MATTA 5:11
941
MATTA 5:40
11
*İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz
nə bəxtiyarsınız!
12
*Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq
gələn peyğəmbərləri də belə təqib ediblər.
Duz və nur
13
*Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb
insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
14
*Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
15
*Heç kim çırağı
yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
16
*Eləcə
də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan
Atanızı izzətləndirsinlər.
Qanun və Peyğəmbərlər
17
Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları
ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.
18
*Sizə doğrusunu deyirəm: göy və yer keçib
getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
19
Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi
Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə,
Səmavi Padşahlıqda böyük sayılacaq.
20
Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla
fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Hirs və qətl
21
*Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq”
deyildiyini eşitmisiniz.
22
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən* hər kəs mühakiməyə məruz
qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına
“səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.
23
Buna görə də qurbangah qarşısına qurbanını
gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
24
qurbanını qurbangahın
qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.
25
*Səni
ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və
zindana atılmayasan.
26
Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla
çıxmayacaqsan.
Zina və boşanma
27
*“Zina etmə” deyildiyini eşitmisiniz.
28
Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər
adam artıq ürəyində onunla zina etmiş olur.
29
*Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at.
Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından
yaxşıdır.
30
*Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən
birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
31
*“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
32
Mənsə sizə deyirəm ki, cinsi
ə
xlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla
evlənən də zina edir.
And içmək
33
*Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə
yetir” deyildiyini eşitmisiniz.
34
*Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın
taxtıdır;
35
nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük
Padşahın şəhəridir.
36
Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə
bilməzsən.
37
Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
Düşmənlərinizi sevin
(Luka 6:27-36)
38
*“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
39
Mənsə sizə deyirəm ki, pis adama
qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
40
Səni məhkəməyə verib köynəyini
*
5:11 1Pet. 4:14
*
5:12 2Saln. 36:16; H
ə
v. 7:52-53 *
5:13 Mark 9:50; Luka 14:34-35
*
5:14 Y
ə
h. 8:12; 9:5 *
5:15
Mark 4:21; Luka 8:16; 11:33
*
5:16 1Pet. 2:12
*
5:18 Luka 16:17
*
5:21 Çıx. 20:13; Qanun. 5:17
*
5:22 Hirsl
ə
nən –
bəzi əlyazmalarda əbəs yerə hirslənən. *
5:25 Luka 12:58-59
*
5:27 Çıx. 20:13; Qanun. 5:18
*
5:29 Mat. 18:9;
Mark 9:47
*
5:30 Mat. 18:8; Mark 9:43
*
5:31 Qanun. 24:1-4; Mat. 19:7-9; Mark 10:4,11-12; Luka 16:18; 1Kor. 7:10-11
*
5:33
Lev. 19:12; Say. 30:2; Qanun. 23:21
*
5:34 Z
ə
b. 48:2; Yeş. 66:1; Mat. 23:22; Yaq. 5:12 *
5:38 Çıx. 21:23-25; Lev. 24:20;
Qanun. 19:21
MATTA 5:41
942
MATTA 6:18
götürmək istəyənə üst paltarını da ver.
41
Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla
iki min addım yol get.
42
Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43
*“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
44
Mənsə sizə deyirəm ki,
düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.†
45
Belə ki siz göylərdə olan Atanızın övladları
olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin,
həm də saleh olmayanların üzərinə yağdırır.
46
Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq?
Vergiyığanlar da belə etmirmi?
47
Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə
etmiş olursunuz? Bütpərəstlər‡ də belə etmirmi?
48
*Ona görə də Səmavi Atanız kamil olduğu kimi
siz də kamil olun.
6
Sədəqə vermək
1
*Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin.
Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.
2
Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları
izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar
mükafatlarını alıblar.
3
Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.
4
Belə
ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.*
Necə dua etməli
(Luka 11:2-4)
5
*Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə
sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar
mükafatlarını alıblar.
6
Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan
Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.†
7
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə
eşidiləcəklər.
8
Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan
diləməzdən əvvəl bilir.
9
Buna görə siz belə dua edin:
“Göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun,
10
Padşahlığın gəlsin,
Göydə olduğu kimi
Yerdə də Sənin iradən olsun.
11
Gündəlik çörəyimizi bizə bu gün ver.
12
Bizə borclu olanları bağışladığımız kimi
Bizim borclarımızı da bağışla.
13
*Bizi sınağa çəkmə,
Lakin bizi şər olandan xilas et.
Çünki padşahlıq, qüdrət və izzət
Əbədi olaraq Sənindir. Amin”.‡
14
*Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.
15
Amma siz başqa
insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
Oruc
16
Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara
göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
17
Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.
18
Belə ki insanlara deyil, gizlində olan Atana
oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
*
5:43 Lev. 19:18
†
5:44 Sizi t
ə
qib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua
verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28).
‡
5:47 Bütp
ə
rəstlər – bəzi əlyazmalarda Vergiyığanlar. *
5:48 Lev. 19:2; Qanun. 18:13
*
6:1 Mat. 23:5
*
6:4
Mükafatlandıracaq – b
ə
zi əlyazmalarda açıqca mükafatlandıracaq. *
6:5 Luka 18:9-14
†
6:6 Mükafatlandıracaq
– b
ə
zi əlyazmalarda açıqca mükafatlandıracaq. *
6:13 1Saln. 29:11
‡
6:13 Çünki padşahlıq, qüdr
ə
t və izzət
ə
bədi olaraq Sənindir. Amin. – bu sözlər ən qədim yunan əlyazmalarında yoxdur. *
6:14 Mark 11:25-26