Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə40/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   36   37   38   39   40   41   42   43   ...   205

81 

 

və  s.)  meydana  gəldi.  Bundan  sonra  bitkilər,  heyvanlar,  quşlar,  böcəklər,  iblislər 



yaradılır.  Bütün  canlı  aləm,  dünyanın  bütün  nizamı  Brahma  tərəfindən  idarə 

olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır. Brahmanın ömrünün uzunluğunu 

kainatın  xronoloji çərçivəsi müəyyən edir  -  Brahma  311.040.000.000.000 "insan" 

ilinə bərabər olan "yüz Brahma ili" yaşamalıdır. 



brahmanlar

  -  qədim  Hindistanda  kahinlər  kastası.  Hesab  edilirdi  ki, 

Brahma  öz  dodaqlarından  kahin  brahmanları  yaratmışdır.  Buna  görə  də  onlar 

adamlarla Brahmanın adından danışa bilərlər. Kahinləri hər  evə dəvət edir, allaha 

qurban  vermək  istəyirdilər,  belə  ki,  kahinlər  qurbanvermənin  icraçısı,  din  bilicisi 

və  şərhçisi  idilər.  Brahmanlar  hindlilərin  birinci  ali  kastası  sayılır.  Bretan  - 

Fransanın şimal-qərbində yarımada. Adı buraya köçmüş brit tayfaları ilə bağlıdır. 

brifinq

  -  mətbuat  nümayəndələrinin  qısa  yığıncağı.  Belə  toplantıda  xüsusi 

səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca 

siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. 



Britaniya

 - müasir İngiltərənin brit tayfasından alınmış qədim adı. E.ə. 55 - 

54-cü  illərdə  Yuli  Sezarın  Britaniyanı  tutmaq  cəhdləri  uğursuz  oldu.  Lakin 

eramızın I əsrində romalılar Britaniyanı işğal etdilər. V - VI əsrlərdə isə Britaniya 

anql və saks german tayfaları tərəfindən tutuldu. 

Britaniya  imperiyası

  -  istilahı  bütövlükdə  Böyük  Britaniyanı,  onun 

dominionları və müstəmləkələrini bildirir. Rəsmi olaraq XIX əsrin 70-ci illərindən 

istifadə edilir. 



britlər 

-  kelt  tayfaları,  e.ə.  VIII  əsrdən  eramızın  V  əsrinədək  Britaniyanın 

əsas əhalisi. Britlərin dəyanətli müqavimətləri və üsyanları romalıların Britaniyada 

istilalarını  zəiflədirdi.  Britaniyanın  anql  və  saks  german  tayfaları  tərəfindən  istila 

edildiyi  dövrdə  britlər  qismən  məhv  edilmiş,  qismən  də  Uelsə,  Şotlandiyaya  və 

Qalliyanın  şimal-qərbindəki  yarımadaya  (sonralar  Bretan  adlandırıldı) 

köçürülmüşlər. 

Brut  Lutsi  Yuni

  -  Qədim  Roma  əfsanəsinə  görə,  Romada  respublikanın 

əsasını  qoyan.  Patrisilərin  sonuncu  Roma  hökmdarı  Tarkvini  Qordoya  qarşı  baş 

vermiş  üsyanına  rəhbərlik  etmişdir.  E.ə.  509-cu  ildə  sonuncu  hökmdarın 

qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur. 

Brut  Mark  Yuni

  (e.ə.  85  -  42)  -  Qədim  Roma  siyasi  və  hərbi  xadimi,  ən 

bacarıqlı sərkərdələrdən və Sezarın öz oğlu kimi münasibət bəslədiyi dostlarından 

biri.  Romada  vətəndaş  müharibələri  illərində  Pompeyin  tərəfində 

Sezara  qarşı  çıxmışdır,  lakin  Sezar  qələbə  çaldıqdan  sonra  onu 

bağışlamış və Sizalpin Qalliyasına canişin təyin etmişdi. E.e. 44-cü 

ildə  respublikaçı  senatorların  senatın  yığıncağında  Sezarın 

öldürülməsi  ilə  başa  çatan  sui-qəsdinə  rəhbərlik  etmişdi.  Roma 

əhalisi  tərəfindən  dəstəklənməyən  Brut  paytaxtdan  qaçmaq 

məcburiyyətində  qaldı.  Sui-qəsdçilər  Makedoniyada  qoşun  toplamağa  başladılar. 

E.ə. 42-ci ildə Filipp yaxınlığındakı döyüşdə respublikaçıların qoşunları Antoni və 



82 

 

Oktavianın  qoşunları  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Qılınc  üzərinə  yıxılan 



Brut özünü öldürdü. 

buddizm

 - dünyanın bütün ölkələrində davamçıları olan üç dünyəvi dindən 

biri.  Buddizm  e.ə.  VI  əsrdə  Hindistan  yarımadasında  meydana  gəlmişdir. 

Buddizmin  banisi  hind  şahzadəsi  Siddhartha  Qautama  (e.ə. 

623  -  544)  olmuşdur.  29  yaşına  çatan  şahzadə  Qautama 

sarayı və arvadını tərk edib cəlayi-vətən oldu. 7 il sərgərdan, 

tərki-dünya həyat sürdükdən sonra Qautama   özünü   Budda 

("Oyanmış") adlandırdı və təlimini )   təbliğ etməyə başladı. 

Buddizm öyrədir ki, həyat bütün təzahürlərində şor və iztirab 

mənbəyidir. Bu şerə qalib gəlmək üçün insan onu əhatə edən 

aləmdən imtina etməli və rahib olmalıdır. Yalnız  müəllimin 

rəhbərliyi  altında  rahib  olduqdan  sonra  insan  öz  hissləri  və 

arzularına  qalib  gələ  bilər.  Digər  dünyəvi  dinlərdən  fərqli 

olaraq buddizm gerçəklik haqqında düşünmək yolu ilə tədricən özünə qapılmaqdan 

ibarətdir.  Beləliklə,  insanın  dini  şərəfi  yalnız  onun  özünün  şəxsi  davranışından 

asılıdır.  Ayinlərin  bu  sayaq  sadəliklə  icrası  buddizmin  dünyanın  müxtəlif 

ölkələrində geniş yayılmasına səbəb olmuşdur.  

Buhenvald 

-  Almaniyada  Veymar  şəhəri  yaxınlığında  1937  -  45-ci  illərdə 

alman-faşist  həbs  düşərgəsi.  Buhenvaldda  saxlanılan  56  min  məhbusdan  10  mini 

öldürülmüşdür. 1958-ci ildə Buhenvaldda memorial kompleks açılmışdır. 

Buxara  əmirliyi  -  1747-  1920-ci  illərdə  Mərkəzi  Asiyada  dövlət,  1868-ci 

ildən  Rusiya  imperiyasının  vassalı.  Paytaxtı  –  Buxara.  Əmirləri  Mınqıtlar 

sülaləsindən  idilər.  1920-ci  ildə  Qırmızı  Ordu  tərəfindən  işğal  olunmuşdur.  1924-

cü  ildə  milli  sərhədləşmə  nəticəsində  onun  ərazisi  Türkmənistan,  Özbəkistan  və 

Tacikistan SSR tərkibinə daxil olmuşdur. 

Buxara  xanlığı

  -  XVI  -  XVIII  əsrlərdə  Mərkəzi  Asiyada,  paytaxtın 

Buxaraya  köçürülməsindən  sonra  yaranmış  dövlət.  Daha  çox  II  Abdulla  xanın 

hakimiyyəti illərində XVI əsrin ikinci yarısında genişlənmiş və siyasi nüfuza malik 

olmuşdur.  Həştərxanilər  sülaləsi  dövründə  zəifləmişdir.  1740-cı  ildə  Nadir  şah 

tərəfindən tutulmuşdur. 1747-ci ildən Buxara əmirliyi adlanmışdır. 



Busefal

  -  Makedoniyalı  İsgəndərin  atı.  E.ə.  326-cı  ildə  ölmüşdür.  Onun 

şərəfinə İsgəndər Hindistanda Busefaliya şəhərini saldırmışdır. 

Buz  döyüşü

  (1242)  -  1242-ci  il  aprelin  5-də  buz  bağlamış  Çud  gölü 

üzərində  Aleksandr  Nevskinin  başçılığı  altında  Novqorod  rus  qoşunları  ilə  alman 

cəngavərlərinin Tevton ordeni arasında  baş vermiş döyüş. Alman cəngavərlərinin 

tam məğlubiyyəti ilə başa çatdı. 

buzlaq  dövrü

  -  Yerin  tarixində  bir  neçə  dəfə  soyuqlaşma  və  istiləşmə 

dövrlərinin bir-birini əvəz etdiyi mərhələ. Sonuncu buzlaq dövrü 100 min il əvvəl 

başlamışdı. O zaman Avropa və Asiyanın şimalında nəhəng buzlaq əmələ gəlmişdi 

- buz təbəqəsinin qalınlığı 2 kilometrədək olmuşdur. Buzlağın ucları indiki Kiyev, 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə