Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə25/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   21   22   23   24   25   26   27   28   ...   205

51 

 

radio verilişlərinin yayınlanmasına başlanıldı. 1920-ci ildə Birləşmiş Dövlət Teatrı, 



Rus Tənqid və Təbliğ Akademik Teatrı, 1924-cü ildə Azərbaycan Opera və Balet 

Teatrı, 1928-ci ildə Uşaq Teatrı (1938-ci ildən Gənc Tamaşaçılar Teatrı), 1931-ci 

ildə Azərbaycan Kukla Teatrı, 1938-ci ildə Azərbaycan Musiqili Komediya Teatrı 

yaradıldı.  Milli  kinematoqrafiyanın  əsasları  yaradıldı.  İkinci  Dünya  müharibəsi 

illərində  Azərbaycan  SSR-in  iqtisadiyyatı  hərbi  xəttə  keçirildi.  Bakı  Sovet 

Ordusunun əsas cəbbəxanalarından biri idi: SSRİ-də  hasil olunan neftin 75%-dən 

çoxu  burada  çıxarılır,  sovet  aviasiyası  tamamilə  Bakı  nefti  ilə  işləyirdi,  Bakının 

maşınqayırma zavodlarında silah və sursat, o cümlədən məşhur "Katyuşa" istehsal 

olunurdu. 

Azərbaycan  SSR-də  ümumi  sayı  600  min  nəfərdən  artıq  olan  77-ci 

("Simferopol"),  223-cü,  271-ci  ("Qorlovka"),  402-ci  və  416-cı  ("Taqanroq")  atıcı 

diviziyaları  təşkil  edildi  və  onlar  hərbi  əməliyyatlarda  iştirak  etdilər.  1942-ci  ilin 

iyulunda  alman  qoşunları  Şimali  Qafqazın  bir  hissəsini  işğal 

etdikləri  zaman  sovet  rəhbərliyi  azərbaycanlıları  Mərkəzi 

Asiyaya və Qazaxıstana köçürmək haqqında plan hazırladı, lakin 

M.C.Bağırov  Stalini  inandıra  bildi  ki,  bu  planın  həyata 

keçirilməsinin  mənfi  nəticələri  olacaq.  Müharibə  illərində 

Azərbaycan  diviziyaları  400  minədək  döyüşçü  itirmiş, 

Azərbaycanın  121  döyüşçüsü  "Sovet  İttifaqı  Qəhrəmanı"  adına 

layiq  görülmüş,  30  nəfəri  hər  üç  dərəcədən  olan  Şöhrət  ordeni, 

176  min  nəfəri  SSRİ-nin  digər  orden  və  medalları  ilə  təltif  edilmişdir.  Həzi 

Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 

Müharibə  Azərbaycan  SSR-in  iqtisadiyyatına  çox  ağır  zərbə  vurmuşdur; 

müharibədən  sonra  onun  iqtisadiyyatı  dinc  yola  keçirildi.  1948-ci  ildə  neft 

istehsalının  inkişafı  müharibədən  əvvəlki  səviyyəyə  çatdı.  Yeni  neft  və  qaz 

yataqları  istismar  edildi.  1948-ci  ildə  Neft 

daşlarının  inşasına  başlanıldı,  1949-cu  ildə  isə 

dəniz  neft  quyusundan  ilk  fontan  vurdu. 

Müharibədən  sonra  bir  çox  yeni  müəssisələr  inşa 

edildi, sənayenin kimya, dağ-mədən, qara və əlvan 

metallurgiya,  energetika  kimi  sahələri  inkişaf 

etdirildi.  1954-cü  ildə  Cənubi  Qafqazda  ən  böyük 

olan  Mingəçevir  SES  işə  salındı.  1955-ci  ildə  birinci  Dağlıq  Qarabağ  və  ikinci 

Samur - Abşeron suvarma kanalları işləməyə başladı. Respublikada dənli bitkilərin 

istehsalı  azaldı,  əvəzində  isə  texniki  bitkilərin,  xüsusilə  də  pambıq  və  tütün 

istehsalı artırıldı. Heyvandarlıq öz inkişafında xeyli geridə qalırdı. Bütün bunlarla 

yanaşı, əhalinin həyat səviyyəsi xeyli aşağı idi. 

1945-ci  ildə  Bakıda  Nizami  Muzeyi  (sonralar  -  Nizami  adına  Azərbaycan 

Ədəbiyyatı  Muzeyi)  açıldı.  1945-ci  il  yanvarın  23-də  Azərbaycan  SSR  Elmlər 

Akademiyası  yaradıldı.  1945-ci  ildə  Teatr  İnstitutu,  1948-ci  ildə  Xarici  Dillər 




52 

 

Pedaqoji İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu açıldı. 1940 - 50-ci 



illərdə  təhsilin  ruslaşdırılmasına  doğru  ciddi  addımlar  atıldı,  təhsilin  məzmunu 

mövcud  rejimin  maraqlarına  tabe  etdirildi.  Müharibədən  sonrakı  dövrlərdə  ədəbi 

abidələrin,  inqilabdan  əvvəlki  tarixçi  və  dilçilərin,  eləcə  də  yadfikirlilərin  təqibi 

ciddiləşdirildi.  “Kitabi-Dədə  Qorqud”  əsəri  “mürtəce  feodal-xan  dastanı” 

damğasını aldı, A.Bakıxanov idealizm və fanatizmdə günahlandırıldı, Kazım bəyi 

"çarizmin  sədaqətli  nökəri"  adlandırdılar,  yazıçı  Mirzə  İbrahimov  "elmi-siyasi 

sayıqlığını"  itirməkdə  günahlandırıldı,  akademik  Heydər  Hüseynov  "Stalin 

mükafatı"ndan  məhrum  edildi,  akademik  M.A.Dadaşzadə  "Türkiyə  casusu" 

damğasını aldı və  s. Moskvadakı erməni lobbisinə 

arxalanan  erməni  millətçiləri  və  daşnakları  Dağlıq 

Qarabağın  Azərbaycandan  qoparılıb  Ermənistana 

birləşdirilməsi 

haqqında 

vaxtaşırı 

məsələ 

qaldırırdılar.  Ermənistanın  rəhbərliyi  1945-ci  ildə 



növbəti  dəfə  bu  məsələni  ÜİK(b)P  MK-nın 

qarşısında  qaldırdı.  M.C.Bağırov  azərbaycanlıların 

yaşadığı Zəngəzurun, Borçalının və Dərbənd dairəsinin Azərbaycana qaytarılması 

şərti  ilə,  azərbaycanlıların  məskunlaşdığı  Şuşadan  başqa,  Dağlıq  Qarabağın  digər 

ərazilərinin Ermənistana verilməsinə razılığını bildirdi. Həm Ermənistanın, həm də 

Azərbaycanın  təklifini  rədd  edən  sovet  hökuməti  Ermənistan  SSR-in  ərazisində 

yaşayan  azərbaycanlı  əhalinin  xeyli  hissəsinin  Azərbaycan  SSR-in  Kür-Araz 

ovalığına köçürülməsi haqqında sanksiya verdi. 1948 -50-ci illərdə Ermənistandan 

"könüllülük  prinsipi"  əsasında  100  min  azərbaycanlı  köçürüldü.  Eyni  zamanda, 

Azərbaycanda  yeni  yaradılan  sənaye  müəssisələrinə  -  Sumqayıt,  Əli  Bayramlı, 

Mingəçevir  və  Daşkəsənə  başqa  respublikalardan  minlərlə  adam,  o  cümlədən 

ermənilər  köçürüldü,  Azərbaycanın  qərb  rayonlarına  -  Daşkəsən,  Goranboy, 

Şəmkir,  Kirovabad  (Gəncə)  və  Dağlıq  Qarabağa  erməni  miqrasiyası  gücləndi. 

1950-ci  ildə  Gürcüstan  SSR-də  Azərbaycan  yaşayış  məntəqələrinin  adının  gürcü 

yer  adları  ilə  dəyişdirilməsinə  başlanıldı.  Bütün  bu  sadalananlar  sovet 

imperiyasının  Azərbaycan  əleyhinə  apardığı  vahid  kampaniyanın  tərkib  hissələri 

idi.  1953-cü  ildə  Stalinin  ölümündən  sonra  M.C.Bağırov  "xəyanətkar  fəaliyyətinə 

və  rəhbərlikdəki  yarıtmaz  işinə  görə"  tutduğu  vəzifədən  azad  edildi.  SSRİ  Ali 

Məhkəməsinin  1956-cı  ilin  aprelində  Bakıda  keçirilən  Hərbi  Kollegiyası 

M.C.Bağırovu  "xalq  düşməni"  kimi  güllələnməyə  məhkum  etdi.  Repressiya 

olunanlara  1956-cı  ildən  etibarən  bəraət  verilməsinə  başlanıldı,  lakin  Azərbaycan 

xalqının  tarixi  keçmişindən  və  türk  xalqları  ilə  birliyindən  bəhs  edilən  əsərlərə 

qoyulmuş qadağa yenə də götürülmədi. Azərbaycan KP MK-nın birinci katibi təyin 

edilmiş  İmam  Mustafayev  respublikanın  inkişafındakı  milli  özəllikləri  qorumağa 

və artırmağa cəhd göstərdi. 1950-ci illərdə kəndli gənclərin Bakıya axını gücləndi 

və  bu,  şəhərdə  azərbaycanlı  əhalinin  sayının  artmasına  səbəb  oldu.  İ.Mustafayev 

Azərbaycan dilinə dövlət dili statusu verilməsinə çalışırdı. 1956-cı il fevralın 14-də 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə