81
və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər
yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə
olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır. Brahmanın ömrünün uzunluğunu
kainatın xronoloji çərçivəsi müəyyən edir - Brahma 311.040.000.000.000 "insan"
ilinə bərabər olan "yüz Brahma ili" yaşamalıdır.
brahmanlar
- qədim Hindistanda kahinlər kastası. Hesab edilirdi ki,
Brahma öz dodaqlarından kahin brahmanları yaratmışdır. Buna görə də onlar
adamlarla Brahmanın adından danışa bilərlər. Kahinləri hər evə dəvət edir, allaha
qurban vermək istəyirdilər, belə ki, kahinlər qurbanvermənin icraçısı, din bilicisi
və şərhçisi idilər. Brahmanlar hindlilərin birinci ali kastası sayılır. Bretan -
Fransanın şimal-qərbində yarımada. Adı buraya köçmüş brit tayfaları ilə bağlıdır.
brifinq
- mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi
səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca
siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır.
Britaniya
- müasir İngiltərənin brit tayfasından alınmış qədim adı. E.ə. 55 -
54-cü illərdə Yuli Sezarın Britaniyanı tutmaq cəhdləri uğursuz oldu. Lakin
eramızın I əsrində romalılar Britaniyanı işğal etdilər. V - VI əsrlərdə isə Britaniya
anql və saks german tayfaları tərəfindən tutuldu.
Britaniya imperiyası
- istilahı bütövlükdə Böyük Britaniyanı, onun
dominionları və müstəmləkələrini bildirir. Rəsmi olaraq XIX əsrin 70-ci illərindən
istifadə edilir.
britlər
- kelt tayfaları, e.ə. VIII əsrdən eramızın V əsrinədək Britaniyanın
əsas əhalisi. Britlərin dəyanətli müqavimətləri və üsyanları romalıların Britaniyada
istilalarını zəiflədirdi. Britaniyanın anql və saks german tayfaları tərəfindən istila
edildiyi dövrdə britlər qismən məhv edilmiş, qismən də Uelsə, Şotlandiyaya və
Qalliyanın şimal-qərbindəki yarımadaya (sonralar Bretan adlandırıldı)
köçürülmüşlər.
Brut Lutsi Yuni
- Qədim Roma əfsanəsinə görə, Romada respublikanın
əsasını qoyan. Patrisilərin sonuncu Roma hökmdarı Tarkvini Qordoya qarşı baş
vermiş üsyanına rəhbərlik etmişdir. E.ə. 509-cu ildə sonuncu hökmdarın
qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur.
Brut Mark Yuni
(e.ə. 85 - 42) - Qədim Roma siyasi və hərbi xadimi, ən
bacarıqlı sərkərdələrdən və Sezarın öz oğlu kimi münasibət bəslədiyi dostlarından
biri. Romada vətəndaş müharibələri illərində Pompeyin tərəfində
Sezara qarşı çıxmışdır, lakin Sezar qələbə çaldıqdan sonra onu
bağışlamış və Sizalpin Qalliyasına canişin təyin etmişdi. E.e. 44-cü
ildə respublikaçı senatorların senatın yığıncağında Sezarın
öldürülməsi ilə başa çatan sui-qəsdinə rəhbərlik etmişdi. Roma
əhalisi tərəfindən dəstəklənməyən Brut paytaxtdan qaçmaq
məcburiyyətində qaldı. Sui-qəsdçilər Makedoniyada qoşun toplamağa başladılar.
E.ə. 42-ci ildə Filipp yaxınlığındakı döyüşdə respublikaçıların qoşunları Antoni və
82
Oktavianın qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. Qılınc üzərinə yıxılan
Brut özünü öldürdü.
buddizm
- dünyanın bütün ölkələrində davamçıları olan üç dünyəvi dindən
biri. Buddizm e.ə. VI əsrdə Hindistan yarımadasında meydana gəlmişdir.
Buddizmin banisi hind şahzadəsi Siddhartha Qautama (e.ə.
623 - 544) olmuşdur. 29 yaşına çatan şahzadə Qautama
sarayı və arvadını tərk edib cəlayi-vətən oldu. 7 il sərgərdan,
tərki-dünya həyat sürdükdən sonra Qautama özünü Budda
("Oyanmış") adlandırdı və təlimini ) təbliğ etməyə başladı.
Buddizm öyrədir ki, həyat bütün təzahürlərində şor və iztirab
mənbəyidir. Bu şerə qalib gəlmək üçün insan onu əhatə edən
aləmdən imtina etməli və rahib olmalıdır. Yalnız müəllimin
rəhbərliyi altında rahib olduqdan sonra insan öz hissləri və
arzularına qalib gələ bilər. Digər dünyəvi dinlərdən fərqli
olaraq buddizm gerçəklik haqqında düşünmək yolu ilə tədricən özünə qapılmaqdan
ibarətdir. Beləliklə, insanın dini şərəfi yalnız onun özünün şəxsi davranışından
asılıdır. Ayinlərin bu sayaq sadəliklə icrası buddizmin dünyanın müxtəlif
ölkələrində geniş yayılmasına səbəb olmuşdur.
Buhenvald
- Almaniyada Veymar şəhəri yaxınlığında 1937 - 45-ci illərdə
alman-faşist həbs düşərgəsi. Buhenvaldda saxlanılan 56 min məhbusdan 10 mini
öldürülmüşdür. 1958-ci ildə Buhenvaldda memorial kompleks açılmışdır.
Buxara əmirliyi - 1747- 1920-ci illərdə Mərkəzi Asiyada dövlət, 1868-ci
ildən Rusiya imperiyasının vassalı. Paytaxtı – Buxara. Əmirləri Mınqıtlar
sülaləsindən idilər. 1920-ci ildə Qırmızı Ordu tərəfindən işğal olunmuşdur. 1924-
cü ildə milli sərhədləşmə nəticəsində onun ərazisi Türkmənistan, Özbəkistan və
Tacikistan SSR tərkibinə daxil olmuşdur.
Buxara xanlığı
- XVI - XVIII əsrlərdə Mərkəzi Asiyada, paytaxtın
Buxaraya köçürülməsindən sonra yaranmış dövlət. Daha çox II Abdulla xanın
hakimiyyəti illərində XVI əsrin ikinci yarısında genişlənmiş və siyasi nüfuza malik
olmuşdur. Həştərxanilər sülaləsi dövründə zəifləmişdir. 1740-cı ildə Nadir şah
tərəfindən tutulmuşdur. 1747-ci ildən Buxara əmirliyi adlanmışdır.
Busefal
- Makedoniyalı İsgəndərin atı. E.ə. 326-cı ildə ölmüşdür. Onun
şərəfinə İsgəndər Hindistanda Busefaliya şəhərini saldırmışdır.
Buz döyüşü
(1242) - 1242-ci il aprelin 5-də buz bağlamış Çud gölü
üzərində Aleksandr Nevskinin başçılığı altında Novqorod rus qoşunları ilə alman
cəngavərlərinin Tevton ordeni arasında baş vermiş döyüş. Alman cəngavərlərinin
tam məğlubiyyəti ilə başa çatdı.
buzlaq dövrü
- Yerin tarixində bir neçə dəfə soyuqlaşma və istiləşmə
dövrlərinin bir-birini əvəz etdiyi mərhələ. Sonuncu buzlaq dövrü 100 min il əvvəl
başlamışdı. O zaman Avropa və Asiyanın şimalında nəhəng buzlaq əmələ gəlmişdi
- buz təbəqəsinin qalınlığı 2 kilometrədək olmuşdur. Buzlağın ucları indiki Kiyev,