MATTA 17:1
955
MATTA 18:5
1
*Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa
çıxdı.
2
Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu.
3
O
an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi.
4
Peter sözə başlayıb İsaya dedi: «Ya
Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa,
biri də İlyas üçün».
5
*Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur,
buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!»
6
Şagirdlər
bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü.
7
İsa gəlib onlara toxunaraq
«Qalxın, qorxmayın!» dedi.
8
Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.
9
Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər
gördüyünüzü heç kimə söyləməyin».
10
*Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar
deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
11
İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna
qoymalıdır.
12
*Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun
başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək».
13
Şagirdlər o zaman başa
düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.
Oğlandan cin çıxarılır
(Mark 9:14-29; Luka 9:37-43)
14
Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi:
15
«Ya Rəbb!
Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür.
16
Onu
Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər».
17
İsa cavab verərək dedi: «Ey
imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm?
Uşağı buraya, yanıma gətirin».
18
İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa
tapdı.
19
O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?»
20
*İsa
da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər
imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan
heç bir şey olmaz».
21
*
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Mark 9:30-32; Luka 9:43-45)
22
Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək
23
və Onu
öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.
Məbəd vergisi
24
*Kefernahuma gəldikləri zaman məbəd vergisini† yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin
Müəlliminiz vergi ödəmirmi?»
25
Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi:
«Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz
övladlarındanmı, yoxsa kənar adamlardan?»
26
Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona
dedi: «Belə isə, övladlar sərbəstdir.
27
Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova
düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul‡ tapacaqsan. Onu götür, həm Mənim, həm
də öz əvəzinə ver».
18
Ən böyük kimdir?
(Mark 9:33-37,42-48; Luka 9:46-48; 17:1-2)
1
*Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?»
2
*İsa
yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu.
3
O dedi: «Sizə doğrusunu deyirəm: əgər
siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz.
4
Beləliklə,
kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur.
5
Kim Mənim adımla belə
bir uşağı qəbul edərsə, Məni qəbul edər.
*
17:1 2Pet. 1:17-18
*
17:5 Qanun. 18:15; Z
ə
b. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; Luka 3:21-22 *
17:10
Mal. 4:5
*
17:12 Mat. 11:14
*
17:20 Mat. 21:21; Mark 11:23; Luka 17:5-6; 1Kor. 13:2
*
17:21 Olmaz – b
ə
zi əlyazmalarda
olmaz. 21 Bu cür ruhlar yalnız dua və orucla çıxar (Mark 9:29). *
17:24 Çıx. 30:13; 38:26
†
17:24 M
ə
bəd
vergisi – yunan mətnində
didraxmon, yəni iki dirhəm. ‡
17:27 Bir gümüş pul – yunan m
ə
tnində statir, yəni
dörd dirhəm. *
18:1 Luka 22:24
*
18:2 Mark 10:15; Luka 18:17
MATTA 18:6
956
MATTA 19:2
6
Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə,* öz boynuna böyük bir
dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.
7
İnsanları pis yola
çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o
adamın halına ki, bunlar onun vasitəsilə gəlir!
8
*Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu
kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından
yaxşıdır.
9
*Əgərgözünsənipisyolaçəkərsə, onuçıxarıbat. Sənintəkgözləəbədihəyatadaxilolmağın
iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
İtmiş qoyun məsəli
(Luka 15:3-7)
10
Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı
mələkləri göylərdə olan Atamın üzünü daima görür.
11
†
12
Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan
doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi?
13
Sizə doğrusunu deyirəm:
ə
gər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün
sevinər.
14
Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
Qardaş günah işlədəndə
15
*Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız
ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın.
16
*Amma qulaq asmazsa, özünlə bir
və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”.
17
Əgər o bu adamların
da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə
qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
18
*Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer
üzündə açacağınız hər şey göydə açılmış olacaq.
19
Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən
iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini
yerinə yetirəcək.
20
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların
arasındayam».
İnsafsız qul məsəli
21
*O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən
onu bağışlamalıyam? Yeddi dəfəmi?»
22
İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə
yeddi.
23
Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir.
24
Hesablaşmağa başladığı zaman onun yanına on min talant‡ borcu olan biri gətirildi.
25
Amma onun
ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu
ödəsin.
26
Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”.
27
Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.
28
Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu
ödə!” deyərək boğmağa başladı.
29
Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə
yalvardı.
30
O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı.
31
Ağanın digər qulları
baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.
32
Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə
yalvardın.
33
Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?”
34
Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi.
35
Hər biriniz
qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».
19
Boşanma haqqında
(Mark 10:1-12)
1
İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında
yerləşən bölgəsinə getdi.
2
Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şəfa verdi.
*
18:6 Pis yola ç
ə
kmək – hərfi tərcümədə büdrətmək. *
18:8 Mat. 5:30
*
18:9 Mat. 5:29
†
18:11 Görür – b
ə
zi
ə
lyazmalarda görür. 11 Çünki Bəşər Oğlu itmişləri xilas etməyə gəlmişdir (Luka 19:10). *
18:15 Luka
17:3
*
18:16 Qanun. 19:15
*
18:18 Mat. 16:19; Y
ə
h. 20:23 *
18:21 Luka 17:3-4
‡
18:24 Talant –
ə
n böyük ölçü,
34,5 kiloqram qızıl və yaxud gümüş.