Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə422/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   418   419   420   421   422   423   424   425   ...   445

MATTA 10:16

947


MATTA 11:6

Şagirdlərin sıxıntıları

(Mark 13:9-13; Luka 21:12-17)

16

*Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və



göyərçin kimi məsum olun.

17

İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək,



sinaqoqlarında qamçılayacaqlar.

18

Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin



və padşahların qarşısına aparılacaqsınız.

19

*Onlarsizitəslimedəndənecəvəyanədeyəcəyinizbarədə



qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək,

20

çünki danışan siz yox, sizdə danışan



Atanızın Ruhudur.

21

*Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı



çıxıb onları edam etdirəcək.

22

*Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən



xilas olacaq.

23

Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail



şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək.

24

*Şagird müəllimindən, qul da ağasından üstün deyil.



25

*Şagirdin öz müəllimi, qulun isə öz ağası

kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə

qədər artıq deyəcəklər!



Kimdən qorxmalı

(Luka 12:2-9)

26

*Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli



bir şey yoxdur ki, bilinməyəcək.

27

Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza



pıçıldananı damlardan bəyan edin.

28

Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm



canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.

29

İki sərçə bir qara pula satılmırmı?



Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz.

30

Sizin başınızdakı saçlar belə, sayılıb.



31

Ona


görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.

32

İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar



edəcəyəm.

33

*Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın



qarşısında inkar edəcəyəm.

İsaya layiq olmaq

(Luka 12:51-53; 14:26-27)

34

Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm.



35

*Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm.

36

“İnsanın düşməni öz ev əhli olacaq”.



37

Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də

Mənə layiq deyil.

38

*Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil.



39

*Canını qoruyan

kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.

40

*Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər.



41

Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi

saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq.

42

*Kim bu kiçiklərdən birinə şagird



olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».

11

İsa Məsih və Vəftizçi Yəhya



(Luka 7:18-35)

1

İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə



getdi.

2

Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini* göndərib



3

Ondan soruşdu: «Gəlməli

Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»

4

İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi



Yəhyaya bildirin:

5

*korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və



yoxsullara Müjdə yayılır.

6

Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»



*

10:16 Luka 10:3

*

10:19 Luka 12:11-12



*

10:21 Mark 13:12; Luka 21:16

*

10:22 Mat. 24:9,13



*

10:24 Luka 6:40; Y

ə

h.

13:16; 15:20 *



10:25 Mat. 9:34; 12:24; Mark 3:22; Luka 11:15

*

10:26 Mark 4:22; Luka 8:17



*

10:33 2Tim. 2:12

*

10:35


Mik. 7:6

*

10:38 Mat. 16:24; Mark 8:34; Luka 9:23



*

10:39 Mat. 16:25; Mark 8:35; Luka 9:24; 17:33; Y

ə

h. 12:25 *



10:40 Mark

9:36-37; Luka 9:47-48; 10:16; Y

ə

h. 13:20 *



10:42 Mark 9:41

*

11:2 Şagirdl



ə

rini – bəzi əlyazmalarda şagirdlərindən

ikisini (Luka 7:18). *

11:5 Yeş. 35:5-6; 61:1-3




MATTA 11:7

948


MATTA 12:6

7

Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz?



Küləyin sarsıtdığı qamışamı?

8

Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş



bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.

9

Bəs onda nəyə



baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.

10

*Bu o adamdır ki, onun haqqında yazılıb:



“Budur, Sənin önündə Öz elçimi göndərirəm,

O Sənin qabağında yolunu hazırlayacaq”.

11

Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan



meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.

12

*Vəftizçi Yəhyanın



günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.

13

Çünki



bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.

14

*Əgər onu qəbul etmək



istəyirsinizsə, gəlməli olan İlyas odur.

15

Qulağı olan eşitsin!



16-17

Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və

“Biz sizə tütək çaldıq, sizsə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir.

18

Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi



və onlar deyirlər: “O, cinə tutulmuşdur”.

19

Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu



qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz

ə

məlləri ilə† təsdiq olunur».



Tövbə etməyən şəhərlər

(Luka 10:13-15)

20

Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə



başladı.

21

*«Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və



Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər.

22

Amma sizə



deyirəm: qiyamət günü‡ Sur və Sidonun halı sizinkindən daha asan olacaq.

23

*Sən, ey Kefernahum,



göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr

Sodomda olsaydı, o bu günə qədər durardı.

24

*Ancaq Mən sizə deyirəm: qiyamət günü§ Sodom



diyarının halı səninkindən daha asan olacaq».

Yorğunlara Müjdə

(Luka 10:21-22)

25

O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri



müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.

26

Bəli, Ata! Çünki bu Sənin xoş



niyyətin idi.

27

*Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs



tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.

28

Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.



29

*Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən

itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.

30

Çünki Mənim boyunduruğum rahat və yüküm



yüngüldür».

12

Şənbə günü haqqında təlim



(Mark 2:23-28; Luka 6:1-5)

1

*O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri



qırıb yeməyə başladılar.

2

Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü



qadağan olunan işləri görürlər».

3

*İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini



oxumamısınızmı?

4

O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə



verilən təqdis çörəklərini yedilər.

5

Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni



pozurlar, lakin təqsirsiz sayılırlar?

6

Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır.



*

11:10 Mal. 3:1

*

11:12 Luka 16:16



*

11:14 Mal. 4:5; Mat. 17:10-13; Mark 9:11-13

11:19 Əm


ə

lləri ilə – bəzi

ə

lyazmalarda övladları tərəfindən (Luka 7:35). *



11:21 Yeş. 23:1-18; Yez. 26:1–28:26; Yoel 3:4-8; Amos 1:9-10; Z

ə

k.



9:2-4 ‡

11:22 Qiyam

ə

t günü – hərfi tərcümədə mühakimə günü. *



11:23 Yar. 19:24-28; Yeş. 14:13-15

*

11:24



Mat. 10:15; Luka 10:12

§

11:24 Qiyam



ə

t günü – hərfi tərcümədə mühakimə günü. *

11:27 Y

ə

h. 1:18; 3:35;



10:15 *

11:29 Yer. 6:16

*

12:1 Qanun. 23:25



*

12:3 Lev. 24:9; 1Şam. 21:1-6




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə