Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə425/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   421   422   423   424   425   426   427   428   ...   445

MATTA 15:1

953


MATTA 15:39

15

İnsanı murdar edən nədir?



(Mark 7:1-23)

1

Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər:



2

«Nə üçün şagirdlərin

ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»

3

İsa cavabında



onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?

4

*Çünki Allah



belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.

5

Sizsə



deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə,

6

onda



atasına* hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.

7

*Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:



8

“Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

9

Boş yerə Mənə səcdə edirlər,



İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».

10

İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.



11

Ağıza daxil olan şey insanı

murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».

12

O zaman şagirdlər gəlib Ona



dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».†

13

Amma İsa cavab verib dedi: «Səmavi



Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.

14

*Onlarıburaxın. Onlarkorlarınkorrəhbərləridir.



Əgər kor koru aparsa, ikisi də çuxura düşər».

15

Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».



16

İsa dedi: «Siz də hələ dərk etməmisiniz?

17

Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?



18

*Ağızdan çıxan şeylərsə

ürəkdən çıxar, bunlar da insanı murdar edər.

19

Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq,



cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.

20

İnsanı murdar edən şeylər bunlardır.



Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».

Kənanlı qadının imanı

(Mark 7:24-30)

21

İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi.



22

Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya

Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı.

23

İsa cavabında



ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya

yalvardılar.

24

Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına



göndərilmişəm».

25

Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et».



26

İsa


cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».

27

Qadın dedi: «Haqlısan,



ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».

28

O zaman İsa cavab verib



qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.

İsa dörd min nəfəri doydurur

(Mark 8:1-10)

29

İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.



30

Onun


yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir

çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi.

31

Xalq görəndə



ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını

izzətləndirdi.

32

İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar



və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən

düşməsinlər».

33

Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi



haradan tapaq?»

34

İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik



balığımız var».

35

Onda İsa camaata əmr etdi ki, yerə otursunlar.



36

Yeddi çörəklə balıqları götürdü və

şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi.

37

Hamı yeyib-doydu. Artıq qalan hissələri



yığdılar, yeddi səbət doldu.

38

Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min



nəfər idi.

39

İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.



*

15:4 Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16

*

15:6 Atasına – b



ə

zi əlyazmalarda ata-anasına. *

15:7 Yeş. 29:13

15:12 İncidil



ə

r – hərfi tərcümədə büdrədilər. *

15:14 Luka 6:39

*

15:18 Mat. 12:34




MATTA 16:1

954


MATTA 16:28

16

Fariseylərin və sadukeylərin mayası



(Mat. 12:38-39; Mark 8:11-21; Luka 12:54-56)

1

*Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir



ə

lamət göstərsin.

2

Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy



qırmızıdır”,

3

səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün*



görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz?

4

*Pis və vəfasız nəsil bir



ə

lamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk

edib getdi.

5

Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar.



6

*İsaonlaradedi: «Ehtiyatlıolun!

Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».

7

Şagirdlər isə öz aralarında danışıb



deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir».

8

İsa bunu bilərək dedi: «Ey imanı az olanlar!



Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?

9

*Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş



çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?

10

Dörd min nəfər üçün yeddi çörəyi və neçə



səbət yığdığınızı da xatırlamırsınızmı?

11

Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi



nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».

12

O zaman onlar



anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə

tutmuşdu.



Peterin Məsihi tanıması

(Mark 8:27-30; Luka 9:18-21)

13

İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə



görə Bəşər Oğlu kimdir?»

14

*Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə



deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir».

15

İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə



Mən kiməm?»

16

*Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».



17

İsa ona cavab

verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan† deyil, göylərdə

olan Atamdır.

18

Mən sənə deyirəm ki, sən Petersən‡ və Mən cəmiyyətimi bu Qayanın§ üzərində



quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.

19

*Səmavi Padşahlığın açarlarını



sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın

hər şey göylərdə açılmış olacaq».

20

Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih



olduğunu heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mark 8:31–9:1; Luka 9:22-27)

21

*Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar,



başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.

22

Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin



başına gəlməyəcək!»

23

Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane



olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».

24

*Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina



etsin və çarmıxını götürüb ardımca gəlsin.

25

*Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma



kim Mənə görə canını itirirsə, onu qoruyacaq.

26

İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə



xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?

27

*Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz



mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.

28

Sizə doğrusunu deyirəm:



burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».

17

İsanın görünüşü dəyişir



(Mark 9:2-13; Luka 9:28-36)

*

16:1 Luka 11:16



*

16:3 Göyün – b

ə

zi əlyazmalarda Ey ikiüzlülər, göyün. *



16:4 Luka 11:29

*

16:6 Luka 12:1



*

16:9 Mat. 14:17-21; 15:34-38

*

16:14 Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8



*

16:16 Y


ə

h. 6:68-69 †

16:17 Ət v

ə

qan



– yəni insan. ‡

16:18 Peter – yunan m

ə

tnində Petros sözü olub daş deməkdir. §



16:18 Qaya – Xilaskar R

ə

bbin



bir rəmzi. Bax: Qanun. 32:4; 2Şam. 22:47; Zəb. 89:26; Yeş. 26:4; 1Kor. 10:4. *

16:19 Mat. 18:18; Y

ə

h. 20:23


*

16:21 Mat. 17:22-23; 20:19; 27:62-63

*

16:24 Mat. 10:38; Luka 14:27



*

16:25 Mat. 10:39; Luka 17:33; Y

ə

h. 12:25 *



16:27

Z

ə



b. 62:12; Mat. 25:31; Rom. 2:6; Vəhy 2:23


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə