Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə32/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   28   29   30   31   32   33   34   35   ...   205

65 

 

bütün əsas postları özlərində saxlayan ermənilərin əlində idi. Apreldə bolşevik və 



erməni partiyalarının  mətbu orqanlarından başqa, bütün qəzet və  jurnalların nəşri 

qadağan  edildi.  "Erməni  milli  şurası"ndan  başqa,  bütün  digər  milli  şuraların 

fəaliyyəti qadağan edildi, Bakı şəhər Duması da buraxıldı. 1918-ci il aprelin 20-də 

Bakı Fəhlə Deputatları Soveti Bakı Xalq Komissarları Sovetinə çevrildi. Rusiyanı 

fasiləsiz  olaraq neftlə təchiz  etmək  məqsədi ilə Baksovet  Bakı neft sənayesini  və 

Xəzər  ticarət  donanmasını  milliləşdirdi.  Azərbaycanın  digər  təbii  sərvətləri  - 

pambıq,  düyü,  çay,  duz,  qurudulmuş  balıq,  quru  meyvələr  və  s.  də  Rusiyaya 

göndərilirdi. Baksovetin xüsusi qərarı ilə erməni hərbi hissələri qırmızı qvardiyanın 

tərkibinə daxil edildi, bunlara ümumi rəhbərlik isə dinc azərbaycanlı əhaliyə qarşı 

vəhşilikləri  ilə  "fərqlənən"  Z.Avetisyan,  N.Qazaryan  və  Hamazaspa  tapşırıldı. 

Ermənistanla da əlaqə yaradan  Şaumyan onu Azərbaycanın tabe etdirilməsi işində 

qüvvələri birləşdirməyə çağırırdı. Andranikə göndərdiyi radioqramda Şaumyan bu 

cəlladı  və  qaniçən  soyğunçunu  atəşin  salamlarla  alqışlayırdı.  ADR-in  elan 

edilməsindən  və  onun  hökumətinin  Gəncəyə  köçməsindən  sonra  Şaumyan 

Baksovet  qoşunlarının  Gəncəyə  genişmiqyaslı  hücumunu  hazırlamağa  başladı. 

1918-ci  il  iyunun  12-də  Baksovet  qoşunları  Kürdəmiri  tutdular,  iyunun  27-də  isə 

Göyçaya  yaxınlaşdılar.    1918-ci  il  iyunun  27-dən  iyulun  1-dək  Göyçay 

yaxınlığında  baş  vermiş  döyüşlər  nəticəsində  Baksovetin  qoşunları  darmadağın 

edildi.  Bundan  sonra  "İslam  ordusu"  bütün  cəbhə  boyu  hücuma  keçdi  və  tezliklə 

Kürdəmirlə  Şamaxını  Baksovet  qoşunlarından  azad  etdi.  Baksovetin  qoşunları 

Biləcəriyə tərəf çəkildi. Almaniyanın vasitəçiliyi ilə Sovet Rusiyasının müdaxiləsi 

nəticəsində  "İslam  ordusu"nun  Bakıya  daxil  olması  ləngidi.  Baksovet  keçmiş  çar 

polkovniki L.Biçeraxovun başçılığı ilə İrandan gələn dəstənin də  yardımına  ümid 

edirdi.  Lakin  cəbhədə  vəziyyətin  mürəkkəbliyini  görən  Biçeraxov  öz  dəstəsini 

döyüşə girmədən Dağıstana apardı. Belə bir şəraitdə Baksovetdə çoxluq təşkil edən 

eser,  menşevik  və  daşnaklar  təklif  etdilər  ki,  Türkiyə  -  Azərbaycan  qoşunlarının 

Bakıya  girməsinin  qarşısını  almaq  üçün  ingilis  qoşunları  şəhərə  dəvət  olunsun. 

Bakı Sovetinin 1918-ci il iyulun 25-də keçirilmiş fövqəladə iclasında səs çoxluğu 

ilə  ingilislərin  Bakıya  dəvət  olunması  və  koalision  hökumətin  təşkil  edilməsi 

haqqında  qətnamə  qəbul  olundu.  1918-ci  il  iyulun  31-də  Bakı  Soveti  öz 

səlahiyyətlərindən  əl  çəkdiyini  bəyan  etdi  və  onun  üzvləri  "Ərdəhan"  gəmisində 

Həştərxana  yola düşdü. Elə  həmin gün Bakıda hakimiyyət koalision "Sentrokaspi 

Diktaturası" hökumətinə keçdi. 

Bakı xanlığı

  -  1748-ci  ildə  Şimali  Azərbaycanda  I  Mirzə  Məhəmməd  xan 

(1748 -68) tərəfindən yaradılmış xanlıq. Xanlığın mərkəzi Bakı şəhəri idi. I Mirzə 

Məhəmmədin  oğlu  Məlik  Məhəmməd  xanın  hakimiyyəti  illərində  (1768  -  84) 

Fətəli xanın bacısı Xədicə Bikə ilə bağlanmış nikah nəticəsində Bakı xanlığı Quba 

xanlığından  vassal  asılılığına  düşdü.  Məlik  Məhəmməd  xanın  vəfatından  sonra 

oğlu  II  Mirzə  Məhəmməd  (1784  -  91)  Bakı  xanı  oldu.  Fətəli  xanın  ölümündən 

sonra  (1789)  xanlıqda  hakimiyyət  uğrunda  II  Mirzə  Məhəmməd  xanla  əmisi 




66 

 

Məhəmmədqulu  xan  arasında  mübarizə  başlandı.  Quba  xanlığından  kömək  alan 



Məhəmmədqulu  xan  qalib  gəldi  və  özünü  xan  elan  etdi.  Onun  ölümündən  sonra 

(1792)  Bakı  xanlığında  hakimiyyət  uğrunda  yenidən 

mübarizə  başlandı  və  Hüseynqulu  xan  (1792  -  1806) 

qələbə çaldı. 1796-cı il iyunun 13-də general Zubovun 

başçılığı ilə rus qoşunları Bakıya soxuldular, lakin elə 

həmin  ilin  noyabrında  imperatriçə  //  Yekaterinanın 

ölümündən  sonra  imperator  I  Pavelin  fərmanı  ilə  rus 

qoşunları  Azərbaycandan  çıxarıldı.  Hüseynqulu  xan 

1797-ci  ildə  Ağa  Məhəmməd  şah  Qacara  itaətini 

bildirdi.  1805-ci  il  avqustun  12-də  Zavalişinin 

komandanlığı ilə Rusiya donanması Bakıya yaxınlaşdı, 

1806-cı  ilin  əvvəllərində  isə  general  Sisianov  Bakı  xanlığının  Rusiya  imperiyası 

tabeliyinə  keçməsi  haqqında  layihəni  Hüseynqulu  xana  göndərdi.  1806-ci  il 

fevralın  8-də  Bakı  xanı  ilə  danışıqlar  zamanı  Sisianov  Hüseynqulu  xanın  əmisi 

oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bundan sonra rus qoşunları Bakı xanlığını 

tərk etdilər. 1806-cı il sentyabrın 5-də rus qoşunları general Bulqakovun başçılığı 

ilə yenidən Bakıya yaxınlaşdılar, Hüseynqulu xan İrana qaçdı. 1806-cı il oktyabrın 

3-də  ruslar  Bakını  tutdular.  Bakı  xanlığı  ləğv  edildi,  onun  ərazisi  isə  Rusiya 

imperiyasına birləşdirildi. 

Bakıda  fəhlələrin  ilk  nümayişi  (1902) 

-  1902-ci  ilin  aprelində  zavod 

rayonlarından gəlmiş minlərlə fəhlə Bakının mərkəzində toplaşdı və ilk dəfə olaraq 

nümayiş  keçirdi.  Onların  qışqırdıqları  şüarları  bunlar  idi:  "Rədd  olsun 

mütləqiyyət!",  "Yaşasın  azadlıq!".  Çar  hakim  dairələri  nümayişi  çox  çətinliklə 

qova bildilər, amma fəallar həbs olundu. 



Bakıda  ilk  ümumi  tətil  (1903)

  -  1903-cü  il  iyulun  1-də  Bibiheybətdə 

Xatisovun  mexaniki  zavodunda  başlayan  fəhlə  tətili  Bakıda  birinci  ümumi  tətilin 

başlanğıcı  oldu.  İyulun  4-dən  bu  tətil  Bibiheybət,  Qara  şəhər,  Balaxanı  və  Ağ 

şəhərin fəhlələrini əhatə etdi. Neft sənayeçilərinin "fəhlə hökuməti" adlandırdıqları 

tətil  komitəsi  fəhlələrin  neft  sənayeçilərinə  tələblərini  hazırladı.  Azərbaycanlı 

fəhlələr  bu  tətildə  fəal  iştirak  etdilər.  45  -  50  minlik  adamın  tətili  22  gün  davam 

etdi. Az sonra çar hökuməti əlavə hərbi hissələr gətirərək Bakını hərbi düşərgəyə 

çevirdi, tətilçilərə divan tutmağa başladılar. Belə bir şəraitdə 1903-cü il iyulun 22-

də tətili dayandırmaq haqqında qərar qəbul olundu. Fəhlələr kapitalistlərdən ancaq 

cüzi güzəştlər qopara bildilər. 

Bakıda  1904-cü  il  dekabr  tətili 

-  1900  -  1903-cü  illərdə  Rusiya 

imperiyasında,  xüsusilə  də  Azərbaycan  neft  sənayesində  daha  ciddi  hiss  olunan 

iqtisadi  böhran  və  rus  -  yapon  müharibəsi  nəticəsində  Bakı  fəhlələrinin  vəziyyəti 

xeyli pisləşmişdi. 1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ümumi böyük tətili 

başlandı.  Neft  mədənlərində,  zavod  və  fabriklərdə  iş  dayandı.  Tətilə  rəhbərlik 

etmək məqsədi ilə tərkibinə bolşeviklərin də daxil olduğu tətil komitəsi yaradıldı. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə