meydanındakı  mitinqi

 

qovdular;  bu  zaman  3  nəfər  həlak  oldu,  bir 



çox  adam  həbs  edildi.  Mitinqin  qovulmasından  sonra  Bakıda  və  respublikanın 

digər  şəhərlərində  tətillər  başlandı.  Qorbaçov  1989-ildə  SSRİ  Ali  Soveti  Rəyasət 

Heyətinin  müdri  oldu.  O  bundan  sonra  Sov.İKP  MK-cəmiyyətdəki  inhisarçı 

mövqeyini  ləğv  etməyə  başladı.  SSRİ  iqtisadiyyatı  tədricən  dağılırdı.  1989-cu  il 

yanvarın  12-də  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  qərar  qəbul  etdi  ki,  A.Volskinin 

rəhbərliyi altında DQMV üzrə Xüsusi  İdarə Komitəsi  (XİK)  yaradılsın. Mayın 6-

da  SSRİ  Nazirlər  Sovetinin  qərarı  ilə  DQMV  idarə  və  müəssisələri  Azərbaycan 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə