Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə43/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   39   40   41   42   43   44   45   46   ...   205

87 

 

daxil  oldu,  lakin  tezliklə  geri  çəkilmək  məcburiyyətində  qaldı.  Sultan  Əhməd 



Cəlairi  müttəfiqi  Qara  Yusiflə  birlikdə  Azərbaycana  qayıtdı.  1408-ci  ildə 

müttəfiqlər  Sədrud  kəndi  yaxınlığında  Miranşahın  qoşunlarını  məğlub  edərək 

Təbrizi  tutmuş  və  Azərbaycanda  Teymurilərin  ağalığına  son  qoymuşlar.  Amma 

tezliklə  müttəfiqlər  arasında  narazılıqlar  yaranmışdır.  1410-cu  il  avqustun 

axırlannda  Sultan  Əhməd  Qara  Yusiflə  savaşda  məğlubiyyətə  uğradı.  Cəlairilər 

dövləti süqut etdi və yerini Qaraqoyunlu dövlətinə verdi. 



Cəlaləddin

  -  1225-ci  ildə  monqollar  tərəfindən  tutulmuş  dövlətində  öz 

hakimiyyətini  itirmiş  xarəzmşah  Cəlaləddin  İran  və  Azərbaycana  soxuldu.  Onun 

qoşunları Eldəgəzlərin torpaqlarının çox hissəsini, eləcə də Ağsonqurilər dövlətini 

ələ keçirdilər. Şirvanşahlar özlərinin Cəlaləddinin vassalı olduqlarını qəbul etdilər. 

Cəlaləddin Gəncəni öz iqamətgahına çevirdi. Lakin onun tərəfindən təyin edilmiş 

yüksək  vergilər  ölkə  əhalisinin  böyük  narazılığına  səbəb  oldu.  1231-ci  ildə 

Gəncədə  Bəndərin  başçılığı  ilə  Cəlaləddinə  qarşı  sənətkarların  və  şəhər 

yoxsullarının  üsyanı  başlandı.  Cəlaləddin  çətinliklə  üsyanı  yatıra  bildi.  Bunun 

ardınca  Azərbaycanın  Xoy,  Mərənd,  Naxçıvan  və  digər  şəhərləri  də  ona  qarşı 

üsyana  başladılar.  1231-ci  ildə  monqollar  yenidən  Azərbaycana  hücum  etdilər. 

Monqolların  təzyiqinə  davam  gətirməyən  Cəlaləddin  qoşunlarının  qalıqları  ilə 

Kürdüstana tərəf çəkildi və az sonra orada öldürüldü. 

Cəlalilər  hərəkatı

  -  Osmanlılar  əleyhinə  Şeyx  Cəlalinin  adıyla  bağlı 

hərəkat.  Cəlali  1518  -  19-cu  illərdə  Kiçik  Asiyada  Toqat  şəhərində  Osmanlılar 

əleyhinə  üsyana  başçılıq  etmişdir.  XVI  əsrin  90-cı  illərində  Kiçik  Asiyanın  şərq 

hissəsində cəlali hərəkatı yenidən vüsət aldı. Azərbaycanda cəlalilərin ilk çıxışları 

1591-ci ildə Təbriz və Gəncədə baş verdi. XVII əsrin ilk illərində isə cəlali hərəkatı 

Azərbaycanda  daha  da  genişləndi  və  qonşu  ölkələrə  də  yayıldı.  Azərbaycanda 

cəlali  hərəkatı  yerli  feodalların  və  Osmanlı  sultanının  hakimiyyətinə  qarşı  foal 

mübarizə  xarakteri  aldı.  Lakin  cəlali  dəstələri  dağınıq  fəaliyyət  göstərirdi.  Cəlali 

dəstələrinin  Azərbaycanda  tanınmış  başçılarından  biri  Koroğlu  idi.  Cəlali 

hərəkatını öz  maraqları çərçivəsində  I Sah  Abbas da  müdafiə  edirdi.  1608-ci  ildə 

cəlali  dəstələri  Səfəvi  qoşunları  ilə  birlikdə  Ərzurum  yaxınlığında  osmanlılarla 

savaşda iştirak etmişdilər. I Şah Abbas cəlali dəstələrindən öz düşmənlərinə qarşı 

istifadə  edirdi.  Cəlali  dəstələrinin  əksəriyyəti 

1610-cu ildə I Şah Abbasdan uzaqlaşıb getdi. 

cəng arabası

  -  atlara  qoşulmuş,  ikitəkərli 

yüngül  araba.  E.ə.  II  minillikdə  Qədim  Şərqdə 

meydana  gəlmişdir.  Qədimlərdə  hərbi  məqsədlər 

üçün istifadə olunurmuş. Adətən cəng arabasında 

iki döyüşçü olarmış: biri atları idarə edər, ikincisi 

isə  ox atarmış. Döyüş zamanı arabaçılar sürətlə  rəqib sıralarını  yararmışlar, qalib 

gələndə isə qaçanları təqib edərmişlər. 




88 

 

cənnət 

(ər.  "əl-cənnə"  -  "bağ")  -  islamda  cənnətin  adı,  mömin 

müsəlmanların əbədi səadətə qovuşucaqları yer. Cənnət - çoxlu çeşmələri, çayları, 

arxları, gölləri olan kölgəli meyvəli bağdır. Orada yaşıl paltarlı möminlər xalılarla 

döşənmiş kürsülərdə uzanıb dincələcəklər. Cavan cənnət huriləri və cavanlaşmış öz 

arvadları  möminləri  əyləndirəcəklər.  Cənnətin  bütün  sakinlərinin  yaşı,  rəvayətə 

görə, 33 olacaq. 



Cənubi  Azərbaycanda  1941

  -  46-cı  illərdə  milli-azadlıq  hərəkatı  -  İkinci 

Dünya müharibəsi illərində - 1941-ci ilin avqustunda SSRİ və Böyük Britaniya öz 

qoşunlarının İrana yeritdilər. Sovet qoşunları İranın şimalına, o cümlədən Cənubi 

Azərbaycana, ingilis qoşunları isə İranın cənub rayonlarına yeridildi. 

Rza şah müttəfiqlərin qoşunlarının İrana  yeridilməsinə qarşı uğursuz 

müqavimət cəhdindən sonra öz oğlu Məhəmməd Rzanın xeyrinə taxt-

tacdan  imtina  etmək  məcburiyyətində  qaldı.  Bundan  sonra  İranda 

yenidən  demokratikləşmə  hərəkatı  canlandı.  Bu  hərəkatın 

mərkəzlərindən  biri  Təbriz  idi.  1941-ci  ilin  sentyabr  -  oktyabrında  Təbrizdə 

çoxsaylı  mitinq  və  nümayişlər  keçirildi.  Ölkə  qarşısında  duran  problemlərin  açıq 

şəkildə  müzakirəsi  ictimai  həyatın  həlledici  amillərindən  biri  oldu.  1942  -  44-cü 

illərdə Cənubi Azərbaycanda bir sıra qəzetlər ana dilində  nəşr edilməyə başlandı, 

Şimali Azərbaycanla əlaqələr genişləndi. Tehran konfransında qəbul edilmiş sazişə 

əsasən,  nəzərdə  tutulurdu  ki,  SSRİ  və  Böyük  Britaniya  İranın  daxili  işlərinə 

qarışmayacaq,  bütün  mühüm  məsələləri  birgə  həll  edəcək  və  müharibə 

qurtardıqdan sonra 6 aydan gec olmamaq şərti ilə öz qoşunlarını İran ərazisindən 

çıxaracaqlar. 1945-ci ildə mürtəce qüvvələr Azərbaycanda terrorlar həyata keçirən 

silahlı  dəstələr  təşkil  etməyə,  köçəri  və  oturaq  əhalini  bir-biri  ilə  toqquşdurmağa 

başladılar.  1945-ci  ilin  iyul  -sentyabr  aylarında  azərbaycanlı  dəstələr  əksinqilabi 

birliklərə qarşı mübarizə aparmaq üçün silahlı fədai dəstələri yaratmağa başladılar. 

1945-ci  il  sentyabrın  3-də  Seyid  Cəfər  Pişəvərinin  başçılığı  ilə  bir  qrup demokrat 

Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması haqqında bəyannamə qəbul 

etdi.  Bəyannamədə  Azərbaycanın  demokratik  İran  tərkibində  inzibati-iqtisadi 

muxtariyyətə  malik  olmasının  labüdlüyü  göstərilirdi.  1945-ci  il  sentyabrın  5-dən 

Azərbaycan  dilində  Azərbaycan  Demokrat  Partiyasının  mətbu  orqanı  olan 

"Azərbaycan"  qəzetinin  nəşrinə  başlanıldı.  Azərbaycan  Demokrat  Partiyasına  bir 

neçə həftə ərzində əhalinin müxtəlif təbəqələrindən olan minlərlə adam daxil oldu. 

1945-ci il oktyabrın 2-4-də ADP-nin proqram və nizamnaməsini qəbul edən, eləcə 

də S.C.Pişəvəri başda olmaqla Mərkəzi Komitəsini seçən I qurultayı keçirildi. ADP 

özünün fədai dəstələrini təşkil etməyə başladı. Oktyabr - noyabr aylarında Cənubi 

Azərbaycan  şəhərlərində  demokratik  idarəçilik  orqanlarının  yaradılmasına 

başlanıldı. Demokratların aydın və qəti taktikaları sayəsində inqilabi hərəkat dinc 

xarakter daşıyırdı.  1945-ci  il  noyabrın 21-də  özünü Müəssislər Məclisi elan edən 

Azərbaycan  Milli  Konqresi  çağırıldı  və  İran  tərkibində  Azərbaycanın 

muxtariyyətini  təmin  etməli  olan  seçkili  Azərbaycan  Milli  Məclisi  və  Milli 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə